Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1080/2023 13.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X10 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:
1. Tərəflər xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il tarixdə anadan olmuş X9 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 adlı iki uşaqları vardır. Onun Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-7257/2015 saylı qətnaməsi ilə nikah pozulmuş, uşaqlar onun himayəsində saxlanılmış və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər bir uşağa görə 100 manat cəmi, 200 manat aliment tutulması qət edilmişdir. Cavabdeh Ağdam rayonundan məcburi köçkün olsa da, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayır. xx.xx.2008-ci il tarixdə anadan olmuş Əli Ağayevin dil qüsuru vardır, bu səbəbdən də onu mütəmadi olaraq müalicə etdirir. Onun müalicəsinə xeyli miqarda vəsait lazımdır.
İddiaçının tələbi.
2. İddiaçı, alimentin miqdarının artırılaraq xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər bir uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin və mediasiya xərcinə görə ödənilmiş 50 manat rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək xx.xx.2008-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin və mediasiya xərcinə görə ödənilmiş 50 manat rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-7257/2015 saylı qətnaməsi ilə hal-hazırda aliment tutulmur, belə ki, qeyd edilən qətnamə üzrə verilən icra sənədinə xx.xx.2018-ci il tarixdə “İcra haqqında” AR Qanununun 20.1.5-ci maddəsi ilə xitam verilmişdir. Buna görə də, iddia tələbini dəqiqləşdirərək, aliment məbləğinin miqdarının artırılması barədə deyil, ilkin aliment tutulması barədə olmaqla, cavabdehdən uşaqlar üçün yaşayış minimumu həddində aliment, eyni zamanda mediasiya xərcinə görə ödənilmiş 50 manat məbləğində pul vəsaiti tutulmalıdır.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərdi ki, "xxxx" MMC-də fəhlə işləməklə 400 manata yaxın maaş alır. Bir uşaq üçün 150 manat olmaqla, 300 manat aliment ödəyə bilər. Uşaqlarını iddiaçı ona göstərmir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi.
6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, cavabdeh rəsmi qaydada işləyir, maaşı 400 manatdır, buna görə də, iddianın qismən təmin edilməsini, cavabdehdən qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsi xahiş etdi.
İş materialları.
7. AZ-İ seriyalı 234406 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və Əvəzova (Ağayeva) Lalə Ramiz qızı arasındakı nikahın pozulması xx.xx.2016-cı il tarixdə akt qeydləri kiyabında 63 № ilə qeyd edilmişdir.
8. AZ-İV seriyalı 800136 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır.
9. AZ-İİ seriyalı 624724 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası X5r.
10. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-7257/2015 saylı qətnaməsinə əsasən Cavabdeh ilə X7 arasında bağlanmış nikahın pozulması, xx.xx.2008ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X6 verilməsi qət edilmişdir.
11. Suraxanı Rayon İcra Şöbəsi tərəfindən Suraxanı Rayon Məhkəməsinin sorğusuna cavab olaraq məhkəməyə göndərilən 03 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-7257/2015 saylı icra sənədi şöbənin icraatında mövcud deyil, belə ki, icra sənədinə xx.xx.2018-ci il tarixdə “İcra Haqqında” AR Qanununun 20.1.5-ci maddəsi ilə xitam verilmişdir.
12. Elektron məhkəmə informasiya sistemindən edilmiş sorğudan görünür ki, Cavabdeh "xxxx" MMC-də kənd təsərrüftatı fəhləsi işləyir, əmək haqqı 350 manatdır.
İşin faktiki halları.
13. İşin məhkəmədə müəyyən edilən hallarından aydın olur ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olmuşlar, bu nikahdan iki uşaqları var. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-7257/2015 saylı qətnaməsinə əsasən nikah pozulmuşdur, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X2 anası İddiaçı yanında yaşayır. Həmin qətnamə ilə hər ay Cavabdeh hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin Ağayeva (Əvəzova) Lalə Ramiz qızının xeyrinə tutulması qət edilmişdir. İcra sənədinə xx.xx.2018-ci il tarixdə “İcra Haqqında” AR Qanununun 20.1.5-ci maddəsi ilə xitam verilmişdir. Buna görə də iddiaçı aliment tələbi barədə ərizə təqdim edərək, cavabdehdən uşaqlar üçün yaşayış minimumu həddində alimentin, eyni zamanda mediasiya xərcinə görə ödənilmiş pul vəsaitinin tutulmasını xahiş edir.
Tətbiq edilən hüquq.
14. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
15. Azərbaycan Respublikası Ailə Məcəlləsi. Maddə 56. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
17. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
Məhkəmənin mövqeyi.
19. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
20. Belə ki, tərəflərin nikahı pozulmuş, uşaqlar iddiaçının himayəsində qalmışdır. Uşaqları yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı cavabdehdən yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün alimentin hər ay sabit pul məbləğində tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Uşaqlar daimi olaraq iddiaçının yanında qaldığından ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”.
22. Cavabdehin nümayəndəsi və vəkilinin alimentin cavabdehin əmək haqqının üçdə bir hissəsi miqdarında tutulmasına münasibətdə qeyd edir ki, cavabdehin “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatlarından görünən əmək haqqının 1/3 hissəsi cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğdən kifayət qədər aşağı məbləğdir. Bu baxımdan uşağın maraqlarını üstün tutan məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən tutulmalı olan aliment sabit pul məbləğində müəyyən edilməlidir. Uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur.
23. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, tərəflərin hər birinin maddi vəziyyətini, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını, iddiaçının cavabdehin əlavə gəlirləri barədə sübutlarını məhkəməyə təqdim edə bilməməsini nəzərə alıb belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməklə xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 170 manat olmaqla cəmi 340 manat aliment iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Alimentin sabit pul məbləğində təyin olunmasını istisna edən, həmçinin aliment məbləğinin daha çox miqdarda müəyyən edilməsini mümkün edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi.
24. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.
25. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən mediasiya prosesində iştirak üçün ödənilmiş 50 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. İşdə olan qəbzdən görünür ki, iddiaçı 50 manat mediasiya sessiyalarının keçirilməsi üçün pul ödəmişdir.
26. Bundan başqa, məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalıdır.
27. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Odur ki, alimentin tutulma vaxtı xx.xx.2023-cü ildən hesablanmalıdır.
28. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir.
Məhkəmə xərcləri.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
30. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
31. Hazırkı halda, məhkəmə hesab edir ki, iddiaçı alimentin alınması ilə bağlı iddia üzrə dövlət rüsumu ödəməkdən azad edildiyindən, cavabdeh isə məcburi köçkün olmasına görə dövlət rüsumu ödəməkdən azad edildiyindən, ödənilməli olan dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
32. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən hesablanmaqla cavabdeh X3 tutularaq İddiaçı ödənilməli, həmçinin cavabdehdən mediasiya prosesində iştirak üçün ödənilmiş 50 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir.
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i:
İddia tələbi qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya prosesində iştirak üçün ödənilmiş pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.