Məhkəmə qərarları › İş №2(010)-1364/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1364/2022

27.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1364/2022 27.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X6 iclas katibliyi, İddiaçının nümayəndəsi X* iştirakı ilə, İddiаçı Sumqayıt şəhər Probasiya Şöbəsinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiаçı Sumqayıt şəhər Probasiya Şöbəsi Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh mobil nəzarət qurğusunun xüsusi proqram təminatı ilə dəyəri, yəni *346,03 manat məbləğində pulun nəzarət subyektindən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əkbərov X7 Rayon Məhkəməsinin *(0*2)- 275/20*9 saylı, 03.06.20*9-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *77.2.*, *77.2.3, 66.5 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə nəzarət edən orqana məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00dək yaşadığı ünvanı tərk etməmək, Bakı şəhəri və Abşeron rayonunun ərazi hüdudlarından kənara çıxmamaq vəzifəsi qoyulmuşdur. Həmin hökm və onun icrası barədə göstəriş icra olunması üçün Bakı şəhəri Suraxanı rayon İcra və probasiya Şöbəsindən aidiyyəti üzrə göndərilmiş, 06.08.2020-ci il tarixdə Sumqayıt Şəhər Probasiya Şöbəsinin icraatına daxil olmuş və məhkum Cavabdeh 0*.04.20*9-cu il tarixdə Suraxanı rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmışdır. 02.*2.20*9-cu il tarixdə Suraxanı rayon İcra və probasiya Şöbəsi tərəfindən ona elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı, 3 ədəd ev siqnal ötürücüsü təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın çəkilmə qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Cavabdeh 28.07.202*-ci il tarixli izahatında bildirmişdir ki, mobil nəzarət qurğusunu əlindən salaraq zədələmiş, onu yararsız hala salmış və maddi ziyan vurulmuşdur. Mobil nəzarət qurğusunun dəyəri *346.03 manat təşkil edir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlamaq vəzifələri qoyulmuşdur. Buna baxmayaraq, 28.07.202*-ci il tarixdə məhkuma təhkim edilmiş elektron qolbaqdan siqnal gəlməməsi barədə Monitorinq İdarəsindən məlumat daxil olmuşdur. Bundan sonra məhkum Şöbəyə dəvət edilmiş, izahatı alınmışdır. O, izahatında mobil nəzarət qurğusunu əlindən salaraq zədələdiyini, cihazı yararsız hala salmaqla maddi ziyan vurduğunu qəbul etmişdir. Hansı ki, bu cihazlar sındıqdan sonra onun təmiri mümkün olmur. Bu səbəbdən mobil nəzarət qurğusunun xüsusi proqram təminatı ilə dəyəri, yəni *346.03 manat məbləğində pulun cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Abşeron Rayon Məhkəməsinin 03.06.20*9-cu il tarixli, *(0*2)-275/20*9 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-nin *77.2.* və *77.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08.02.20*9-cu il tarixli hökmü ilə təyin edilmiş 0* il 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına qismən toplanaraq ona qəti olaraq 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cavabdeh təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının həbsdə olduğu 02 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutularaq çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Cavabdeh üzərinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08.02.20*9-cu il tarixli, *(007)-97/20*9 saylı hökmünə əsasən qoyulmuş hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri dəyişdirilmədən qüvvədə saxlanılması və tətbiq olunmaqla davam etdirilməsi hökm edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *9.02.2020-ci il tarixli, 7(0*0)-82/2020 saylı qərarına əsasən, məhkum Cavabdeh yaşayış yeri kimi ünvan 2 ünvanı müəyyən edilmiş, məhkum Cavabdeh üzərinə Abşeron Rayon Məhkəməsinin *(0*2)-275/20*9 nömrəli iş üzrə 03.06.20*9-cu il tarixli hökmü ilə qoyulmuş “Bakı şəhərini tərk etməmək” vəzifəsi “Bakı şəhərinin və habelə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək” vəzifəsi ilə əvəz edilmişdir. Suraxanı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 02.*2.20*9-cu ildə Cavabdeh barəsində “azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi” barədə protokol tərtib edilmiş, protokol Cavabdeh Yaşar oğlu tərəfindən imzalanmışdır. Suraxanı Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları X2, X3 və hal şahidi X5 iştirakları *6.*2.20*9-cu ildə elektron qolbağın zədələnməsi ilə bağlı akt tərtib edilmiş, *5.*2.20*9-cu il tarixdə “qolbaq açılıb” siqnalı ilə bağlı qolbağa baxış keçirildiyi, məhkum Cavabdeh məxsus qolbağın qırıldığı, ayağın qolbaq taxılan hissəsinin zədələndiyi müəyyən edilmişdir. Suraxanı Rayon İcra və Probasiya Şöbəsinin *6.*2.20*9-cu il tarixli “azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tənbeh tədbirinin tətbiq edilməsi barədə” qərarın surətindən görünür ki, üzərinə qoyulmuş elektron qolbağı gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələrini pozduğundan Cavabdeh töhmət verilmişdir. Məhkum Cavabdeh tərəfindən Sumqayıt şəhər Probasiya Şöbəsinə verilmiş 28.07.202*-ci il tarixli izahatın surətindən görünür ki: “Bir il olar ki, mobil nəzarət qurğusunun enerji qoşan kabeli xarab olduğundan mobil nəzarət qurğusu sönülüdür. Yaşadığım yeri Abşeron rayon İcra və probasiya Şöbəsinə məlumat vermədən dəyişməklə cəzaçəkmə şərtlərini pozduğuma görə və mobil nəzarət qurğusunu saxladığıma görə də məsuliyyətimi dərk edirəm”. Maliyyə və təminat idarəsinin 02.**.20*8-ci il tarixli məktubundan görünür ki, probasiya xidmətinin qeydiyyatında olan, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğularının itirilməsi və yararsız hala salınması hallarında, cədvəldə qeyd olunan biometrik məlumatların yoxlanması üçün lisenziyaların * ədədinin dəyəri 88.26 manat; ev siqnalı ötürücüsü * ədədinin dəyəri *08.32 manat; mobil nəzarət qurğuları xüsusi proqram təminatı ilə * ədədinin dəyəri *346,03 manat; elektron qolbaqlar (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazlarla birlikdə) GSM 800/909/*800/*900 Mhz internet qoşulma 2G/3G GNSS GPS/GLONASS 600 Mah Li-on) * ədədinin dəyəri 637.9* manatdır. İşin faktiki halları. Cavabdeh Əkbərov X7 Rayon Məhkəməsinin 03.06.20*9-cu il tarixli, *(0*2)-275/20*9 saylı hökmü ilə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərində qəti olaraq 2 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmlə məhkum Cavabdeh üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlamaq üçün ona xidmət etmək kimi vəzifələr qoyulmuşdur. Cəzanın icrası ilə əlaqədar məhkum Cavabdeh elektron qolbaq və ona bağlı elektron nəzarət vasitələri təhkim edilmişdir. Hazırda iddiaçı Sumqayıt şəhər Probasiya İdarəsi məhkum-Cavabdeh ona təhkim edilmiş və üzərinə işlək vəziyyətdə saxlanılması vəzifəsi qoyulmuş qolbağı zədələdiyini iddia edərək dəymiş zərəri cavabdehdən tələb edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi: Maddə *5-2. Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri. *5-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. *5-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *0 aprel 20*8-ci il tarixli, *44 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin” Siyahısı: *. Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə aşağıdakı elektron nəzarət vasitələri tətbiq edilə bilər: *.*. elektron qolbaq – məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin ayağına bağlanılan, onun coğrafi yerdəyişməsini izləyən və məlumatı monitorinq mərkəzinə ötürən elektron cihazdır. Elektron qolbaq müstəqil və ya nəzarət qurğuları ilə kompleksdə işləyə bilər... “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi” Qayları:

2. Elektron nəzarət vasitələrinin tətbiqinə dair tələblər. 2.3. Elektron nəzarət vasitələri tətbiq olunan nəzarət subyektinə müvafiq olaraq icra məmuru (probasiya üzrə) və polis orqanının müvafiq vəzifəli şəxsi tərəfindən məhkəmənin qərarının icrası qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri ilə yanaşı konkret nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması tələbi, bunun üçün görülməli olan işlər, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi izah edilir, ona yaddaş kitabçası verilir və bu barədə protokol tərtib olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 2*. Zərərin əvəzinin ödənilməsi. 2*.*. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 2*.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 2*.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə *096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. *096.*. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə *097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları *097.*. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Cavabdeh məhkum kimi işlək vəziyyətdə saxlamağa borclu olduğu elektron qolbağı zədələmiş, qolbağa 637.9* manat məbləğində zərər vurmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhər Probasiya İdarəsi həmin zərəri Cavabdeh tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.* Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.*.2. iddia qiyməti *.000 manatdan *0.000 manatadək olduqda – 30 manat + *.000 manatdan yuxarı olan iddia qiymətinin * faizi. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.*. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: ...9.*.*4. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr... 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi.

Məhkəmə hesab edir ki, məhkum Cavabdeh ona təhkim edilmiş və üzərinə işlək vəziyyətdə saxlanılması vəzifəsi qoyulmuş qolbağı zədələmişdir. Məhkəmə cavabdehi elektron qolbağa dəymiş zərərə görə təqsirli hesab edərkən xüsusən o halı nəzərə alır ki, Cavabdeh Probasiya Şöbəsinə verdiyi izahatda bir ildir ki, mobil nəzarət qurğusunun “xarab olduğunu” və işləmədiyini qəbul etmişdir. Halbuki, o, işlək vəziyyətdə saxlamağa borclu olduğu bu qolbağın işləmədiyi müəyyən edən kimi dərhal probasiya xidməti məmuruna məlumat verməyə borclu idi. Cavabdeh özü də verdiyi izahatda cihaza vurduğu maddi ziyana görə məsuliyyətini dərk etdiyini bildirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh ona təhkim edilmiş və işlək vəziyyətdə saxlamağa borclu olduğu elektron nəzarət vasitəsini öz təqsirli hərəkətləri ilə zədələmişdir. Odur ki, iddiaçı elektron qolbağa dəymiş zərərin cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri.

Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olduğundan və iddia təmin edildiyindən ödənilməmiş 33.46 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh *346.03 manat (min üç yüz qırx altı manat üç qəpik) məbləğində maddi zərər tutularaq Sumqayıt şəhər Probasiya İdarəsinə ödənilməli, ödənilməmiş 33.46 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*4, 2*6-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT E T D İ:

İddia təmin edilsin. Cavabdeh *346.03 manat (min üç yüz qırx altı manat üç qəpik) məbləğində pul tutularaq iddiaçı Sumqayıt şəhər Probasiya İdarəsinə ödənilsin. Ödənilməmiş 33.46 manat (otuz üç manat qırx altı qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar