Məhkəmə qərarları › İş №2(010)-1211/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1211/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1211/2021 25.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3n, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9.894,44 manat məbləğində əsas borc və 1.867,36 manat məbləğində faiz borcu olmaqla - cəmi 11.761,8 manat məbləğində borcun və 30,4 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli Kredit müqaviləsinə əsasən sonuncuya 18 ay müddətinə illik 24 % olmaqla 15.000 manat məbləğində kredit verilmişdir. Həmin Kredit müqaviləsinin təminatı olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə də Zaminlik Müqavilələri bağlanmış və bununla da, o, Cavabdeh3 Bankdan götürdüyü pul vəsaitini ödəmədiyi halda sonuncunun öhdəliyini üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh3 nəzərdə tutulmuş müddətdə və qaydada əsas kredit məbləğini və ona hesablanmış faizləri Banka ödəməli idi. Lakin o, müqavilə üzrə öhdəliklərinə vaxtında və lazımi qaydada əməl etməmiş və bununla da, Kredit müqaviləsinin şərtlərini pozmuşdur. Verilmiş kreditlə əlaqədar “borcalan“-ın öhdəliklərinin icrasının təmini olaraq Cavabdeh2 və Cavabdeh1 “borcalan“-a zamin olduğu üçün, onların öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Cavabdehlər dəfələrlə şifahi və yazılı qaydada öhdəliklərin icrasının təmin edilməsi üçün xəbərdar edilsələr də, onlar müqavilə üzrə götürdükləri öhdəlikləri yerinə yetirməmiş və onların İddiaçı ASC-yə 9.894,44 manat əsas borc və 1.867,36 manat faiz borcu olmaqla, cəmi 11.761,8 manat məbləğində borcları yaranmışdır. Ona görə də, təmsil etdiyi İddiaçı ASC-nin adından iddia tələbinin təmin olunmasını və cavabdehlər Cavabdeh3n, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada müqavilə öhdəlikləri ilə bağlı yaranmış 9.894,44 manat məbləğində əsas kredit borcu və 1.867,36 manat məbləğində faiz borcu olmaqla - cəmi 11.761,80 manat məbləğində borcun və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının iddiaçının xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etdiyini bildirərək göstərdi ki, İddiaçı ASC ilə onun arasında bağlanmış xx xxxx 2019-cu il tarixli Kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə illik 24 % olmaqla 15.000 manat məbləğində kredit verilmişdir. O, müqavilə üzrə bir müddət lazımi qaydada ödəniş etsə də, sonradan maddi vəziyyəti pisləşdiyinə görə ödənişlər edə bilməmişdir. Buna görə də o, iddia tələbinin təmin olunmasına etiraz etmir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etdiyini bildirərək göstərdi ki, İddiaçı ASC ilə onun arasında bağlanmış xx xxxx 2019-cu il tarixli Zaminlik müqaviləsinə əsasən, o Cavabdeh3 18 ay müddətinə illik 24 % olmaqla 15.000 manat məbləğində kredit verilməsinə zamin durmuşdur. Əsas borclu olan Cavabdeh3 müqavilə üzrə bir müddət lazımi qaydada ödəniş etsə də, sonradan maddi vəziyyəti pisləşdiyinə görə ödənişlər edə bilməmişdir. Halhazıda pandemiya ilə əlaqədar onun da maddi cəhətdən sıxıntıları vardır. Buna görə də o, iddia tələbinin təmin olunmasına etiraz etmir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etdiyini bildirərək göstərdi ki, İddiaçı ASC ilə onun arasında bağlanmış xx xxxx 2019-cu il tarixli Zaminlik müqaviləsinə əsasən, o Cavabdeh3 18 ay müddətinə illik 24 % olmaqla 15.000 manat məbləğində kredit verilməsinə zamin durmuşdur. Əsas borclu olan Cavabdeh3 müqavilə üzrə bir müddət lazımi qaydada ödəniş etsə də, sonradan maddi vəziyyəti pisləşdiyinə görə ödənişlər edə bilməmişdir. O, iddia tələbinin təmin olunmasına etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2019-cu il tarixli 102842-733620/1 saylı Kredit müqaviləsindən görünür ki, İddiaçı ASC – “Kredit verən”, Cavabdeh3 – “Kredit alan” olmaqla bağlanmış müqaviləyə əsasən, sonuncuya bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında 18 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 15.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 İddiaçı ASC-yə olan borcunu müvafiq Ödəniş cədvəlinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini Cavabdeh3 imzası ilə təsdiq etmişdir. Həmin Ödəniş cədvəlindən görünür ki, kreditin qaytarılmasının son tarixi xx xxxxxx 2021-ci il müəyyən edilmişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli kassa məxaric orderinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 xx xxxx 2019-cu il tarixli Kredit müqaviləsinə əsasən 9.444,59 manat məbləğində pulu İddiaçı ASC-dən almışdır. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli 102842-733620/1 saylı Kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx xxxx 2019-cu il tarixli Zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh2 və Cavabdeh1 borcalan Cavabdeh3 İddiaçı ASC-dən kredit götürməsinə zamin durmuşdur. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, “Zamin” Borc alanın xx xxxx 2019-cu il tarixli 102842-733620/1 saylı Kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərn yerinə yetirməsinə görə Borc alanla birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarından görünür ki, cavabdehlərə borcun vaxtında ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Beləliklə də, borcalan Cavabdeh3 xx xxxx 2019-cu il tarixli Kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş və İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Borcalan Cavabdeh3 kredit müqaviləsi ilə götürdüyü öhdəliyini yerinə yetirməməsi səbəbindən, zaminlər Cavabdeh2 və Cavabdeh1 da xx xxxx 2019-cu il tarixli Zaminlik müqavilələri üzrə zamin olaraq götürdüyü öhdəlikləri pozmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədikləri üçün cavabdehlərdən 9.894,44 manat məbləğində əsas borc və tutulması hissəsində iddia tələbi əsaslıdır və həmin hissədə iddia tam təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, dəbbə pulunun ödənilməsi tələbinə dair hissədə iddia qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla, dəbbə pulu məbləği azaldılaraq cavabdehlərdən cəmi 5 manat məbləğində dəbbə pulu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, cavabdehlər Cavabdeh3n, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9.894,44 manat məbləğində əsas borc və 1.867,36 manat məbləğində faiz borcu olmaqlacəmi 11.761,80 manat məbləğində borc tutularaq, İddiaçı ASC-yə ödənilməlidir. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30,40 (otuz manat 40 qəpik) manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3n, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9.894,44 (doqquz min səkkiz yüz doxsan dörd manat 44 qəpik) manat məbləğində əsas borc, 1.867,36(min səkkiz yüz altmış yeddi manat 36 qəpik) manat məbləğində faiz borcu və 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı olmaqla - cəmi 11.792,20 (on bir min yeddi yüz doxsan iki manat 20 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar