Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1334/2021 14.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Əmanətlərin Sığortalanması Fondunun ləğv prosesində olan İddiaçı ASCnin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1013,86 ABŞ dolları əsas borc, 407 ABŞ dolları faiz borcu və 191,43 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 1612,29 ABŞ dolları borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8738/2017 saylı xx.xx.2017-ci il tarixli məhkəmə əmri ilə Cavabdeh 1013,86 ABŞ dolları əsas borc, 407 ABŞ dolları faiz borcu və 191,43 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 1612,29 ABŞ dolları borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Cavabdeh 2(010)-8738/2017 saylı xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə etiraz edərək məhkəmə əmrinin ləğv edilməsini və iddia icraatına keçilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-8738/2017 saylı xx.xx.2017-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. İddiaçı Əmanətlərin sığortalanması Fondunun ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 28 faizlə 24 ay müddətinə 1633 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 1360,32 USD təşkil edir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Hal-hazırda Cavabdeh banka xx.xx.2014-cü il tarixli müqaviləsi üzrə 376.64 ABŞ dolları əsas borc, 1075 ABŞ dolları faiz borcu, 785.18 ABŞ dolları cərimə, illik 5 % 70.65 ABŞ dolları borcu olmaqla ümumilikdə cəmi 2233.22 ABŞ dolları borcu qalmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o mağazadan divan kreslo və televizor almış və bu qədər borc yaranacağını zənn etməmişdir. Onun müqaviləni bankla bağlaması barədə məlumatı olmamışdır. O hesab etmişdir ki, müqaviləni mağaza ilə bağlayır, lakin bankla bağlaması və ona dollar verilməsindən məlumatı olmamışdır. Həmin müddətdən sonra bank tərəfindən ona heç bir xəbərdarlıq olunmamışdır. Onun əmək haqqından hər ay pul tutulmasına baxmayaraq bank yenə də ondan 2233.22 ABŞ dolları tələb edir. O həmin pulu ödəmək niyyətində deyil. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli, 2769/14 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh illik 28 faizlə 24 ay müddətinə 1633 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli 2769/15 nömrəli kredit müqaviləsi üzrə əlavə sazişə əsasən kreditin qalıq məbləği 1360,32 ABŞ dolları müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, ləğv prosesində olan İddiaçı ASC Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014cü il tarixli, 64748756 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə 376.64 ABŞ dolları əsas borc, 1075 ABŞ dolları faiz borcu, 785.18 ABŞ dolları cərimə, illik 5 % 70.65 ABŞ dolları borcu olmaqla ümumilikdə cəmi 2233.22 ABŞ dolları borcu yaranmışdır İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ilə ləğv prosesində olan «xxxx» ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 28 faizlə 24 ay müddətinə 1633 ABŞ dolları məbləğində kredit vermiş, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyərək kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. Hal-hazırda borclunun banka 376.64 ABŞ dolları əsas borc, 1075 ABŞ dolları faiz borcu, 785.18 ABŞ dolları cərimə, illik 5 % 70.65 ABŞ dolları borcu olmaqla ümumilikdə cəmi 2233.22 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cəriməödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. «xxxx» ASC-nin iddiasının 191.43 ABŞ dolları gecikdirməyə görə cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 30 ABŞ dolları məbləğində pul tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il tarixli, 2769/14 saylı kredit müqaviləsi üzrə 376,64 ABŞ dolları əsas, 407 ABŞ dolları faiz, 30 ABŞ dolları cərimə borcu ümumilikdə 813,64 ABŞ dolları və 20 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan «xxxx» ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərci – 10 (on) manat dövlət rüsumu Cavabdeh dövlət büdcəsi xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 260-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli, 2769/14 saylı kredit müqaviləsi üzrə 376,64 ABŞ dolları əsas, 407 ABŞ dolları faiz, 30 ABŞ dolları cərimə borcu ümumilikdə 813,64 (səkkiz yüz on üç ABŞ dolları, altmış dörd sent) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə xərci – 10 (on) manat dövlət rüsumu Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1334/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1334/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver