Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1187/2022 17.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 20.06.2019-cu il tarixli 014R********** saylı kredit razılaşmasının ləğv edilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 014R********** saylı kredit razılaşması üzrə 17003.83 manat məbləğində kredit borcu, 3094.07 manat məbləğində faiz borcu və 5713.3 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 25811 (iyirmi beş min səkkiz on bir) manat 20 (iyirmi) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 167.50 manat məbləğində dövlət rüsumunun barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 21.01.2011-ci il tarixli 14L000001821 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Bundan başqa 29.06.2017-ci il tarixli, 14L000001821S saylı sazışə əsasən, kredit xətti müqaviləsinin müddəti və məbləği müvafiq olaraq 197 ay və 200. 000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 20.06.2019-cu il tarixli 014R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9165% olmaqla ödəniş planı üzrə hissə-hissə qayarmaq şərtilə 25.000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 03.07.2020-ci il tarixli 014R**********S sazışlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 21.01.2021 -ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 7996.17 manat ödəmiş, onun 17003.83 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 24.12.2021 -ci il tarixə 337 gün üçün hesablanmış faiz borcu 3094.07 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 24.12.2021-ci il tarixə 337 gün üçün hesablanmış cərimə 5713.3 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbi ilə razı olmadığını bildirdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan 21.01.2011-ci il tarixli, 14L000001821 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 120 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır İş materiallarında olan 21.01.2011-ci il tarixli, 014R********** nömrəli Kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 1.9167% olmaqla 36 ay müddətinə 25.000 (iyirmi beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 21.01.2011-ci il tarixli, 14S000003310 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 Cavabdeh1 21.01.2011-ci il tarixli kredi müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsi ilə əlaqədar olaraq məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 21.01.2011-ci il tarixli, 14S000003311 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 21.01.2011-ci il tarixli kredi müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsi ilə əlaqədar olaraq məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 21.01.2011-ci il tarixli, 14S000004734 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 Cavabdeh1 21.01.2011-ci il tarixli kredi müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsi ilə əlaqədar olaraq məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 20.06.2019-cu il tarixli 014R********** saylı kredit razılaşmasından görünür ki, cavabdeh 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9165% olmaqla ödəniş planı üzrə hissə-hissə qayarmaq şərtilə 25.000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 29.06.2017-ci il tarixli, 14L000001821S saylı sazışdən görünür ki, kredit xətti müqaviləsinin müddəti və məbləği müvafiq olaraq 197 ay və 200. 000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 03.07.2020-ci il tarixli, 014R**********S sazışdən görünür ki, 21.01.2011-ci il tarixli, 14L000001821 saylı Kredit Xətti Müqaviləsi üzrə 20.06.2019-cu il tarixdə bağlanmış 014R********** Kredit Razılaşması əsasında Cavabdeh1 kredit qalığını və hesablanmış faizləri bu sazışə əlavə olunan ödəniş planına uyğun olaraq ödəməlidir. İş materiallarına əlavə edilmiş 30.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 20.06.2019-cu il tarixli kredit razılaşması üzrə 17003.83 manat məbləğində əsas kredit borcu, 3094.07 manat məbləğində faiz borcu və 5713.3 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 25811.2 manat kredit borcu vardır. İş matariallarına əlavə edilmiş bildirişdən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 borc məbləğini qısa zamanda ödəmələri barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə əsas və faiz borcun tutulması hissəsində tam əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 423-cü maddəsinin tələbinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddia tələbinin cərimə borcunun tələbi hissəsi ilə bağlı, məhkəmə qeyd edir ki, tələb bu hissədə qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 5713.3 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 300 manata endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir Məhkəmə tərəfindən müəyyən edilir ki, ödənilmiş 167.50 manat məbləğində dövlət rüsumunun 151.19 manat hissəsi cavabdehlərdən tutulmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 20.06.2019-cu il tarixli, 014R********** saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdehlər Bağırov Fəxrəddı̇ n Bağır oğlu, Cavabdeh2 Fəxrəddı̇ n oğlu, Cavabdeh3 Fəxrəddı̇ n qızı və Cavabdeh4 müştərək qaydada 17003.83 manat əsas borc, 3094.07 manat faiz borcu və 300 manat cərimə borcu olmaqla cəmi 20397.9 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" QSC ilə cavabdeh Bağırov Fəxrəddı̇ n Bağır oğlu arasında bağlanmış 20.06.2019-cu il tarixli, 014R********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Bağırov Fəxrəddı̇ n Bağır oğlu, Cavabdeh2 Fəxrəddı̇ n oğlu, Cavabdeh3 Fəxrəddı̇ n qızı və Cavabdeh4 müştərək qaydada 17003.83 manat əsas borc, 3094.07 manat faiz borcu və 300 manat cərimə borcu olmaqla cəmi 20397.9 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilsin. Ödənilmiş 167.50 manat məbləğində dövlət rüsumunun 151.19 manat hissəsi cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1187/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1187/2022
17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver