Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-111/2024 20.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Yusı̇ fzadə Fərı̇ d Təvəkgül oğlunun Cavabdeh Nurəddı̇ n oğluna qarşı maddi və mənəvi zərərin ödənilməsi və digər tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.
1. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi və digər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xahiş etmişdir ki, cavabdehin sahibkarlıq fəaliyyəti ilə bağlı apardığı əməliyyatlar nəticəsində ödədiyi 5205 manat pulun, həmçinin cavabdehin saxtakarlıqları və cinayəti nəticəsində 50000 manat vurulmuş mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi, həmçinin vergi ödəyicisi kimi adına açılmış ********** saylı VÖEN üzrə 2020-ci ilin avqust ayından 2021-ci ilin sentyabr ayı ərzində aparılmış sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatların cavabdeh tərəfindən həyata keçirildiyinin müəyyən edilməsi və cavabdehin qanunsuz və özbaşına hərəkətləri, dələduzluq, mənimsəmə və vergiden yayınma faktları ilə bağlı prokurorluq orqanlarına təqdimat verilməsini xahiş etmişdir.
2. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbi həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin sahibkarlıq fəaliyyəti ilə bağlı apardığı əməliyyatlar nəticəsində iddiaçının ödədiyi 5205 manat pulun, həmçinin cavabdehin saxtakarlıqları və cinayəti nəticəsində 4000 manat vurulmuş mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, həmçinin vergi ödəyicisi kimi iddiaçının adına açılmış ********** saylı VÖEN üzrə 2020-ci ilin avqust ayından 2021-ci ilin sentyabr ayı ərzində aparılmış sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatların cavabdeh tərəfindən həyata keçirildiyinin müəyyən edilməsi və iş üzrə ödənilmiş 256 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
3. 23 avqust 2020-ci il tarixində iddiaçı yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində tanışları X6, Ümid Abdulkərim ilə Razinin tanışı İlkin adlı şəxsin təşəbbüsü ilə görüşmüşlər. Aralarında olan söhbət əsnasında İlkin adlı şəxs Fəriddən və digər məktəbi yeni qutarmış tanışlarından özü üçün iş qurmaq adı ilə onun özü ilə birlikdə vəsiqələrlə Asan xidmətə getməyi və orada adlarına VÖEN və bank hesabı açdırıb, notariusda İlkinin dostu və tanışı olan Cavabdeh adına etibarnamə yazdırmaqla ona bu yolla işə düzəlməsinə kömək etməyi barədə Fəridi və digər dostlarını inandırmışdır. Həmin vaxt “Asan imza” üçün Fəriddən, Razidən tələb olunan 25 manat pulları İlkin adlı şəxs öz cibindən çıxarıb ödəyibdir. Həmçinin orada olarkən İlkin özü bildirib ki, “Siz mənim işimə görə günün istisində bu əziyyətləri çəkirsiniz, mən də öz növbəmdə qoymaram ki, Siz xərcə düşəsiniz” və cibindən pul çıxardıb Fəridin və Razinin yerinə 25 manat pul ödəmişdir. İlkin həmin gün Abdulkərim, Ümid və Razini Sumqayıt şəhərində yerləşən Asan xidmət mərkəzinə göndərmişdir. Lakin Ümidin 17 yaşı olduğundan və digərləri isə ümumiyyətlə onlara nə lazım olduğunu orada izah edə bilmədiklərindən sonradan Fəridin getdiyi Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 4 nömrəli Asan xidmət mərkəzinə qayıtmışlar. X9 və dostları notariusa göndərdiklərindən Fərid qəsəbədən tanıdığı dostları ilə orada üzbəüz gəlməmişdir. 23 avqust 2020-ci il tarixində təqribən saat 12:00 radələrində ünvan 1 ünvanında yerləşən 4 nömrəli Asan xidmət mərkəzinə İlkin ilə birlikdə 3-cü mərtəbəyə Fəridin adına vergi ödəyicisi olaraq VÖEN açdırmaq üçün yaxınlaşmışdırlar. Orada növbəsini gözləyərkən Fərid bu prosedurları başa düşmədiyindən İlkinə “imza ilə bağlı bu hərəkətlərin sonradan problemli məsələ olmayacağını və gələcəkdə başının ağrımayacağı” kimi suallar ünvanlamışdır. İlkin isə “ a kişi, narahat olma, mənim işə düzəlməyim, iş qurmağım üçün sən mənə kömək edirsən, mən də dostlarımdan xahiş etmişəm ki, heç bir tanışımın bu məsələlərdə başı ağrımasın”. İlkin oraya dostları Camal və Maqsud adlı şəxsləri ilə birlikdə gəlmişdir. Sonradan Fəridi, Camalı və İlkini ünvan 2 ünvanında yerləşən 16 saylı dövlət notariat kontoruna göndərmişdir. İlkin Fəridin istifadəsində olan ********** saylı mobil nömrəsinin Whatsappına Cavabdeh şəxsiyyət vəsiqəsinin surətini göndərərək hazırki Cavabdeh onun dostu olduğunu və Cavabdeh adına etibarnamə verməyini və etibarnamədə bank hesabının və əmanətlərin çıxarılmasına və əməliyyatların aparılmasına razılıq verməyi barədə imza atmağını söyləmişdir. Hətta bundan əvvəl İlkin ilə Bank BTB-nin filialında Fəridin adına bank hesabı açdırmaq barədə müraciətləri baş tutmamışdır. İddiaçı bu baş verənlərdən valideynlərinə hər hansı məlumat verməmişdir. Həmçinin bu etdiklərinə görə İlkin, Cəlal, Maqsud və Cavabdeh adlı şəxslərdən hər hansı pul məbləği almamışdır, elə bir məqsədi və marağı olmamışdır. Daha sonra İlkin Fəriddən vergi ödəyicisi kimi açdırdığı, sonradan ünvanına gələn bildirişlərdən nömrəsini bildiyi ********** saylı Vöen-i iki aya kimi bağlatdırmamağı xahiş etmişdir. İki ay sonra iddiaçı həmin VÖEN-i bağlanması üçün Bakı şəhəri, Nərimanov rayonuna gedərək rəsmi ərizə ilə müraciət etmişdir. 07 aprel 2021-ci il tarixində iddiaçının qeydiyyatda olduğu ünvana Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X7 idarəsindən 5204,64 manat borcunun olması barədə bildiriş göndərilmişdir. Dəbbə pulu və başqa faizlərin yığılmaması məqsədi ilə valideynləri xeyli həyəcan keçirib, qorxuya düşüb borc-xərc edib həmin borcu iddiaçının adına ödəyərək dərhal bağlayıblar. Bundan sonra iddiaçının atası bərk əsəbləşdiyindən iddiaçı tanışı Razidən Rəşadın möbil nömrəsini alıb atası Yusifov Təvəkkülün təkidindən sonra cavabdehə zəng vurub danışmış, cavabdehlə görüşmək istədiyini bildirmiş və bu zaman Cavabdeh iddiaçının atasına “şəxsiyyət vəsiqənizin surətini göndərin, bizdə mühasibatlıqda oturan xanım Sizə yaranmış borcun bağlanması ilə bağlı kömək edəcək” vədini verib, bundan sonra yığılan zənglərə cavab verməməyə, telefon nömrəsini söndürməyə başlamışdır. Daha sonra iddiaçıya məlum olub ki, cavabdeh ona verdiyi etibarnamə və açdırdığı hesab vasitəsi ilə “Sədərək” Ticarət Mərkəzinə müxtəlif çeşidli mallar gətizdirərək bu yollarla pullar qazanmış və vergi ödənişlərini dövlət büdcəsinə ödəməyərək iddiaçının adına cərimələr və faiz borcları yazılmasına göz yummuşdur. İddiaçı hər hansı sahibkar deyil və bu sahədə hər hansı gəlirləri də olmayıbdır. İddiaçının hüquqi savadsızlığından istifadə edən İlkin, tanışı Cavabdeh, İlkinin dostları Camal və Maqsud adlı şəxslər etibardan sui-istifadə edərək aldatmaqla iddiaçıya qarşı dələduzluq etmişlər. Onlar vergilərdən yayınmaq yolu ilə iddiaçını aldatmaqla dələduzluq yolu ilə öz şəxsi mənfəətləri üçün pullar əldə edib, mənimsəmişlər. Bu səbəbdən hüquq mühafizə orqanlarına müraciət edərək, şikayət ərizələrinin obyektiv araşdırılmasını və cinayətlar şəxslırin dairəsinin müəyyən olunaraq qanun qarşısında cəzalandırılması və iddiaçıya vurulmuş zərərin ödənilməsini polis, prokurorluq orqanlarından, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən tələb etməyə başlamışdırlar.
Tərəflərin izahatları.
4. Cavabdeh Nurəddı̇ n oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etirazının olmadığını bildirmişdir.
6. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
7. Eyni zamanda məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
İş materialları.
8. “Rabitə xəttinin abunəçinin istəyi ilə açılması/bağlanması forması”ndan görünür ki, abunəçi İddiaçı məxsus rabitə xətti xx.xx.2021-ci il tarixdə bağlanmışdır.
9. xx.xx.2021-ci il tarixli, **********7 nömrəli “Vergi borcunun ödənilməsinə dair bildiriş”dən görünür ki, vergi ödəyicisi olan İddiaçı mövcud vergi borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
10. İş materiallarına əlavə edilmiş CD diskdə olan Gömrük Bəyannamələri əsasında rəsmiləşdirilən ixrac və idxal əməliyyatları haqqında məlumatdan görünür ki, hesabat dövrü olan - xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək olan dövr ərzində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və tabeçiliyində olan gömrük orqanları üzrə vergi ödəyicisi olan İddiaçı adına olan vergi hesabı üzrə müxtəlif çeşidli malların idxalı ilə bağlı əməliyyatlar həyata keçirilmişdir.
11. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, X1 tərəfindən ********** saylı VÖEN üzrə 5205 manat məbləğində ödəniş edilmişdir.
12. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən Çıxarışdan görünür ki, vergi ödəyicisi olan İddiaçı ********** VÖEN üzrə dövlət büdcəsinə qətnamə üzrə olan vergi borcu 0 manat təşkil edir.
13. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 bildirdi ki, onlar bu hadisələrdən bir müddət əvvəl İsayev Razini tanımışdırlar. Onu məhəllədən tanıyırdılar və bilirdilər ki, əsgərlikdən yeni gəlib, özünə iş axtarır. Onlara işləmək istədiyini, iş axtardığını deyirdi. Bir gün axşamçağı onlara dedi ki, belə bir iş tapmışam sabah əgər alınsa onlara da ehtiyacı olacaq. Sabah gəldi və dedi ki, dostu İlkinlə iş tapıblar, işləri alındı sadəcə olaraq onların ona bir dost, məhəllə uşağı kimi köməkləri lazımdır. Çox sadə bir məsələdir, onlarla “Asan xidmət” mərkəzinə gedib asan nömrə götürməli olduqlarını və onların müdiriyyətinə etibarnamə verməli olduqlarını demişdir. Bir problem olarmı deyə soruşduqda narahat olmamaqlarını bildirmişdir. Bərabər gedərkən daha sonra Cəlal və Maqsud adlı şəxs gəlmiş və onları BMW markalı maşınla aparmışdır. Nərimanovda yerləşən “Asan xidmət” mərkəzinə getmişlər və orada onun 18 yaşı tamam olmadığına görə asan nömrə verilməsinin mümkün olmadığını bildirmişdirlər. Lakin Fərid, Abdul və Razinin 18 yaşı çoxdan tamam olmuşdur deyə onlar asan nömrə ala bilmişdirlər. Burada 25 manat dövlət rüsumu tələb etmişdirlər. İlkin özü hər bir nəfər üçün 25 manatı ödəmiş və əlavə etmişdir ki, onun işi üçün bunu etdikləri üçün xərcini də o çəkməlidir. Daha sonra, Sabunçu rayonunda yerləşən “Asan xidmət” mərkəzinə orda onlara bildirmişdirlər ki, bölünməlisiniz, Fərid burada qalacaq, Abdulkərim və Razi isə başqa “Asan xidmət” mərkəzinə getməlidir. Daha sonra, bəzi məsələlər aydın olmadı, İlkin asan nömrə ilə bağlı həll olunmalı bir sıra məsələləri danışıb həll etdi. Daha sonra Camal və Maqsud adlı şəxs onlara götürmüş və notariusa getmişlər və həmin vaxt İlkin onların yanından ayrılmışdı. Orada Rəşad adlı şəxsin şəxsiyyət vəsiqəsini göndərmişdilər və dedilər ki, bu adama etibarnamə verilməlidir o, bizim rəhbərimizdir. Daha sonra etibarnaməni verdikdən sonra onları 20 Yanvar ərazisində düşürtdülər və sonra axşam tərəfi görüşmüşdülər. Eyni zamanda bildirdi ki, o da Fərid kimi Rəşadı tanımırdı. Etibarnamənin də Raziyə deyil, Rəşada niyə verildiyini dəqiq bilmir. Razi onlara bildirmişdi ki, bu işlə bağlı heç bir problem ola bilməz.Sonradan mənə məlum oldu ki, Fəridin adına təqribən 5000 manat vergi borcu gəlib və Fəridin atası həmin borcu ödəyib.
14. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 bildirdi ki, axşamtərəfi idi və məhəllədə oturmuşdular, tanışları Razi əsgərlikdən yeni gəlmişdi. Onlardan xahiş edərək işlə bağlı köməklik istədi və bildirdi ki, Asan imza, VÖEN açdırmalıdırlar. Saat 8 radələrində onlar dörd nəfər Nərimanov rayonunda yerləşən “Asan xidmət” mərkəzinə getmiş, oradan sonra Sumqayıtda yerləşən “Asan xidmət” mərkəzinə, daha sonra Qarayevdə yerləşən notariusa Cavabdeh etibarnamə verilməsi ilə bağlı getmişdirlər. Onlar Razidən bu işlə bağlı nəsə problem olub-olmayacağını soruşduqda Razi onlara heç bir problem olmayacağını və onun özünün də Asan imza və VÖEN açdırdığını bildirmişdir. Sədərəyə mal vurulması məqsədilə Rəşad adlı şəxsə Raziyə köməklik etmək məqsədilə etibarnamə vermişdirlər. Lakin sonrada Fəridin adına vergi borcunun olduğunu öyrənmiş və öz adına olan VÖEN-i bağlatdırmışdır. Fərid özü də aşpaz kimi çalışır və hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmur.
İşin faktiki halları.
15. İddiaçı tələbini onunla əsaslandırır ki, o, cavabdehi şəxsən tanımır, ortaq tanışlarının xahişi əsasında adına VÖEN açmış və həmin VÖEN üzrə sahibkarlıq əməliyyatları aparmağı cavabdehə etibar edib. Bunu etməyinin səbəbi cavabdehlə ortaq tanışları olan şəxslə aralarında olan dostluq münasibəti olmuşdur. Belə ki, o, adına VÖEN açıb, ondan istifadə hüququnu cavabdehə verməklə, zənn etmişdir ki, dostunun işlə təmin olunmasına kömək etmiş olur. O özü, heç vaxtı sahibkarlıqla məşğul olmamışdır. Tələbin mahiyyəti ondan ibarətdir ki, cavabdeh onun adından xarici ölkəyə istehlak malları gətirmiş və qanunvericiliyin tələblərinə əməl etmədiyinə görə o, vergi orqanı tərəfindən cərimələnmişdir. Bu zaman o anlamışdır ki, cavabdeh onu aldatmış və ona zərər vurmuşdur. Cavabdeh tərəf məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş və tələblə bağlı etiraz və ya mülahizələrini məhkəməyə bildirməmişdir. İddiaçı işdə olan verdiyi sənədərinə və şahid ifadələrinə əsaslanır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 362. Etibarnamə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 1096. Mülki hüquq pozuntuları 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
17. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarı.
«İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir… Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.».
18. AR Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarı. Həmin qərarda göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Həmçinin qərarda qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
19. Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”. Həmin qaydaların 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 238. Qiyabi icraatın əsasları 238.1 İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4 İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241. Qiyabi icraat qaydası 241.1 Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Maddə 244. Qiyabi qətnamədən şikayət verilməsi Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.
Məhkəmənin mövqeyi
21. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qiyabi şəkildə təmin edilməlidir.
22. Məhkəmə qeyd edir ki, iddiaçı əvvəlcə ona vurulmuş maddi ziyana görə cavabdeh tərəfindən ona 5250 manat ödənilməsini və eyni zamanda iddiaçının adına açılmış ********** saylı VÖEN üzrə xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək olan dövr ərzində aparılan sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatların cavabdeh tərəfindən aparılmasının müəyyən edilməsini xahiş etmişdir.
23. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
24. Məhkəmə qeyd edir ki, iş materiallarının araşdırılması və şahid ifadələri nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında hər hansı bir tanışlıq yaxud işgüzar münasibət olmamışdır. Belə ki, İddiaçı öz tanışı olan Raziyə köməklik göstərmək məqsədilə onun təklifi əsasında Razinin söylədiyi işlə bağlı özünə VÖEN açdırmış və hazırki iş üzrə Cavabdeh onun adından VÖEN üzrə müvafiq əməliyyatların keçirilməsi məqsədilə etibarnamə təqdim etmişdir. Məhkəmə onu da qeyd edir ki, şahid ifadələri əsasında və eyni zamanda iş materialları ilə o da müəyyən edilir ki, iddiaçı özü sahibkarlıq fəaliyyəti ilə məşğul deyil, aşpaz olaraq işləyir. Lakin bununla belə onun adına açılmış ********** saylı VÖEN üzrə xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək olan dövr ərzində xaricdən müxtəlif çeşidli malların idxalı ilə bağlı əməliyyatlar həyata keçirilmişdir. Qeyd olunan əməliyyatlar da elə məhz iddiaçının etibarnamə təqdim etdiyi şəxs - Cavabdeh tərəfindən həyata keçirilmişdir. Bu xüsusda məhkəmə hazırki iş materiallarını araşdırıb, eyni zamanda şahid ifadələrini sübut kimi qəbul edərək və onlara hazırkı məqamda tənqidi yanaşılması üçün əsas görməyərək hesab edir ki, iddiaçının adına açılmış ********** saylı VÖEN üzrə xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək olan dövr ərzində sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatların Cavabdeh tərəfindən aparılmasının müəyyən edilməsi qanuni və əsaslıdır.
25. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçının adına açılmış ********** saylı VÖEN üzrə xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək olan dövr ərzində aparılan sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar nəticəsində vergi borcu yaranmış və həmin borcdan iş materiallarında olan mədaxil qəbzindən göründüyü kimi, iddiaçı tərəfindən 5250 manat hesab üzrə ödənilmişdir. Belə olan halda, məhkəmə vurulmuş zərər və deliktlə bağlı mülki qanunvericiliyin yuxarıda qeyd olunan normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə 5250 manat məlbəğində pul vəsaiti tutularaq ödənilməlidir. Ona görə ki, müəyyən edilmişdir ki, qeyd edilən dövr ərzində cavabdeh iddiaçının adına olan VÖEN üzrə sahibkarlıq əməliyyatları həyata keçirmiş, bununla bağlı iddiaçıya hər hansı məlumat verməmiş və iddiaçı da bu əməliyyatlar nəticəsində hər hansı qazanc əldə etməmişdir.
26. Məhkəmə iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə isə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İş materialları və yuxarıda qeyd olunan işin halları iddiaçıya mənəvi ziyan vurulduğu qənaətinə gəlməyə əsas verir. Mənəvi ziyanın həcminə gəldikdə isə, iddiaçı hazırki tələbdə cavabdehdən 4000 manat məbləğində mənəvi zərərə görə pul vəsaiti tələb edir. Məhkəmə tələb olunan məbləği ağlabatan və ədalətli hesab edir.
Məhkəmə xərcləri
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
28. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
29. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qiyabi şəkildə təmin edilməli, Cavabdeh Nurəddı̇ n oğlundan onun iddiaçı Yusı̇ fzadə Fərı̇ d Təvəkgül oğlunun adından apardığı sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlara görə 5205 manat pul vəsaiti və vurulmuş mənəvi zərərə görə 4000 manat pul vəsaiti tutularaq iddiaçı Yusı̇ fzadə Fərı̇ d Təvəkgül oğluna ödənilməli və vergi ödəyicisi kimi iddiaçı Yusı̇ fzadə Fərı̇ d Təvəkgül oğlunun adına açılmış ********** saylı VÖEN üzrə 2020-ci ilin avqust ayından 2021-ci ilin sentyabr ayı ərzində sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatların Cavabdeh Nurəddı̇ n oğlu tərəfindən aparıldığı müəyyən edilməli və iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddia təmin edilsin. Cavabdeh Nurəddı̇ n oğlundan onun iddiaçı Yusı̇ fzadə Fərı̇ d Təvəkgül oğlunun adından apardığı sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlara görə 5205 manat pul vəsaiti və vurulmuş mənəvi zərərə görə 4000 manat pul vəsaiti tutularaq iddiaçı Yusı̇ fzadə Fərı̇ d Təvəkgül oğluna ödənilsin. Vergi ödəyicisi kimi iddiaçı Yusı̇ fzadə Fərı̇ d Təvəkgül oğlunun adına açılmış ********** saylı VÖEN üzrə 2020-ci ilin avqust ayından 2021-ci ilin sentyabr ayı ərzində sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatların Cavabdeh Nurəddı̇ n oğlu tərəfindən aparıldığı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.