Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-119/2022 14.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bərpa işlərinin həyata keçirilməsi ilə bağlı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı bərpa işlərinin həyata keçirilməsi ilə bağlı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan evin arxa divarın bərpa etmək məqsədilə yaşadığı evin həyətinə daxil olmasına öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı qismində izahat vermiş İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin evin arxa tərəfində qış və payız fəsillərində nəmişlik olduğuna görə divardan su axır. Lakin təmir işlərinin aparılması yalnız cavabdehə məxsus evin həyətinə daxil olmaq şərti ilə aparıla bilər. Dəfələrlə xahiş etsələr də, cavabdeh qəti şəkildə buna imkan verməyəcəyini bildirir. Lakin o, 1 qrup əlildir, şəkər xəstəliyindən əziyyət çəkir. Təmir işlərinin aparılmaması isə onun səhhətində olan problemlərin kəskinləşməsinə səbəb olur. Cavabdeh 30 iyun 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələıbi ilə razılaşmayaraq bildirdi ki, iddiaçı tərəfindən onun evinin ərazisinə daxil olmaqla təmir işlərinin aparılmasını əsassız hesab edir, çünki belə olan halda onun evinə zərər vurula bilər. Cavabdeh növbəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı Qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, ev 32a mənzilinin 3 otağı 10 iyun 2010-cu il tarixdən xüsusi mülkiyyət kimi İddiaçı adına hüquqi qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/4170 saylı 15.11.2021-ci il tarixli rəyindən görünür ki, İddiaçı istifadəsində olan Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yerləşən 32 “a” saylı fərdi yaşayış evinin arxa divarının iş üzrə cavabdeh Cavabdeh istifadəsində olan ünvan 2 ünvanında yerləşən evinin həyətyanı torpaq sahəsi ilə sərhəd xəttində yerləşdiyini nəzərə alaraq iddiaçıya məxsus evin arxa divarında zəruri təmir işlərini cavabdehə məxsus evin həyətyanı sahəsindən istifadə edilmədən aparılmasının mümkün olmadığı müəyyən olunmuşdur. Beləliklə də, məhkəmə tərəfindən müəyyən olunmuş hallardan görünür ki, İddiaçı istifadəsində və mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yerləşən 32 “a” saylı fərdi yaşayış evinin arxa divarı iş üzrə Cavabdeh istifadəsində olan ünvan 2 ünvanında yerləşən evinin həyətyanı torpaq sahəsi ilə sərhəd xəttində yerləşir və iddiaçıya məxsus evin arxa divarında zəruri təmir işlərinin cavabdehə məxsus evin həyətyanı sahəsindən istifadə edilmədən aparılması mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə görə hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Sadalanan xüsusatları və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, iddiaçıya məxsus evin arxa divarında bərpa işlərin həyata keçirilməsi üçün cavabdeh tərəfindən ona məxsus torpaqyanı sahədən istifadə etməsinə icazə verilməməsi qanunsuzdur və bu hal iş üzrə keçirilmiş ekspertiza tədqiqatının rəyi ilə öz təsdiqini tapır. (iddiaçıya məxsus evin arxa divarında zəruri təmir işlərini yalnız cavabdehə məxsus torpaq sahəsindən istifadə etməklə edilə bilməsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 169.2-ci maddəsinə əsasən hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. İşin bu hallarını nəzərə alaraq və iş üzrə toplanmış sübutlara qiymət verib məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə 50 manat ekspertiza xərcinin Cavabdeh aid edilməli və qeyd olunan xərclər tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu : 142595, hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı tərəfindən mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yerləşən 32 “a” saylı evin arxa divarında təmirbərpa işləri (mala çəkmək) aparılması üçün ünvan 3 ünvanında yerləşən evin həyətindən istifadə olunmasına icazə verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 50 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə (Az.MEM VÖEN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22) hesaba keçirilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-119/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-119/2022
14.01.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver