Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1336/2020 16.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, İddiaçı “xxxxxxxxxxx” x1 nümayəndəsi x4 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” x1 Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx”x3 Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3716 (üç min yeddi yüz on altı) manat əsas borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxx” x1 nümayəndəsi x5 iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 17.07.2018-ci tarixli müqaviləsinə əsasən sonuncu aldığı alqı-satqı qiyməti 938 (doqquz yüz otuz səkkiz) manat (12 ay x 78 manat + 2 manat ilkin ödəniş) İMEİ kodu **********99131 olan Samsung Galaxy A6 markalı telefon üçün 838 manat ödənilməmiş hissə, 257 manat cərimə pulu, cəmi 1095 (min doxsan beş) manat və 07.08.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2268 (iki min iki yüz altmış səkkiz) manat (12 ay x 168 manat +252 manat ilkin ödəniş) İMEİ kodu **********35439 olan Samsung Galaxy S9 üçün 2016 (iki min on altı) manat ödənilməmiş hissə, 605 (altı yüz beş) manat cərimə pulu, cəmi 2621 (iki min altı yüz iyirmi bir) manat olmaqla, ümumilikdə 3716 manat borcu yaranmışdır. Cavabdeh cəmi 352 manat ödəniş etmişdir. Müqavilənin 3.3-cü maddəsinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Bununla da Cavabdeh “xxxxxxxxxxx” x1 xeyrinə ümumilikdə 3716 (üç min yeddi yüz on altı) manat borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 3746 (üç min yeddi yüz qırx altı) manat məbləgində pul vəsaitin tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Cavabdehməhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17.07.2018-ci tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasənCavabdeh İMEİ kodu **********99131 olan Samsung Galaxy A6 markalı telefon üçün ilkin ödəniş 2 manat, hər ay 78 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 07.08.2018-ci il tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh–“alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasənCavabdeh İMEİ kodu **********35439 olan Samsung Galaxy S9 üçün ilkin ödəniş 252 manat, hər ay168 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan “xxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş 29.01.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 17.07.2018-ci il tarixə Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsi üzrə Cavabdeh “xxxxxxxxxxx”MMC-yə 838 manat məbləğində ödənilməmiş əsas borc, 257 manat məbləğində cərimə, 07.08.2018-ci il tarixli Müddətli (Nisyə) Alqı- Satqı müqaviləsi üzrə Cavabdeh “xxxxxxxxxxx”MMC –yə 2016 manat ödənilməmiş əsas borc, 605 manat cərimə, ümumilikdə 3716 (üç min yeddi yüz on altı) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 3746 (üç min yeddi yüz qırx altı ) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsindəəşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə də, 17.07.2018-ci iltarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsinə əsasən satıcı “xxxxxxxxxxx” MMC tərəfindən alıcı Cavabdeh İMEİ kodu **********99131 olan Samsung Galaxy A6 markalı telefon ilkin ödəniş 2 manat, hər ay 78 manatödəmək şərti ilə 12 ay müddətinə, 17.07.2018-ci il tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsinə əsasən İMEİ kodu **********35439 olan Samsung Galaxy S9 üçün ilkin ödəniş 252 manat, hər ay168 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmış olsa da, alıcı Cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş və onun satıcıyaödənilməmiş ümumilikdə 3716 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən,əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış 17.07.2018-ci il və 07.08.2018-ci il tarixli müqavilələrinin 2-ci bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 2854 manat məbləğində əsas borca tənasübsüz olaraq 862 manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 862 manat məbləğində cərimə pulu azaldılaraq 30 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 2854 (iki min səkkiz yüz əlli dörd) manat məbləğində əsas borc və 30 (otuz) manat hesablanmış dəbbə pulu, ümumilikdə 2884 (iki min səkkiz yüz səksən dörd) manat məbləğində olan borc iddiaçı Cavabdeh tutularaq cavabdeh “xxxxxxxxxxx” ASC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2884 (iki min səkkiz yüz səksən dörd) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2914 (iki min doqquz yüz on dörd) manat məbləğində pul vəsaiti iddiaçı “xxxxxxxxxxx” x2 xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1336/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1336/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver