Məhkəmə qərarları › İş №2(010)-1075/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1075/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1075/2021 26.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “NİKOYL” X1 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 17-A-2-0-767-14 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 6510,48 manat əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni xx xxxx 2019-cu il tarixə ödənilməmiş 4072,25 manat faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 3061,82 manat dəbbə pulu, ümumilikdə 13644,55 manat, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulması, tutma kreditin təminatı kimi cavabdehə məxsus 2014-cü il buraxılışlı, “DAEWOO GENTRA” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA577365 ban, 0577 mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi İsa Hacıyev məhkəməyə yazılı ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını və ona əlavə olunmuş sənədlərin əsillərinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyindən işin baxılmamış saxlanılmasına münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 263.1-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı « İddiaçı» ASC-nin Cavabdeh qarşı kredit borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və işdəki sənədlər iddiaçıya geri qaytarılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar