Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1210/2021 04.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, Cavabdeh X4 iştirakı ilə, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh və X5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 zamini Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə 08.02.2019-cu il tarixli, BPM **********27 nömrəli Kredit müqaviləsinə əsasən X1 əsas borc üzrə 7601,93 AZN kredit borcunun tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin Suraxanı ilə borclu X6 arasında bağlanmış 08.02.2019-cu il tarixli, BPM**********27 nömrəli Kredit müqaviləsinə əsasən X2 60 ay müddətinə illik 24 faiz(%) dərəcəsi ilə hesablanmaqla, 10500 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı kimi Bankla Cavabdeh arasında 08.02.2019-cu il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Eyni zamanda Zaminlik müqaviləsinin 2.1-ci maddəsinə əsasən sözügedən kredit müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə görə Zamin Kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən isə borclu qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi və vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. Banka təqdim edilmiş ölüm haqqında şəhadətnaməyə əsasən X6 03.07.2020-ci il tarixdə vəfat etmişdir. Konstitusiya Məhkəməsinin 4 iyun 2018-ci il tarixli Plenum qərarında qeyd edilir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Eyni zamanda, vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzərinə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminat verdiyi risklər dairəsinə daxildir. Yuxarıda adı çəkilən 08.02.2019-cu il tarixli, BPM**********27 nömrəli Kredit müqaviləsinə əsasən X1 əsas borc üzrə 7601.91 AZN borcu olmaqla, ümumilikdə cəmi 7601.91 AZN borcu mövcuddur. İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti cavabdeh X1 zamini Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə 08.02.2019-cu il tarixli, BPM **********27 nömrəli Kredit müqaviləsinə əsasən X1 əsas borc üzrə 7601,93 AZN borcu olmaqla, ümumilikdə cəmi 7601,93 AZN kredit borcunun tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» ASC 16.04.2021-ci il tarixində Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, məhkəmə prosesi zamanı, 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisindən verilmiş arayışa əsasən borclu vəfat etmiş X1 vərəsəsi X7 müəyyən olunmuşdur. Həmçinin ümumi borcdan ödənişlər edilmişdir. Odur ki, cavabdehlər X3 və Cavabdeh iddiaçı «xxxx» ASC-nin xeyrinə 7201,93 manat borc tutulmasını və cavabdehlərdən dövlət rüsumu kimi ödənilmiş 30 manat və 0,40 qəpik xidmət haqqının tutulmasını xahiş etmişdir. İddiaçı «xxxx» ASC tərəfindən verilmiş 04.05.2021-ci il tarixli ərizəyə əsasən, məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə cavabdeh X7 iddia tələbini qəbul etdiyini və iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 08 fevral 2019-cu il tarixli BPM**********27 saylı kredit müqaviləsindən görünür ki, «xxxx» ASC tərəfindən X2 illik 24 faiz olmaqla, 60 ay müddətinə qaytarmaq şərti ilə 10500 (on min beş yüz) məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuşdur. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli və kredit müqaviləsinin əlavəsi olan 08.02.2019-cu il tarixli sənədindən görünür ki, X6 tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 302,1 manat və 297,99 manat olmaqla 08.02.2024-cü il tarixinə qədər ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan 08 fevral 2019-cu il tarixli BPM**********27 saylı kredit müqaviləsininin təminatı olaraq X6 ilə «xxxx» ASC arasında 08.02.2019-cu il tarixli BPM**********27 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 03.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, X1 08 fevral 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 03.03.2021-ci il tarixinə 7201,93 (yeddi min iki yüz bir manat doxsan üç qəpik) manat məbləğində əsas kredit borcunun, cəmi 7201,93 (yeddi min iki yüz bir manat doxsan üç qəpik) manat borcu vardır. İş materiallarında olan Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən AZ-İİ seriyalı 098259 nömrəli, 07.07.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X6 03.07.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 07 iyul 2020-ci il tarixdə 464 sayla qeyd edilmişdir. İş materiallarında olan 4 saylı Bakı “Asan Xidmət” Mərkəzi Notariat Ofisi tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli 219 nömrəli arayışa əsasən, X4 12.02.2021-ci il tarixli mirasın qəbuluna dair ərizəsi ilə 03.07.2020-ci il tarixdə vəfat etmiş əri, ünvan 1 ünvanında qeydiyyatda olmuş X1 adına V-101/2021 saylı vərəsəlik işi açılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 27.11.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanlanan 03.12.2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh 08.02.2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməli olan məbləğin ödənilməsindən yayınması göstərilməklə, bu barədə müvafiq orqanlara müraciət olunması izah edilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasımülki hüquq qanunvericiliyinin müddəlaları baxımından «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunun qaytarılması ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələn gələn öhləliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə araşdırması zamanı məlum oldu ki, “xxxx” ASC-nin Suraxanı ilə borclu X6 arasında bağlanmış 08.02.2019-cu il tarixli, BPM**********27 nömrəli Kredit müqaviləsinə əsasən X2 60 ay müddətinə illik 24 faiz(%) dərəcəsi ilə hesablanmaqla, 10500 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı kimi Bankla Cavabdeh arasında 08.02.2019-cu il tarixində zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X6 ölmüşdür. 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisindən verilmiş arayışa əsasən borclu vəfat etmiş X1 vərəsəsi X7 müəyyən olunmuşdur. Məhkəmə iclasında cavabdeh X7 iddianı qəbul etmişdir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh və X3 08 fevral 2019-cu il tarixli BPM**********27 saylı kredit müqaviləsi üzrə 03.03.2021-ci il tarixi üçün 7201,93 (yeddi min iki yüz bir manat doxsan üç qəpik) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı xxxxna ödənilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və X3 08 fevral 2019-cu il tarixli BPM**********27 saylı kredit müqaviləsi üzrə 03.03.2021-ci il tarixi üçün 7201,93 (yeddi min iki yüz bir manat doxsan üç qəpik) manat məbləğində borc tutularaq «xxxx» ASC-nin xeyrinə tutulsun. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh və X3 tutularaq «xxxx»-na ödənilsin Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1210/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1210/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver