Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1212/2022 18.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Suraxanı Rayon Məhkəməsinin 20.08.2020-ci il tarixli, 2(010)-926/2020 saylı qətnaməsinə əsasən 20.06.2004-cü il təvəllüdlü X4 və 30.05.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi qət edilən alimentin məbləğinin artırılaraq 2022-ci il üçün yaşayış minimumuna uyğun olaraq hər uşağa hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh birgə nikahından 20.06.2004-cü il təvəllüdlü X4 və 30.05.2006-cı il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. Suraxanı rayon Məhkəməsinin 20.08.2020-ci il tarixli, 2(010)-926/2020 saylı qətnaməsi ilə Cavabdeh hər ay hər uşaq üçün 170 manat olmaqla cəmi 340 manat məbləğində aliment tutulması qət edilmişdir. Qeyd edir ki, 2020-ci illə hal-hazırki vaxtın ərzaq, geyim və s. qiymətləri və tələbatları boyük ölçüdə fərqləndiyi üçün uşaqlara görə təyin edilmiş aliment miqdarı artırılmalıdır. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh öz izahatında bildirdi ki, iddiaçı ilə birgə nikahlarından doğulmuş 20.06.2004-cü il təvəllüdlü X4 onunla birlikdə yaşayır. Məhkəmə iddiaçı və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 20.08.2020-ci il tarixli, 2(010)-926/2020 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında olan nikahın pozulması, birgə nikahdan doğulmuş 20.06.2004-cü il təvəllüdlü X4 və 30.05.2006-cı il təvəllüdlü X1 anaları – Süleymanova (Səfərova) Aytən Əsədulla qızının yanında qalmaları, 20.06.2004-cü il təvəllüdlü X4 və 30.05.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər bir uşağa görə 170 manat olmaqla ümumilikdə 340 manat sabit pul məbləğində aliment tutularaq Süleymanova (Səfərova) Aytən Əsədulla qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan “nikahın pozulması haqqında” şəhadətnamədən görünür ki, tərəflər arasında olan nikah 22.09.2020-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 20.06.2004-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası Süleymanova (Səfərova) Aytən Əsədulla qızıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 30.05.2006-cı il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası Süleymanova (Səfərova) Aytən Əsədulla qızıdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər birgə nikaha daxil olmuş və bu nikahdan iki övladları dünyaya gəlmişdir. Suraxanı Rayon Məhkəməsinin 20.08.2020-ci il tarixli, 2(010)-926/2020 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında olan nikahın pozulmuş və uşaqların ananın yanında qalması və hər ay hər uşaq üçün 170 manat olmaqla 340 manat məbləğində alimentin Cavabdeh alınaraq Süleymanova (Səfərova) Aytən Əsədulla qızına ödənilməsi qət edilmişdir. Hal-hazırda iddiaçı aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində təyin edilməsini tələb edir. Cavabdehin izahatından məlum olmuşdur ki, övladı 20.06.2004-cü il təvəllüdlü X4 hazırda onunla birlikdə yaşayır. Məhkəmə hesab edir ki, iddia tələbi 20.06.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş aliment miqdarının artırılaraq 193 manat müəyyən edilməsi hissəsində əsassızdır. Məhkəmə qeyd edir ki, iddiaçı öz tələbində 20.06.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş aliment miqdarının artırılaraq 193 manat müəyyən edilməsini tələb etsə də, iş üzrə Cavabdeh izahatından məlum olmuşdur ki, tərəflərin birgə nikahından doğulmuş 20.06.2004-cü il təvəllüdlü X4 hal-hazırda onunla birlikdə yaşayır. Bu halı iddiaçı da öz izahatlarında inkar etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi yalnız 30.05.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş aliment miqdarının artırılması hissəsində əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, 2020-ci ildə təyin edilən aliment məbləği hazırkı dolanışıq meyarlarına cavab vermir və bu baxımdan aliment məbləğinin artırılması azyaşlı 30.05.2006-cı il təvəllüdlü X1 mənafeyi baxımından məqsədə müvafiqdir. Məhkəmə, həmçinin qeyd edir ki, təyin ediləcək aliment məbləği real olmalı və icrası mümkünsüz olan qətnamənin qəbul edilməsinə səbəb olmamalıdır. Bu baxımdan, məhkəmə hesab edir ki, 193 manat məbləğində aliment tələbi qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-926/2020 nömrəli, 20.08.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 30.05.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment miqdarı artırılaraq hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilsin. Alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1212/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1212/2022
18.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver