Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-103/2021 15.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASCnin xeyrinə 71274,28 manat əsas, 2160,60 manat faiz olmaqla, cəmi 73434,88 manat borcun, bu iddianın qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildirişin qeyiyyatı üçün dövlət rüsumu və xidməthaqqı olaraq ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan, ipoteka yüklü Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səməd Mənsur küçəsində yerləşən, 2B (yeni ünvan: ev 6) saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlakın satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcla bağlı icra hərəkətlərinin davam etdirilməsi, əmlak satıldıqdan sonra mənzildə qeydiyyatda olan və yaşayan Cavabdeh3 ilə Cavabdeh2 mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən ən geci 1 ay ərzində çıxarılmaları və rəsmi pasport qeydiyyatlarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh1 ilə İddiaçı ASC-nin arasında bağlanmış xx.xx.2018-ci il tarixli, İBO/158 saylı kredit müqaviləsinə əsasən ona 300 ay (25 il) müddətinə, illik 7 faiz ödəmək şərtilə 72000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, kreditor-bank yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 ilə bağlanmış xx.xx.2018-ci il tarixli alğı-satqı və İpoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səməd Mənsur küçəsində yerləşən, 2B (yeni ünvan: ev 6) saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq olunmuş və AR DƏDRX tərəfindən dövlət qeydiyyatına alınmışdır. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka 71274,28 manat əsas, 2160,60 manat faiz olmaqla, cəmi 73434,88 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddianı qəbul edir. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səməd Mənsur küçəsində yerləşən, 2B (yeni ünvan: ev 6) saylı fərdi yaşayış evi onun mülkiyyətindədir. İddiaçı” ASC ilə onun arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən ona 72000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi onunla bağlanmış xx.xx.2018-ci il tarixli Alğı-satqı və İpoteka müqaviləsinə əsasən mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səməd Mənsur küçəsində yerləşən, 2B (yeni ünvan: ev 6) saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hal-hazırda həmin evi satmaq niyyətindədir ki, banka olan borcu ödəyə bilsin. Buna görə də iddianı qəbul edərək ona iki ay müddətinə vaxt verilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİnin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh3 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Məmmədov X2 MR, Babək rayonu, Yarımca kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş İBO/158 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı ASC ilə borclu Cavabdeh1 arasında imzalanmış kredit müqaviləsinə əsasən Bank borcluya illik 7 % olmaqla 300 ay müddətə 72000,00 məbləğində kredit xətti vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səməd Mənsur küçəsində yerləşən, 2B (yeni ünvan: ev 6) saylı fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir. İşə əlavə edilmiş 37 saylı notariat kontorunda təsdiqlənmiş ərizənin surətindən müəyyən olunur ki, Məlikov Cavabdeh3 Sara Sadıq qızının mülkiyyətində olan ünvan 3 ünvan ev 6) ünvanında yerləşən 283.1 kv.metr fərdi yaşayış evinin və mülkiyyətində olan 0.0252 ha torpaq sahəsinin ipoteka (girov) yolu ilə satılmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka alqı-satqı müqaviləyə əsasən İddiaçı ASC cavabdehə müqaviləyə əsasən 300 ay müddətinə qiyməti 72000,00 manat olan Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi, Səməd Mənsur küçəsi ev 2B (yeni qaydalarla: ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı ASC Cavabdeh1 yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. İşə əlavə edilmiş “LEX FORİ Hüquq və Qiymətləndirmə” şirkətinin xx.xx.2020-ci il tarixli LF 11 saylı ekspert rəyindən görünür ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin bazar qiymətlərinə uyğun olaraq dəyəri 130 000 manat, likvid dəyəri 120 000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9/5944 saylı ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh1 İddiaçı ASC-yə ödənilməli borcu, İBO/158 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin şərtlərini əsas götürməklə Cavabdeh1 xx.xx.2020-ci il tarixədək banka olan kredit borcu 71.274,28 manat əsas borc, 2.160,60 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarıçatan şəxsəödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Bu Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Bu Qanunun 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə görə ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli, İBO/158 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı cavabdehə illik 7 % olmaqla 300 ay müddətə 72000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli «alqı-satqı İpoteka müqaviləsi» bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi, Səməd Mənsur küçəsi ev 2B (yeni qaydalarla: ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş üzrə İddiaçı ASC həmin məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bunun nəticəsində borclunun bank qarşısında İBO/158 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 71274,28 manat məbləğində əsas borcu, 2160,60 manat məbləğində faiz borcu yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirmədiyindən Cavabdeh1 xx.xx.2018-ci il tarixli İBO/158 saylı kredit müqaviləsi üzrə 71274,28 manat məbləğində əsas borcu, 2160,60 manat məbləğində faiz borcu olmaqla cəmi 73.434,88 (yetmiş üç min dörd yüz otuz dörd manat, səksən səkkiz qəpik) manat borc və 30(otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, Cavabdeh1 məxsus Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi, Səməd Mənsur küçəsi ev 2B (yeni qaydalarla: ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 130 000 (bir yüz otuz min) manat müəyyən olunmalı, tələb ipoteka qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi, Səməd Mənsur küçəsi ev 2B (yeni qaydalarla: ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilsin və ev açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı ASC-nin xeyrinə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalı, Cavabdeh3 və Cavabdeh2 tərəfindən Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi, Səməd Mənsur küçəsi ev 2B (yeni qaydalarla: ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi satıldıqdan sonra ən geci bir ay ərzində həmin ev boşaldılsın və alıcıya təhvil verilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 145+250 (üç yüz doxsan beş) manat Cavabdeh1 və İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin ilkin mərhələdə borc məbləğini ödəyəcəyi təqdirdə cavabdehlərin istifadə hüququna xitam verilməsi hissəsində iddia tələbi təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2018-ci il tarixli İBO/158 saylı kredit müqaviləsi üzrə 71274,28 manat məbləğində əsas borc, 2160,60 manat məbləğində faiz borcu olmaqla, cəmi 73.434,88 (yetmiş üç min dörd yüz otuz dörd manat, səksən səkkiz qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh1 məxsus Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi, Səməd Mənsur küçəsi ev 2B (yeni qaydalarla: ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 130 000 (bir yüz otuz min) manat müəyyən olunsun. Tələb ipoteka qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi, Səməd Mənsur küçəsi ev 2B (yeni qaydalarla: ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilsin və ev açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı ASC-nin xeyrinə ödənilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh3 və Cavabdeh2 tərəfindən Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi, Səməd Mənsur küçəsi ev 2B (yeni qaydalarla: ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi satıldıqdan sonra ən geci bir ay ərzində həmin ev boşaldılsın və alıcıya təhvil verilsin. Ekspertiza tədqiqatının dəyəri – 145+250 (üç yüz doxsan beş) manat Cavabdeh1 və İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-103/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-103/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver