Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1287/2021 03.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə vurulmuş 1611,80 manat məbləğində zərərin, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 manat məbləğində xidmət haqqının, ümumilikdə isə 1941,80 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiası “Azəriqaz” İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Azəriqaz” İstehsalat Birliyi tələbini onunla əsaslandırmışdır ki, Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 17.09.2019-cu il tarixində AKX- 015576/09-2019 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********05050 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində 15.04.2020-ci il tarixdə Natek Enerji markalı, G-4 Mexanika tipli, 40013138 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmış və qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə saydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi ilə bağlı təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında; 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 972 manat; 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 162 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 162 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 162 manat; 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 14,40manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 45,60 manat; 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 45,60 manat; 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 14.40 manat. “Azəriqaz” İB-yə 1578 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. GASREP proqramında cavabdehin əvvəlki dövrdən qalan 100,70 azn borcu 2017-ci ilin İX ayında GASREP proqramına keçirilmişdir. Abonent tərəfindən aparılan ödənişlər üzrə 66,90 azn məbləğində borca görə tutulma aparılmışdır. (100,70 azn - 66,90 azn = 33,80 manat) Beləliklə, cavabbehin yuxarıda qeyd olunan hərəkətləri nəticəsində, onun tərəfindən edilmiş ödəmələr əsasında aparılmış borca görə tutulmalar (66,90 azn) da nəzərə alınmaqla, bugünki gün üçün “Azəriqaz” İB-yə ümumilikdə 1611,80 manat məbləğində qalıq borcu qalmaqdadır. (AGİS aktları üzrə borc 1578 azn + CASREP üzrə qalıq borc 33,80 azn = 1611,80 manat) “Azəriqaz” İB-nın nümayəndələri tərəfindən cavabdehə 1611,80 manat pul məbləğinin könüllü qaydada ödənilməsi barədə məlumat verilmiş əks təqdirdə qanunvericiliyin Tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş c duğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Odur ki, Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə vurulmuş 1611,80 manat məbləğində zərərin, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 manat məbləğində xidmət haqqının, ümumilikdə isə 1941,80 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiası “Azəriqaz” İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinı qismən etiraz edərək bildirmişdir ki, xəstə olduğu üçün İran İslam Respublikasında müalicə alır. Evin probleminin üstünə düşməyəndə heç kim bu işlə maraqlanmamışdır. Sayğac oğurlanmışdır. Oğurlanmış sayğaca görə 31-ci Polis Bölməsinə müraciət etmişdir. Onun adına daha sonra yeni sayğac quraşdırdılar. Odur ki, iddianın qismən təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin və cavabdehin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş 17 sentyabr 2019-cu il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, Paylayıcı –“Azəriqaz” İstehsalat birliyi bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını–Cavabdeh keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan təbii X3nın pozulması haqqında 21.12.2018-cİ il tarixli ******* saylı akta əsasən, abonent sayğacdan kənar rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilmişdir. İş materiallarında olan “Azəriqaz” İB tərəfindən qəbul edilmiş 28 dekabr 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, 21.12.2018-cİ il tarixli ******* saylı akt əsasında itiririlmiş qazın bərpası üçün cəmi məbləğ 972 manat hesablanmışdır. İş materiallarında olan təbii X3nın pozulması haqqında 31.01.2019-cu il tarixli ******* saylı akta əsasən, abonent təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilmişdir. İş materiallarında olan “Azəriqaz” İB tərəfindən qəbul edilmiş 31 yanvar 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında itiririlmiş qazın bərpası üçün cəmi məbləğ 162 manat hesablanmışdır. İş materiallarında olan təbii X3nın pozulması haqqında 28.02.2019-cu il tarixli ******* saylı akta əsasən, mənzilin qaz sayğacına baxış keçirən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilidiyi aşkar edilmişdir. İş materiallarında olan təbii X3nın pozulması haqqında 29.03.2019-cu il tarixli ******* saylı akta əsasən, mənzilin qaz sayğacına baxış keçirən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilidiyi aşkar edilmişdir. İş materiallarında olan “Azəriqaz” İB tərəfindən qəbul edilmiş 29 mart 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında itiririlmiş qazın bərpası üçün cəmi məbləğ 162 manat hesablanmışdır. İş materiallarında olan təbii X3nın pozulması haqqında 30.05.2019-cu il tarixli ******* saylı akta əsasən, mənzilin qaz sayğacına baxış keçirən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilidiyi aşkar edilmişdir. İş materiallarında olan “Azəriqaz” İB tərəfindən qəbul edilmiş 30 may 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında itiririlmiş qazın bərpası üçün cəmi məbləğ 14,40 manat hesablanmışdır. İş materiallarında olan təbii X3nın pozulması haqqında 28.06.2019-cu il tarixli ******* saylı akta əsasən, mənzilin qaz sayğacına baxış keçirən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilidiyi aşkar edilmişdir. İş materiallarında olan “Azəriqaz” İB tərəfindən qəbul edilmiş 28 iyun 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında itiririlmiş qazın bərpası üçün cəmi məbləğ 45,60 manat hesablanmışdır. İş materiallarında olan təbii X3nın pozulması haqqında 31.07.2019-cu il tarixli ******* saylı akta əsasən, mənzilin qaz sayğacına baxış keçirən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilidiyi aşkar edilmişdir. İş materiallarında olan “Azəriqaz” İB tərəfindən qəbul edilmiş 31 iyul 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında itirilmiş qazın bərpası üçün cəmi məbləğ 45,60 manat hesablanmışdır. İş materiallarında olan təbii X3nın pozulması haqqında 30.08.2019-cu il tarixli ******* saylı akta əsasən, mənzilin qaz sayğacına baxış keçirən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilidiyi aşkar edilmişdir. İş materiallarında olan “Azəriqaz” İB tərəfindən qəbul edilmiş 30 avqust 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında itirilmiş qazın bərpası üçün cəmi məbləğ 14,40 manat hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan müəyyən edilir ki, Cavabdeh (**********00030 saylı abonentin) 09.09.2019-cu il tarixə 1578 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsi tərəfindən Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə mülki iş üzrə zərurətlə əlaqədar olaraq 27 aprel 2021-ci il tarixində sorğu göndərilmişdir. İş materiallarına əlavə edilmiş X4 tərəfindən Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə verilmiş 01.11.2018-ci il tarixli ərizəyə əsasən, təxminən iki həftə bundan əvvəl yaşadığı evin qaz xəttinin üzərinə Azəriqaz İB-yi tərəfindən bərkidilmiş qaz sayğacı naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Sayğacın qiyməti 230 manat təşkil edir. Qaz sayğacını oğurlayan şəxsi müəyyən edib barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 14.11.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, vətəndaş X1 yaşadığı ünvanına Azəriqaz İB-yi tərəfindən rəsmləşdirilmiş 235,88 AZN manat dəyərində qaz sayğacının oğurlanması ilə bağlı müraciəti əsasında araşdırma aparılmış və cinayət tərkibi müəyyən edilmədiyi üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi, qərarın surəti X2 göndərilməsi, vətəndaş X1 yaşadığı ünvanına Azəriqaz İByi tərəfindən rəsmləşdirilmiş 235,88 AZN manat dəyərində qaz sayğacının qutusu ilə birlikdə oğurlayan naməlum şəxsin əməlində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin (xırda talama) əlamətlərinin olmasına görə şəxs müəyyən edildikdən sonra barəsində tədbir görülməsindən ötrü qərarın surəti ərazidə xidmət aparan sahə rəisinə göndərilməsi və toplanmış material saxlanılması üçün Suraxanı RPİ-nin 31-ci PB-nin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31.05.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə zamanı müəyyən edilmişdir ki, iddiaçı “Azəriqaz” İstehsalat Birliyi tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 17.09.2019- cu il tarixində AKX-015576/09-2019 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********05050 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində 15.04.2020-ci il tarixdə Natek Enerji markalı, G-4 Mexanika tipli, 40013138 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. İddiaçı “Azəriqaz” İB cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq cavabdehin təqsirli hərəkətlərinin istifadə etməsini iddia edir. Bunu təsdiq edən hallar kimi, sayğacdankənar təbii qazdan istifadə etməsi ilə bağlı tərəfindən tərtib olunmuş aktları təqdim edir. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 31 oktyabr 2018-ci il tarixdə Cavabdeh yaşadığı ünvan 2 ünvanında quraşdırılmış sayğac oğurlanmış, bu barədə iddiaçını oğlu tərəfindən polisə müraciət edilmiş və Suraxanı RPİ-in 31-ci PB-in tərəfindən tərtib olunmuş 14 noyabr 2018ci il tarixli cinayət işini başlanlımasının rədd edilməsi haqqında qərar qəbul edilidmişdir. Həmin qərarda qeyd edilmişdir ki, vətəndaş X5 (iddiaçının oğlu) 31.10.2018-ci il tarixdə Suraxanı RPİ-in 31-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, “Azəriqaz” İB-yi tərəfindən onun yaşadığı evin qarşısına quraşdırılmış qaz sayğacı 2 həftə əvvəl naməlum şəxsləri tərəfindən oğurlanmasını aşkar etmişdir. Təhqiqat araşdırması zamanı X4 izahatında bildirmişdir ki, ünvan 3 ünvanını ona mxsusdur və 20 ildir həmin ünvanda yaşayır. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən onun ünvanına qaz xətti çəkilərək evin qarşısında qaz xəttinə smart kart markalı qaz sayğacı quraşdırıldığını və qaz sayğacının quraşdırılarkən anası Cavabdeh adına rəsmləşdirildiyini bildirmişdir. Təxminən 2 həftə əvvəl yaşadığı evdən çıxaraq qaz xəttinə baxan zaman qaz sayğacı naməlumşəxs tərəfindən oğurlanmasından aşkar etdiyini, baş vermiş hadisə ilə əlaqədar “Azəriqaz” İBnə məlumat verdiyini daha sonra 31.10.2018-ci il tarixdə DİN-in 102 zəng mərkəzinə zəng etdiyini bildirmişdir. X2 məxsus ünvanın qaz xəttinə “Azəriqaz” İB-yi tərəfindən rəsmləşdirilmiş smart kart markalı qaz sayğacının dəyərinin müəyyən edilməsi üçün 31.10.2018-ci il tarixli 098-1509-1218 saylı məktub “Azəriqaz” İB-nə göndərilmişdir.Sonradan həmin ünvanan “Azəriqaz” İB-in tərəfindən rəsmiləşdirilmiş 235,88 manat dəyərində qaz sayğacının oğurlanması ilə bağtlı müraciəti əsasında araşdırma aparılmış və cinayəti tərkibi müəyyən edilmədiyi üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Yuxarıda göstərilənlər məhkəməyə belə qənaətinə gəlməyə imkan verir ki, Cavabdeh hərəkətəlri təqsirli xarakter daşımadığından, “Azəriqaz” İstehsalat birliyi tərəfindən iddiaçı Cavabdeh borcu hesablanmasında haqlı olsa da, borcun məbləğinin müəyyən edilməsində haqlı olmamışdır. Belə ki, iddiaçıya onun yaşadığı ünvanında quraşdırılmış sayğacda 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 162 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 162 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 162 manat; 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 14,40manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 45,60 manat; 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 45,60 manat; 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 14.40 manat kimi göstərilmişdir. Qeyd etmək zəruri hesab olunur ki, borcun məbləğinin hansı düstur və yaxud hansısa müəyyən edilmiş qaydalar əsasında hesablanması istər işin materiallarından, istər cavabdehin izahatından müəyyən edilməmişdir. Əksinə, bir neçə il ərzində sayğacın illik göstəricilərinin eyni rəqəmlər olması və həmin rəqəmlər hansı düstur əsasında hesablanıb müəyyən etmək mümkün olmadığından həmin göstəricilərin qeyri-mötəbər olduğu barədə nəticəyə gəlmək əsas verir. Abonentin saldosundan göründüyü kimi 2018-ci ilin sonundan 2019-cu ilə qədər ərzində başqa ödəniş edilməməsə də, paylayıcı tərəfindən qazın verilmiş, kəsilməmiş və qazın sərfiyyatına görə cavabdehin borcu qeyri-müəyyən rəqəmlərlə müəyyən edilmişdir. Bununda əlaqədar məhkəmə hesab edir ki, iddiaçının “Azəriqaz” istehsalat birliyinə borcu olsa da, onun məbləgi qaz sayğac oğurladığından, iddiaçı tərəfindən polisə müraciət edildiyindən, iddiaçının hərəktələrinin təqsirli xarakter daşımadığından, özündə hər hansı qərəz ehtiva etmədiyindən qaz sayğacı quraşdırıldığından sonra iddiaçının borcu artıq 2019-cu ildə faktik olaraq iddiaçı tərəfindən sərf edilmiş qaz sərfiyyatına görə hesab olunmalıdır. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən xərclənmiş qaz sərfiyyatı üzrə borc məbləğinin obyektiv hesablanması üçün qaz sayğacının quraşdırılmasından sonra eyni alylar üzrə 6 aylıq müddəti əsas götürmək məqsəmüvafiq hesab olunur. Belə ki, qaz sərfiyyatı 2020-ci ilin dekabr ayında – 126, yanvar ayında – 378, fevral ayında – 322, mart ayında - 203, aprel ayında – 119, may ayında – 35, iyun ayında- 21 kub m kimi göstərilmişdir. Adi hesablanma düsturu ilə həmin məbləgi toplanmaqla ümumilikdə 6 ay ərzində qaz sayğacının göstərişlərinə görə 1204 kub m qaz sərfiyyat olunmuşdur. İddiaçı tərəfindən eyni 6 ay ərzində sərf olunmuş qaza görə 1204x0,10=120,4 manat pul vəsaiti təşkil edir. Ümumilikdə 2019-cü ilin birinci yarısı üçün cavabdeh tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə qaz sərfiyyatı ilə bağlı ümumilikdə olan borc 120,4 manat kimi müəyyən olunmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmçinin iddiaçının özüdə həmin qanunla məcburi köçkün kimi dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçıya göstərilmiş hüquqi xidmətə görə 200 manat məbləğində pul vəsaiti ağlabatan hesab edilməklə, da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə vurulmuş 120,4 manat məbləğində zərər tutularaq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu və nümayəndənin göstərdiyi hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 200 manat tutularaq alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1287/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1287/2021
03.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver