Məhkəmə qərarları › İş №2(010)-121/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-121/2021

04.10.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-121/2021 04.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 Adil qızının, Cavabdeh1, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi mülkiyyətdəki əmlakdan payın naturada ayrılması” tələbinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Axundov küçəsindəki 7 saylı fərdi yaşayış evinə onun (iddiaçının) paylı mülkiyyətdə olan 2/4 hissədəki payının naturada ayrılmasına, “A” literli tikilinin 3,4 və 5 nömrəli yaşayış otaqlarının, 1 nömrəli dəhlizinin, 2 nömrəli mətbəxin, “İ” literli köməkçi tikilinin, “İİ” literli hovuzun, “V” literli sanitar qovşağının və hasara alınaraq onun (iddiaçının) faktiki istifadəsində olan torpaq sahəsinin ümumi paylı mülkiyyətdən ayrılaraq onun ayrıca mülkiyyətinə verilməsi və bununla da paylı mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 Adil qızı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi Axundov küçəsindəki 7 saylı evin 2/4 hissəsi iddiaçının, qalan 1/4 və 1/4 hissələr isə cavabdehlərin paylı mülkiyyətindədir. Payları onlara qanun üzrə vərəsəlik qaydasında atalarından keçmişdir. Mübahisəli əmlak «A» literli yaşayış evindən, köməkçi tikilidən, 2 sanitar qovşağından və 0.0418 ha torpaq sahəsindən ibarətdir. Əmlak əvvəl gündən bölünmüş vəziyyətdədir və hərənin öz istifadə etdiyi tərəfi və sahəsi vardır. Əmlakı istifadə etdikləri qaydada bölünməsi texniki pasportda da öz əksini tapmışdır. O, əvvəl gündən yaşayış evinin 3,4 və 5 saylı yaşayış otaqlarından, 1 saylı dəhlizdən, 2 saylı mətbəxdən, köməkçi tikiliən, sanitar qovşağından və bu tikililərin önündəki həyətyanı sahədən istifadə etmişdir. Digər sahələr Cavabdeh1 istifadəsində olmuşdur. Onun (iddiaçının) faktiki istifadəsində olan sahə paylı mülkiyyətdəki payına tam uyğundur. Mübahisəli əmlakdakı yaşayış evi daha əvvəl onun yaşadığı sahədən ibarət olmuşdur. Evi böyütmək məqsədilə sonradan atası ilə cavabdeh qardaşının yaşadığı sahəni ona bitişik olaraq inşa etmişdir. Onun yaşadığı sahə ilə cavabdehin istifadə etdiyi sahə başqa-başqa vaxtlarda tikilmiş bitişik tikililərdir və ölçülərinə və həcminə görə tam bərabərdirlər. Onun istifadəsində 3 yaşayış otağı olsa da, cavabdehin istifadəsində 4 yaşayış otağı vardır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, iddia tələbini qəbul edir. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmikrcan qəsəbəsi, M.F.Axundov küçəsi, 11 saylı evinin ¼ hissəsi ona, 2/4 hissəsi iddiaçıya və ¼ hissəsi isə Cavabdeh2 Adil qızına məxsusdur. Ona məxsus olan hissədə evin su və qaz sayğacları ayrıdır. O ekspert rəyi ilə razıdır və iddiaçının payının natura qaydasında ayrılmasına heç bir etirazı yoxdur. Odur ki, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən ümumi sahəsi 155,7 kv.m olan fərdi yaşayış evi və 418kv.m torpaq sahəsi faktiki vəziyyətdə təcrid şəkildə iki hissəyə bölünmüşdür. Bölgü zamanı “A” literli yaşayış evinin 1 və 2 saylı köməkçi otaqlarının, 3, 4 və 5 saylı yaşayış otaqlarının yerləşdiyi 85 kv.m. hissəsi, eyni zamanda mülkiyyətdə olan torpaq sahəsində “İ” literli köməkçi tikilinin, “İİ” literli hovuzun, “V” literli sanitar qovşağının və yaşayış evinin iddiaçının istifadəsində qalan hissəsində tikililərin yerləşdiyi sahə daxil olmaqla 188,0 kv.m torpaq sahəsi iddiaçının istifadəsində qalmışdır. Faktiki vəziyyətdə olan bölgünün təcrid şəkildə olmasını, bölgü zamanı iddiaçının və cavabdehlərin istifadəsində yardımçı və yaşayış otaqlarının qalmasını, tərəflərin istifadələrində olan hissələrə ayrı-ayrılıqda giriş-çıxış qapılarının olmasını nəzərə alaraq faktiki vəziyyətdə olan bölgünün “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasında göstərilənlərə və “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9 bəndlərinə göstərilən tələblərə uyğun olduğu müəyyən olunur. Hazırkı bölgü zamanı isə iddiaçının payına torpaq sahəsindən 21kv.m az düşür, evin sahəsindən isə 8 kv.m çox düşür. Məhkəmə iş üzrə iddiaçının, cavabdehin və ekspertin izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki tərəfin iddia tələbi ilə bağlı mövqeləri eyni olduğundan aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanındakı evinin ¼ hissəsi Cavabdeh1, 2/4 hissəsi İddiaçı və ¼ hissəsi Cavabdeh2 adına dövlət qeydiyyatından keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportun təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi, 11 saylı evinin hüquq subyekti İddiaçı və başqalarıdır. Suraxanı rayon məhkəməsinin 04.06.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 13.08.2021-ci il tarixli 10/2011 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi, 11 saylı evlərinin faktiki vəziyyətdə bölünmə zamanı tərəflərin hər birinin ayrı-ayrılıqda giriş çıxış qapısı, yaşayış və yardımçı sahələri mövcuddur. Tərəflərin paylarına uyğun sahə, fərdi yaşayış evi üzrə 2/4 hissə 77,85 kv.m (155,7:4x2), torpaq sahəsi üzrə 2/4 hissə 209,0 kv.m (418,0:4x2), fərdi yaşayış evi üzrə ¼ hissə 38,92 kv.m (155,7:4) və torpaq sahəsi üzrə ¼ hissə 104,5 kv.m (418,0:4) müəyyən olunur. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F Axundov küçəsində yerləşən ümumi sahəsi 155,7 kv.m olan fərdi yaşayış evi və 418kv.m torpaq sahəsi faktiki vəziyyətdə təcrid şəkildə iki hissəyə bölünmüşdür. Bölgü zamanı “A” literli yaşayış evinin 1 və 2 saylı köməkçi otaqlarının, 3, 4 və 5 saylı yaşayış otaqlarının yerləşdiyi 85 kv.m. hissəsi, eyni zamanda mülkiyyətdə olan torpaq sahəsində “İ” literli köməkçi tikilinin, “İİ” literli hovuzun, “V” literli sanitar qovşağının və yaşayış evinin iddiaçının istifadəsində qalan hissəsində tikililərin yerləşdiyi sahə daxil olmaqla 188,0 kv.m torpaq sahəsi iddiaçının istifadəsində qalmışdır. Faktiki vəziyyətdə olan bölgünün təcrid şəkildə olmasını, bölgü zamanı iddiaçının və cavabdehlərin istifadəsində yardımçı və yaşayış otaqlarının qalmasını, tərəflərin istifadələrində olan hissələrə ayrı-ayrılıqda giriş-çıxış qapılarının olmasını nəzərə alaraq faktiki vəziyyətdə olan bölgünün “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasında göstərilənlərə və “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1,2.2,2.4. və 2.9. bəndlərində göstərilən tələblərə uyğun olduğu müəyyən olunur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 49-cu maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. 50-ci maddəsinin 1-ci bəndinə əsasən Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. 52-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. 52-ci maddəsinin 2-ci bəndinə əsasən iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. 55-ci maddəsinə əsasən Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 83-cü maddəsinə əsasən 1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Mülki Məcəllənin 220.1-ci, 220.2-ci və 220.3-cü maddələrinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi, 11 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə ¼ hissəsi Cavabdeh1, 2/4 hissəsi İddiaçı və ¼ hissəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda İddiaçı paylı mülkiyyət hüququ ilə ona və cavabdehə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi, 11 saylı fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsini xahiş edir. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və əldə edilmiş 13.08.2021-ci il tarixli 10/2011 saylı ekspert rəyi ilə bölgünün texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 13.08.2021-ci il tarixli 10/2011 saylı rəyi məhkəmədə tədqiq edilərkən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi, 11 saylı evlərinin faktiki vəziyyətdə bölünmə zamanı tərəflərin hər birinin ayrı-ayrılıqda giriş çıxış qapısı, yaşayış və yardımçı sahələri mövcuddur. Tərəflərin paylarına uyğun sahə, fərdi yaşayış evi üzrə 2/4 hissə 77,85 kv.m (155,7:4x2), torpaq sahəsi üzrə 2/4 hissə 209,0 kv.m (418,0:4x2), fərdi yaşayış evi üzrə ¼ hissə 38,92 kv.m (155,7:4) və torpaq sahəsi üzrə ¼ hissə 104,5 kv.m (418,0:4) müəyyən olunur. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F Axundov küçəsində yerləşən ümumi sahəsi 155,7 kv.m olan fərdi yaşayış evi və 418kv.m torpaq sahəsi faktiki vəziyyətdə təcrid şəkildə iki hissəyə bölünmüşdür. Bölgü zamanı “A” literli yaşayış evinin 1 və 2 saylı köməkçi otaqlarının, 3, 4 və 5 saylı yaşayış otaqlarının yerləşdiyi 85 kv.m. hissəsi, eyni zamanda mülkiyyətdə olan torpaq sahəsində “İ” literli köməkçi tikilinin, “İİ” literli hovuzun, “V” literli sanitar qovşağının və yaşayış evinin iddiaçının istifadəsində qalan hissəsində tikililərin yerləşdiyi sahə daxil olmaqla 188,0 kv.m torpaq sahəsi iddiaçının istifadəsində qalmışdır. Faktiki vəziyyətdə olan bölgünün təcrid şəkildə olmasını, bölgü zamanı iddiaçının və cavabdehlərin istifadəsində yardımçı və yaşayış otaqlarının qalmasını, tərəflərin istifadələrində olan hissələrə ayrı-ayrılıqda giriş-çıxış qapılarının olmasını nəzərə alaraq faktiki vəziyyətdə olan bölgünün “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasında göstərilənlərə və “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1,2.2,2.4. və 2.9. bəndlərində göstərilən tələblərə uyğun olduğu müəyyən olunur. Belə olan halda məhkəmə ekspert rəyinə uyğun olaraq qeyd edir ki, hazırda iddiaçının iddiası qismən təmin edilməlidir. Belə ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi İddiaçı məxsus (“A” literli tikilinin 3,4 və 5 nömrəli yaşayış otaqlarının, 1 nömrəli dəhlizin, 2 nömrəli mətbəxin, “İ” literli köməkçi tikilinin, “İİ” literli hovuzun, “V” literli sanitar qovşağın və hasara alınaraq onun faktiki istifadəsində olan torpaq sahəsi) 2/4 hissədə faktiki mövcud vəziyyətə uyğun olaraq naturada bölünsün və ümumi paylı mülkiyyətdən ayrılaraq İddiaçı ayrıca mülkiyyətinə verilməli, qalan hissədə iddia tələbi təmin olunmamalıdır. Bundan başqa, iddia tələbi qismən təmin edildiyinə görə, aparılmış ekspertiza xərci 50 (əlli) manat pul İddiaçı tutularaq dövlət nəfinə tutulmalıdır. Beləliklə məhkəmə təqdim edilmiş və məhkəmə zamanı əldə edilmiş bütün sübutların mötəbərliyini əsas götürərək iddianın qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi İddiaçı məxsus (“A” literli tikilinin 3,4 və 5 nömrəli yaşayış otaqlarının, 1 nömrəli dəhlizin, 2 nömrəli mətbəxin, “İ” literli köməkçi tikilinin, “İİ” literli hovuzun, “V” literli sanitar qovşağın və hasara alınaraq onun faktiki istifadəsində olan torpaq sahəsi) 2/4 hissədə faktiki mövcud vəziyyətə uyğun olaraq naturada bölünsün və ümumi paylı mülkiyyətdən ayrılaraq İddiaçı ayrıca mülkiyyətinə verilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri-50 (əlli) manat İddiaçı tutularaq dövlət xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar