Məhkəmə qərarları › İş №2(010)-102/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-102/2020

02.09.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-102/2020 02.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X2, Cavabdeh “xxxxxxxxxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər «xxxxxxxxxxx» MMC-yə və Cavabdeh2 MMC-yə qarşı hüquqların həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair və müstəqil tələb irəli sürən üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinin İddiaçı və üçüncü şəxs «xxxxxxxxxxx» MMC-yə qarşı torpaq sahəsi üzərində istifadə hüququna qismən xitam verilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər «xxxxxxxxxxx» MMC-yə və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək “xxxxxxxxxxx" MMC-nin və "Cavabdeh2" MMC-nin Bakı şəhəri, Binə qəsəbəsi, Abşeron rayon Donuzkökəltmə sovxozu ərasində yerləşən 5.0 ha torpaq sahəsindən hüquqlarının həyata keçirilməsində yaratdığı maneələrin qanunsuz hesab edilməsi və həmin maneələrin aradan qaldırılması, sahəyə gətirdikləri tikinti materiallarının öz vəsaitləri hesabına oradan çıxarılması, tikililərin öz vəsaitləri hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması və ona vurulmuş 500 000 manat maddi və 350 000 mənəvi ziyanın cavabdehlərdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyəti iddia ərizəsi ilə müraciət edərək İddiaçı daimi istifadəsində olan torpaq “xxxxxxxxxxx” MMC tərəfindən çəkilən avtomobil yolu ilə üst-üstə düşən cavabdehin torpaq üzərində daimi istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyəti və “xxxxxxxxxxx” MMC vəsatət verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)-3114/2019 saylı mülki işin 2(010)-2331/2019 və 2(010)-4338/2019 saylı mülki işlərlə birləşdirilməsini xahiş etmişlər. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(010)- 3114/2019 saylı qərardadı ilə müstəqil tələb irəli sürən üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinin və “xxxxxxxxxxx” MMC-nin işlərin birləşdirilməsinə dair verilmiş vəsatəti təmin olnmamışdır. İş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə müstəqil tələb irəli sürən üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixində iddiadan imtina haqqında rəsmi ərizə ilə müraciət etmişdir. İş üzrə hüquqlarını müdafiə etdiyi şəxs İddiaçı ilə qarşı tərəf olan cavabdehlərlə barışmışdır. Odur ki, Azərbaycan Respublikası 191-ci maddəsini rəhbər tutaraq, iddiadan imtinanın təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh “xxxxxxxxxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iş üzrə öz aralarında razılığa gəldiklərini bildirərək mülki-prosessual qanunvericiliyin tələbinə uyğun olaraq ilkin iddianın icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq 2(010)-102/2020 saylı mülki iş üzrə qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini və ilkin iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, İddiaçı məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli iddiadan imtina haqqında ərizəsinə əsasən ilkin iddia üzrə İddiaçı cavabdehlər «xxxxxxxxxxx» MMC-yə və Cavabdeh2 MMC-yə qarşı hüquqların həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair ilkin iddiası üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina yazılı formada qəbul edilməlidir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 259.0.7.-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Abşeron rayon İcra Hakimiyyətinin İddiaçı və üçüncü şəxs «xxxxxxxxxxx» MMC-yə qarşı torpaq sahəsi üzərində istifadə hüququna qismən xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.7-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər «xxxxxxxxxxx» MMC-yə və Cavabdeh2 MMC-yə qarşı hüquqların həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə iddiaçının iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunsun və hazırkı mülki işin icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, hazırkı iddiadan imtina etdiyinə görə ona yenidən eyni iddia ilə həmin cavabdehlərə qarşı eyni əsaslarla iddia irəli sürülməsinə yol verilmir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinin İddiaçı və üçüncü şəxs «xxxxxxxxxxx» MMC-yə qarşı torpaq sahəsi üzərində istifadə hüququna qismən xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar