Məhkəmə qərarları › İş №2(010)-107/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-107/2022

12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-107/2022 12.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, iddiaçının nümayəndələri Nümayəndə3 və Nümayəndə4 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh4 və qeyrilərinə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı ASC) Cavabdeh6 və qeyrilərinə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh6 İddiaçı ASC-nin xeyrinə 2014-cü il 15 dekabr tarixli kredit müqaviləsi üzrə banka 14.526,96 ABŞ dolları əsas, 19.796,08 ABŞ dolları faiz, 1.695,39 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 36.018,43 ABŞ dolları borcu məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh6 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5-də yerləşən, 2 otaqlı, 51.85 kv.m ümumi, 28.45 kv.m yaşayış, 23.4 kv.m yardımçı sahədən ibarət 32 saylı evin 14 saylı mənzilinə (bundan sonra mətnin bəzi hissələrində “mənzil”) yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5-də yerləşən, 2 otaqlı, 51.85 kv.m ümumi, 28.45 kv.m yaşayış, 23.4 kv.m yardımçı sahədən ibarət 32 saylı evin 14 saylı mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh6 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5-də yerləşən, 2 otaqlı, 51.85 kv.m ümumi, 28.45 kv.m yaşayış, 23.4 kv.m yardımçı sahədən ibarət 32 saylı evin 14 saylı mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5də yerləşən, 2 otaqlı, 51.85 kv.m ümumi, 28.45 kv.m yaşayış, 23.4 kv.m yardımçı sahədən ibarət 32 saylı evin 14 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan iddiaçının nümayəndəsi tərəfindən ərizə təqdim edilərək, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 14526,96 ABŞ dollan əsas, 15205,14 ABŞ dollan faiz, 879,55 ABŞ dollan cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1725 ABŞ dollan məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 32336,65 ABŞ dollan məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın mərhum Cavabdeh6 mülkiyyətindəki və Cavabdeh6 vəfat etdikdən sonra yəni 06 oktyabr 2017-ci il tarixdən Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 sahiblik və idarə etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5-də yerləşən, 2 otaqlı 51.85 kv.m ümumi, 28.45 kv.m yaşayış, 23.4 kv.m yardımçı sahədən ibarət 32 saylı evin 14 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5-də yerləşən, 2 otaqlı 51.85 kv.m ümumi, 28.45 kv.m yaşayış, 23.4 kv.m yardımçı sahədən ibarət 32 saylı evin 14 saylı mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mərhum Cavabdeh6 mülkiyyətindəki və Cavabdeh6 vəfat etdikdən sonra yəni 06 oktyabr 2017-ci il tarixdən Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 sahiblik və idarə etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5-də yerləşən, 2 otaqlı 51.85 kv.m ümumi, 28.45 kv.m yaşayış, 23.4 kv.m yardımçı sahədən ibarət 32 saylı evin 14 saylı mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 və digər şəxslərin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5-də yerləşən, 2 otaqlı 51.85 kv.m ümumi, 28.45 kv.m yaşayış, 23.4 kv.m yardımçı sahədən ibarət 32 saylı evin 14 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

4. Cavabdeh2 elektron kabinet vasitəsilə ərizə təqdim edərək, mülki işin məhkəmədən kənar (tərəflərin qarşılıqlı razılığı əsasında) həll edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, mühasibatlıq ekspertizasının rəyi ilə onların iddia tələbləri demək olar ki, üst-üstə düşür və bu səbəbdən rəyə etiraz etmirlər. Qiymətləndirmə isə cavabdeh səbəbindən baş tutmadığından, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti ipoteka müqaviləsində göstərilən qiymətə əsasən götürülməlidir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə4 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdehlərdən Cavabdeh2 razılığa gəlinməsində maraqlıdır, digər cavabdehlər isə ancaq evin əldən çıxmamasını istəyirlər. Bu səbəbdən onlarla razılığa gəlmək mümkün olmur. Lakin məhkəmə tərəfindən qətnamə qəbul olunacağı onlar borclular kimi tanınacağı halda Cavabdeh2la rəsmi müqavilə bağlamaq, ödənişlər barədə razılığa gəlmək mümkün olacaqdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materialları.

7. "xxxx" İKB ASC (indiki İddiaçı ASC) ilə Cavabdeh6 arasında bağlanmış 15 dekabr 2014-cü il tarixli 6-G-1-0-2414-14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh6 "xxxx" İKB ASC tərəfindən illik 25%-lə 60 ay müddətinə 16.600 ABŞ dolları məbləğində kredit verilmişdir.

8. 15 dekabr 2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh6 16.600 ABŞ dolları məbləğində vəsait verilmişdir.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5-də yerləşən, 2 otaqlı 51.85 kv.m ümumi, 28.45 kv.m yaşayış, 23.4 kv.m yardımçı sahədən ibarət 32 saylı evin 14 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh6 adına xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2195 nömrəli reyestr kitabının 204153 nömrəli vərəqində qeydiyyata alınmışdır.

10. xx.xx.2014-cü il tarixli 6-G-1-0-2414-14 №-li ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, Cavabdeh6 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5-də yerləşən, 2 otaqlı 51.85 kv.m ümumi, 28.45 kv.m yaşayış, 23.4 kv.m yardımçı sahədən ibarət 32 saylı evin 14 saylı mənzili "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin dəyəri 33.800 manat məbləğində müəyyən edilmişdir (bənd 3.3).

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, mənzil "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülüyün müddəti 60 ay müddətinədək müəyyən edilmişdir.

12. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, № 899935 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh6 xx.xx.2017-ci il tarixdə ölmüşdür və bu barədə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin ölüm haqqında akt qeydləri kitabında 2017-ci ilin 10-cu ayının 31-ci günündə 1448 nömrə ilə qeyd edilmişdir.

13. xx.xx.2021-ci il tarixli bankın xəbərdarlıq məktubundan müəyyən olunur ki, cavabdehə banka olan borcun 5 gün müddətində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

14. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh6 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 14.526,96 ABŞ dolları əsas, 15.205,14 ABŞ dolları faiz, 879,55 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1725 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 32.336,65 ABŞ dolları borcu vardır.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyul 2022-ci il tarixli, 9/4227 №-li ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, 15 dekabr 2014-cü il tarixli 6-G-1-0-2414-14 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, müqavilə müddətinin bitdiyi xx.xx.2019-cu il tarixə Cavabdeh6 "xxxx" İKB ASC-yə olan borcu 29817,44 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən:əsas kredit borcu 14620,94 ABŞ dolları, faiz borcu 15196,5 ABŞ dolları. xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 5% ilə hesablanan faiz borcu 1725,29 ABŞ dolları təşkil edir. xx.xx.2022-ci il tarixə Cavabdeh6 "xxxx" İKB ASC-yə olan borcu 31448,75 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 14526,96 ABŞ dolları, faiz borcu 15196,5 ABŞ dolları, faiz borcu 5% ilə 1725,29 ABŞ dollar. İşin faktiki halları.

16. Cavabdeh6 ilə bank arasında kredit müqaviləsinin bağlanması, həmin kredit müqaviləsi üzrə cavabdehə 16.600 ABŞ dolları məbləğində kredit verilməsi, borcun təminatı olaraq, Cavabdeh6 mülkiyyətindəki mənzilin bankın xeyrinə ipoteka ilə yüklü edilməsi, Cavabdeh6 ölməsi və borcun mərhumunun vərəsələrindən tələb olunması işin mübahisəsiz halıdır.

Tətbiq edilən hüquq.

17. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 19. Pul vahidi İ. Azərbaycan Respublikasının pul vahidi manatdır. İİ. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlətin müstəsna mülkiyyətindədir. İİİ. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Maddə 29. Mülkiyyət hüququ. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 269. Girov və ipoteka hüququ anlayışı. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 279. Girovla təmin edilən tələb. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası. 296.1. Ggirov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

19. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək; 26.1.5. əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq; 26.1.6. ipoteka hüququnu girov qoymaq.

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (59.3.1) və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar (59.3.2). 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarıın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarı.

Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüquq; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə, bəzən yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

21. Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı.

Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

22. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarı.

Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarı.

Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.

24. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı Əlavə Protokol.

Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Məhkəmənin mövqeyi.

25. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, proses iştirakçısını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

26. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, cavabdeh isə vəfat etdiyi üçün müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Hazırda bank mərhum cavabdehin vərəsələrindən borcun ödənilməsini tələb edir. İş materiallarından göründüyü kimi Cavabdeh6 vərəsələri olan cavabdehlər ipoteka predmeti olan miras əmlakı faktiki olaraq qəbul etməklə mirası qəbul etmək niyyətlərini açıq-aşkar bildirdiklərindən universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.

27. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 kredit müqaviləsi üzrə 14.526,96 ABŞ dolları əsas və 15.196,50 ABŞ dolları faiz borcunun (ekspert rəyinə əsasən) tutulması barədə tələb əsaslıdır, lakin cərimə pulu yüksəkdir.

28. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 879,55 ABŞ dolları dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 200 ABŞ dolları müəyyən edilməlidir.

29. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1725 ABŞ dollan məbləğində əldən çıxmış faydanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, iş üzrə əsas borclu Cavabdeh6 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Əsas borclu vəfat etdikdən sonra isə onun vərəsələrinin müəyyən edilməsi üçün məhkəmə icraatı dayandırılmışdır. Lakin mərhumun vərəsələri tərəfindən miras əmlak qəbul edilmədiyi üçün vərəsəlik haqqında şəhadətnamələr verilməmiş və onlar mərhumunun prosessual hüquqi varisləri hesab olunmamışlar. Sonradan isə miras əmlakı faktiki olaraq qəbul etdikləri üçün məhkəmə icraatı təzələnmiş və vərəsələr prosessual hüquqi varis kimi borclunun öhdəlikləri üçün cavabdehlik daşımışlar. Qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Göründüyü kimi kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1725 ABŞ dollan məbləğində borcun vərəsələrdən tutulmasını tələb etmək əsassızdır. Çünki cavabdehin iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlik onun vəfat etməsi səbəbindən icra edilə bilməmiş, digər cavabdehlər isə vərəsə kimi sonradan tanındığından və artıq iş məhkəmə icraatında olduğundan öhdəliyi icra etməmişlər.

30. xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh6 borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi barədə lazımi qaydada xəbərdarlıq edilmiş, adı çəkilən bildiriş qeydə alınması üçün xx.xx.2021-ci il tarixli ərizə ilə ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş və xx.xx.2021-ci il tarixdə bildiriş qeydə alınmışdır.

31. Kredit müqaviləsi üzrə Cavabdeh6 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə Cavabdeh6 tam mülkiyyət hüququ üzrə məxsus mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş evə yönəldilməsi barədə tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur.

32. xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən mənzilin dəyəri 33.800 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh2 tərəfindən ipoteka predmetinin məbləği mübahisələndirildiyi üçün məhkəmə tərəfindən məhkəmə-əmttəşünaslıq ekspertizası təyin edilmiş, lakin cavabdeh tərəfindən mənzilə baxış keçirilməsinə şərait yaradılmadığına görə ekspertizanın aparılmasından imtina olunmuşdur. Ona görə də hesab olunur ki, adı çəkilən müqavilədə ipotekaya qoyulmuş əmlakın qiyməti ipoteka predmetinin ilkin satış qiyməti kimi göstərilməlidir.

33. Məhkəmə, iddiaçının satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada cavabdehdən tutulması barədə iddiası ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğundan təmin oluna bilməz.

34. İpoteka predmetinin hərracda satıldıqdan sonra ən geci 1 ay müddətində cavabdehlərin istifadə hüquqlarının itirilməsi tələbini isə məhkəmə əsaslı hesab etmir. Məsələ burasındadır ki, qanunvericilik ipoteka saxlayanın ipoteka predmeti ilə bağlı hüquqlarını məhdudlaşdırır.

35. Belə ki, iddiaçının kredit müqaviləsinin şərtlərinin pozulduğu halda ipoteka saxlayan kimi ipoteka predmeti üzərində hüquqları yalnız onun hərracdan satılmasını və əldə edilmiş pul vəsaitinin borc məbləğinə mütənasib hissəsinin onun mülkiyyətinə verilməsini tələb etməklə məhdudlaşır. İpoteka predmetinin faktiki azad edilməsi və ya üçüncü şəxslərin hüquqlarından azad edilməsini tələb etmək etmək, subyektiv hüquq kimi onu açıq hərracda əldə etmiş yeni mülkiyyətçiyə aiddir. Belə olan halda, iddiaçının bu tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olmaması aşkar görünəndir.

36. Qeyd edilənlər mənzil satıldıqdan 1 ay sonra cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb etmək hüququnun ipoteka saxlayana deyil, ipoteka pretmetini hərracdan satın almış şəxsə aid olduğunu deməyə əsas verir.

37. Məhkəmə ipoteka predmeti satıldıqdan sonra onun ən geci bir ay ərzində cavabdehlərin həmin əmlakdan çıxarılması, mənzilin boşaldılması və Banka təhvil verilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia bu hissədə qismən təmin olunmalıdır.

38. Məhkəmə hesab edir ki, sözügedən mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalı və cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 həmin evi tərk etmədiyi halda onlar həmin evdən çıxarılmalıdırlar.

Məhkəmə xərcləri.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

40. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir.

42. Elektron sistemdən edilmiş çıxarışdan görünür ki, İddiaçı ASC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir.

43. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 57 manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 3 manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilməlidir.

44. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Məhkəmənin gəldiyi nəticə.

45. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada 15 dekabr 2014-cü il tarixli 6-G-1-0-2414-14 saylı kredit müqaviləsi üzrə 14.526,96 ABŞ dolları əsas, 15.196,50 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 29.923,46 ABŞ dolları məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tələb mərhum Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5-də yerləşən, 2 otaqlı 51.85 kv.m ümumi, 28.45 kv.m yaşayış, 23.4 kv.m yardımçı sahədən ibarət 32 saylı evin 14 saylı mənzilə yönəldilməli, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 33800 manat müəyyən edilməli, ipotekaya qoyulmuş mənzil açıq hərrac vasitəsi ilə satılmalı və satışdan əldə olunan məbləğdən 29.923,46 ABŞ dolları məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, ipotekaya qoyulmuş mənzil satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılmalı və Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 həmin evi tərk etmədiyi halda onlar həmin evdən çıxarılmalı, iddia qalan hissədə rədd edilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada 15 dekabr 2014-cü il tarixli 6-G-1-0-2414-14 saylı kredit müqaviləsi üzrə 14.526,96 ABŞ dolları əsas, 15.196,50 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 29.923,46 (iyirmi doqquz min doqquz yüz iyirmi üç dollar qırx altı sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb mərhum Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5-də yerləşən, 2 otaqlı 51.85 kv.m ümumi, 28.45 kv.m yaşayış, 23.4 kv.m yardımçı sahədən ibarət 32 saylı evin 14 saylı mənzilə yönəldilsin. İpoteka predmeti olan mənzilin ilkin satış qiyməti 33800 (otuz üç min səkkiz yüz) manat müəyyən edilsin. İpotekaya qoyulmuş mənzil açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 29.923,46 (iyirmi doqquz min doqquz yüz iyirmi üç dollar qırx altı sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İpotekaya qoyulmuş mənzil satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılsın və Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 həmin evi tərk etmədiyi halda onlar həmin evdən çıxarılsınlar. İddia qalan hissədə rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27 (iyirmi yeddi) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı olmaqla, cəmi 57 (əlli yeddi) manat məbləğində pul cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 3 (üç) manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar