Məhkəmə qərarları › İş №2(010)-1086/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1086/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1086/2022 10.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 6260.67 manat əsas, 422.32 manat faiz, 26.53 manat cərimə olmaqla, cəmi 6709.52 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 87.10 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi məhkəməyə iddiadan imtina barədə ərizə ilə müraciət edərək, Cavabdeh 3539nkADJ/21 saylı kredit müqaviləsi üzrə Banka olan borcunu tam olaraq ödədiyini, bu səbəbdən Bankın iddiadan imtina etdiyini bildirmiş, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizəyə 18.02.2022-ci il tarixinə verilmiş maliyyə arayışı da əlavə edilmiş və arayışda Cavabdeh 3539nkADJ/21 saylı kredit müqaviləsi üzrə Banka heç bir borcu qalmadığı göstərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə təqdim edilmiş iddiadan imtina barədə ərizəni və ona əlavə edilmiş maliyyə arayışını iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən və ərizəyə əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə borc tam ödənilərək bağlanmış, bu səbəbdən iddiaçı "xxxx" KB ASC iddiadan imtina etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiadan imtina qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-262-ci və 263-269-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin iddiadan imtinası qəbul edilsin. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar