Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1323/2023 02.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X19 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X13, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:
1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 aprel 2014-cü il tarixli qətnaməsi ilə 17 iyul 2011-ci il təvəllüdlü Nuray Qulusoy və 11 iyun 2012-ci il təvəllüdlü Səid Qulusoyun yetkinlik yaşına çatana kimi saxlanması üçün 12 mart 2014-cü il tarixdən başlayaraq hər ay Cavabdeh hər uşağa görə 105 manat olmaqla, cəmi 210 manat miqdarında, həmçinin uşaqların müalicəsi ilə əlaqədar hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat miqdarında, ümumilikdə isə 310 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamənin qəbul edilməsindən 8 il keçib. Bu müddət ərzində ölkədə inflasiya, devolvasiya kimi insanların madi vəziyyətini pisləşdirən iqtisadi hallar baş vermişdir. Həmçinin, əgər həmin qətnamə qəbul edilərkən Nurayın 3, Səidin 2 yaşı var idisə, hazırda Nurayın 11, Səidin isə 10 yaşı var. Əlbəttə ki, 11 yaşlı uşaqla 3 yaşlı uşağın xərci eyni deyildir. Uşaq böyüdükcə geyim, yemək, təhsil, müalicə, əyləncə və sairə xərclər də artır. Hazırda 10 və 11 vaşlı uşaqların hər birinə ayrı-ayrılıqda ayda ən azı 500 manatdan artıq məbləğ xərcləyir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Uşaqların bütün qayğısını tamamilə iddiaçı çəkir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də, o, ölkə üzrə yaşayış minimumunun, minimal aylıq əmək haqqının miqdarının artması, uşaqların böyüməsi və digər yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulan aliment məbləği artırılmalıdır.
İddiaçının tələbi.
2. xx.xx.2011-ci il təvəllüdlü Nuray Qulusoyun və xx.xx.2012-ci il təvəllüdlü Səid Qulusoyun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat miqdarında, həmçinin uşaqların müalicəsi ilə əlaqədar hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat miqdarında, ümumilikdə 540 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Nurayın üst çənə darlığı var, Səiddə epilepsiya, sol tərəfdən boyun əyriliyi var. Türkiyədə müalicə və masajlarda olur, 2019-2021-ci illərdə uşaqda əllik olub, yenidən müayinələrdən keçməlidir. Həmçinin, Səid Qulusoy idmanla məşğul olur və bu da əlavə xərc tələb edir. Buna görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ərizədə qeyd edir ki, qətnamənin qəbul edilməsindən 8 il keçib və bu müddət ərzində ölkədə inflyasiya, devalvasiya kimi insanların maddi vəziyyətini pisləşdirən iqtisadi hallar baş vermişdir. İddiaçı göstərilən halları qeyd edərkən məsələyə birtərəfli yanaşmış, baş verən iqtisadi hadislərin cavabdehin maddi vəziyyətinə təsirlərini nəzərə almamışdır. Belə ki, cavabdeh hal-hazırda heç bir yerdə işləmir və qardaşının maddi dəstəyi ilə yaşam xərclərini təmin edir. İddiaçı 10 və 11 yaşlı uşaqların hər birinə ayrı-ayrılıqda ayda ən azı 500 manatdan artıq məbləğ xərcləyir. İddia ərizəsində bu xüsusatın göstərilməsindən görünür ki, iddiaçının alimentdən başqa əlavə gəlirləri vardır ki, 500 manat uşaqlara xərcləyə bilir. Cavabdeh isə bunun əksi olaraq yaşamını təmin etmək üçün lazım olan vəsaiti qardaşı X11 almaqla öz təbii hüququ olan yaşamaq hüququnu təmin edir. Göstərilən halın mövcudluğu cavabdehin maddi durumunun labüd tablosunun göstəricisidir. Suraxanı rayon Məhkəməsinin 2(010)-2092/2014 saylı, 15 aprel 2014-cü il tarixli qətnaməsi üzrə təyin edilən aliment cavabdehin qardaşı X17 tərəfindən bu günə kimi icra edilməkdədir. Cavabdehin maddi durumu alimenti ödəməyə imkan vermir. Məhkəmə tərəfindən aliment tələbi artırılacağı halda aliment ödəməyə cavabdeh olmayan cavabdehin qardaşı X17 tərəfindən bu günə kimi icra edilən alimentdən də iddiaçı faktiki olaraq məhrum olacaqdır. Uşaqların müalicəsi ilə əlaqədar olaraq hər uşaq üçün hər ay 50 manat vəsaitin tutulması tələbi də özlüyündən qanunsuz və əsassızdır. Belə ki, uşaqların xəstəliyini təsdiq edən rəsmi sənədlər əvvəlki qətnamənin çıxarılması zamanı məhkəməyə təqdim edilməmişdir. Lakin məhkəmə uşaqların xəstəliyi üçün 50 manat hər ay ödəniş edilməsinə dair qətnamə qəbul etmişdir. Bunun əksinə olaraq cavabdeh tərəfindən 27 may 2014-cü il tarixli X5 cavab məktubu məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əsasən, X14 və X4 Nevroloji Xəstəxanasında stasionar müalicədə olmayıblar. Cavabdeh özü isə Paranoid psixopatiya xəstəliyindən müalicə almışdır və hal-hazırda da müalicə almaqda davam edir. Cavabdehin özünün müalicə xərcləri isə qardaşı tərəfindən təmin edilir. İddiaçının nümayəndəsinin izahatında Səid Qulusoyun idmanla məşğul olduğunu bildirməsi onun ağır xəstəliyi olmadığını göstərir. Odur ki, iddianın rədd olunmasını xahiş etdi.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X17 iddia tələbinə etiraz edərək, bildirdi ki, cavabdehin qardaşıdır. Qardaşına o, baxır, çünki qardaşı xəstədir və işləmir. Uşaqlarda heç bir ağır xəstəlik yoxdur. Uşaqlar sadəcə müayinə olunurlar. Alimenti də o, ödəyir. Lakin iddiaçı uşaqlarla görüşməyə imkan vermir. Uşaqlarda hər hansı xəstəlik varsa o, bütün müalicəni öz üzərinə götürməyə hazırdır. Uşağın xəstəliyi ağır, yəni stasionar formada müalicə alınmalı olan xəstəlik deyil, belə ki, uşaqlarda 5 yaşına qədər temperaturla birgə epilepsiya olması normal haldır və sadəcə bir dərmanla müalicəsi mümkündür. Göstərilənlərə əsasən, iddianın təmin olunmamasını xahiş etdi.
İş materialları.
6. AZ İİ seriyalı 954987 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X8 atası Cavabdeh, anası isə X1r.
7. AZ İİ seriyalı 755913 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X7 atası Cavabdeh, anası isə X1r.
8. AZ İ seriyalı 184741 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və X3 arasındakı nikah ləğv edilmiş, nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 19 dekabr 2013-cü il tarixdə 534 №-si ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Rzayeva” soyadı verilmişdir.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(010)-2092/2014 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, xx.xx.2011-ci il təvəllüdlü Nuray Qulusoyun və xx.xx.2012-ci il təvəllüdlü Səid Qulusoyun yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay Cavabdeh hər uşağa görə 105 manat olmaqla, cəmi 210 manat miqdarında, həmçinin uşaqların müalicəsi ilə əlaqədar hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat miqdarında, ümumilikdə isə 310 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 verilməsi qət edilmişdir.
10. X23 və X16 tərəfindən verilən məktubdan görünür ki, xx.xx.2022-ci il tarixində müraciət edən Nuray Gulusoyda üst çənə darlığı teşhisini takiben üst solunum yolu yetersizliği ve ağız solunumu tesbit edilmişdir. Xəstəyə ortopedik hızlı üst çənə genişletmesi müalicəsi aktiv olaraq yapılmakta olub, sonrasında dişsel maloklüzyonun giderilmesi amaçlı ortodontik sabit tel tedavisi planlanmaktadır.
11. xx.xx.2017-ci il tarixldə X10 tərəfindən verilən 1010 nömrəli hesabatdan görünür ki, X9 fokal başlanğıclı qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar diaqnozu müəyyən edilmişdir.
12. X10 tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası 13 saylı Hüquq Məsləhətxanasının xx.xx.2014-cü il tarixli sorğusuna cavab olaraq verilən xx.xx.2014-cü il tarixli məktubdan görünür ki, X14 və X4 nevroloji xəstəxanasında stasionar müalicədə olmayıblar.
13. AR ƏƏSMN Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Dost Mərkəzi tərəfindən verilən 10 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.
14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Cavabdeh “paranoid psixopatiya” diaqnozu müəyyən edilir.
İşin faktiki halları.
15. İşin məhkəmədə müəyyən edilən hallarından aydın olur ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olmuşlar, bu nikahdan iki uşaqları var. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(010)-2092/2014 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü Nuray Qulusoyun və xx.xx.2012-ci il təvəllüdlü Səid Qulusoyun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Cavabdeh hər uşağa görə 105 manat olmaqla, cəmi 210 manat miqdarında, həmçinin uşaqların müalicəsi ilə əlaqədar hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat miqdarında, ümumilikdə isə 310 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulur.
Tətbiq edilən hüquq.
16. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
17. Azərbaycan Respublikası Ailə Məcəlləsi. Maddə 56. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddə 100. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
18. “Uşaq hüquqları haqqında” Qanun.
Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
19. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu.
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 112.1.3. Aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Maddə 9.1.2. Aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Maddə 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin mövqeyi.
22. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
23. Belə ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına və həcminə görə əsaslıdır. Beləliklə də, xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay 310 manat miqdarında sabit pul məbləğində aliment tutulmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 aprel 2014-cü il tarixli 2(010)-2092/2014 saylı qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti, uşaqlar üçün Qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin Qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, iddia tələbi və 2023-cü il üçün uşağın saxlanmasına görə Qanunla müəyyən edilmiş yaşayış minimumu nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamağının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün cavabdehdən hər uşağa görə sabit pul məbləğində hər ay 220 manat miqdarında aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir.
24. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
25. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 220 manat müəyyən edilməlidir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, ... aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
27. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh tutulan aliment miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Çünki, xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabehdən hər ay 310 manat miqdarında sabit pul məbləğində aliment tutulmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 aprel 2014-cü il tarixli 2(010)-2092/2014 saylı qətnaməsi hal-hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşaqların saxlanılması üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin, hazırkı iş üzrə aliment miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 aprel 2014-cü il tarixli 2(010)-2092/2014 saylı saylı qətnaməsi öz qüvvəsini itirir və hazırkı iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır.
28. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
29. Məhkəmə iddia tələbinin “uşaqların müalicəsi üçün hər ay 50 manat olmaqla, cəmi 100 manat sabit məbləğində pulun tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddianın həmin hissəsi rədd edilməlidir.
30. Belə ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir
31. Qanunun məzmunundan göründüyü kimi valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirak etməsinin əsasları konkret müəyyən olunmuşdur. Buraya müstəsna hallar: uşağın ağır xəstə, şikəst olması, habelə yetkinlik yaşı tamam olsa da əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyacının olması halları daxildir.
32. Məhkəmə yuxarıda göstərilən hüquq normalarına əsasən qeyd edir ki, iddiaçı uşaqların müalicəsi üçün maddi kömək qismində 100 manat tutulmasını tələb etsə də, cavabdehin bunun üçün zəruri vəsaitə malik olması barədə məhkəməyə hər-hansı bir sübut təqdim etməmişdir.
33. Digər tərəfdən Azərbaycan Respublikasında Səhiyyə sistemi dövlət hesabına maliyyələşdiyindən və dövlət xəstəxanaları pulsuz fəaliyyət göstərdiyindən iddiaçının himayəsində olan uşaqlatrın müalicəsinin dövlət xəstəxanasında aparılması mümkündür.
34. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.
Məhkəmə xərcləri.
35. Məhkəmə xərci ilə bağlı qeyd edilməlidir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 5280 manat (440 manat x 12 ay) təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 72,80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
36. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilməmiş 72,80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(010)-2092/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin və xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumuna görə 72,80 (yetmiş iki manat səksən qəpik) manat dövlət nəfinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.