Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-130/2022 15.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 05 mart 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 8949.55 manat əsas, 7871.07 manat faiz, 2448.82 manat cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1994,30 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 21.263,74 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bül-bülə 2-ci küçəsində yerləşən, 2 otaqlı, 47.3 kv.m ümumi, 34.7 kv.m yaşayış, 12,6 kv.m yardımçı sahədən ibarət 9 “A” nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bül-bülə 2-ci küçəsində yerləşən, 2 otaqlı, 47.3 kv.m ümumi, 34.7 kv.m yaşayış, 12.6 kv.m yardımçı sahədən ibarət 9 “A” nömrəli fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 qızma məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bül-bülə 2-ci küçəsində yerləşən, 2 otaqlı, 47.3 kv.m ümumi, 34.7 kv.m yaşayış, 12.6 kv.m yardımçı sahədən ibarət 9 “A” nömrəli fərdi yaşayış evinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və digər şəxslərin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bül-bülə 2-ci küçəsində yerləşən, 2 otaqlı, 47.3 kv.m ümumi, 34.7 kv.m yaşayış, 12,6 kv.m. yardımçı sahədən ibarət 9 “A” nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi. İddia tələbinin dəlilləri 05.03.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 “Nikoyr İKB ASC-nin “1 saylı” filialından illik 25%-lə 36 ay müddətinə 17.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bül-bülə 2-ci küçəsində yerləşən, 2 otaqlı, 47.3 kv.m ümumi, 34.7 kv.m yaşayış, 12.6 kv.m yardımçı sahədən ibarət 9 “A” nömrəli fərdi yaşayış evi 2014cü il 05 mart tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 05.03.2014-cü il tarixli kredit müqaviləsinə görə şərtiəşdiriİmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 11.06.2021-ci ilədək Cavabdeh1 05.03.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 8949.55 manat əsas, 7871.07 manat faiz, 2448.82 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 19.269,44 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 11.06.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 05.03.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 8949.55 manat əsas, 7871.07 manat faiz, 2448.82 manat cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1994,30 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 21.263,74 manat borcu vardır. 05.03.2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəz.i müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda qeyd edir ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Tərəflərin izahatları İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərdi ki, işə məhkəmədə baxılan dövrdə cavabdeh tərəfindən ödənişlər olunmuşdur və hazırda cavabdehin borcu 8617,03 manat əsas, 7871,07 manat faiz, 2448,82 manat cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2297,7 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 21234,62 manat məbləğində təşkil edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: l-G-1-0-176-14 saylı 05.03.2014-cü il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, “Nikoyr İKB ASC-nin “1 saylı” filialından illik 25%-lə 36 ay müddətinə 17.000 manat məbləğində borcunun qaytarılmasını Cavabdeh1 öz üzərinə götürmüşdür. l-G-1-0-176-14(1) saylı 05.03.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bül-bülə 2-ci küçəsi, ev 9 “A” –nı "xxxx" İKB ASC-nin 1 saylı” filialının xeyrinə ipoteka ilə yüklü etmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı banka 8949.55 manat əsas, 7871.07 manat faiz, 2448.82 manat cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1994,30 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 21.263,74 manat məbləğində borcu vardr. "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlər müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. İddiaçının nümayəndəsinin təqdim etdiyi 07.02.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 İddiaçı ASC-yə 8949,55 manat əsas, 7871.07 manat faiz, 2448,82 manat cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2289,1 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 21558,54 manat məbləğində borcu vardr. İddiaçının nümayəndəsinin təqdim etdiyi 14.02.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 İddiaçı ASC-yə 8617,03 manat əsas, 7871,07 manat faiz, 2448,82 manat cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2297,7 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 21234,62 manat məbləğində borcu vardır. Cavabdeh2 Bakı şəhəri 50 saylı notariat kontorunun xüsusi notariusu K.A.Rəhmanov tərəfindən təsdiq edilmiş ərizəsindən görünür ki, Cavabdeh2 arvadı Əli-zadə Billurə Eldar qızına məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, 2-ci Bül-Bülə küçəsində yerləşən 9 saylı fərdi yaşayış evinin ipoteka qoyulmasına etiraz etmir. Suraxanı rayon məhkəməsinin 27.07.2021-ci il tarixli qərardadı ilə mülki iş ipoteka predmetinin hazırki likvid dəyərinin müəyyənləşdirilməsi üçün "xxxx" MMC-nə təqdim olunmuşdur. "xxxx" MMC-nin 341/E saylı 02.09.2021-ci il tarixli rəyi ilə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bül-bülə 2-ci küçəsində yerləşən, 2 otaqlı, 47.3 kv.m ümumi, 34.7 kv.m yaşayış, 12.6 kv.m yardımçı sahədən ibarət 9 “A” nömrəli fərdi yaşayış evinin bazar dəyərinə uyğun (23.000 manat) likvid qiymətinin dəyəri 18.000 (on səkkiz min) manat müəyyən olunmuşdur. Məhkəmə müəyyən edir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında l-G-1-0-176- 14 saylı 05.03.2014-cü il tarixli kredit müqaviləsi bağlanılmış və həmin müqavilə ilə illik 25%-lə 36 ay müddətinə 17.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 05.03.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bül-bülə 2-ci küçəsində yerləşən, 2 otaqlı, 47.3 kv.m ümumi, 34.7 kv.m yaşayış, 12.6 kv.m yardımçı sahədən ibarət 9 “A” nömrəli fərdi yaşayış evini yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Müqavilənin şərtlərinə görə cavabdeh krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə iddiaçı müqaviləyə vaxtından əvvəl xitam vermək və qalan kredit məbləğini, faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri cavabdehdən tələb etmək hüququna malikdir. Suraxanı Rayon Məhkəməsinin 27.07.2021ci il tarixli qərardadı ilə ipoteka predmetinin qiymətləndirilməsi qərara alınmış və qiymətləndirilmənin aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.09.2021-ci il tarixli rəyi ilə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bül-bülə 2-ci küçəsində yerləşən, 2 otaqlı, 47.3 kv.m ümumi, 34.7 kv.m yaşayış, 12,6 kv.m yardımçı sahədən ibarət 9 “A” nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin bazar dəyərinə uyğun likvid qiymətinin dəyəri 18.000 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası mülki hüquq qanunvericiliyinin müddəlaları baxımından iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ilə cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunun qaytarılması ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələn gələn öhləliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə həmçinin müəyyən edir ki, iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni kredit məbləğini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da o, müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra Cavabdeh1 götürdüyü kredit üzrə ödənişlər edilmişdir və məhkəməyə təqdim olunmuş sonuncu maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 kredit üzrə əsas borcu 8617,03 manat manat məbləğindədir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının tələbi əsas borcun tutulması hissəsində iddiaçının nümayəndəsinin təqdim etdiyi maliyyə arayışında göstərilən məbləğdə, yəni 8617,03 manat məbləğində əsaslıdır. Tələb olunan faiz borcu ilə bağlı məhkəmə hesab edir ki, məhkəmə qeyd edir ki, gündəlik faizlər iddia ərizəsinin tərtib edildiyi vaxtadək yox, müqavilə üzrə öhdəliklərin icra müddəti bitdiyi vaxtadək, yəni 05.03.2017-ci ilədək hesablana bilər. Həmin tarixdən sonra isə borclu pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 % tələb edə bilər. Ona görə də, məhkəmə cavabdehdən müqavilə müddətinin bitdiyi, yəni 05.03.2017-ci il tarixə olan faiz borcunun (1346,68 manat) tutulmasını əsaslı sayır. Tələb olunan cərimə borcu ilə bağlı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı 2448.82 manat məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də məhkəmə sözügedən normanı rəhbər tutaraq cərimə borcunun 100 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Məhkəmə həmçinin hesab edir ki, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1994.30 manat məbləğində faiz borcu cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, cavabdehlərdən kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üzrə illik 5 faiz olmaqla tələb edilən məbləğ tutulmalıdır. Məhkəmə tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun evin satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nin xeyrinə ödənilməsi ilə bağlı da iddianı qismən əsaslı sayıb qeyd edir ki, ipoteka predmetinin satışından əldə olunacaq vəsaitin yalnız qətnamə ilə təmin olunan hissəsi iddiaçının xeyrinə ödənilə bilər, qalan məbləğ isə digər xərclər çıxıldıqdan sonra ipoteka qoyanlara qaytarılmalıdır. Satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi ilə bağlı iddiaçının tələbinə dair məhkəmə qeyd edir ki, həmin hissədə də iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmçinin həmin Məcəllənin 319.6-cı maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məkhəmə tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, ipoteka haqqında Azərbaycan Respublikasının Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alan məhkəmə tərəfindən ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi keçirilmiş və ipoteka predmeti olan mənzilin likvid dəyəri 18000 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) 18000 manat məbləğində müəyyən edilməlidir. İddianın “ipotekaya qoyulmuş yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 və digərlərinin həmin yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin evdən çıxarılması, evin boşaldılması və banka təhvil verilməsi” hissəsi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, «İpoteka haqqında» Qanunun 59.3.2-ci maddəsinin tələbinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar «İpoteka haqqında» Qanunun 59.4-cü maddəsinin tələbinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, burada söhbət yalnız tutma üzərinə yönəldilmiş ipoteka predmeti satıldıqdan sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində boşaltmalarından gedir. Eləcə də nəzərə almaq lazımdır ki, cavabdehlər ipoteka ilə təmin edilən icrası gecikdirilmiş öhdəliyi və ya öhdəliyin hissəsini icra edərək ipoteka predmetinə tutmanın yönəldilməsinə və onun satışına istənilən vaxt xitam verilməsini tələb etmək hüququna malikdirlər. Ona görə də məhkəmə hesab edir ki, ipotekaya qoyulmuş yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra bir ay ərzində Cavabdeh1 həmin evi tərk etməlidir. «Evi tərk etməlidirlər» dedikdə isə cavabdehlərin həmin yaşayış evinə olan istifadə hüquqlarını itirməsi və evdən çıxarılması başa düşüldüyündən, məhkəmə hesab edir ki, onların istifadə hüquqları itirilmiş hesab edilməli və onlar həmin evdən çıxarılaraq, ev boşaldılmadır. Belə nəticəyə gələn məhkəmə hesab edir ki, əks yanaşma gələcəkdə ipoteka predmeti olan yaşayış evi açıq hərracdan satılacağı təqdirdə cavabdehlərin həmin evdən çıxarılması ilə bağlı yeni məhkəmə mübahisələrinin əmələ gəlməsinə şərait yarada bilər. «Evin banka təhvil verilməsi» ilə bağlı isə məhkəmə qeyd edir edir ki, indidən həmin evin hərraca çıxarılıb-çaxıralmaması, hərracdan konkret olaraq kim (kimlər) tərəfindən alınıb-alınmaması məlum olmadığından, hazırki vəziyyətdə belə bir nəticəyə gəlmək də mümkün deyildir. Yalnız yaşayış evi açıq hərracdan məhz İddiaçı ASC tərəfindən alınacağı təqdirdə evin banka təhvil verilməsindən söhbət gedə bilər ki, bu da qeyri-müəyyəndir. Qeyri-müəyyən tələblər üzrə isə iddianın təmin olunması yolverilməzdir. Məhkəmə zamanı müəyyən olunmuşdur ki, məhkəmənin təyin etdiyi ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xərci 150 (bir yüz əlli) manat İddiaçı ASC tərəfindən ödənilmişdir. Odur ki, məhkəmə təqdim edilmiş sübutların mötəbərliyini əsas götürərək iddianın qismən təmin edilməsi qənaətinə gəlir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 05.03.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 8617.03 (səkkiz min altı yüz on yeddi manat üç qəpik) manat əsas, 1346,68 (bir min üç yüz qırx altı manat altmış səkkiz qəpik) manat faiz, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1994,30 manat, 100 (bir yüz) manat cərimə olmaqla, ümumilikdə cəmi 12 058,01 (on iki min əlli səkkiz manat bir qəpik) manat məbləğində borc tutulsun. Tutma Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bül-bülə 2-ci küçəsində yerləşən, 2 otaqlı, 47.3 kv.m ümumi, 34.7 kv.m yaşayış, 12,6 kv.m yardımçı sahədən ibarət 9 “A” nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin fərdi yaşayış evi açıq hərracdan ilkin satış qiyməti 18.000 (on səkkiz min) manat məbləğində müəyyən edilməklə açıq hərrəcdan satılsın və borc Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bül-bülə 2-ci küçəsində yerləşən, 2 otaqlı, 47.3 kv.m ümumi, 34.7 kv.m yaşayış, 12.6 kv.m yardımçı sahədən ibarət 9 “A” nömrəli fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilsin. Yaşayış evinin satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bül-bülə 2-ci küçəsində yerləşən, 2 otaqlı, 47.3 kv.m ümumi, 34.7 kv.m yaşayış, 12,6 kv.m yardımçı sahədən ibarət 9 “A” nömrəli fərdi yaşayış evinə hərrac keçirildikdən və satıldıqdan sonra bir ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzilə istifadə hüququ itirilmiş hesab edilməklə mənzildən çıxarılsın və mənzil boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-130/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-130/2022
15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver