Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-124/2023 28.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı Fərəməz oğlunun Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsı üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Fərəməz oğlu Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona (iddiaçıya) məxsus olan evin arxa divarına mala vurulması üçün cavabdehin yaratdığı maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılması barədə xahişlə məhkəməyə müraciət etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6.-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Fərəməz oğlunun Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiklərinə və işə onların iştirakları olmadan baxılması barədə xahişlə məhkəməyə müraciət etmədiklərinə görə baxılmamış saxlanılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Fərəməz oğlunun Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-124/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-124/2023
28.04.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver