Məhkəmə qərarları › İş №2(010)-1298/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1298/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1298/2021 02.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ İddiaçı BOKT “xxxx” MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı BOKT “xxxx” MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə BOKT “xxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0046979-F saylı Kredit müqaviləsi və BK-00021317 Zaminlik müqavilələrinə əsasən Cavabdeh2 və Cavabdeh1 Rafael oğlundan ödənilməmiş 4.898,37 (dörd min səkkiz yüz doxsan səkkiz manat 37 qəpik) manat məbləğində əsas məbləğ üzrə borcu, 594.34 (beş yüz doxsan dörd manat 34 qəpik) manat faiz borcu, 165,17 (bir yüz altmış beş manat 17 qəpik) manat cərimə borcu, 377,17 (üç yüz yetmiş yeddi manat 17 qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 6.035,05 (altı min otuz beş manat 05 qəpik) manat məbləğində pulun və ödənilmiş 30(otuz) dövlət rüsumunun alınaraq BOKT “xxxx” MMC-nə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə iclası xx xxxx 2021-ci il tarixə, saat 12:10-a təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər göstərilən tarixdə məhkəmə iclasına heç bir üzürlü səbəb göstərmədən gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 263.1-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Məhkəmə hesab edir ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, onlar məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı BOKT “xxxx” MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı BOKT “xxxx” MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada tərəflərə verildiyi və ya təqdim edildiyi gündən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar