Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1031/2021 23.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, İddiaçı MMC cavabdeh Cavabdeh qarşı pul tələbinə dair qarşı aliment tələbinə dair mülki işə Bakı şəhərində Suraxanı Rayon Məhkəməsinin inzibati binasında 23 fevral 2021ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Azərbaycan Respublikasının Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müüqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Lakin Nizami rayon ərazisində bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq “KATV1-ə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC tərəfindən “xxxx” hüquq firması ilə 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci və 04.01.2018ci il tarixlərdə (5 illik) hüquqi yardım göstərilməsi barədə müqavilələr imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş 28 saylı MKİS tərəfindən verilən arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil cavabdehə məxsusdur. Həmin ünvandan Eyvazzadə Elzamin əvvəllər İddiaçı MMC-in abunəçisi olmuş və onunla şirkət arasında 12.03.2008-ci il tarixdə müqavilə bağlanmışdır. Son abunə haqqının ödənilməsi 01.06.2016-cı il tarixdə baş vermiş və onunla şirkət arasında bağlanmış müqavilə münasibətlərinə 04.08.2016-cı ildə son qoyularaq, həmin yaşayış sahəsi kabel şəbəkəsindən ayrılmışdır. Həmin ünvanda yerləşən kabel şəbəkəsinə 03.12.2018-ci il tarixdə son baxış keçirilmişdir. Daha sonra isə 16.10.2019-cu il tarixdə “xxxx” hüquq firmasının, Rabitə Nazirliyinin, və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 7772 N saylı müvafiq akt tərtib olunmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Sözügedən mənzilə son baxış keçirildiyi 03 dekabr 2018-ci il tarixindən qanunsuz qoşulma barədə tərtib olunan 16 oktyabr 2019-cu il tarixə qədər olan müddət 317 gün təşkil edir. Bir günlük abunə haqqının 30 (otuz) qəpik olmasını nəzərə alaraq müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya abunə haqqı qismində vurduğu zərər 95 manat 10 qəpik təşkil edir. İddiaçı MMC ilə “xxxx” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hər bir məhkəmə işi üçün nümayəndəyə ödənilən məbləğ 150 (yüz əlli) manat təşkil edir. Ödənilən dövlət rüsumu 20 manat təşkil edir. Beləliklə, Cavabdeh İddiaçı MMC-yə ödəməli olduğu məbləğ cəmi 265 manat 10 qəpik təşkil edir. Qeyd olunanlara əsasən Cavabdeh İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz qoşulması nəticəsində 95 manat 60 qəpik abunə haqqı qismində vurulmuş zərərin, nümayəndəyə çəkilən xərclərə görə 150 manat, 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 265 manat 10 qəpik pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasınadək İddiaçı MMC-in nümayəndəsi məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsini və vəkilinin izahatını və çıxışını dinləyərək, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarında olan: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 117 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 19 noyabr 2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 21, 3 saylı mənzilində pasport qeydiyyatında deyildir. Azərbaycan Respublikası DİN-in BPMQMİ-in MAPS şöbəsi tərəfindən verilmiş 26.11.2019-ci il tarixli arayışına əsasən Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 19 avqust 2020-cu il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan Eyvazzadə Elzamin arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 12.03.2008-ci il tarixində “KATV1” kabel televiziyasının şəbəkəsinə qoşulmuş, 01.06.2016-cı il tarixinədək son ödəniş həyata keçirilmiş və 04.08.2016-cı il tarixində 21,30 manat borcu ilə şəbəkədən ayrılmışdır. İş materiallarında olan 19 avqust 2020-cu il tarixli arayışdan görünür ki, ünvan 1 7772N saylı akt tərtib olunana qədər sonuncu dəfə 03.12.2018-ci il tarixdə akt tərtib edilmişdir. İş materiallarında olan 7772N nömrəli 16 oktyabr 2019-cu il tarixli aktların surətindən görünür ki, “xxxx”hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 21, 12 saylı mənzilində kabel şəbəkəsinə baxış keçirən zaman həmin mənzildə yaşayan Quliyev Yavər tərəfindən kabel şəbəkəsinə qanunsuz qoşulma aşkar edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş kassa mədaxil orderinin qəbzi ilə müəyyən edilir ki, Cavabdeh qarşı məhkəməyə iddia verilməsi ilə əlaqədar nümayəndəyə 150 manat ödənilmişdir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyatı operatora, provayderə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İşin məhkəmədə araşdırılan halları ilə müəyyən olunur ki, Cavabdeh tərəfindən qeyd olunan mənzildə qanunsuz olaraq müvafiq lisenziya əsasında fəaliyyət göstərən “KATV1” kabel televiziyası şəbəkəsinə qoşulma halı baş verməsinə dair və iddiaçıya ziyan vurulmasına dair iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən dəymiş zərərin ödənilməsinə dair iddia tələbi əsassızdır. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb sübutlara cəm halında qiymət verərək, hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu və digər məhkəmə məsrəfləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220,233,357-360-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı MMC-in Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Dövlət rüsumu olaraq ödənilmiş 20 manat dövlət rüsumu və digər məhkəmə məsrəfləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1031/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1031/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver