Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1241/2021 17.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı «xxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqaviləyə xitam verilməsi və borcun alınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borca görə 5703.03 manat əsas borc, 975.71 manat faiz borcu, cəmi 6678.74 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia həcminin artırılması barədə ərizə təqdim edərək “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borca görə 5703.03 manat əsas borc, 1292.84 manat faiz borcu, cəmi 6995.87 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 36 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 7500 manat məbləğində kredit verilmiş və bununla bağlı «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən Hacıyev X1rşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə görə borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirinədək zamin, borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. Bundan əlavə kredit müqaviləsinin 5.4-cü bəndinə əsasən zaminlik müqaviləsi xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 5703.03 manat əsas borc, 1292.84 manat faiz borcu, cəmi 6995.87 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Bununla da cavabdehlər, kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehlərin, Kredit Müqaviləsinə əsasən «xxxx» Açıq Səhmdar Cəmiyyətinə olan 5703.03 manat əsas borc, 1292.84 manat faiz borcu, cəmi 6995.87 manat təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir. Belə ki, bankla onun arasında kredit müqaviləsi bağlansa da, o həmin pulu bankdan götürdükdən sonra bir müddət davamlı olaraq ödəmişdir. Sonradan karantin müddəti olduğundan və onun ailəsində başqa problemlər yarandığından o borcu vaxtında ödəyə bilməmişdir. Belə ki, o əyləncə mərkəzində administrator vəzifəsində işləyirdi, hazırda onun iş yeri açılmamışdır. O işləyən zaman əmək haqqından banka olan borcu hissə-hissə ödəyəcəkdir. Cavabdeh2 iddia tələbini qəbul edərək bildirmişdir ki, bankla müqaviləni Cavabdeh1 bağlamış və pulu o götürmüşdür. Lakin hal-hazırda işləmədiyindən borcu ödəyə bilməmişdir. O bankla zaminlik müqaviləsi bağlamış və pulu isə Cavabdeh1 ödəməlidir. Ona görə də borcun hissə-hissə digər cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən şəxsi istehlak məqsədlər üçün illik 22 faiz olmaqla 36 ay müddətinə 7500 manat məbləğində kredit verilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, ******* saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh2 borcalan Hacıyev X1rşısında öhdəliyini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinə 5703.03 manat əsas borc, 1292.84 manat faiz borcu, cəmi 6995.87 manat məbləğində borcu vardır. İş materiallarında əlavə edilmiş əlavə edilmiş «xxxx» ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış Pretenziyanın məzmunundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 mövcud kredit borcunun qaytarılması barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən şəxsi istehlak məqsədlər üçün illik 22 faiz olmaqla 36 ay müddətinə 7500 manat məbləğində kredit verilmişdir. Həmçinin, xx.xx.2019-cu il tarixli, ******* saylı zaminlik müqaviləsinə əsasən kredit müqaviləsi üzrə Cavabdeh2 borcalan Hacıyev X1rşısında öhdəliyini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş üzrə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncular bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə cavabdeh müqavilə üzrə öhdəlikləri lazımınca icra etmədiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5703.03 manat əsas borc, 1292.84 manat faiz borcu, cəmi 6995.87 manat məbləğində borc və 30,40 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalı, eyni zamanda tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsinə xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsinə xitam verilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5703.03 manat əsas borc, 1292.84 manat faiz borcu, cəmi 6995.87(altı min doqquz yüz doxsan beş manat, səksən yeddi) manat məbləğində borc və 30,40(otuz manat, qırx qəpik) manat dövlət rüsumu və bank xidmət haqqı tutularaq «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1241/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1241/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver