Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1090/2021 21.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, cavabdeh Mamalı̇ yeva Elvı̇ na Vaqı̇ f qızının iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Mamalı̇ yeva Elvı̇ na Vaqı̇ f qızına, Qasimova Fərı̇ də Əlı̇ bəyovnaya və Qasimov Oktay Vı̇ layət oğluna qarşı borc tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Mamalı̇ yeva Elvı̇ na Vaqı̇ f qızına, Qasimova Fərı̇ də Əlı̇ bəyovnaya və Qasimov Oktay Vı̇ layət oğluna qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 noyabr 2016-cı il tarixli 009CASA163350008 saylı kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 4305.87 ABŞ dolları məbləğində əsas kredit borcunun, 1796.22 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 297.65 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 6399.74 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş gününə manat məzənnəsi ilə), həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Suraxanı rayon Məhkəməsinin 2 (010)-251/2016 saylı 07.01.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər arasında bağlanmış 12 noyabr 2013-cü il tarixli 009CASA133160007 №-li Kredit müqaviləsi ləğv olunmuş və cavabdehlədən müştərək qaydada 7949,4 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Bundan sonra Cavabdeh1 30.11.2016-cı il tarixdə ərizə ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək qeyd olunan qətnamə ilə mövcüd olan borcunu ödəmək iqtidarında olmadığını və onunla yeni şərtlətlə kredit və zaminlik müqavilələri bağlanmasını və kredit borcunun yenidən maliyyələşdirilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 noyabr 2016-cı il tarixli 09CASA163350008 saylı kredit müqavilsinə əsasən sonuncuya 60 ay müddətinə 10 faiz dərəcəsi ilə 7408 ABŞ dolları məbləğində kredit verilmiş və o, həmin krediti yenidən tərtib olunmuş ödəniş cədvəlinə uyğun olaraq ödəmyi öhdəsinə götürmüşdür. Cavabdehlər Qasimova Fərı̇ də Əlı̇ bəyovna və Qasimov Oktay Vı̇ layət oğlu 30.11.2016-cı il tarixdə bağlanmış müvafiq olaraq 009FZAM39666802 saylı və 009FZAM4931602 saylı zaminlik müqavilələri bağlanmış və onlar kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Lakin Cavabdeh1 kredit müqaviləsinin şərtlərinə əməl etməmiş və kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca icra etməmiş və onun bank qarşısında 01.01.2020-ci il tarixə 4305,87 ABŞ dolları məbləğində əsas, 1796,22 ABŞ dolları məbləğində faiz və 297,65 ABŞ dolları məbləğində cərimə, cəmi 6399,74 ABŞ dolları məbləğində borcu yaranmışdır. Digər cavabdehlər də zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini icra etməmişlər. Məhkəməyə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə poçt vasitəsi ilə 29 mart 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasını nümayəndəsinin iştirakı olmadan baxılaraq tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Mamalı̇ yeva Elvı̇ na Vaqı̇ f qızı iddia tələbləri ilə qismən razılaşaraq bildirdi ki, maddi çətinliklərə görə 30 noyabr 2016-cı il tarixli kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra edə bilməmişdir. O, öhdəliyin icrasından boyun qaçırmır, lakin borcunu birdəfəyə ödəmək iqtidarında deyildir. Hissə-hissə borcunu ödəmək niyyətindədir. Cavabdehlər Qasimova Fərı̇ də Əlı̇ bəyovna və Qasimov Oktay Vı̇ layət oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30 noyabr 2016-cı il tarixli 09CASA163350008 №-li Kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Bank” və X1 – “Borcalan” olmaqla bağlanmış həmin müqaviləyə əsasən X1 60 ay müddətinə illik 10% olmaqla 7375 ABŞ dolları və 33 ABŞ dolları məbləğlərində kredit verilmişdir. Həmin müqavilənin şərtlərinə görə borcalan müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədikdə, kredit verən verilmiş krediti vaxtından əvvəl qaytarmaq tələbi ilə yanaşı kredit məbləğini və cərimənin ödənilməsini tələb etmək hüququna malikdir. Həmin müqavilənin 4-cü maddəsinin müddəalarına görə Borcalan müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kredit verənin müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı tələb etmək hüququ yaranır. Bununla yanaşı, işi materialları ilə müəyyən olunur ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 arasında 30.11.2016-cı il tarixdə bağlanmış müvafiq olaraq 009FZAM39666802 saylı və 009FZAM4931602 saylı zaminlik müqavilələri ilə sonuncular İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 noyabr 2016-cı il tarixli 09CASA163350008 №-li kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamilə icra edilməsi üçün borclu ilə birgə məsuliyyət daşımalarını üzərlərinə götürmüşlər. İş materiallarında olan maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 30 noyabr 2016-cı il tarixli 09CASA163350008 №-li kredit müqaviləsi üzrə 03 mart 2021-cı il tarixə banka 3709,39 ABŞ dolları əsas, 1796,22 ABŞ dolları əsas kredit borcuna hesablanmış faiz borcu, 297,65 ABŞ dolları əsas borca hesablanmış cərimə borcu vardır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehlərə 30 noyabr 2016-cı il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi təklif olunmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 30 noyabr 2016-cı il tarixli 09CASA163350008 saylı kredit müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə illik 10 faiz ödəmək şərti ilə 7408 ABŞ dolları məbləğində kredit verilmiş və o, həmin krediti yenidən tərtib olunmuş ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlər Qasimova Fərı̇ də Əlı̇ bəyovna və Qasimov Oktay Vı̇ layət oğlu 30.11.2016-cı il tarixdə bağlanmış müvafiq olaraq 009FZAM39666802 saylı və 009FZAM4931602 saylı zaminlik müqavilələri bağlanmış və onlar kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Cavabdeh1 kredit müqaviləsinin şərtlərinə əməl etməmiş və kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca icra etməməsi nəticəsində onun bank qarşısında 03 mart 2021-cı il tarixə 3709,39 ABŞ dolları əsas, 1796,22 ABŞ dolları əsas kredit borcuna hesablanmış faiz və 297,65 ABŞ dolları məbləğində cərimə borcu vardır. Cavabdehlər Qasimova Fərı̇ də Əlı̇ bəyovna və Qasimov Oktay Vı̇ layət oğlu zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini icra etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak vennəli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəki Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh X1 30 noyabr 2016-cı il tarixli kredit müqaviləsi əsasında İddiaçı ASCdən kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri İddiaçı ASC-nə qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmasına baxmayaraq öhdəliyini lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğu halda, cədvəl üzrə ödənişləri dayandırmışdır. Digər cavabdehlər – Cavabdeh2 Əlibəynovna və Cavabdeh3 zaminlik müqaviləsindən irəli gələn öhdəliyini icra etməmişlər. Bu halları nəzərə alaraq məhkəmə kredit müqaviləsinin ləğv edilməsi və pulun tutulmasına dair iddia tələblərini əsaslı hesab edir. Bununla belə, məhkəmə iclasına təqdim olunmuş 03 mart 2021-ci il tarixli maliyyə arayışından göründüyü kimi, Cavabdeh1 03 mart 2021-cı il tarixə banka olan borcu 5803,26 ABŞ dolları təşkil edir, bundan 3709,39 ABŞ dolları əsas, 1796,22 ABŞ dolları əsas kredit borcuna hesablanmış faiz və 297,65 ABŞ dolları əsas borca hesablanmış cərimə borcudur. Belə olduğu halda məhkəmə məhz həmin həcmdə cavabdehdən əsas və faiz borclarının tutulması hissədə iddia tələbini əsaslı hesab edir. Eyni ilə, dəbbə pulunun tutulmasına dair iddia tələbini məhkəmə qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə dəbbə pulu 5 ABŞ dolları məbləğinə qədər azaldılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 oğlundan, Cavabdeh3 və Cavabdeh2ndan müştərək qaydada 3709, 39( üç min yeddi yüz doqquz dollar, 39 sent) ABŞ dollar məbləğində əsas borc, 1796,22( min yeddi yüz doxsan altı dollar, 22 sent) ABŞ Dollar məbləğində faiz borcu, 5 (beş) ABŞ dollar məbləğində cərimə, cəmi 5510,61 (beş min beş yüz on dollar 61 sent) ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 oğlu arasında bağlanmış 30 noyabr 2016-cı il tarixli 009CASA163350008 Kredit müqaviləsi ləğv edilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-1090/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1090/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver