Məhkəmə qərarları › İş №2(010)-1176/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1176/2021

01.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1176/2021 01.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-8003/2014 nömrəli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 50 manat məbləğində müəyyən edilmiş alimentin məbləğinin artırılaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay 175 manat olmaqla, hər ay cəmi 350 manat məbləğində alimentin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2010-cu il tarixdə qızları X2 və xx.xx.2011-ci il tarixdə oğulları X6 doğulmuşlar. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-8003/2014 nömrəli qətnaməsinə əsasən birgə nikahlarından doğulmuş uşaqları xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 103 manat, cəmi 206 manat olmaqla sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona verilməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(103)-1868/2015 saylı qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-8003/2014 nömrəli qətnaməsi dəyişdirilmiş, alimentin tutulması vaxtının müəyyən edilməsi hissəsində dəyişdirilmiş, qalan hissədə təmin olunmamışdır. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məkhəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə yazılı ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, ağır ailə şəraitini nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(010)- 8003/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1586/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə xx xxxx 2010-cu il təvəllüdlü VəliyevaNarmcxatın Rəşad qızının və xx xxxxxxxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatana kimi saxlanması üçün müəyyən edilmiş cəmi 100 (bir yüz) manat aliment miqdarı artırılmış, xx xxxx 2010-cu il təvəllüdlü X1 və xx xxxxxxxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatana kimi saxlanması üçün xx xxxxxxx 2014-cü il tarixdən başlayaraq X3 hər uşağa görə 103 manat, cəmi 206 (iki yüz altı) manat aliment sabit pul məbləğində hər ay tutularaq İddiaçı verilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(103)- 1868/2015 saylı qətnaməsinin surətində görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(010)-8003/2014 saylı qətnaməsi alimentin xx.xx.2014-cü il tarixdən tutulmalı olduğu hissədə dəyişdirilmiş və alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. - AZE №12632404 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 atası Cavabdeh, anası İddiaçıdır. - AZE №12632334 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə anadan olmuş X8 oğlunun atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəllənin 78.1-ci maddəsində isə göstərilmişdir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, alimentin miqdarının artırılması qanunda nəzərdə tutulmuş bir sıra hallarla şərtləndirilsə də, iddiaçı cavabdehin maddi vəziyyətində dəyişikliklərin (maddi vəziyyətinin yaxşılaşması) baş verməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə hazırkı işdə alimentin artırılaraq hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat məbləğində müəyyən edilməsini azyaşlıların hüquq və mənafeləri baxımından qanuni hesab edir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, İddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8003/2014 nömrəli, xx.xx.2014cü il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment miqdarı artırılaraq hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi hər ay 350 (üç yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar