Məhkəmə qərarları › İş №2(010)-1229/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1229/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1229/2021 07.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehl Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 12.197,99 manat əsas borc və 2.044,43 manat faiz borcu olmaqla, cəmi 14.242,42 manat məbləğində borcun və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxxx 2021-ci il tarixdə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 12.197,99 manat əsas borc və 2.540,92 manat faiz borcu olmaqla, cəmi 14.738,91 manat məbləğində borcun və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, iddiaçı “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli Kredit müqaviləsinə əsasən sonuncuya illik 24 % ödənilməsi şərti ilə 60 ay müddətinə 14.000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında tərtib edilmiş Ödəniş cədvəlinə əsasən verilmiş kreditin borclu tərəfindən Banka qaytarılmasının müddətləri və qaydası müəyyən edilmişdir. Lakin, Cavabdeh hər ay ödəməli olduğu kredit məbləğlərini Banka ödəməkdən yayınmış, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi müvafiq qaydada yerinə yetirməmiş və müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də, onun Banka 12.197,99 manat əsas borc və 2.540,92 manat faiz borcu olmaqla - cəmi 14.738,91 manat məbləğində borcu olduğu müəyyən edilmişdir. Cavabdeh Banka olan borcundan xəbərdar olmasına baxmayaraq, hər hansı bir ödəniş etməkdən yayınmış və əksinə, müxtəlif üsullarla Banka olan borcunu ödəməkdən yayınmağa çalışmışdır. Ona görə də, müqavilə üzrə ödənilməmiş 12.197,99 manat məbləğində əsas borcun və 2.540,92 manat məbləğində faiz borcunun və eləcə də, 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının Cavabdeh iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirkaçısının izahatını dinləyib, iddia ərizəsini, iddia tələbinin artırılması barədə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli BPM**********45 №-li Kredit Müqaviləsindən görünür ki, borcverən “xxxx” ASC ilə borcalan Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən sonuncuya 60 ay müddətinə illik 24 % olmaqla 14.0 00 (on dörd) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli Kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilən kreditin və ona hesablanmış faizlərin Ödəniş Cədvəlindən görünür ki, Cavabdeh Banka olan borcunun müvafiq qrafik üzrə müəyyən olunmuş vaxtlarda hər ay cəmi 402,8 manat olmaqla ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini Cavabdeh imza etmişdir.Ödənişin son tarixi xx xxxxxx 2024-cü ildir. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli Kredit müqaviləsi üzrə “xxxx” ASC-yə 12.197,99 manat məbləğində əsas borc və 2.540,92 manat məbləğinə faiz borcu olmaqla, cəmi 14.738,91 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, cavabdehlər borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh “xxxx” ASC ilə xx xxxxxx 2019-cu il tarixli BPM**********45 №-li Kredit Müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımı qaydada icra etməyərək, “xxxx” ASC-yə ödənilməli olan borcu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 12.197,99 manat məbləğində əsas borc və 2.540,92 manat məbləğində faiz borcu olmaqla - cəmi 14.738,91 manat məbləğində borc tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30,40 (otuz manat 40 qəpik) manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı Cavabdeh aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 12.197,99 (on iki min yüz doxsan yeddi manat 99 qəpik) manat məbləğində əsas borc, 2.540,92 (iki min beş yüz qırx manat 92 qəpik) manat məbləğində faiz borcu və 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı olmaqla – cəmi 14.769,31 (on dörd min yeddi yüz altmış doqquz manat 31 qəpik) manat miqdarında pul vəsaiti iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar