Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1069/2023 23.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh tərəfindən yaşıllığa vurulmuş 750 (yeddi yüz əlli) manat məbləğində ziyanın X2 üzrə Dövlət Fonduna ödənilməsi. İddia tələbinin dəlilləri ünvan 1nvanında köküstə yaş 1 (bir) ədəd Sərv ağacı Cavabdeh tərəfindən qanunsuz kəsilərək məhv edilmişdir. Həmin ağacın qanunsuz kəsilərək məhv edilməsi nəticəsində yaşıllığa 750 (yeddi yüz əlli) manat məbləğində ziyan vurulmuşdur. Vurulmuş ziyanın yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin tələblərinə əsasən X2 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydası” nın 3-cü hissəsinə əsasən yaşıllıqlara dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqlara dəymiş maddi ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir. Həmin qaydanın 4.2-ci bəndinə əsasən yaşıllıqlara dəymiş ziyan məbləği təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən 30 gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 üzrə Dövlət Fondu haqqında Əsasnamə” yə uyğun olaraq X2 üzrə Dövlət Fondunun müvafiq bank hesabına ödənilməli və ödənişi təsdiq edən sənəd Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməlidir. Həmin qaydanın 4.3-cü bəndinə əsasən yaşıllıqlara dəymiş ziyanın ödənilməsi təqşirkar olan fiziki. vəzifəli və hüquqi şəxslər üçün məcburidir və bununla əlaqədar mübahisə inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsində sağlam ətraf mühitdə yaşamaq hüququ təsbit olunmuşdur. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Beləliklə, xx.xx.2021-ci İl tarixdə barəsində MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılan Cavabdeh tərəfindən 750 (yeddi yüz əlli) manat məbləğində ziyanın X2 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli Cavabdeh ünvanladığı məktubundan görünür ki, ünvan 1nvanında onun tərəfindən 1 (bir) ədəd Sərv ağacının qanunsuz kəsilərək məhv edilməsi nəticəsində yaşıllığa vurulmuş 750 (yeddi yüz əlli) manat məbləğində ziyanla bağlı İdarə tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış iddia ərizəsinin bir nüsxəsi Cavabdeh göndərilmişdir. xx.xx.2021-ci il tarixli 73563 saylı akta əsasən ağac kol və yaşıllıqlara dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki, 1 ədəd sərv ağacı (dm-28sm) x 250 FPY x3=750 AZN. Cavabdeh xx.xx.2021-ci il tarixli 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanladığı izahatından görünür ki, hər dəfə güclü külək olduğu zaman evinə ciddi ziyan vurur. Dam örtüyü, divarları, yararsız vəziyyətə gətirir. Məcbur qaldığı üçün kəsdim. Özü də hərbiçidir, işdən ezamiyyət göndərilir. Hər hansı bir hadisənin ailəsinin başına gəlməməsi üçün, uşaqlarının qorxu hissi keçirdiyini görüb bu hadisəni, yəni ağacı kəsdi. MN seriyalı ******* saylı xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, ünvan 3 ünvanında bir ədəd 28 sm diametrli sərv ağacının qanunsuz olaraq kəsilməsi nəticəsində Cavabdeh tərəfindən Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cavabdeh Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsnidə 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Törədilmiş inzibati xəta nəticəsində vurulan əmlak zərəri ödənilməsi barədə mübahisə olmadıqda 750 manat təbiətə vurulmuş maddi ziyan məbləği. Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli Cavabdeh ünvanladığı məktubundan görünür ki, Cavabdeh barəsində inzibati xəta faktı əsasında aparılmış inzibati araşdırmanın nəticəsi kimi xx.xx.2021-d il tarixli MN ******* saylı protokol tərtib olunmuş və xx.xx.2021-ci il tarixli MN ******* nömrəli qərar ilə İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi əsasında inzibati qaydada 2000 (iki min) manat məbləğində cərimə tətbiq edilmiş, 750 (yəddi yüz əlli) manat təbiətə dəymiş maddi ziyan məbləği hesablanmışdır. Qəbul edilmiş həmin qərarın təsdiq olunmuş surəti icra üçün ona göndərilmişdir və nəzərinə çatdırılmışdır ki, cərimə qərarı qüvvəyə mindikdən sonra cərimə məbləği 30 (otuz) gün müddətinə aşağıdakı hesaba köçürülməlidir. Həmin məbləğ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.14-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində, yəni dərhal və yaxud cərimə qərarı qüvvəyə mindiyi gündən 5 iş günü ərzində ödənərsə tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilmişdir. Eyni zamanda nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.13-cü maddəsinə əsasən cərimə qərarı qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin məbləğ ödənilmədikdə gecikdirilmiş hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanaraq qanunvericliklə müəyyən olunmuş qaydada tərtib olunmuş materiallar məcburi icra olunması üçün müvafiq icra və probasiya şöbələrinə təqdim ediləcəkdir. Kapital Bankın xx.xx.2023-cü il tarixli ödəmə qəbzindən görünür ki, Cavabdeh X1 2000 (iki min) manat məbləğində ödəniş etmişdir. Suraxanı rayon İcra Şöbəsinin icra məmuru R.Əliyevin xx.xx.2023-cü il tarixli «icraata xitam verilməsi haqqında» qərarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli xx.xx.2021-ci il taricli icra sənədinə xitam verilmişdir. İşin faktiki halları ünvan 1nvanında yerləşən köküstə yaş 1 (bir) ədəd Sərv ağacı Cavabdeh tərəfindən kəsilərək məhv edilmişdir. xx.xx.2021-ci İl tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir. Cavabdeh 2000 (iki min) manat məbləğində cəriməni ödəmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ağacın kəsilərək məhv edilməsi nəticəsində yaşıllığa vurulmuş 750 (yeddi yüz əlli) manat məbləğində zərərin Cavabdeh tərəfindən X2 üzrə Dövlət Fonduna ödənilməsini tələb edir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iddiaya qarşı münasibətini bildirməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 39 Sağlam ətraf mühitdə yaşamaq hüququ təsbit olunmuşdur. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı Qərarı 3 Yaşıllıqlara dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqlara dəymiş maddi ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir. 4.2. Yaşıllıqlara dəymiş ziyanın məbləği təqsirkar fiziki, vəzifəli və ya hüquqi şəxslər tərəfindən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 üzrə dövlət fondu haqqında Əsasnamə”yə uyğun olaraq X2 üzrə dövlət fondunun müvafiq bank hesabına ödənilməli və ödənişi təsdiq edən sənəd Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməlidir. Məhkəmənin mövqeyi İşin faktiki halları ondan ibarətdir ki, ünvan 1nvanında köküstə yaş 1 (bir) ədəd sərv ağacı Cavabdeh tərəfindən kəsilərək məhv edilmişdir. xx.xx.2021-ci İl tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh Azərbaycan Respublikası İXMnin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir. Cavabdeh 2000 (iki min) manat məbləğində cəriməni ödəmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ağacın kəsilərək məhv edilməsi nəticəsində yaşıllığa vurulmuş 750 (yeddi yüz əlli) manat məbləğində zərərin Cavabdeh tərəfindən X2 üzrə Dövlət Fonduna ödənilməsini tələb edir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iddiaya qarşı münasibətini bildirməmişdir. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, ünvan 1nvanında yerləşən köküstə yaş 1 (bir) ədəd sərv ağacının kəsilərək məhv edilməsi nəticəsində yaşıllığa 750 (yeddi yüz əlli) manat məbləğində zərər vurulmuşdur. Məhkəmənin gəldiyi nəticə Qanunvericiliyin sadalanan normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, ünvan 1nvanında yerləşən köküstə yaş 1 (bir) ədəd sərv ağacının kəsilərək məhv edilməsi nəticəsində yaşıllığa vurulmuş zərərə görə Cavabdeh 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq X2 üzrə Dövlət Fonduna ödənilməlidir. Şərh olunanlara əsasən və AR MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1nvanında yerləşən köküstə yaş 1 (bir) ədəd sərv ağacının kəsilərək məhv edilməsi nəticəsində yaşıllığa vurulmuş zərərə görə Cavabdeh 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq X2 üzrə Dövlət Fonduna ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1069/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1069/2023
23.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver