Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1152/2025 01.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X* iclas katibliyi, Cavabdeh iştirakı ilə İddiаçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dаir ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiаçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona təhvil verilmiş avadanlığın 2277.40 manat dəyərində vəsaitin alınaraq Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (müxbir hesab: AZ66CTRE**********0002*07*3*; səviyyə kodu: *; təsnifat kodu: *42330; valyuta: azn; VÖEN: *70044639*) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(*03)-*496/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.*-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 0* il 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. *7.07.2023-cü il tarixdə Bakı şəhər Probasiya İdarəsində icra məmuru Vəsilə Əliyeva tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla “Attenti” markalı, 35640092 nömrəli elektron nəzarət vasitələri məhkum, hazırkı iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh təhvil alınmış elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəyin baxışı nəticəsində müəyyən olunmuşdur ki, qolbaq ilə əlaqə saxlayan antena pinləri qoparılmışdır. İstifadə qaydalarına düzgün riayət edilmədiyinə görə avadanlıq nasaz vəziyyətə salınmışdır. Təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi məcburiyyəti yaranmışdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, elektron nəzarət vasitəsinə bilərəkdən zərər vurmamışdır. O, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün daim həmin vasitəyə ehtiyatla yanaşmış və heç bir məsuliyyətsizlik hallarına yol verməmişdir. Elektron nəzarət vasitəsinin onun üzərinə quraşdırılması zamanı icra məmuru tərəfindən onun həmin vasitəyə qulluq etməli olması bildirilmiş və məsuliyyətli olmadığı halda vasitəyə dəymiş zərərin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir. Elektron nəzarət vasitəsinə zərər vurulması ilə bağlı onun təqsiri olmamış və hadisə qəflətən baş vermişdir. Dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı hissədə isə qeyd edir ki, onun maddi vəziyyəti çox aşağıdır və həmin məbləği ödəmək qabiliyyətinə malik deyil. Əgər zərərin vurulması ilə bağlı onun təqsiri varsa, həmin məbləğin ödənilməsi ilə bağlı iddia tələbini qəbul edə bilər. Lakin, hazırda həmin hadisənin baş verməsində onun təqsiri olmadığı üçün o, iddia tələbini qəbul etmir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Şahid ifadəsi Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, o, hazırkı iş üzrə Cavabdeh ilə birlikdə reabilitasiya mərkəzində müalicədə olmuşdur. Həmin mərkəzin iş qaydasına əsasən, hər hansı bir aktiv hərəkət fərdi qaydada deyil, yalnız qrup şəklində, yəni kollektiv qaydada həyata keçirilir. Reabilitasiya mərkəzində həm cavabdeh, həm də digər yoldaşlarla birlikdə eyvana siqarət çəkmək üçün çıxdıqları zaman çox da güclü olmayan, təxminən 3 bal gücündə zəlzələ baş vermiş və orada olan yoldaşlar arasında təşviş yaranmışdır. Bu zaman, Cavabdeh da məhz elektron nəzarət vasitəsini əlində saxladığı üçün həmin vasitə onun əlindən sürüşərək eyvandan aşağı düşmüşdür. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, *(*03)- *496/2022 nömrəli qərarından müəyyən olunur ki, məhkum Cavabdeh müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.*-ci maddəsi ilə təqsirli bilinərək 0* il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Cavabdeh üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini gecə saat 23:30-dan saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin qoyulması, Cavabdeh üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi qərara alınmışdır. *7.07.2023-cü il tarixli azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslə aparılmış söhbətin nəticələrinə dair protokolun surətindən müəyyən olunur ki, məhkum Cavabdeh ilə söhbət zamanı sonuncuya məhkəmə hökmünün (qərarının) icrası ilə bağlı hüquqları, qanunla və məhkəmənin hökmü (qərarı) ilə onun üzərinə qoyulmuş vəzifələri izah edilmiş və yol verilə biləcək pozuntulara görə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər nəzərinə çatdırılmışdır. *7.07.2023-cü il tarixli azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokolun surətindən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.*-ci maddəsi ilə təqsirli bilinərək 0* il 06 ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş məhkum Cavabdeh “Attenti” markalı, 35640092 nömrəli elektron nəzarət vasitəsi və 27983 nömrəli elektron qolbaq və onun enerji toplayıcısı və kabro təhvil verilmiş, ona qulluq edilməsi barədə məlumatlar və üzərinə qoyulmuş cəzanın icrası qaydaları ətraflı izah edilmişdir (Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir). 09.*0.2024-cü il tarixli elektron nəzarət vasitəsinin vəziyyəti haqqında mütəxəssis rəyinin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti Elektron Monitorinq İdarəsinin sifarişi üzrə məhkum Cavabdeh təhkim edilmiş “Attenti V6” markalı, 35640092 nömrəli mobil qurğuya texniki baxış keçirilmiş və qolbaq ilə əlaqə saxlayan antena pinlərinin qoparılması, istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə avadanlığın nasaz vəziyyətdə olması, avadanlığın təmirinin qeyrimümkün və istifadəyə tam yararsız olduğu aşkar edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 29.07.202*-ci il tarixdə tərtib edilmiş cədvələ əsasən, 0* ədəd sadə elektron qolbağın dəyəri – sadə elektron qolbaq x*, - mobil nəzarət qurğusu – x*, elektrik adapteri – x*, proqram lisenziyası – x* və ƏDV əlavə olunmaqla 2277.40 manat məbləğində müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 2*.*. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 2*.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 2*.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə *096.*. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə *097.*. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi Maddə *5-2. Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri. *5-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. *5-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin *0 aprel 20*8-ci il tarixli Qərarı
2. Elektron nəzarət vasitələrinin tətbiqinə dair tələblər. 2.3. Elektron nəzarət vasitələri tətbiq olunan nəzarət subyektinə müvafiq olaraq icra məmuru (probasiya üzrə) və polis orqanının müvafiq vəzifəli şəxsi tərəfindən məhkəmənin qərarının icrası qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri ilə yanaşı konkret nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması tələbi, bunun üçün görülməli olan işlər, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi izah edilir, ona yaddaş kitabçası verilir və bu barədə protokol tərtib olunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.*. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.*.*4. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr; 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin mövqeyi Məhkəmə cavabdehin izahatını və şahid ifadəsini dinləyərək, iş materiallarını və işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh “Attenti” markalı elektron nəzarət vasitəsi, elektron qolbaq, onun enerji toplayıcısı və kabro təhvil verilmişdir. Onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuş, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilmiş və bu barədə protokol tərtib edilmişdir. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Cavabdeh ehtiyatsızlıqdan mobil nəzarət qurğusunu yararsız vəziyyətə almış bununla da, Hamiz Hacıyev məhkəmə hökmü ilə üzərinə qoyulmuş elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlamaq vəzifəsini pozmuşdur. Məhz onun ehtiyatsızlıqdan olsa belə, təqsirli hərəkəti nəticəsində dövlətin müstəsna mülkiyyətində olan əşya, o cümlədən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslər üçün nəzərdə tutulmuş mobil nəzarət qurğusu yararsız vəziyyətə düşmüş, bununla da, dövlətə 2277,40 manat məbləğində zərər dəymişdir. Həmin zərər cavabdeh tərəfindən iddiaçıya (dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqana) ödənilmədiyi üçün sonuncunun cavabdehə qarşı iddia irəli sürmək hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh bu nəzarət vasitələri ona təhvil verilərkən onları işlək vəziyyətdə saxlamaq üçün lazımı diqqət göstərməli olması, bu vasitələri təqsirli olaraq (qəsdən və ya ehtiyatsızlıqdan) işlək vəziyyətdə saxlanılmamasının məsuliyyətə səbəb olması barədə xəbərdar edilmişdi və bütün bunları bilirdi (bilməli idi). Bu baxımdan məhkum kimi işlək vəziyyətdə saxlamağa borclu olduğu elektron nəzarət vasitəsini yararsız vəziyyətə salan cavabdeh bu cihaza dəymiş zərəri ödəməlidir. Odur ki, iddiaçı elektron nəzarət vasitəsinə dəymiş 2277.40 manat məbləğində zərərin cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsindən azad olduğundan və iddia təmin edildiyindən ödənilməmiş 42.77 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2277.40 manat məbləğində pul vəsaiti tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməli, ödənilməmiş 42.77 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*4, 2*6-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına (müxbir hesab: AZ66CTRE**********0002*07*3*; səviyyə kodu: *; təsnifat kodu: *42330; valyuta: azn; VÖEN: *70044639*) ödənilsin. Ödənilməmiş 42.77 (qırx iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva