Məhkəmə qərarları › İş №2(010)-1295/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1295/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1295/2020 09.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, X2 Kredit Təşkilatı «xxxxxxxx» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 Kredit Təşkilatı «xxxxxxxx» MMC-ti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2016cı il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 737.57 (yeddi yüz otuz yeddi 57 qəpik) manat, xx.xx.2019-cu il tarixə qədər hesablanmış faiz borcu üzrə 46.88 (qırx altı 88 qəpik) manat, cərimə üzrə 73.76 (yetmiş üç 76 qəpik) manat olmaqla ümumilikdə 858.21 (səkkiz yüz əlli səkkiz 21 qəpik) manat və dövlət rüsümu kimi ödənilmiş 30 manat pul vəsaitinin X4 Təşkilatı “xxxxxxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X2 Kredit Təşkilatı «xxxxxxxx» MMC-ninərizə ilə məhkəməyə müraciət edərək, iddianı tam müdafiə etdiyini nəzərə alaraq mülki işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. İddiatələbi onunla əsaslandırmışdır ki, X4 Təşkilatı “X3” MMC-nin Həzi Aslanov filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə «07» Yanvar 2019-cu il il tarixə qədər illik 10.33 % dərəcəsini tətbiq etməklə 2216 manat (iki min iki yüz on altı manat) məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.2 və 4.1-ci bəndləri). BOKT “X3” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxxxxxx” MMC-yə satılmışdır (güzəst edilmişdir) Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə də, Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh2 arasında xx.xx.2016-cı il il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqavilənin 2.1-ci maddəsinə əsasən zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür.07.2019-cu il il tarixli arayışa əsasən cavabdehlərinBOKT “xxxxxxxx” MMC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 737.57 (yeddi yüz otuz yeddi 57 qəpik) manat, faiz üzrə 46.88 (qırx altı 88 qəpik) manat, cərimə üzrə 73.76 (yetmiş üç 76 qəpik) manat olmaqla ümumilikdə 858.21 fsəkkiz vüz əlli səkkiz 21 qəpik) manat təşkil edir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərdi ki, maddi vəziyyəti ağır olduğu üçün idiaçı ilə bağladığı kredit üzrə ödəmələr apara bilməmişdir. İddiaçının hazırda tələb etdiyi məbləği yalnız hissə-hissə ödəməklə öhdəliyini icra etmək iqtidarındadır. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbi ilə qismən razılaşaraq maddi vəziyyəti ilə əlaqədar kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini icra edə bilməyəcəyinə əsaslanaraq ona münasibətdə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il il tarixli, LD********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 X4 Təşkilatı “X3” MMC-nin Həzi Aslanov filialından 36 (otuz altı) ay müddətinə «07» Yanvar 2019-cu il il tarixə qədər illik 10.33 % dərəcəsini tətbiq etməklə 2216 manat (iki min iki yüz on altı manat) məbləğində kredit götürmüşdür. İşin materiallarında olan xx.xx.2016-cı il il tarixli, LD/16007/00071 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh2 borcalan Cavabdeh1 kreditor qarşısında öhdəliklərinin icra edilməsi üçün sonuncu ilə birlikdə eyni həcmdə məsuliyyət daşımalarına dair öhdəlik götürmüşlər. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, Cavabdeh1 X4 Təşkilatı “X3” MMC-nin Həzi Aslanov filialından 2216.00 manat məbləğində kredit məbləğini qəbul etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixə 737.57 manat məbləğində əsas borc, 46.88 manat məbləğində faiz borcu, 73.76 manat məbləğində cərimə üzrə olmaqla ümumilikdə 858.21 manat məbləğində borcu qalmışdır. Beləliklə, məhkəmə zamanı müəyyən edildi ki, X4 Təşkilatı “X3” MMC-nin Həzi Aslanov filialı ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il il tarixli, LD********** saylı kredit müqavitəsi bağlanmış və həmin müqaviləyə əsasən bank cavabdehə 36 (otuz altı) ay müddətinə «07» Yanvar 2019-cu il il tarixə qədər illik 10.33 % dərəcəsini tətbiq etməklə 2216 manat (iki min iki yüz on altı manat) məbləğində kredit vermişdir. Həmçinin bankla digər Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmışdır. Lakin Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmədiyindən onun kredit üzrə əsas borc üzrə 737.57 (yeddi yüz otuz yeddi 57 qəpik) manat, «07» Yanvar 2019-cu il il tarixə qədər hesablanmış faiz borcu üzrə 46.88 (qırx altı 88 qəpik) manat, cərimə üzrə 73.76 (yetmiş üç 76 qəpik) manat olmaqla ümumilikdə 858.21 (səkkiz yüz əlli səkkiz 21 qəpik) manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən kredit və kredit borcuna hesablanmış faizlərin tutulmasına dair iddia tələbi əsaslıdır. Bununla belə, məhkəmə cərimə borcunun tələb olunması hissədə iddianı qismən əsaslı, faiz borcunun cavabdehlərə qarşı iddia tələbini əsassız hesab edir. Belə ki, cərimənin tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə cərimənin 5 manat məbləğinə azaldılmasını məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh2qarşı pul tələbinə dair iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu baxımdan, Cavabdeh2 qarşı irəli sürülmüş iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2016-cı il il tarixli, LD********** saylı X4 Təşkilatı «xxxxxxxx» MMC-ti ilə Cavabdeh1 arasında kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixinə kimi müəyyən edilsə də, onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində X4 Təşkilatı «xxxxxxxx» MMC-ti tərəfindən Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi irəli sürülməmişdir. Bu hal isə yuxarıda qeyd olunan Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyinə dəlalət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş materiallarında olan sübutları araşdırıb belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 X2 Kredit Təşkilatı «xxxxxxxx» MMC-nin xeyrinə kredit üzrə əsas borc 737.57 (yeddi yüz otuz yeddi 57 qəpik) manat məbləğində əsas borc, xx.xx.2019-cu il il tarixə qədər hesablanmış faiz borcu üzrə 46.88 (qırx altı 88 qəpik) manat, cərimə üzrə 5 (beş) manat olmaqla ümumilikdə 789,45 manat məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 X4 Təşkilatı «xxxxxxxx» MMC-nin xeyrinə 737.57 (yeddi yüz otuz yeddi əlli yeddi qəpik) manat əsas borc, xx.xx.2019-cu il il tarixə qədər hesablanmış faiz borcu üzrə 46.88 (qırx altı səksən səkkiz qəpik) manat, cərimə üzrə 5 (beş) manat olmaqla ümumilikdə 789,45 (yeddi yüz səksən doqquz manatğ qırx beş qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar