Məhkəmə qərarları › İş №2(010)-1355/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1355/2022

27.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1355/2022 27.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X5 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2807/2018 saylı, 09.04.2018-ci il tarixli qətnaməsi ilə oğlu X1 yetkinlik yaşına çatana kimi onun saxlanması üçün Cavabdeh Ənvər oğlundan hər ay sabit pul məbləği şəklində tutulması qət edilmiş 154 manat məbləğində alimentin miqdarının artırılaraq, hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməsi və hər ay cavabdehdən 193 manat sabit məbləğdə pulun aliment kimi tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh qarşı 07.03.2018-ci ildə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində “aliment tələbinə dair” iddia qaldırmış və məhkəmədən cavabdehlə birgə nikahdan anadan olmuş 15.04.2012-ci il təvəllüdlü oğlu X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin 07.03.2018-ci ildən başlayaraq cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində (hakim X4) iddia tələbinə baxılmış və iş üzrə 2(010)-2807/2018 saylı, 09.04.2018-ci il tarixli qətnamə çıxarılmışdır. Həmin qətnamə ilə onun iddia tələbi qismən təmin edilmiş və cavabdehlə birgə nikahdan 15.04.2012-ci ildə anadan olmuş oğlu X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 154 (yüz əlli dörd) manat miqdarında pulun aliment kimi Cavabdeh Ənvər oğlundan onun xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi həmin bu qətnaməni çıxaran zaman “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2018-ci il üçün ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 154 (yüz əlli dörd) manat məbləğində müəyyən edilmişdir. 2018-ci ildən indiyə kimi Azərbaycan Respublikasında ölkə üzrə yaşayış minimunun məbləği hər il artmış və 2022ci ilin yanvar ayının 1-dən uşaqlar üçün 193 (yüz doxsan üç) manat olmuşdur. Bundan başqa keçən dövr ərzində uşaq da böyümüş və onun problemləri də xeyli dərəcədə artmışdır. 15.04.2012-ci ildə anadan olmuş oğlu Mehdi Əliyev anadangəlmə “beyin iflici” xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyinə görə mütəmadi olaraq hər ay müalicələr alır. Danışa bilmir. Sərbəst hərəkət edə bilmir. Hər ay o, təkcə onun müalicələrinə ən azından 250 manat məbləğində pul xərcləməli olur. Hazırda da məhkəmənin 2018-ci ildə təyin etdiyi alimentlə oğlu Mehdi Əliyevi saxlamaq mümkün deyildir. Buna görə onun əlavə maddi köməyə ehtiyacı vardır. Cavabdeh isə könüllü olaraq onlara əlavə maddi yardım etmir. 2018-ci ildən indiyə kimi oğlu Mehdi Əliyevi o, təkbaşına, öz valideynlərinin və yaxınlarının köməkliyi ilə saxlayır, böyüdür və onun bütün problemlərini həll edir. O, oğlu Mehdi Əliyevi saxladığına və ona baxdığına görə işləmir. Elə bir uyğun iş tapa bilmir ki, həm işləsin, həm də eyni zamanda oğlu Mehdiyə baxsın. Həm xəstə uşağı saxlamaq, ona baxmaq və həm də eyni zamanda işləmək mümkün deyildir. Cavabdeh həyatda özü üçün yaşayır. Onu nə o, nə də ki, oğlu Mehdi maraqlandırmır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.04.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentlə oğlu Mehdi Əliyevi saxlamaq, eyni zamanda onu mütəmadi olaraq müalicə etdirmək onun üçün həddindən artıq çətindir. Həmin qətnamə ilə təyin edilmiş alimentlə o, oğlu Mehdinin problemlərinin heç 1/3 hissəsini həll edə bilmir. Maddi cəhətdən çox böyük çətinlik çəkir. Ona görə də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.04.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulması qət edilmiş alimentin sabit pul məbləği şəklində olan miqdarının artırılması zəruri və vacibdir. 2017-ci ildən ayrılandan sonra cavabdeh onlarla maraqlanmır. Onlara heç bir köməklik etmir. Onlarla heç bir münasibəti də yoxdur. Cavabdeh onlardan ayrılandan sonra ünvan 1 ünvanında aldığı mənzildə yaşayır. Hansı ünvanda qeydiyyatda olması ona məlum deyil. 04.10.2019-cu ilə kimi onun ata evində qeydiyyatda olmuşdur. Ondan ayrılandan sonra onlar onu evlərindən qeydiyyatdan çıxarmışlar. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə edərək bildirdi ki, cavabdehlə olan nikahı 2018-ci ildə pozulmuşdur. Bu zaman məhkəmə qətnaməsinə əsasən birgə nikahlarından doğulmuş uşaq onun yanında qalmışdır. Həmin vaxtdan da uşağa özü baxır. Məhkəmə qətnaməsi ilə uşağın saxlanılması üçün cavabdehdən 154 manat məbləğində aliment tutulması müəyyən edilsə də cavabdeh yalnız 91 manat aliment ödəyir. Cavabdeh hazırda İngiltərədə yaşadığından aliment onun buradakı əlilliyə görə aldığı təqaüdə yönəldilmişdir. Hansı ki, həmin təqaüd də indi artaraq 180 manat olmuşdur. Bu səbəbdən cavabdehdən ən azından ayda 150 manat aliment tutulmasını tələb edir. Belə ki, uşaq xəstə olduğundan ona özü baxır və bu səbəbdən heç yerdə işləyə bilmir. Uşaq xəstə olduğuna görə ayda 200 manat sosial müavinət, 80 manat isə ona baxmağa görə pul alır. Lakin bu pul onun xərclərini qarşılamağa kifayət etmir. Başqa gəliri isə yoxdur. Bu səbəbdən alimentin artırılmasını tələb edir. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. X11 tərəfindən verilmiş 18.10.2017-ci il tarixli, 3828 saylı epikrizin surətindən görünür ki, X2 “uşaq serebral iflici” diaqnozu qoyulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.04.2018-ci il tarixli, 2(010)-2807/2018 saylı qətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, 15.04.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı X3 xeyrinə hər ay sabit pul məbləğində 154 manat miqdarında alimentin tutulması qət edilmişdir. İşin faktiki halları. İddiaçı və Cavabdeh birgə nikahından 21.10.2013-cü il təvəllüdlü X6 doğulmuşdur. Tərəflər arasında olan nikah pozularkən birgə nikahdan doğulan uşağın İddiaçı yanında qalması müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.04.2018-ci il tarixli, 2(010)-2807/2018 saylı qətnaməsi ilə uşağın saxlanılması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda isə İddiaçı məhkəmədən Cavabdeh tutulan aliment miqdarının artırılmasını, uşağın saxlanılması üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı qismən müdafiə etmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası: Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarı: 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi.

İşin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaq hazırda iddiaçının yanında qalır. Bu baxımdan məhkəmə hesab edir ki, uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cari ildə uşaqların saxlanılması üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğ (193 manat) tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Bununla belə uşağın saxlanılması üçün müəyyən edilmiş minimum istehlak səbətinin təmin edilməsinin yalnız valideynlərdən birinin, yəni atanın üzərinə qoyulması nəticəsinə gəlmək ədalətli hesab edilə bilməz. Belə ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və bu vəzifə valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Nəzərə alınmalıdır ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir. Həmçinin, məhkəmə iclasında izahat verən iddiaçı özü də iddianı qismən müdafiə edərək, alimentin ən azından 150 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. Bütün bu yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 175 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşağın üstün maraqlarına uyğundur.

Məhkəmə xərci.

Məhkəmə xərci ilə bağlı qeyd edilməlidir ki, alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (175x12=2100 manat) mütənasib olan 41 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, 21.10.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.04.2018-ci il tarixli, 2(010)-2807/2018 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27.04.2022-ci il tarixli, 2(010)-1355/2022 saylı qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilməmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. 21.10.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.04.2018-ci il tarixli, 2(010)-2807/2018 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27.04.2022-ci il tarixli, 2(010)-1355/2022 saylı qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.04.2018-ci il tarixli, 2(010)-2807/2018 saylı saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi tam icra edildikdən sonra ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar