Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1168/2021 22.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı oğlu Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2100 manat məbləğində borcun və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30.40 manat dövlət rüsumu və 1.47 manat poçt xərcinin tutulub ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdı ki, Cavabdeh ilə iddiaçı arasında xx xxxxxxx 2020-ci il tarixdə 5 saylı Bakı “Asan” xidmət mərkəzində 3M-358 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən borc alan Cavabdeh aldığı 2100 (iki min yüz ) manat pulun 700 manatını xx xxxxxx 2020-ci il tarixdə, 700 manatını xx xxxxxx 2020-ci il tarixdə və qalan 700 manatı isə xx xxxxxx 2021-ci il tarixdə ona notariusun bankda açılan depozit hesabı vasitəsi ilə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin müqavilədə göstərilən vaxt keçməsinə baxmayaraq borclu kredit müqaviləsində qeyd etdiyi öhdəliyi yerinə yetirməmişdir. Bununla bağlı Cavabdeh yazılı və şifahi xəbərdarlıq etməyinə baxmayaraq yenə də öhdəlik üzrə olan borcunu ödəməmiş və ödəməkdən yayınır. Cavabdeh kredit müqaviləsinin ilkin şərtinə əməl etmədiyi üçün və müqavilədə qeyd etdiyi dekabr və yanvar ayında ödəyəcəyi 1400 manat pulun ödənişi şübhə doğurur. xx xxxxxx 2020-ci il tarixdə ödəniş etmədiyi üçün cavabdehə pretenziya məktubu göndərsə də hal-hazıradək heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən borc alana notariusun bankda açılan depozit hesabı vasitəsilə 2100 manat məbləğində pul borc verir. Borc alan krediti xx.xx.2021 tarixədək hər ay 700 manat məbləğində pul borc verənə notariusun bankda açılan depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. - xx.xx.2020-ci il tarixli İddiaçı tərəfindən Cavabdeh göndərilmiş pretenziya məktubundan görünür ki, Cavabdeh №3M-358 saylı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən xx.xx.2020-ci il tarixdə ödəniş etməli idi, lakin 9 gün keçməsinə baxmayaraq ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1.-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1.-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət 30.40 manat məbləğində dövlət rüsumu və 1.47 manat poçt xərci Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə işə əlavə edilmiş sənədləri və yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2100 manat məbləğində pul, ödənilmiş 30.40 manat dövlət rüsumu və 1.47 manat poçt xərci tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci madddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 2100 (iki min bir yüz) manat məbləğində kredit borcu, ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu və 1,47 (bir manat qırx yeddi qəpik) poçt xərci tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1168/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1168/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver