Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1252/2021 04.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair məhkəməyə müraciət edərək, aliment miqdarının qanunvericilikdə nəzərdə tutulan hədd daxilində artırılmasını, hər uşağın saxlanılmasına görə 175 manat olmaqla, hər ay 350 manat miqdarında müəyyən edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2015-ci ildə nikaha daxil olmuşdur. Birgə nikahdan iki övladı X7 və X8 anadan olmuşdur. Nikahı 2013-cü ildə ləğv edilmişdir. Cavabdehdən məhkəmə qətnaməsi ilə, iki uşağa baxmaq üçün aliment təyin edilmişdir. Cavabdehin ödədiyi alimentin miqdarı uşaqların saxlanılmasına kifayət etmir. Bu səbəbdən aliment miqdarının qanunvericilikdə nəzərdə tutulan hədd daxilində artırılmasını, hər uşağın saxlanılmasına görə 175 manat olmaqla, hər ay 350 manat miqdarında müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı həm yazılı, həm şifahi izahatına əsasən, uşaqlarına ödənilən 235 AZN heç uşaqlarının məktəb kursunu ödəmir. Hal-hazırda aliment kəsilən müddətdən 8 il keçdiyini, uşaqların tələbatlarının artdığını, 15 yaşındakı oğlunun kurslara, yarışlara getdiyini, qızının isə 11 yaşı olduğunu onun da kurslara getdiyini, oğlunun yarışlara gedərək dövləti təmsil etdiyi üçün onun idman yarışlara hazırlıq xərcləri, idman geyimləri və hər yarışa gedəndə 500 AZN-dən artıq yol xərci olduğunu nəzərə alınmasını, bununla əlaqədar iddia tələbinin təmin edilməsini, uşaqların xərci tamamilə ödəməsə də, hər uşaq üçün 175 manat, ümumilikdə 350 manat cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə toplanmış sübutları və iş materiallarını araşdıraraq, hesab edir edir ki, iddia təmin edilməlidir. İş materiallarından olan Culfa Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh X2 qarşı nikahın pozulması, uşaqların iddiaçının yanında qalması və aliment tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə X3 arasında xx xxxxxx 2006-cı il tarixdə Culfa Rayon VVADQ Şöbəsində bağlanmış və akt qeydləri kitabında 191 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, xx xxxx 2006-cı il tarixdə anadan olmuş X7 və xx xxx 2010-cu il tarixdə anadan olmuş X8 anaları X1 yanında saxlanılmış və Culfa Rayon Yaycı kənd sakini Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi, xx xxxxxx 2013-cü il tarixdən başlamaqla, aliment kimi tutularaq, xx xxxx 2006-cı il tarixdə anadan olmuş X7 və xx xxx 2010-cu il tarixdə anadan olmuş Abdullalı Emilya qızı yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X2 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Culfa rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2013-cü il nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Cavabdeh və X3 nikahlarını xx xxxx 2013-cü il tarixdə ləğv etmişlər, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxx 2013-cü il tarixdə 16 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra kişiyə Abdullayev soyadı, qadına isə Heydərova kimi qeyd edilmişdir. İş materiallarında olan Culfa rayonun İcra Hakimiyyətinin Yaycı kəndi İƏD-si üzrə nümayəndəliyi tərəfindən xx.xx.2010-cu il tarixli, AZ-İİ seriyalı, 502572 saylı doğum haqqında şəhadədətnamənin surətindən görünür ki, X8 xx xxx 2010-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxx 2010-cu il tarixdə 45 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında X3 qeyd edilmişdir. İş materiallarında olan Culfa rayon VVADQ şğbəsi tərəfindən xx.xx.2006-cı il tarixli, AZ-İ seriyalı, 795062 saylı doğum haqqında şəhadədətnamənin sürətindən görünür ki, X9 xx xxxx 2006-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2006-cı il tarixdə 326 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında X3 qeyd edilmişdir. İş materiallarında olan Culfa Rayon İcra Hakimiyyəti “Yaycı Kənd” İ.Ə.D.Ü.N tərəfindən verilmiş 48 nömrəli xx.xx.2021-ci il tarixli arayışa əsasən, Cavabdeh Culfa rayon Yaycı kəndində qeydiyyatdadır. İş materiallarında olan “Suraxanı-2” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş №0101/20 nömrəli xx xxxxxx 2020-ci il tarixli arayışa əsasən, X6 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, “xxxx” MTK tərəfindən inşa olunan yaşayış kompleksindəki 9A binası, 421 saylı mənzil xx.xx.2018-ci il tarixli ********* saylı müqavilə əsasında ona satılmışdır, həmin mənzildə yaşayır, qeydiyyata düşməmişdir. Həmin mənzildə onunla birlikdə bibisi oğlu X12 da yaşayır, qeydiyyata düşməmişdir. İş materiallarında olan Suraxanı rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə verilmiş xx.xx.2021-ci il tarixli sorğuya əsasən, mülki işlə əlaqədar olaraq Cavabdeh əmək fəaliyyəti barədə məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli **********1 nömrəli məktuba əsasən, Cavabdeh adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində qüvvədə olan əmək müqaviləsi bildiriş mövcud deyildir. İş materiallarında olan İddiaçı tərəfindən məhkəmə iclasında verilmiş xx.xx.2021-ci il tarixli iddia ərizəsinə əlavəyə əsasən, uşaqlarına ödənən 235 AZN heç uşaqlarının məktəb kursunu ödəmir. Hal-hazırda aliment kəsilən müddətdən 8 il keçdiyini, uşaqların tələbatlarının artdığını 15 yaşındakı oğlunun kurslara, yarışlara getdiyini, qızının isə 11 yaşı olduğunu onun da kurslara getdiyini, oğlunun yarışlara gedərək dövləti təmsil etdiyi üçün onun idman yarışlara hazırlıq xərcləri, idman geyimləri və hər yarışa gedəndə 500 AZN-dən artıq yol xərci olduğunu nəzərə alınmasını, bununla əlaqədar iddia tələbinin təmin edilməsini, uşaqların xərcini tamamilə ödəməsədə hər uşaq üçün 175 AZN ümumilikdə 350 AZN cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsinə və xx.xx.1989-cu il tarixli Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 3, 20 və 26-cı maddələrinə əsasən uşaqlar barəsində görülən bütün tədbirlərdə ilk növbədə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın rifahı üçün zəruri olan təminat, müdafiə və qayğı məqsədilə bütün qanunvericilik tədbirlərini həyata keçirir, hər bir uşağın sosial, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyıb Milli qanunvericiliklərində bu hüququn həyata keçirilməsi üçün lazımi tədbirlər görməlidirlər. «Uşaq hüquqları haqqında» qanunun 13-cü maddəsində aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını təyin olunmuş alimentin uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsinə, qida rassionlarına uyğun şəkildə qidalanması, təhsili ilə bağlı xərclərin mövcudluğunu və bununla da hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın gündəlik tələbatının artmasını nəzərə alaraq, iddianın təmin edilərək hər uşağın saxlanılması üçün aylıq 175 manat olmaqla, ümumilikdə 350 manat məbləgində alimentin artırılmasını qət edilməsini məqsədə müvafiq hesab edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, məbləğlər arasında fərq nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Culfa Rayon Məhkəməsinin xx xxxxxx 2013-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməklə xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilkdə 350 (üç yüz əlli) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1252/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1252/2021
04.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver