Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1067/2021 07.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnür Firdovsi qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 oğluna qarşı “borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 oğlundan müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 12.456,14 ABŞ Dolları məbləğində kredit borcu, 14.718,61 ABŞ Dolları məbləğində faiz borcu və 13.577,09 ABŞ Dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 40.751,84 ABŞ Dolları məbləğində borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumu və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh3 məxsus Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində 0.025 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 40.751,84 ABŞ dolları borcu, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 oğlundan müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində 0.025 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra torpaq sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 14.11.2014-cü il tarixli 002L**********72 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 150000 (yüz əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunduğuna görə İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 14.11.2014-cü il tarixli 002R********** saylı kredit razılaşması əsasında sonuncuya 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 22000 (iyirmi iki min) ABŞ Dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 11.03.2015-ci il tarixli 002R**********S saylı, 17.02.2016-cı il tarixli 002R**********SB saylı, 06.04.2016-cı il tarixli 002R**********SC saylı, 22.07.2016-cı il tarixli 002R**********SD saylı, 16.02.2017-ci il tarixli 002R**********SE saylı, 19.09.2017-ci il tarixli 002R**********SF saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. Cavabdeh3 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 22.10.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 9543.86 ABŞ Dolları ödəmiş, onun 12456.14 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh1 onlarla bağlanmış zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda qeyd edilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşımalarını üzərlərinə götürmüşlər. Bundan başqa kredit xətti müqaviləsi öhdəliklərinin icrasını təmin etmək məqsədilə nmədov Heysar Şaxmərdan oğlu İddiaçı QSC ilə bağladığı 14.1.2014-cü il tarixli 002M**********702 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində 0.025 ha torpaq sahəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və dövlət qeydiyyatına alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh3 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci c.nə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 28.08.2020-ci il tarixdə bildiriş göndərilsə də, cavabdeh tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra edilməmişdir. Odur ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 oğlundan müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 12.456,14 ABŞ Dolları məbləğində kredit borcu, 14.718,61 ABŞ Dolları məbləğində faiz borcu və 13.577,09 ABŞ Dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 40.751,84 ABŞ Dolları məbləğində borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun,ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh3 məxsus Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində 0.025 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 40.751,84 ABŞ dolları borcu, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun,ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 oğlundan müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində 0.025 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra torpaq sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi qismində izahat vermiş onun vəkili Vəkil iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, iddia ərizəsində göstərilən rəqəmlər əsassızdır və iddia təmin edilməməlidir. Belə ki, Cavabdeh3 2014-cü ildə ailə problemi ilə əlaqədar evini satdığınıa görə kiçik oğlu, gəlini və 4 nəvəsi ilə birlikdə qalmalı olmuşdur. Buna görə də həm işinə yaxın, həm də uşaqlara görə həyət evi tikmək qərarına gələrək Günəşli qəsəbəsində 2,5 sot torpaq alıb tikməyə başlamışdır. Həmin ərəfədə cavabdehin 2-ci nəvəsi xəstələnmiş və ona “Epilepsiya” diaqnozu qoyulmuşdur. Cavabdeh3 2014-cü ilin noyabr ayında bankdan pul götürməyə məcbur olub “Access bank”a müraciət etmişdir. Lakin ona manatla deyil torpağını girov qoymaq müqabilində 22.000 ABŞ dolları verilmişdir. Həmin vaxt məzənnə 0,78 qəpik olsa da, 2015-ci ildə dolların qiyməti qalxmışdır. Belə olan halda o, ödənişin aşağı salınması uçun bankdan xahiş etmişdir. Həmin zaman cavabdehin oğlunu işdən çıxartmışlar. Dollar qalxandan sonra cavabdeh 1.05 qəpıkdən-1.98 qəpiyə bır neçə gün gecikmə olsa belə ödənişlərini etmişdir. Bankdan cavabdehə gecikməyə görə borcun silindiyini bildirsələr də, kredit müqaviləsinin müqavilə müddəti bitdikdən sonra problemli şöbəyə verilmiş və müqavilə yenilənməmiş və bütün borcun ödənilməsini tələb etmişlər. Cavabdehin buna maddi vəziyyəti imkan vermədiyindən Azərbaycan Respublikasının Birinci X2 Əliyevaya ərizə yazmış və bundan sonra onu banka çağırıb bu şəkildə güzəşt təklif etdilər ki, 12.400 dollar borcunun silinməsi üçün 10.000 dollar ödəsin. Lakin cavabdeh bu məbləğdə pulu ödəyə bilməyəcəyini bildirərək yehi ödəniş cədvəli tərtib edilməsini və buna uyğun ödənişlər həyata kecirtmək niyyətində olduğunu təklif etsə də, bank buna razı olmamışdır. Bu danışıqlar aparılsa da bank məhkəməyə yalnız 2 ildən sonra müraciət etmiş, bu isə faizlərin artıtılmasına səbəb olmuşdur. Lakin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında fiziki şəxslərin faizlərinin silinməsi qeyd olunsa da, bank tərəfindən buna riayət edilməmişdir. Belə olan halda iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğlu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14.11.2014-cü il tarixdə bağladığı Kredit Müqaviləsindən görünür ki, borcverən İddiaçı QSC ilə borcalan Cavabdeh3 arasında bağlanmış müqaviləyə əsasən sonuncuya 120 ay müddətinə 150000 (yüz əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 25.08.2014-cü il tarixdə bağladığı Kredit Müqaviləsindən görünür ki, borcverən İddiaçı QSC ilə borcalan Cavabdeh3 arasında bağlanmış müqaviləyə əsasən sonuncuya aylıq faiz dərəcəsi 1.8333% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 (on iki min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan tərəflərin imzaladıqları 11.03.2015-ci il tarixli 002R**********S saylı Kredit Razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında razılaşma ilə kredit müqaviləsi üzrə ödəniş müddəti 19 fevral 2019-cu il tarixə kimi uzadılmışdır. İş materiallarında olan tərəflərin imzaladıqları 17.02.2016-cı il tarixli 002R**********SB saylı Kredit Razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında razılaşma ilə kredit müqaviləsi üzrə verilmiş kreditin qalıq məbləğinə 17.02.2016-cı il tarixdən aylıq 1,75 faiz dərəcəsi ilə faizlərin hesablanması nəzərdə tutulmuşdur. İş materiallarında olan tərəflərin imzaladıqları 06.14.2016-cı il tarixli 002R**********SC saylı Kredit Razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında razılaşma ilə kredit müqaviləsi üzrə verilmiş kreditin qalıq məbləğinə 16.04.2016-cı il tarixdən aylıq 1,6667 faiz dərəcəsi ilə faizlərin hesablanması nəzərdə tutulmuşdur. İş materiallarında olan tərəflərin imzaladıqları 22.07.2016-cı il tarixli 002R**********SD saylı Kredit Razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında razılaşma ilə kredit müqaviləsi üzrə ödəniş müddətinin son tarixi 19 noyabr 2018-ci il kimi müəyyən edilmişdir. İş materiallarında olan tərəflərin imzaladıqları 16.02.2017-ci il tarixli 002R**********SE saylı Kredit Razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında razılaşma ilə kredit müqaviləsi üzrə ödəniş müddətinin son tarixi 19 sentyabr 2017-ci il kimi müəyyən edilmişdir. İş materiallarında olan tərəflərin imzaladıqları 19.09.2017-ci il tarixli 002R**********SF saylı Kredit Razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında razılaşma ilə kredit müqaviləsinin müddəti 22 oktyabr 2018-ci il tarixinə kimi uzadılmışdır. Bununla yanaşı, işi materialları ilə müəyyən olunur ki, İddiaçı QSC ilə cavabdeh Cavabdeh1 14.11.2014-cu il tarixdə bağlanmış 002S**********04 saylı zaminlik müqaviləsi ilə sonuncu İddiaçı” QSC ilə Cavabdeh3 arasında bağlanmış 14.11.2014-cü il tarixli 002R********** №-li kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamilə icra edilməsi üçün borclu ilə birgə məsuliyyət daşımasını üzərinə götürmüşdür. Eyni zamanda işi materialları ilə müəyyən olunur ki, İddiaçı QSC ilə cavabdeh Cavabdeh2 11.04.2016-cı il tarixdə bağlanmış 002S**********01 saylı saylı zaminlik müqaviləsi ilə sonuncu İddiaçı” QSC ilə Cavabdeh3 arasında bağlanmış 14.11.2014-cü il tarixli 002R********** №-li kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamilə icra edilməsi üçün borclu ilə birgə məsuliyyət daşımalarını üzərlərinə götürmüşdür. İş materiallarında olan 14 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, tərəflər arasındakı 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmini kimi Cavabdeh3 mülkiyyət hüququ ilə ona məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 0,025 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 3.1-3.3-cü bəndinə əsasən ipotekaya qoyulan əmlak 21000 (iyirmi bir) ABŞ dolları (16470,30 (on altı min dörd yüz yetmiş manat) məbləğində qiymətləndirilmişdir. Həmin müqavilənin 3.2.2-ci bəndinin müddəalarına əsasən Borclu Uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmək üçün ipoteka predmentinin satılmasını ipoteka qoyandan tələb edə bilər. İş materiallarında olan pretenziya məktubundan görünür ki, cavabdehə 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi təklif olunmuşdur. İş materiallarından görünür ki, ipoteka saxlayan İddiaçı QSC ipoteka qoyana “İpoteka haqqında” Qanunun 36.2-ci bəndində uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, həmçinin həmin bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. Cavabdehin vəsatəti əsasında keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 27 aprel 2021-ci il tarixli, 9/2034 saylı rəyi ilə müəyyən olunur ki, tərəflər arasında olan kredit müqaviləsinə görə Cavabdeh3 22.10.2018-ci il tarixə əsas borcu 13350,51 ABŞ dolları, faiz borcu üzrə 8.902,36 ABŞ dolları cəmi 22252.36 ABŞ dolları təşkil edir İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh3 14 noyabr 2014-cu il tarixli kredit müqaviləsi üzrə 01.10.2020-ci il tarixə əsas borcu 12456.14 ABŞ dolları, faiz üzrə borcu 14718.61 ABŞ dolları, cərimə borcu 13577.09 ABŞ dolları təşkil edir. Məhkəmə icraatında “X7” MMC tərəfindən keçirilmiş qiymətləndirmə ekspertizasının 25 may 2021-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 0,025 ha torpaq sahəsinin bazar dəyəri 32000 manat, likvid dəyəri isə 28800 manat manat təşkil edir. Beləliklə, işdə olan sübutlarla məhkəmə iclasında müəyyən olunmuş hallar ondan ibarətdir ki, 14 noyabr 2014-cu il tarixli kredit razılaşmasına əsasən İddiaçı QSC tərəfindən Cavabdeh3 kreditdən istifadəyə görə aylıq 1.8333% borc faizləri ödəməsi şərtilə 36 ay müddətinə 22000 ABŞ dolları məbləğində kredit verilmiş və həmin tarixdə bağlanmış ipoteka müqaviləsi ilə 14 noyabr 2014-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmini kimi Cavabdeh3a mülkiyyət hüququ ilə ona məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 0,025 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən kredit razılaşmasının müddəti 22 oktyabr 2018-ci il tarixinə kimi uzadılmışdlr. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ilə bağlanmış zaminlik müqavilələri ilə kredit razılaşmasından irəli gələn öhdəliklərinin borclu tərəfindən icra edilməməsi halı üçün onunla birlikdə məsuliyyət daşımalarını üzərlərinə görtürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsi əsasında İddiaçı QSC-dən kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri “«İddiaçı” QSC-nə qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Buna baxmayaraq o, öhdəliyini lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğu halda, cədvəl üzrə ödənişləri dayandırmışdır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Məmmədov Heysər Şaxmərdan oğlu kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən, iddiaçının ondan və və onun zaminlərindən kredit müqaviləsinə görə yaranmış kredit borcu, ona hesablanmış faizlər və cəriməni tələb edilməsi hüququ yaranmışdır. Bununla belə işin məhkəmədə araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçı cavabdehdən bağlanmış kredit müqaviləsi üzrə 01.10.2020-ci il tarixədək hesablanmış 12456,14 ABŞ dolları əsas, 14718,61 ABŞ dolları faiz və 13577,09 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 40751,84 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasına dair tələb irəli sürmüşdür. İş üzrə keçirilmiş ekspertiza zamanı verilmiş rəydə isə Cavabdeh3 banka müqavilə müddətinin bitmə tarixinə, yəni müqavilə müddəti bitən tarixə 13350,51 ABŞ dolları əsas, 8902,36 ABŞ dolları faiz borcunun olması müəyyən olunmuşdur. Belə olan halda, məhkəmə tərəflərin irəli sürdükləri tələblər üzrə qətnamə çıxarılmalı olmasına dair prosessual qanunvericiliyinin müddəlarını rəhbər tutaraq bu nəticəyə gəlir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə borcun məbləği daha yüksək göstərildiyindən kredit müqaviləsi üzrə əsas borc iddiaçının irəli sürülmüş tələb çərçivəsində götürülməlidir. Cavabdeh3 kredit müqaviləsi üzrə faiz borcuna gəldikdə isə məhkəmə iddiaçının kredit müddətinin bitməsindən sonra də eyni faiz dərəcəsi ilə əsas borca faizlərin hesablanması ilə bağlı istinad etdiyi halları əsassız hesab edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, MM-nin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-nin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Yuxarıda qeyd olunan ekspertiza rəyinin nəticələrinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinin bitmə tarixi olan 22 oktyabr 2018-ci il tarixə cavabdeh X1 faiz borcu 8902,36 ABŞ dolları təşkil edir. Məhkəmə ekspertiza rəyinin nəticələri ilə razılaşaraq hesab edir ki, 8902,36 ABŞ dolları kredit müqaviləsinə əsasən hesablanmalı olan faiz məbləğinin həddidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın "13577,09 ABŞ dolları məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq cəmi 500 (beş yüz) ABŞ dolları məbləğində müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə də, məhkəmə kredit razəlaşması üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 12456,14 ABŞ dolları əsas, 8902,36 ABŞ dolları faiz və 500 ABŞ dolları cərimə borcu, cəmi 21858,87 (iyirmi bir min səkkiz əlli səkkiz dollar 87 sent) ABŞ dolları” alınaraq İddiaçı QSC xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası MM-nin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi hissədə iddia tələbini əsaslı hesab edir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə ödənişin yönəldilməsi hüququnun yaraması anı kimi təsbit edilmişdir. Həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə ödənişin yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Həmin Qanunun 39.3.3-cü maddəsinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Əgər tərəflər arasında razılaşma əldə olunmazsa, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Mülki mübahisə üzrə tələbin ipotekaya yönəldilməsi mübahisəsinə baxılarkən işə baxan məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini də gəldiyi nəticədə müəyyən etməli olması imperativ şəkildə göstərilmişdir. Göründüyü kimi ipoteka predmetinə yönəldilmə həyata keçirilməsi məsələsinə məhkəmə hüquqi qiymət verərkən ipoteka predmetinin ilkin satış qiymətini gəldiyi nəticədə göstərməlidir. Tərəflər ipoteka müqaviləsi bağladıqları zaman ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə razılığa gələrək ipotekanın predmetinin bazar qiymətini 21000 (iyirmi bir) ABŞ dolları (16470,30 (on altı min dörd yüz yetmiş manat) manat məbləğində qiymətləndirilməsinə etiraz etməmişlər. Bununla belə, məhkəmə araşdırılması zamanı məsələ ilə bağlı “X7” MMC tərəfindən keçirilmiş qiymətləndirmə rəyinin nəticələrinə görə ipoteka predmetinin bazar dəyəri 32000 manat, likvid dəyəri isə 28800 manat təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Beləliklə də, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, qanunvericiliyin qeyd olunan norması baxımından ipoteka predmetlərinin ilkin satış qiyməti məhz likvid qiymətlə müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Cavabdeh3 tutulan borc məbləği ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 0,025 ha torpaq sahəsinə yönəldilməli və “X7” MMC tərəfindən verilmiş rəy nəzərə alınmaqla, ipoteka prdemetlnin ilkin satış qiyməti 28800 manat məbləğində müəyyən edilməlidir. Satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməli və həmin əmlak satıldıqdan 1 ay sonra torpaq sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməlidir. İş materiallarından görünür ki, iddiaçı “xxxx” QSC ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 10 (on) manat rüsümun və xidmət haqqı kimi 20 (iyirmi)manat xidmət haqqı və iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz)manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 27 aprel 2021-ci il tarixli bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat və 10 (on) manat rüsümun və xidmət haqqı kimi 20 (iyirmi)manat məbləğində xidmət haqqı olan dövlət rüsumları cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada aid edilməlidir. Eyni zamanda, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3 , Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944SVVİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu : 142319, büdcə səviyyəsinin kodu:3 hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 , Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 12456,51( on iki min üz dörd yüz əlli altı dollar, 51 sent) ABŞ dollar məbləğində əsas borc, 8902,36(səkkiz min doqquz yüz iki dollar, 36 sent) ABŞ Dollar məbləğində faiz borcu, 500 (beş yüz) ABŞ dollar məbləğində cərimə, cəmi 21858,87 (iyirmi bir min səkkiz əlli səkkiz dollar 87 sent) ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat və 10 (on) manat rüsümun və xidmət haqqı kimi 20 (iyirmi)manat məbləğində xidmət haqqı olan dövlət rüsumları məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - iddiaçı “xxxx” QSC-nin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh3 , Cavabdeh2 və Cavabdeh1 tutulmalı olan cəmi 21858,87 (iyirmi bir min səkkiz əlli səkkiz dollar 87 sent) ABŞ dolları pul vəsaiti iddiaçı “xxxx” QSCnin xeyrinə ipoteka ilə yüklü edilmiş və mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 0,025 ha torpaq sahəsinə yönəldilsin və həmin əmlak açıq hərracda satılaraq, iddiaçıya olan borc ödənilsin. İpoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdehlər Cavabdeh3 , Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq “xxxx” QSC –yə ödənilsin. İpoteka predmeti olan Cavabdeh3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 0,025 ha torpaq sahəsinin ilkin satış qiyməti 28.000(iyirmi səkkiz min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 100 manat məbləğində pul vəsaiti Cavabdehlər Cavabdeh3 , Cavabdeh2 və Cavabdeh1 müştərək alınaraq dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesaba keçirilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən bir ay müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-1067/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1067/2021
07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver