Məhkəmə qərarları › İş №2(010)-137/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-137/2020

05.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-137/2020 05.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər «Badu-Kubə” MTK-ya və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər «Badu-Kubə” MTK-ya və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MTK və Cavabdeh2 30 dekabr 2006-cı il tarixli mənzil alqı-satqısına dair müqavilə üzrə ödənilməyən 116.2 m2 yaşayış sahəsini dəyəri olan 35790 manat, 60000 manat miqdarında əldən çıxmış fayda və 30 manat dövlət rüsumu olmaqla, cəmi 95820 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 məhkəməyə iddia həcminin azaldılmasına dair ərizə təqdim edərək 177 saylı mənzilə dair iddia tələbində göstərilən məbləğin və əldən çıxmış faydanın proporsional şəkildə azaldaraq «Badu-Kubə” MTK-dan və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahat verərək bildirmişdir ki, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi ilə ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasından mənzil almaq barədə razılığa gəlməklə 30 dekabr 2006-cı il tarixində iki müqavilə bağlayıblar. Həmin müqavilələrə əsasən İddiaçı qeyd olunan binanın üçüncü mərtəbəsində yerləşən ümumi sahəsi 144,5 m2 olan 172 saylı və dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 144,5 m2 olan 177 saylı mənzillərin hər birinin dəyəri 44.500 manat olmaqla, ümumilikdə 89.000 manatı MTK-ya ödəmişdir. Həmin mənzillərin dəyərinin tam ödənilməsi və müvafiq məbləğlərin MTK-nın hesabına mədaxil olunmasını 30.12.2006-cı il tarixli kassa mədaxil orderi ilə təsdiq edilir. Buna baxmayaraq, cavabdeh MTK-ya 2007-ci ildə sədr seçilmiş Cavabdeh2 qeyd olunan alqı-satqı müqaviləsinin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi qanunsuz və əsassız olaraq birtərəfli qaydada yerinə yetirməkdən imtina edərək, həmin mənzilləri iddiaçıya təhvil verməmişdir. Bu səbəbdən də, "xxxx" Mənzil Tikinti Kooperativi və Cavabdeh2 qarşı onun tərəfindən “müqavilə üzrə öhdəliyin icra edilməsi və vurulmuş maddi zərərin ödənilməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət edilmiş, ünvan 1 ünvanında inşa edilən binanın üçüncü mərtəbəsində yerləşən, ümumi sahəsi 144,5 m2 olan 172 saylı və dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 144,5 m2 olan 177 saylı mənzillərin alınaraq İddiaçı təhvil verilməsi və həmçinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi müqavilə öhdəliyinin icra edilməsi hissəsində təmin edilərək, ünvan 1 ünvanında inşa etdiyi binanın üçüncü mərtəbəsində yerləşən, ümumi sahəsi 144,5 m2 olan 172 saylı və dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 144,5 m2 olan 177 saylı mənzillərin iddiaçıya verilməsi hissədə təmin edilmiş, vurulmuş maddi zərərin ödənilməsinə dair hissədə isə təmin olunmamışdır. Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsinin icrası zamanı məlum olmuşdur ki, cavabdeh MTKnın inşa etdiyi binadakı 172 və 177 saylı mənzillərin sahələri MTK tərəfindən qat-qat azaldılaraq bir neçə mənzil kimi ayrı-ayrı şəxslərə satılmışdır və artıq həmin mənzillərin hər biri 144.5 m2 deyil, faktiki olaraq 177 saylı mənzil 71,3 m2, 172 saylı mənzil isə 101,5 m2 -dir. Buna görə də İddiaçı tərəfindən Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsinə izah verilməsi barədə məhkəməyə müraciət edilmiş, Suraxanı Rayon Məhkəməsinin 14 iyun 2016-cı il tarixli qərardadı ilə məhkəmə izah etmişdir ki, hər birinin sahəsi 144.5 m2 təşkil edən 2 ayrı-ayrı mənzillər cavabdeh MTK-dan alınaraq İddiaçı təhvil verilməlidir. Cavabdeh "xxxx" MTK-nın rəhbərliyi İddiaçı verilməli olan mənzilləri artıq başqa şəxslərə verdiklərini bildirərək, həmin mənzillərin əvəzinə, eyni binadan müvafiq olaraq ölçüləri 94.9 m2 olan 143 saylı, 58.0 m2 olan 144 saylı, 67.8 m2 olan 163 saylı və 71.3.0 m2 olan 195 saylı mənzilləri təklif etmiş və bu razılaşma cavabdeh MTK-nın rəhbərliyi, hal şahidləri və icra məmurunun iştirakı ilə 22 avqust 2016-cı il tarixdə aktlaşdırılaraq İddiaçı təhvil verilmiş, bundan sonra icra məmurunun təqdimatı Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli qərardadı ilə təmin edilərək,03.02.2016cı il tarixli icra sənədinin icrasına xitam verilmişdir. 22 avqust 2016-cı il tarixdə aktlaşdırılmış həmin razılaşmaya əsasən, iddiaçıya təqdim edilən mənzillər onun tərəfindən qəbul edilib, icra işi üzrə icraata xitam verildikdən sonra borclu MTK və ayrı-ayrı payçılar tərəfindən məhkəməyə müraciətlər olunmuş və Suraxanı Rayon Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli qərardadı ilə 14 oktyabr 2016-cı il tarixli qərardadı ləğv edilərək, razılaşma əsasında cavabdeh tərəfindən iddiaçıya verilmiş 143, 144, 163 və 195 saylı mənzillər geri alınaraq, cavabdehə və həmin payçılara qaytarılmışdır. Bundan sonra İddiaçı qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə ona təhvil verilməli olan mənzillərin icra qaydasında alınıb ona verilməsinin təmin edilməsini tələb etmiş və Suraxanı rayon İcra Şöbəsinin əməkdaşının, həmçinin borclu MTK-nın rəhbərliyinin iştirakları ilə tərtib edilmiş 02 noyabr 2017-ci il tarixli aktla icra sənədinə əsasən ona təhvil verilməli olan 172 və 177 saylı mənzillər təhvil verilmişdir. Cavabdehlə arasında olan 30 dekabr 2006-cı il tarixli alqı-satqı müqavilələrinə əsasən iddiaçı cavabdehə ümumi sahəsi 289 m2 olan iki ayrı-ayrı 172 və 177 saylı mənzillərə görə 89.000 manat pulu nəğd şəkildə birdəfəyə ödədiyi halda, hazırda ona cavabdeh tərəfindən ümumi sahəsi 172,8 m2 olan 172 və 177 saylı mənzillər təhvil verilmiş, çatışmayan 116,2 m2 yaşayış sahəsini ona təhvil verməməklə müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, həmçinin cavabdehə müqavilə üzrə ödədiyi həmin çatışmayan 116,2 m2 yaşayış sahəsinin dəyəri olan 35790 manat iddiaçıya geri qaytarılmamışdır. Ona görə də hesab edir ki, ünvan 1 ünvanında inşa etdiyi binanın dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 144,5 m2 olan 177 saylı mənzilinin çatışmayan sahəsinin dəyəri cavabdehdən tutularaq ona ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehlər iddiaçıya uzun müddət ərzində müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədikləri və əsassız olaraq onun pulunu uzun müddət ərzində saxlayaraq, iddiaçını həmin pulundan faydalanmaqdan məhrum etməklə ona zərər vurmuşdur. Belə ki, iddiaçı qeyd olunan həmincavabdehlərə ödədiyi əlavə pulu müxtəlif sahələrə yönəlməklə, banka depozitinə yerləşdirmək, mənzil alıb kirayə vermək, özünün kommersiya fəaliyyətinə yatırmaqla qazanc əldə edə bilərdi. Cavabdehlər isə iddiaçını bu imkandan məhrum etməklə yanaşı, məhkəmələrə müraciət etməyə məcbur etmişlər. Qeyd olunanlara əsasən ünvan 1 ünvanında inşa edilən binanın dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 144,5 m2 olan 177 saylı mənzil üçün əlavə ödənilmiş məbləğin və əldən çıxmış faydanın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 2(010)-475/2016 saylı 03.02.2016-cı il tarixli icra vərəqəsinin kserosurətindən görünür ki, İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi və maddi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi qismən təmin edilərək, cavabdeh "xxxx" MTK-nın iddianı qismən etiraf etməsi təsdiq edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, İV mərtəbədə yerləşən 3 otaqlı, 177 saylı mənzil və Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, İİİ mərtəbədə yerləşən 3 otaqlı, 172 saylı mənzil Cavabdeh "xxxx" MTK-dan alınaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 02.11.2017-ci il tarixli Aktın məzmunundan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, 177 saylı mənzil İddiaçı təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 22.08.2016-cı il tarixli Aktdan görünür ki, Suraxanı rayon məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsi və həmin qətnaməyə izah verilməsi barədə 14 iyun 2016-cı il tarixli qərardadına əsasən tələbkar İddiaçı Yeni Günəşli Qəsəbəsi, Günəşli küçəsi 13 M ünvanda "xxxx" MTK tərəfindən inşa edilən binadan 290 kv.m mənzil sahəsinin verilməsi üçün Giriş 3, mərtəbə 3, 163 saylı mənzil (67.8 kv.m), Giriş 3, mərtəbə 8, 195 saylı mənzil (71.3.0 kv.m), Giriş 2, mərtəbə 14, 143 saylı mənzil (94.9 kv.m), Giriş 2, mərtəbə 14, 144 saylı mənzil (58.0 kv.m) təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 1781/2019 saylı 24.05.2019-cu il tarixli qərardadının kserosurətindən görünür ki, iddiaçı X2 cavabdehlər Suraxanı rayon İcra və Probasiya Şöbəsi, İddiaçı və 3-cü şəxs "xxxx" MTK-ya qarşı “mənzilin boşaldılıb təhvil verilməsi” tələbinə dair iddiası üzrə işin icraatına xitam verilməsi qərara alınmışdır. Tərəflərə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələblərinə əsasən “işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.” İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 83/2019 saylı 18.04.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X5 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK) “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilərək, ünvan 2 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 172 saylı mənzilindən cavabdeh X7 ailə üzvləri ilə birlikdə çıxarılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 475/2016 saylı 03.02.2016-cı il tarixli qərardadının surətindən görünür ki, İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi və maddi zərərin ödənilməsi” tələbi barədə mülki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03.02.2016-cı il tarixli 2(010)-475/2016 saylı qətnaməsinə izah verilməsi barədə İddiaçı ərizəsi təmin edilərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03.02.2016-cı il tarixli 2(010)-475/2016 saylı qətnaməsi ilə qət edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, İV mərtəbədə yerləşən 3 otaqlı, 177 saylı mənzilin və Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, İİİ mərtəbədə yerləşən 3 otaqlı, 172 saylı mənzilin cavabdeh "xxxx" MTK-dan alınaraq İddiaçı təhvil verilməsi hissəsi – hər birinin ümumi sahəsi 144,5 kv.metr təşkil edən 2 ayrı-ayrı mənzilləri özündə ehtiva edir. Həmin ölçüdə mənzillər cavabdeh "xxxx" MTK-dan alınaraq İddiaçı təhvil verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 30.12.2006-cı il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativinin sədri X6 Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində tikilən binada ümumi sahəsi 144.5 kv.metr olan 177 saylı mənzil İddiaçı satılmışdır. İş materiallarına əlavə edilmiş 30.12.2006-cı il tarixli mədaxil qəbzinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində tikilən binada ümumi sahəsi 144.5 kv.metr olan 177 saylı mənzil üçün 44500 manat ödəmişdir. İş materiallarına əlavə edilmiş şəhadətnamə-arayışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində tikilən binada ümumi sahəsi 144.5 kv.metr olan 177 saylı mənzilin dəyərini «Badu-Kubə” MTK-ya ödəmişdir. İş materiallarına əlavə edilmiş 30.12.2006-cı il tarixli mədaxil qəbzinin kserosurətindən görünür ki, İddiaçı Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində tikilən binada ümumi sahəsi 144.5 kv.metr olan 172 saylı mənzil üçün 44500 manat ödəmişdir. İş materiallarına əlavə edilmiş şəhadətnamə-arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində tikilən binada ümumi sahəsi 144.5 kv.metr olan 172 saylı mənzilin dəyərini «Badu-Kubə” MTK-ya ödəmişdir. İş materiallarına əlavə edilmiş 30.12.2006-cı il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativinin sədri X6 Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində tikilən binada ümumi sahəsi 144.5 kv.metr olan 172 saylı mənzillər İddiaçı satılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21.12.2018-ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi və maddi zərərin ödənilməsi” tələbi barədə mülki iş üzrə Bakı Apellyasiya MK-nın 12.07.2018-ci il tarixli qətnaməsindən maraqlı şəxs X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş 12.06.2018-ci il tarixli kommunal xidmətlərin göstərilməsinə dair Müqavilədən müəyyən olunur ki, bu müqavilə "xxxx" MTK-nın sədri X8 ilə Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa edilmiş 13 M saylı binadan 71.3 kv.m 177 saylı mənzil almış İddiaçı arasında bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Xidmət göstərən” Payçı ya kommunal xidmət göstərir. 13 M saylı binada mənzilləri olan Payçılar isə kooperativ təsisçilərinin ümumi yığıncağının 27.12.2013-cü il tarixli protokoluna və 28.08.2017-ci il tarixli daxili əmrinə əsasən aldıqları mənzilin hər kv.m üçün 0=25 AZN xidmət haqqı ödəmək öhdəliyini üzərlərinə götürür. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 475/2016 saylı 03.02.2016-cı il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi və maddi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi qismən təmin edilərək, cavabdeh "xxxx" MTK-nın iddianı qismən etiraf etməsi təsdiq edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, İV mərtəbədə yerləşən 3 otaqlı, 177 saylı mənzil və Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, İİİ mərtəbədə yerləşən 3 otaqlı, 172 saylı mənzil Cavabdeh "xxxx" MTK-dan alınaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolllegiyasının 2(103)-5821/2018 saylı 12.07.2018-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi və maddi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin tarixli qətnaməsindən maraqlı şəxs X4 tərəfindən verilmiş 03.02.2016-cı il tarixli qətnaməsindən X7 və X4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-475/2016 saylı 03.02.2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, 4-cü mərtəbədə yerləşən 3 otaqlı, 177 saylı mənzil və Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, 3-cü mərtəbədə yerləşən 3 otaqlı, 172 saylı mənzilin cavabdeh "xxxx" MTK-dan alınaraq İddiaçı təhvil verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 20.04.2020-ci il tarixli Ekspert rəyindən görünür ki,Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində inşa edilən binada yerləşən 172 saylı mənzilin qapısı bağlı olduğundan həmin mənzilə baxış keçirilməsi mümkün olmamışdır. Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində inşa edilən binada yerləşən 177 saylı mənzilin faktiki ümumi sahəsi 63.8 kv.metr müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində inşa edilən binada yerləşən 172 saylı mənzilin qapısı bağlı olduğundan həmin mənzilə baxış keçirilməsi mümkün olmamışdır. Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində inşa edilən binada yerləşən 177 saylı mənzilin faktiki ümumi sahəsi 63.8 kv.metr müəyyən edilmişdir. Beləliklə hazırki iş üzrə aparılmış məhkəmə araşdırması zamanı iş üzrə əldə edilmiş sübutlardan müəyyən edilmişdir ki, "xxxx" MTK tərəfindən inşa edilmiş mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşən 13 M saylı binanın üçüncü mərtəbəsində yerləşən ümumi sahəsi 144,5 m2 olan 172 saylı və dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 144,5 m2 olan 177 saylı mənzillər həmin MTK tərəfindən 30.12.2006-cı il tarixli müqavilələrə əsasən İddiaçı kooperativə pay haqqı ödənilməklə və üzvlüyə qəbul edilməklə satılmışdır. 30.12.2006-cı il tarixli müqavilələrə əsasən İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşən 13 M saylı binanın üçüncü mərtəbəsində yerləşən ümumi sahəsi 144,5 m2 olan 172 saylı və dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 144,5 m2 olan 177 saylı mənzillərin hər birinin dəyəri 44.500 manat olmaqla, ümumilikdə 89.000 manat "xxxx" MTK–nə ödəmişdir. Lakin cavabdehlər 30.12.2006-cı il tarixli müqavilənin şərtlərini pozaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşən 13 M saylı binanın dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 144,5 m2 olan 177 saylı mənzilin ümumi sahəsi müqavilədə səhv göstərilməklə iddiaçıdan əlavə ödəniş alınmışdır. Belə ki, aparılmış ekspertiza tədqiqatı nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşən 13 M saylı binanın, 177 saylı mənzilinin ümumi sahəsi 63.8 kv.metr müəyyən edilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 177 saylı mənzilə dair iddia tələbində göstərilən məbləğin və əldən çıxmış faydanı proporsional şəkildə azaldaraq «Badu-Kubə” MTK-dan və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli mənzilin alqı-satqı müqaviləsi İddiaçı ilə "xxxx" MTK arasında bağlanmışdır. Mülki Məcəllənin 110-3.1-ci maddəsinə əsasən Kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir. Belə olan halda "xxxx" MTKnin iddiaçı qarşısında hazırki iddia tələbi ilə bağlı daşıdığı öhdəliklərə görə "xxxx" MTK-nin müxtəlif vaxtlarda sədri olmuş Cavabdeh2 cavabdehlik daşımır. Odur ki, iddia tələbi müxtəlif vaxtlarda MTK-nın sədri olmuş Cavabdeh2 deyil, "xxxx" Mənzil Tikinti Kooperativinə aid hissədə təmin edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə verilmiş rəydə göstərilənləri nəzərə alınaraq iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşən 13 M saylı binanın, 177 saylı mənzilinin çatışmayan 1kv.m 308 manat olmaqla (144,5-63,8) 80.7kv.m sahəsinə görə 24855,60 (iyirmi dörd min səkkiz yüz əlli beş manat, 60 qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. Lakin iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddia əldən çıxmış fayda hissəsində təmin edilməməlidir. Əvvəla məhkəmə qeyd edir ki, iddianın bu hissəsi tam əsaslandırılmamış və həmin məbləğdə əldən çıxmış faydanın haradan və necə yaranması məhkəmədə müəyyən edilməmişdir. İddiaçı iddia tələbinin bu hissəsini sübuta yetirəcək mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşən 13 M saylı binanın, 177 saylı mənzilinin çatışmayan 80.7kv.m sahəsinə görə 24855,60 (iyirmi dörd min səkkiz yüz əlli beş manat, 60 qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri -100 (yüz) manat cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar