Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-129/2022 12.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı Həmı̇ dova Gülnarə Nəcməddı̇ n qızının iştirakı ilə, iddiaçı Həmı̇ dova Gülnarə Nəcməddı̇ n qızının cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Həmı̇ dova Gülnarə Nəcməddı̇ n qızı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan mənzil üçün artıq ödənilən 12400 (on iki min dörd yüz) manat məbləğində pulun, mənəvi zərərə görə 3000 manatın və ödənilmiş 30(otuz) manat dövlət rüsumunun cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Azərbaycan Beynəlxalq Bankı arasında 09 avqust 2019-cu ıl tarixində 029 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti Cavabdeh Mənzil Tikinti Kooperativi ilə borc verən arasında bağlanmış birgə fəaliyyət haqqında saziş çərçivəsində borc verən bu müqaviləyə əsasən borc alana 21 (iyirmi bir) ay müdətində (09.05.2021 -ci il tarixədək) 23.140 (iyirmi üç min bir yüz qırx) manat məbləğində, kreditdən istifadəyə görə illik 10% (on) faiz ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1,2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Kreditin təyinatı: Saziş çərçivisində ünvan 1 ünvanında tikilən bina 2, blok, 1 -ci mərtəbədə yerləşən, ümumi sahəsi 77.4 kv.metr olan 2 otaqlı 5E mənzilin alınması təşkil edir. Tərəflər arasında bağlanmış Müqaviləyə əsasən mənzilin pay dəyəri tam ödənilmişdir. Tərəfimdən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmişdir. Lakin bu yaxınlarda mənzilə çıxarış alan zaman ona məlum olmuşdur ki, cavabdehə tam ödəniş edilməsinə baxmayaraq öhdəliyə uyğun olaraq mənzil ona 71.20 kv.metr ölçüdə təhvil verilmişdir. Belə ki, müqavilə şərtlərinə uyğun olaraq yaşadığı 117B saylı mənzilin sahəsi 77.4 kvadratmetr deyil, 71.20 kvadratmetrdir. Yəni mövcud olmayan mənzil sahəsi üçün ondan 6.2x 2000=12400 (on iki min dörd yüz) manat artıq alıblar. Halbuki, həmin müqavilənin 1,2-ci bəndinə əsasən göstərilən mənzil 2 (iki) otaqdan ibarət olmaqla, mənzilin ümumi sahəsi 77.4 (yetmiş yeddi) kvadrat metr göstərilmişdir. Göründüyü kimi, cavabdeh müqavilənin 1.2-ci bəndini kobud şəkildə pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahədən ibarət mənzil təhvil vermişdir. Yəni, cavabdeh müqavilə öhdəliklərinə tam əməl etməmiş və nəticə də onun hüquqlarını pozmuşdur. İddiaçı “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə iddia həcminin artırılması barədə ərizə təqdim edərək, iddiaçının mülkiyyətində olan mənzil üçün artıq ödənilən 14800 (on dörd min səkkiz yüz) manat məbləğində pulun, mənəvi zərərə görə 3000 manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı Həmı̇ dova Gülnarə Nəcməddı̇ n qızı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, onun mülkiyyətində olan mənzil üçün artıq ödənilən 14800 (on dörd min səkkiz yüz) manat məbləğində pulun, mənəvi zərərə görə 3000 manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmənin iclasında cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativin etibarnamə üzrə nümayəndəsi X8 iddia tələbinə etiraz edərək bunu onunla əsaslandırdı ki, iddiaçı Cavabdeh MTK ilə 08.08.2019-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə bağlamış, həmin müqaviləyə əsasən cavabdeh tərəfindən Bakı şəhəri Nəsimi rayonu H.Əliyev küçəsi 3224-cü məhəllədə ərazisində inşa edilən 2 saylı binanın 5E saylı mənzil ona satılmışdır. İddiaçı 08.08.2019-ci il tarixdə hər kv metr üçün 1475 manat olmaqla cəmi 114 165 manat mənzilin tam dəyərini bankdan aldığı kredit hesabına ödəmişdir. İddiaçı iddia edir ki, həmin mənzilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Çıxarışında mənzilin ümumi sahəsinin 71,2 kv metr olduğunu müəyyən etmiş və belə olan halda mövcud olmayan 6,2 kv metr mənzil sahəsi üçün 12 400 manat artıq ödəmişdir. İddiaçının tələbi tam əsassızdır və ziddiyətlidir. Payçı müqviləsinin 2.1 bəndinə əsasən mənzilin hesablaşma sahəsi 77.4 kv m. , 2.2 bəndinə əsasən isə mənzilin 1 kv m. 1475 manat müəyyən edilmişdir. Hətta iddiaçı əsassız olaraq iddia ərizəsində mənzilin 1 kv m. 2000 manatdan hesablamışdır. İddiaçı X1 hazırkı iddia ərizəsində göstərdiyi tələbləri tam qanunsuz və əsassızdır. Belə ki, həqiqətən də X4 ilə Xəzər İnşaat- XXİ Əsr MTK arasında 8 avqust 2019-ci il tarixdə ********* №-li «çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə» bağlanmışdır. Tərəflər arasında bağlanmış, 8 avqust 2019-ci il tarixdə ********* №-li «çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə»dən görünür ki, müqavilənin şərti ondan ibarətdir ki, «Sifarişçi» bu müqaviləni əsas tutaraq sifariş edir, «X9-XXİ Əsr MTK Bakı şəhəri Nəsimi rayonu H.Əliyev küçəsi 3224-cü məhəllədə inşa edilən 2№-li binanın 5E saylı 2 otaqlı mənzilin tikintisini öz öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndində isə müqavilənin qiyməti göstərilmişdir. Belə ki, müqavilənin 2.1-ci bəndinə əsasən mənzil faktiki ümumi sahəsi 77,4 kv metr müəyyən edilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin qiyməti 114 165( yüz on dörd nıin yüz altnıış beş ) manat olmaqla dəyişməz olaraq qalır. İddiaçının iddia ərizəsində göstərdiyi dəlili, yəni mənzilin ümumi sahəsinin 6,2 kv metr az olması və bununla bağlı olaraq ondan əsassız olaraq 6,2 kv metrə görə artıq pul almması tamamilə əsassızdır. Anoloji iddia tələbləri ilə bağlı qüvvədə olan məhkəmə qətnamələri ilə də müəyyən olunmuşdur ki, müqavilədə göstərilən sahə ölçüləri ilə mənzilin faktiki sahə ölçülərində heç bir fərq mövcud deyildir və buna dair bir neçə ekspertiza rəyləri də mövcuddur. İddiaçınım iddia ərizəsində göstərdiyi tələbləri tamailə əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012 tarixli 07 №-li qərarın 3.1-ci bəndinə əsasən yaşayış binasının faktiki ümumi sahəsi binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Odur ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında araşdırılmış: - "xxxx" Mənzil Tikinti Kooperativi ilə Həmı̇ dova Gülnarə Nəcməddı̇ n qızı arasında bağlanmış 08 avqust 2019-ci il tarixli, ********* saylı payçı müqaviləsinə əsasən satıcı "xxxx" Mənzil Tikinti Kooperativi Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi 3224-cü məhəllədə olan 2-ci binasında, 1-ci blok, 1-ci mərtəbə, 5E №-li 2 otaqlı mənzili tikib və “payçı”-nın mülkiyyətinə verməyi, “Payçı” bu müqaviləyə əsasən pay qismində çıxış edən Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi 3224-cü məhəllədə olan 2-ci binasında, 1-ci blok, 1-ci mərtəbə, 5E №-li 2 otaqlı mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini və həmçinin "xxxx" Mənzil Tikinti Kooperativinin Əcəmi filialı yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən mənzilin hesablaşma sahəsi 77,4 kv.m təşkil edir. Mənzilin 1 kv.m-1475 AZN olmaqla müqavilənin ümumi dəyəri 114165 AZN təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi 3224-cü məhəllədə olan 2-ci binasında, 1-ci blok, 1-ci mərtəbə, 5E №-li 2 otaqlı mənzil, Yeni qaydalarla AZ 1111 Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 117 B, M1, m5-in sahəsi 71.20 kv. metr olmaqla Həmı̇ dova Gülnarə Nəcməddı̇ n qızının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq reyestr kitabının ********** nömrəsi nömrəsi ilə 14.02.2020-ci il tarixdə qeydiyyat aparılmışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 dekabr 2021-ci il tarixli 10/4725 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, X3 məxsus ünvan 1 ünvanında tikilən hündürmərtəbəli binanın, X3 məxsus 2 otaqdan ibarət 5E (Çıxarışa əsasən: Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 117 B, M1, m 5) saylı mənzilin ümumi sahəsi 74,3 kv.metr olduğu müəyyən edilmiş, ünvan 1 ünvanında tikilən hündürmərtəbəli binanın, 2 otaqdan ibarət 5E (Çıxarışa əsasən: Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 117 B, M1, m 5) saylı mənzilin faktiki vəziyyəti iş materiallarında olan (sahəsi 77,4 kv.metr göstərilən) mənzilin layihəsinə uyğundur.( mənzilaltı sahə (divarlar, içdən-içə arakəsmələr, həmçinin balkon daxil olmaqla) müqavilədə kimi 77,4 kv.metr təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2022-ci il tarixli 10/1062 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, X3 məxsus ünvan 1 ünvanında tikilən hündürmərtəbəli binanın, X3 məxsus 2 otaqdan ibarət 5E (Çıxarışa əsasən: Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 117 B, M1, m 5) saylı mənzilin faktiki sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2,59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-nın tələbləri nəzərə alınmaqla hesablandıqda 68.9 kv.metr olduğu müəyyən edilmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, mülki işin mübahisəsiz hallarından görünür ki, Həmı̇ dova Gülnarə Nəcməddı̇ n qızı ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 08 avqust 2019-ci il tarixli, ********* saylı payçı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi 3224-cü məhəllədə olan 2ci binasında, 1-ci blok, 1-ci mərtəbə, 5E №-li 2 otaqlı mənzili ümumi sahəsi 77.4-kv.metr göstərilən mənzili Həmı̇ dova Gülnarə Nəcməddı̇ n qızının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə görə onun tərəfindən müqavilədə göstərilən Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi 3224-cü məhəllədə olan 2-ci binasında, 1-ci blok, 1-ci mərtəbə, 5E №-li 2 otaqlı mənzilin hər kvadrat metri üçün 1475 manat olmaqla, 114165 AZN pul cavabdehə tam ödənilmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2022-ci il tarixli 10/1062 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında tikilən hündürmərtəbəli binanın, X3 məxsus 2 otaqdan ibarət 5E (Çıxarışa əsasən: Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 117 B, M1, m 5) saylı mənzilin faktiki sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2,59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-nın tələbləri nəzərə nəzərə hesablandıqda 68.9 kv.metr olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə Həmı̇ dova Gülnarə Nəcməddı̇ n qızı arasında bağlanmış 08 avqust 2019-ci il tarixli, 000000314-№-li payçı müqaviləsi cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan iddia qismən əsaslıdır. Belə ki, fərdi müəyyən əşyaların müqavilənin predmetində nəzərdə tutulmuş əşya olmasının 2 göstəricisi - kəmiyyət və keyfiyyət göstəricisi olur. Müqavilə predmeti ev (mənzil) olduqda, onun kəmiyyət göstəricisi kimi ölçü vahidi olan “kvadrat metr” çıxış edir. Nəzərə alsaq ki, satılan obyektin hər kvadrat metrinin dəyəri kifayət dərəcədə pul edir, o zaman alıcıya xeyli ziyan dəymiş olur. Bu baxımdan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 437.1-ci maddəsinin şərtinin pozulması əsasından çıxış edilsə, iddiaçı hazırki iddianı verməkdə haqlıdır. Çünki alqı-satqı müqaviləsi bağlanarkən cavabdeh öz üzərinə alıcıya müqavilə üzrə şərtləşdirilmiş ölçüdə (miqdarda) olan əşyanı verməyi, alıcı isə həmin əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müvafiq müqavilədən də göründüyü kimi, cavabdeh iddiaçıya müqavilə üzrə şərtləşdirilmiş qaydada 77.4 kv.metr sahədən ibarət mənzili satmalı olduğu təqdirdə, qeyd edilən mənzilin sahəsi iş materiallarına əlavə edilmiş çıxarışla müəyyən edilmişdir ki, 71.20 kv.metr sahədən ibarət olan mənzili satmışdır. Bu da alıcının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasını göstərir. Alıcı mənzilin müqavilədəki dəyərinin onun sahəsinə uyğun olaraq (77.4 kv.metr sahə üçün) müəyyənləşdirildiyini düşünərək, sözügedən mənzilin 114165 manat məbləğində dəyərləndirilməsini özü üçün münasib dəyər hesab etmiş və həmin şərtlərlə müqaviləni imzalamağa razılıq vermişdir. Bu baxımdan cavabdehin nümayəndəsinin iddianın əsassız olması barədə gətirdiyi bu dəlillərlə məhkəmə razılaşmır ki, tərəflər arasında bağlanmış müqavilədə faktiki sahə 77,4 kv. m. göstərildiyi halda, ekspertiza rəyi ilə mənzilin faktiki vəziyyətinin (sahəsi 77,4 kv.metr göstərilən) mənzilin layihəsinə uyğun olması buna dəlalət edir ki, cavabdeh tərəfindən iddiaçı qarşısında bütün öhdəliklər lazımınca icra edilmişdir. Məhkəmə bu dəlillərlə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisə mənzilin faktiki sahəsinin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş sahəsindən az olması ilə bağlı olduğundan və bu sahədə hüquqi tənzimləmə Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin müddəaları, o cümlədən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 04.12.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydaları ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsi ilə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydalarının 1.2-ci bəndinə əsasən bu Qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətini digər subyektləri üçün məcburidir. Yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmə tamamlanmış səthləri arasında döşəmə səviyyəsində ölçülməklə təyin edilir. Binanın isidilmə sisteminə daxil olan sobanın və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir. (bənd 3.2) Açıq yerləşgənin sahələri onları daxili konturu boyu məhəccərin yerləşdiyi sahə nəzərə alınmadan hesablanmış ölçüləri üzrə müəyyən edilir. (bənd 3.3) Mənzillərin ümumi sahəsi-yaşayış otaqlarının, köməkçi otaqlaırn sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri-0,3; şüşəbənd və lociyalar-0,5; eyvanlar-1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2022-ci il tarixli 10/1062 nömrəli ekspertiza rəyinin nəticələrini əsas götürüb bu nəticəyə gəlir ki, ünvan 1 ünvanında tikilən hündürmərtəbəli binanın, X3 məxsus 2 otaqdan ibarət 5E (Çıxarışa əsasən: Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 117 B, M1, m 5) saylı mənzilin faktiki sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2,59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-nın tələbləri nəzərə nəzərə hesablandıqda 68.9 kv.metr təşkil etməsi olduğu müəyyən edildiyindən cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi başa düşülməlidir. Məhkəmə həmçinin hesab edir ki, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-nın tələbləri nəzərə alınmaqla hesablandıqda mənzilin sahəsi 68.9 kv.metr təşkil etməsinə baxmayaraq daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qaydalarını müəyyən edən normanın tələbləri əsas götürülməklə mənzilin sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışında qeyd edilmiş 71,20 kv. metr kimi götürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bununla belə məhkəmə aşağıdakılara əsasən iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, müqavilə üzrə əlavə ödənilmiş pulların qaytarılması hissədə ilk növbədə məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında müqavilə bağlandığı zaman mənzilin 1 kv.m 1475 manat məbləğində müəyyən olunmuşdur. Belə olan halda isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surəti ilə müəyyən edilmiş real sahəsi 71.20 kv.metr sahə çıxılmaqla, əskik qalan 6.2 kv.m-1kv.m üçün nəzərdə tutulmuş dəyəri ilə hasili hesablanmaqla müəyyən edilməlidir. (1475 x 6.2=9145 manat). Odur ki, cavabdehdən iddiaçının xeyrinə qaytarılmalı olan məbləğ 9145 manat təşkil edir. Məhkəmə iddia tələbinin mənəvi ziyanla bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Lakin iddiaçı tərəf bu mənəvi ziyanın nə də ifadə olunduğunu, hansı formada təzahür etməsini göstərməmiş, bunun təsdiqi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Buna görə də iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 03 dekabr 2022-ci il tarixli və 24 fevral 2022-ci il tarixli bildirişlərindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri müvafiq olaraq 50 (əlli) manat olmaqla cəmi 100 (yüz) manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərci "xxxx" Mənzil Tikinti Kooperativindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944SVVİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu : 142595, büdcə səviyyəsinin kodu: 3 hesabına ödənilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilən 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. "xxxx" Mənzil Tikinti Kooperativindən 9145 manat məbləğində maddi ziyan, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Həmı̇ dova Gülnarə Nəcməddı̇ n qızının xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Məhkəmə-tikinti-texniki ekspertizasının dəyəri qismində 100 (yüz) manat "xxxx" Mənzil Tikinti Kooperativindən alınaraq dövlət büdcəsinə, göstərilən hesaba keçirilsin: X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-129/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-129/2022
12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver