Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-105/2022 07.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 07.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 4.261,61 manat əsas, 1.240,08 manat faiz, 239,91 manat cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 158 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 5.899,60 borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən, 5 otaqlı, 92.76 kv.m ümumi, 60.26 kv.m yaşayış, 32.5 kv.m yardımçı sahədən ibarət 24 nömrəli evin 29 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən, 5 otaqlı, 92.76 kv.m ümumi, 60.26 kv.m yaşayış, 32.5 kv.m yardımçı sahədən ibarət 24 nömrəli evin 29 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən, 5 otaqlı, 92.76 kv.m ümumi, 60.26 kv.m yaşayış, 32.5 kv.m yardımçı sahədən ibarət 24 nömrəli evin 29 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən, 5 otaqlı, 92.76 kv.m ümumi, 60.26 kv.m yaşayış, 32.5 kv.m yardımçı sahədən ibarət 24 nömrəli evin 29 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 07 sentyabr 2015-ci il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri 07.09.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin “4 saylı” filialından illik 26%-lə 36 ay müddətinə 8000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 31.10.2019-cu il tarixli Əlavə sazişə əsasən kreditin qalıq məbləği konvertasiya edilməklə və kapitallaşdırılmaqla 4.462,60 manat təşkil etmişdir və kreditin müddəti 28.02.2022-ci il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən, 5 otaqlı, 92.76 kv.m ümumi, 60.26 kv.m yaşayış, 32.5 kv.m yardımçı sahədən ibarət 24 nömrəli evin 29 nömrəli mənzili 07.09.2015-ci il tarixli ipoteka müqaviləsilə və 31.10.2019-cu il tarixli ipoteka müqaviləsinə Əlavə Sazişə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 07.09.2015-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cli bəndinə əsasən hər gecikdirilən glin üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 07.04.2021-ci ilədək Cavabdeh 07.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 4.261,61 manat əsas, 1.240,08 manat faiz, 239,91 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 5.741,60 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 07.04.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 07.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 4.261,61 manat əsas, 1.240,08 manat faiz, 239,91 manat cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 158 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 5.899,60 manat borcu vardır. 07.09.2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Tərəflərin izahatları İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, işə məhkəmədə baxılan dövrdə cavabdeh tərəfindən ödənişlər edilmişdir və cavabdehin hazırkı borcu 259,61 manat əsas, 1644,04 manat faiz, 477,96 manat cərimə olmaqla, ümumilikdə 2381,61 manat təşkil edir. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etməklə ödənişlərin nəzərə alınaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, o, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 07.09.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin “4 saylı” filialından illik 26%-lə 36 ay müddətinə 8000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 31.10.2019-cu il tarixli Əlavə sazişə əsasən kreditin qalıq məbləği konvertasiya edilməklə və kapitallaşdırılmaqla 4.462,60 manat təşkil etmişdir və kreditin müddəti 28.02.2022-ci il tarixədək uzadılmışdır. 07.09.2015-ci il tarixli ipoteka müqaviləsilə və 31.10.2019-cu il tarixli ipoteka müqaviləsinə Əlavə Sazişə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən, 5 otaqlı, 92.76 kv.m ümumi, 60.26 kv.m yaşayış, 32.5 kv.m yardımçı sahədən ibarət 24 nömrəli evin 29 nömrəli mənzili "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri «İpoteka qoyan»ın və «İpoteka saxlayan»ın razılığına əsasən 80.000 manat məbləğində müəyyən edilmişdir. Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından müəyyən olunur ki, Cavabdeh məcsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, 24 nömrəli evin 29 nömrəli mənzili "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 4.261,61 manat əsas, 1.240,08 manat faiz, 239,91 manat cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 158 manat olmaqla, cəmi 5741,6 manat məbləğində borcu vardır. İddiaçının nümayəndəsinin 07.02.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh İddiaçı ASC-yə 259,61 manat əsas, 1644,04 manat faiz, 477,96 manat cərimə olmaqla, ümumilikdə 2381,61 manat məbləğində borcu vardır. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli 2(010)-2985/2021 saylı qərardadı ilə mülki iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi qərara alınmış və qiymətləndirilmənin aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.10.2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən, 5 otaqlı 92.76 kv.m ümumi, 60.26 kv.m əsas, 32.5 kv.m yardımçı sahədən ibarət 24 nömrəli evin 29 nömrəli fərdi yaşayış evinin bazar dəyərinə uyğun likvid qiymətinin dəyəri 80.000 manat müəyyən edilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
423. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 269.1 Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının tə`min edilməsi üsuludur. 269.4 İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1 Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: 33 Borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1 Əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. 36.1 İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 41.1 İpotekasaxlayanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq hərracda satıla bilər.
Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, "xxxx" İKB ASC (hazırkı "xxxx" ASC) ilə Cavabdeh arasında 07.09.2015-ci il tarixində kredit müqaviləsi bağlanılmış və həmin müqavilə ilə cavabdeh iddiaçı təşkilatdan illik 26%-lə 36 ay müddətinə 8000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 31.10.2019-cu il tarixli Əlavə sazişə əsasən kreditin qalıq məbləği konvertasiya edilməklə və kapitallaşdırılmaqla 4.462,60 manat təşkil etmiş və kreditin müddəti 28.02.2022-ci il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən, 5 otaqlı, 92.76 kv.m ümumi, 60.26 kv.m yaşayış, 32.5 kv.m yardımçı sahədən ibarət 24 nömrəli evin 29 nömrəli mənzili 07.09.2015-ci il tarixli ipoteka müqaviləsilə və 31.10.2019-cu il tarixli ipoteka müqaviləsinə Əlavə Sazişə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Müqavilənin şərtlərinə görə cavabdeh krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə iddiaçı müqaviləyə vaxtından əvvəl xitam vermək və qalan kredit məbləğini, faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri cavabdehdən tələb etmək hüququna malikdir. Tərəflər arasında bağlanmış 07.09.2015-ci il tarixli ipoteka müqaviləsi və 31.10.2019-cu il tarixli ipoteka müqaviləsinə Əlavə Sazişə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən, 5 otaqlı, 92.76 kv.m ümumi, 60.26 kv.m yaşayış, 32.5 kv.m yardımçı sahədən ibarət 24 nömrəli evin 29 nömrəli mənzili kredit borcunun təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və müqavilənin 2.3 bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 80.000 manat məbləğində müəyyən edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli 2(010)-2985/2021 saylı qərardadı ilə ipoteka predmetinin qiymətləndirilməsi qərara alınmış və qiymətləndirilmənin aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.10.2021-ci il tarixli rəyi ilə Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən, 5 otaqlı 92.76 kv.m ümumi, 60.26 kv.m əsas, 32.5 kv.m yardımçı sahədən ibarət 24 nömrəli evin 29 nömrəli fərdi yaşayış evinin bazar dəyərinə uyğun likvid qiymətinin dəyəri 80.000 manat müəyyən edilmişdir. Məhkəmə həmçinin müəyyən edir ki, iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni kredit məbləğini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da o, müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra Cavabdeh götürdüyü kredit üzrə ödənişlər edilmişdir və məhkəməyə təqdim olunmuş sonuncu maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh kredit üzrə əsas borcu 259.61 manat məbləğindədir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının tələbi əsas borcun tutulması hissəsində iddiaçının nümayəndəsinin təqdim etdiyi maliyyə arayışında göstərilən məbləğdə, yəni 259.61 manat əsaslıdır. Tələb olunan faiz borcu ilə bağlı məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş sonuncu maliyyə arayışından Cavabdeh kredit üzrə 1644,04 manat məbləğində faiz borcunun və 477,96 manat məbləğində cərimə borcunun olması görünsə də, iddiaçı iddia tələbini artırmamış və məhkəməyə müraciət edilən tarixə olan faiz borcunun tutulmasını xahiş etmişdir. Ona görə də, iddia tələbi faiz borcu hissəsində tam təmin edilməli və cavabdehdən 1.240,08 manat məbləğində faiz borcu tutulmalıdır. Tələb olunan cərimə borcu ilə bağlı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı 239,91 manat məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də məhkəmə sözügedən normanı rəhbər tutaraq cərimə borcunun 20 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğvi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və 07.09.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilməlidir. İddia tələbinin "kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 158 manat məbləğində əldən çıxmış fayda" hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbi əsaslı deyildir və təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə qeyd edilən qərardan görünür ki, iddiaçı müqavilə müddəti bitdiyi tarixdən sonrakı dövr üçün illik 5 faizlə hesablanmış məbləği tələb edə bilər. Hazırkı işdə isə tərəflər arasında bağlanmış müqavilənin müddəti bitməmişdir və bu səbəbdən iddiaçının illik 5 faizlə hesablanmış borcu tələb etməsi əsassızdır. Ona görə də, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun evin satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nin xeyrinə ödənilməsi ilə bağlı da iddianı qismən əsaslı sayıb qeyd edir ki, ipoteka predmetinin satışından əldə olunacaq vəsaitin yalnız qətnamə ilə təmin olunan hissəsi iddiaçının xeyrinə ödənilə bilər, qalan məbləğ isə digər xərclər çıxıldıqdan sonra ipoteka qoyanlara qaytarılmalıdır. Satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi ilə bağlı iddiaçının tələbinə dair məhkəmə qeyd edir ki, həmin hissədə də iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmçinin həmin Məcəllənin 319.6-cı maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məkhəmə tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, ipoteka haqqında Azərbaycan Respublikasının Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alan məhkəmə tərəfindən ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi keçirilmiş və ipoteka predmeti olan mənzilin likvid dəyəri 80000 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) 80000 manat məbləğində müəyyən edilməlidir. İddianın «ipotekaya qoyulmuş yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan bir ay sonra Cavabdeh və digər həmin yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin evdən çıxarılması, evin boşaldılması və banka təhvil verilməsi» hissəsi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, «İpoteka haqqında» Qanunun 59.3.2-ci maddəsinin tələbinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar «İpoteka haqqında» Qanunun 59.4-cü maddəsinin tələbinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, burada söhbət yalnız tutma üzərinə yönəldilmiş ipoteka predmeti satıldıqdan sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində boşaltmalarından gedir. Eləcə də nəzərə almaq lazımdır ki, cavabdehlər ipoteka ilə təmin edilən icrası gecikdirilmiş öhdəliyi və ya öhdəliyin hissəsini icra edərək ipoteka predmetinə tutmanın yönəldilməsinə və onun satışına istənilən vaxt xitam verilməsini tələb etmək hüququna malikdirlər. Ona görə də məhkəmə hesab edir ki, ipotekaya qoyulmuş yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra bir ay ərzində cavabdeh X3 həmin evi tərk etməlidir. «Evi tərk etməlidirlər» dedikdə isə cavabdehlərin həmin yaşayış evinə olan istifadə hüquqlarını itirməsi və evdən çıxarılması başa düşüldüyündən, məhkəmə hesab edir ki, onların istifadə hüquqları itirilmiş hesab edilməli və onlar həmin evdən çıxarılaraq, ev boşaldılmadır. Belə nəticəyə gələn məhkəmə hesab edir ki, əks yanaşma gələcəkdə ipoteka predmeti olan yaşayış evi açıq hərracdan satılacağı təqdirdə cavabdehlərin həmin evdən çıxarılması ilə bağlı yeni məhkəmə mübahisələrinin əmələ gəlməsinə şərait yarada bilər. «Evin banka təhvil verilməsi» ilə bağlı isə məhkəmə qeyd edir edir ki, indidən həmin evin hərraca çıxarılıb-çıxarılmaması, hərracdan konkret olaraq kim (kimlər) tərəfindən alınıb-alınmaması məlum olmadığından, hazırki vəziyyətdə belə bir nəticəyə gəlmək də mümkün deyildir. Yalnız yaşayış evi açıq hərracdan məhz İddiaçı ASC tərəfindən alınacağı təqdirdə evin banka təhvil verilməsindən söhbət gedə bilər ki, bu da qeyri-müəyyəndir. Qeyri-müəyyən tələblər üzrə isə iddianın təmin olunması yolverilməzdir. Məhkəmə zamanı müəyyən olunmuşdur ki, məhkəmənin təyin etdiyi ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xərci 150 (bir yüz əlli) manat İddiaçı ASC tərəfindən ödənilmişdir. Odur ki, məhkəmə təqdim edilmiş sübutların mötəbərliyini əsas götürərək iddianın qismən təmin edilməsi qənaətinə gəlir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 07.09.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 07.09.2015-ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş kredit üzrə 259.61 (iki yüz əlli doqquz manat altmış bir qəpik) manat əsas borc, 1240,08 (bir min iki yüz qırx manat səkkiz qəpik) manat faiz, 20 (iyirmi) manat məbləğində cərimə, 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat məbləğnidə xidmət haqqı alınaraq iddiaçı “YELO Bank» ASCnin xeyrinə tutulsun. Tutma Cavabdeh məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən, 5 otaqlı, 92.76 kv.m ümumi, 60.26 kv.m yaşayış, 32.5 kv.m yardımçı sahədən ibarət 24 nömrəli evin 29 nömrəli mənzilinə yönəldilsin. Həmin mənzilin ilkin satış qiyməti 80.000 (səksən min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılsın və borc Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən, 5 otaqlı, 92.76 kv.m ümumi, 60.26 kv.m yaşayış, 32.5 kv.m yardımçı sahədən ibarət 24 nömrəli evin 29 nömrəli mənzilinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilsin. Mənzilin satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Cavabdeh məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən, 5 otaqlı, 92.76 kv.m ümumi, 60.26 kv.m yaşayış, 32.5 kv.m yardımçı sahədən ibarət 24 nömrəli evin 29 nömrəli mənzil hərrac keçirildikdən və satıldıqdan sonra bir ay sonra cavabdehin həmin mənzilə istifadə hüququ itirilmiş hesab edilməklə mənzildən çıxarılsın və mənzil boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova