Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1276/2023 26.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, İddiaçı, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. Nisyə dəftərindən görünür ki, Cavabdeh müxtəlif vaxtlarda İddiaçı ərzaq məhsulları almış və ümumilikdə 3750 manat borcu yaranmışdır. İddiaçı 02 dekabr 100 manat, 24 dekabr 100 manat, 2 fevral 100 manat, 01 mart 150 manat, 19 mart 200 manat, 27 aprel 200 manat, may ayında 200 manat, iyun ayında 200 manat, iyul ayında 200 manat vermiş, xx.xx.2021-ci il tarixinə ümumilikdə 2500 manat borcu qalmışdır.
2. Məhkəmə iclası zamanı dinlənilmiş disk və flashkartdan görünür ki, Cavabdeh 2500 manat borcu olduğunu etiraf etmiş və müəllim işlədiyi üçün 2021-ci ilin oktyabr ayından başlayaraq hər ay əmək haqqından ödəyəcəyinə dair söz vermişdir.
3. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Cavabdeh iddia əsassız olduğundan, iddiaçının subyektiv hüququ olmadığından və iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir.
İşin faktiki halları
4. İddiaçı ilə Cavabdeh arasında nisyə alğı-satqı müqaviləsindən əmələ gələn borc öhdəliyinin yaranması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
İddia tələbi
5. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2500 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-531/2022 nömrəli iş üzrə qəbul etdiyi 17 may 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 2500 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2094/2022 nömrəli iş üzrə qəbul etdiyi 03 noyabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-531/2022 nömrəli iş üzrə qəbul etdiyi 17 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Tərəflərin izahatları
8. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cəlilabad rayonu Göytəpə şəhərində yaşayır. Ailəsini dolandırmaq üçün özünə məxsus torpaq sahəsində dükan açmış və ərzaq məhsulları satır. Özünün işi olanda dükanı qızı Mehparəyə tapşırıb gedir. Cavabdeh də şəhər sakinləri kimi onun dükanından ərzaq məhsulları almış və hissə-hissə pulunu qaytarırdı. Cavabdeh ondan nisyə aldığı ərzaqları həm öz evinə, həm də çantalarla alıb Bakı şəhərində oğlunun evinə göndərmişdir. Cavabdeh hər dəfəsində 100-300 manatlıq alver edirdi. Ona görə borc bu qədər şişmişdir. Cavabdeh son dövrlərdən aldığı ərzaq məhsuluna görə borc dəftərində 2500 manat borcu qalmışdır. Dəfələrlə cavabdehdən pulunu tələb etmiş, Cavabdeh həmin pulu qaytaracağını bildirmiş, lakin hal-hazırki vaxta kimi ödəməmişdir. 2021-ci ilin iyun ayında Cavabdeh onların evinə gəlmiş, o, qızı və Süsən birlikdə oturub çay içmişlər. Süsən borcundan 200 manat ödəmiş, borc dəftərinə əsasən haqq-hesab aparmışlar və cavabdehin yekun olaraq 2500 manat borclu olduğu bir daha özünə bildirilmiş, cavabdeh isə həqiqətən borclu olduğunu etiraf etmiş və tez bir zamanda ödəyəcəyinə söz vermişdir. Hətta o bildirmişdir ki, oktyabr ayından ödənişlərə başlayacaqdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
9. Cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, Cavabdeh həqiqətən də 2006-2012-ci illər ərzində iddiaçının qızı Mehparədən ərzaq məhsullarını nisyə götürmüş və borcunu qaytarmışdır. İddiaçı alış-veriş etmədiyi üçün İddiaçı məhkəməyə müraciət etməkdə subyektiv hüququ yoxdur. İddiaçının təqdim etdiyi səs yazısı isə 2014-cü ilə aiddir. Cəlilabad Rayon Məhkəməsində cavabdeh guya borcu olduğunu etiraf etmişdir, halbuki protokollara nəzər saldqıda cavabdehin izahatının dəyişdirildiyi müəyyən olunmuşdur. Həmin məhkəmə iclasları zamanı dindirilmiş şahidlərdən isə biri iddiaçının qızı Mehparə, digər şahid isə iddiaçının qohumlarıdır. Bu səbəbdən onların şahidliyi tanınmamalıdır. Buna görə də yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdehin iddiaçıya qarşı heç bir borcu olmadığından iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Məhkəmənin mövqeyi
12. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
13. Belə ki, hazırkı işdə cavabdehin nisyə alğı-satqı müqaviləsi əsasında iddiaçıdan müxtəlif ərzaq məhsulları alması və 2500 manat məbləğində borcunun yaranması iş materialları ilə təsdiq olunur. İş materiallarında olan diskdən və flashkardan müəyyən olunur ki, Cavabdeh 2021-ci iyun ayında borcundan 200 manat ödəniş etmiş və geri qalan 2500 manat məbləği oktyabr ayından başlayaraq ödəyəcəyinə dair söz vermişdir. Cavabdeh hətta borcunu ödəməyə oktyabr ayından başlamaq istəməsini müəllimə işləməsi və maaşı məhz oktyabrdan alacağı ilə əlaqələndirmişdir. Səs yazısından həmçinin o da aydın olur ki, iddiaçı cavabdehə borcunu ödəməsi üçün lotereya oynamasını və bu şəkildə borcunu daha rahat ödəyə biləcəyini təklif etmiş, cavabdeh isə oktyabr ayından başlayacağı təqdirdə razı olduğunu bildirmişdir. Cavabdehin vəkili məhkəmə iclasında həmin borcun 2006-2012-ci illərdə yarandığını, səs yazısının 2014-cü ilə aid olmasını, cavabdehin bütün borcunu ödəməsini və həmin illərdən sonra iddiaçı ilə aralarında heç bir alış-veriş olmadığını bildirsə də, həmin faktları təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin, vəkilin izahatından aydın olur ki, o, qeyd olunan səs yazısının Cavabdeh məxsus olmasını mübahisələndirməmiş, sadəcə olaraq həmin səs yazısının 2021-ci ilə deyil, 2014-cü ilə aid olmasını mübahisələndirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında nisyə alğı-satqı münasibətlərindən irəli gələn münasibətlər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəliyi (borcun geri qaytarılması) lazımınca yerinə yetirməmişdir.
14. Məhkəmə “iddiaçının subyektiv hüququnun olmaması” barədə cavabdehin ərizəsinə münasibətdə bildirir ki, iddiaçı öz torpaq sahəsində dükan açaraq işlədir və ailəsini dolandırmaq üçün ərzaq məhsulları satır. Özünün işi olanda isə dükanı qızı Mehparəyə tapşıraraq gedir. Cavabdeh nisyə aldığı malları iddiaçının özündən deyil, qızı Mehparədən aldığını və bu səbəbdən iddiaçının subyektiv hüququnun olmamasını bildirsə də, bununla bağlı heç bir sübut (dükanın iddiaçıya məxsus olmaması barədə sənəd, aldığı məhsulların iddiaçının qızından almasını təsdiq edəcək hər hansı sənəd və s.) məhkəməyə təqdim etməmişdir.
15. Məhkəmə “iddia müddətinin ötürülməsi” barədə cavabdehin ərizəsinə münasibətdə bildirir ki, cavabdehin iddiaçının dükanından nisyə olaraq ərzaq məhsulları alması və aldığı məhsulların dəyərini mütəmadi olaraq hissə-hissə ödəməsi iş materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarında olan nisyə dəftərindən və səs yazılarından məlum olur ki, cavabdeh aldığı nisyə ərzaq məhsullarının pulundan sonuncu dəfə 2021-ci ilin iyun ayında 200 manat ödəniş etmişdir. Belə olan halda isə iddia ərizəsi iddia müddəti ötürülmədən məhkəməyə təqdim edilmişdir.
Məhkəmə xərcləri
16. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. “Dövlət rüsumu haqqında” qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
19. Odur ki, İddiaçı şəhid ailəsi statusuna malik olduğu və dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh 45 manat məbləğində pul tutularaq Dövlət Büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
20. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2500 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi :
İddia təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 45 (qırx beş) manat məbləğində pul tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.