Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-131/2022 27.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “torpaqdan, xidməti, istehsal və köməkçi binalardan çıxarma, maddi ziyanın və əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Suraxanı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı MMC cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “torpaqdan, xidməti, istehsal və köməkçi binalardan çıxarma, maddi ziyanın və əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda İddiaçı MMC-nin direktoru X4 “iddianın təmin edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, işə baxılması başa çatanadək iddiaçının direktoruna işçiləri ilə birlikdə Bakı şəhəri, Suraxanı-Hövsan yolunun üstündəki "Dədə Qorqud” qəsəbəsinin yanında, Zeytun Bağları-Hövsan Çöllüyü ünvanında yerləşən torpaq sahəsindən, ofis və istehsal binalarından, sexlərindən, yardımçı tikililərindən, ofis və istehsal binalarından, sexlərdən və avadanlıqlardan istifadə etməsinə və məhsul istehsalı fəaliyyətini bərpa etməsinə maneçilik törədilməsi cavabdehlərə qadağan edilməsi, iddianın təmini tədbiri olaraq işə baxılması başa çatanadək cavabdehlərə iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı-Hövsan yolunun üstündəki "Dədə Qorqud” qəsəbəsinin yanında, Zeytun Bağları- Hövsan Çöllüyü ünvanında yerləşən torpaq sahəsindən, ofis və istehsal binalarından, sexlərindən, yardımçı tikililərindən, ofis və istehsal binalarından, sexlərdən və avadanlıqlardan istifadə etməsinin cavabdehlərə qadağan edilməsi, iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı-Hövsan yolunun üstündəki "Dədə Qorqud” qəsəbəsinin yanında, Zeytun Bağları-Hövsan Çöllüyü ünvanında yerləşən torpaq sahəsində, ofis və istehsal binalarında, sexlərində, yardımçı tikililərində, ofis və istehsal binalarında olan bütün əmlakların, o cümlədən maşın və mexanizmlərin, istehsal vasitələrinin, mal-materialların, hazır məhsulların üzərinə həbs qoyulması və iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı-Hövsan yolunun üstündəki "Dədə Qorqud" qəsəbəsinin yanında, Zeytun Bağları- Hövsan Çöllüyü ünvanında yerləşən torpaq sahəsində, ofis və istehsal binalarında, sexlərində, yardımçı tikililərində, ofis və istehsal binalarında cavabdehlərin fəaliyyəti dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli 2(010)-3816/2021 saylı qərardadı ilə İddiaçı MMC-nin direktoru X3 “iddianın təmin edilməsinə dair” ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı-Hövsan yolunun üstündəki "Dədə Qorqud” qəsəbəsinin yanında, Zeytun Bağları-Hövsan Çöllüyü ünvanında yerləşən torpaq sahəsində, ofis və istehsal binalarında, sexlərində, yardımçı tikililərində, ofis və istehsal binalarında olan bütün əmlakların, o cümlədən maşın və mexanizmlərin, istehsal vasitələrinin, mal-materialların, hazır məhsulların üzərinə həbs qoyulmuş, ərizə qalan hissədə təmin edilməmişdir. Cavabdeh1 şikayət verərək həmin qərardadın ləğv edilməsini, iddianın təmini tədbiri barədə ərizənin rədd olunmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək Suraxanı Rayon Məhkəməsinin 18.06.2021-cü il tarixli qərardadı ləğv olunmuş, cəmi 36149,30 (otuz altı min bir yüz qırx doqquz manat otuz qəpik) manat qiymətində əmlak və mal-materialların üzərinə həbs qoyulması qərara alınmışdır. Qərardaddan İddiaçı MMC şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının cavabdehlərdən vurulmuş maddi ziyana və əldən çıxmış faydaya görə pul tələbi olmasına baxmayaraq iddianı təmin tədbiri kimi cavabdehlərə məxsus 61 adda əmlaklar və mal-materialların üzərinə qoyulmuş həbsi də qanunsuz və əsassız olaraq ləğv etmişdir. Suraxanı Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı həmçinin 09.08.2021-ci il tarixdə İddiaçı MMC tərəfindən iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə verərək, cavabdehin özbaşına tutduqları iddiaçıya məxsus torpaqda, sexlərdə və istehsal binalarında, digər tikililərdə yenidənqurma məqsədilə tikintiquraşdırma işləri aparması mülki işə başa çatanadək cavabdehlərə qadağan edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qərardadı ilə yenidənqurma məqsədilə tikintiquraşdırma işləri aparmasının mülki iş başa çatanadək cavabdehlərə qadağan edilməsi barədə ərizə rədd edilmişdir. İddiaçı sözügedən qərardaddan şikayət vermişdir. Suraxanı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının 08 dekabr 20201-ci il tarixli 2(103)-11780/2021 saylı qərardadı ilə şikayətlər qismən təmin edilməklə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3816/21 saylı, 16 iyul 2021-ci il tarixli (əmlak üzərinə müvəqqəti təminat tədbiri qaydasında həbs qoyulması barədə) və 12 avqust 2021ci il tarixli (müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizənin rədd olunması barədə) qərardadları ləğv edilməsi və mülki iş yenidən baxılması üçün Suraxanı Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İşin baxılması 27 yanvar 2022-ci il tarixə, saat 10:05 təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X2 iddianın məhkəmə aidiyyəti pozulmaqla veridiyini, həmin iddianın Bakı Kommersiya Məhkəməsi tərəfində baxılmalı olduğunu, Bakı Apellyasiya Məhkəməsinin mövqeyi ilə razılaşdığını qeyd etmişdir. İddiaçı MMC -nin və digər Cavabdeh2 MMC-nin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə hazırlıq iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə gəlməyən iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinə Bakı Kommersiya Məhkəməsində baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. Məhkəmə bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 dekabr 20201-ci il tarixli 2(103)-11780/2021 saylı qərardadına əsasən müəyyən edilmişdir ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən hazırkı iddia ərizəsi icraata qəbul edilərkən məhkəmə aidiyyəti qaydaları pozulmuş və hazırkı iddia ərizəsinə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəlləsinin 31-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-ci maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-ci maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Belə ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı MMC və Cavabdeh2 MMC hüquqi şəxslərdir. Digər Cavabdeh1 isə Cavabdeh2 MMC-nin direktorudur. Tərəflər arasında olan münasibət sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır. Beləliklə, məhkəmə hər iki tərəfin hüquqi şəxs olduğunu, digər cavabdehin həmin hüquqi şəxsin olduğunu, aralarında yaranmış mübhisənin kommersiya mübahisəsi oluğunu, bundan əlavə Bakı şəhərində qeydiyyatdan keçdiyini nəzərə alaraq, hesab edir ki, hazırkı iddia ərizəsinə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32-ci və 263-264, 267-268-ci maddələrinə əsaslanaraq QƏRARA A L D İ: İddiaçı MMC cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “torpaqdan, xidməti, istehsal və köməkçi binalardan çıxarma, maddi ziyanın və əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada tərəflərə verildiyi və ya təqdim edildiyi gündən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-131/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-131/2022
27.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver