Məhkəmə qərarları › İş №2(010)-1375/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1375/2021

05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1375/2021 05.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 009R********** saylı kredit razılaşması üzrə 719,89 manat məbləğində kredit üzrə əsas borc, 100,49 manat məbləğində faiz borcu və 177,87 manat məbləğində cərimə olmaqla - cəmi 998,25 manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 09L**********81 №-li uzunmüddətli kredit müqaviləsinə əsasən ona 120 ay müddətinə 100.000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqavilənin tələblərinə görə ona veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1nın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 Bankla bağlanmış xx xxxxxx 2019cu il tarixli Zaminlik Müqaviləsinə əsasən Bank qarşısında zamin olaraq kredit xətti müqaviləsi üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin Kredit xətti müqaviləsi çərçivəsində kredit alan Cavabdeh1 kredit verən İddiaçı QSC ilə bağladığı xx xxxxxx 2019-cu il tarixli 009R********** №-li Kredit Razılaşması əsasında aylıq faiz dərəcəsi 2,0833 % olmaqla, 12 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Bankdan 2.000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 Kredit Razılaşmasının şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmiş və hal-hazıra kimi müqavilə öhdəliklərini tam yerinə yetirməmişdir. Cavabdeh1 aldığı kredit borcu ilə əlaqədar müəyyən məbləğdə ödənişlər etmiş olsa da, sonradan dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqları nəzərə almadan müqavilə üzrə heç bir ödənişlər aparmamışdır. Həmçinin Cavabdeh1 kredit və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmadığı üçün xx xxxxxx 2020-ci il tarixə müqavilə üzrə 719,89 manat əsas borc, 100,49 manat faiz borcu və 177,87 manat cərimə borcu vardır. Ona görə də, iddia tələbinin təmin olunmasını və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 719,89 manat məbləğində kredit üzrə əsas borc, 100,49 manat faiz borcu və 177,87 manat cərimə olmaqla - cəmi 998,25 manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, o, xx xxxxxx 2019-cu il tarixli Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixli 09L**********81 №-li uzunmüddətli kredit müqaviləsi və onun əsasında bağlanmış kredit razılaşması üzrə götürmüş olduğu kreditə zamin durmuşdur. Lakin onun həmin pulu ödəməyə maddi imkanı yoxdur. Həmin borc əsas borclu Cavabdeh1 tərəfindən ödənilməlidir. Ona görə də ona olan hissədə iddia tələbinin təmin edilməməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli 09L**********81 №-li Uzun müddətli Kredit Müqaviləsindən görünür ki, İddiaçı QSC “Kredit verən” və Cavabdeh1 “Kredit alan” olmaqla, sonuncuya bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında 120 ay müddətinə hissələrlə verilən kreditlər üçün 2.000 manat məbləğində kredit xətti açılmışdır. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, kreditlər tərəflər arasında “Kredit Razılaşması” və “Bank qarantiyası verilməsi haqqında müqavilə” formasında bağlanmış ayrıca Razılaşmalar əsasında veriləcək. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən, Verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşması ilə müəyyən edilir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli 009R********** №-li Kredit Razılaşmasından görünür ki, İddiaçı QSC “Kredit verən” və Cavabdeh1 “Kredit alan” olmaqla, sonuncuya xx xxxxxx 2019-cu il tarixli 09L**********81 №-li Kredit xətti Müqaviləsinə uyğun olaraq 12 ay müddətinə aylıq faiz dərəcəsi 2.0833% olmaqla 2.000(iki min) manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 1.2.-ci bəndinə əsasən, Kredit alan bu Kredit Razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilmiş Ödəniş Planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Müqavilənin 4.2.2-ci bəndinə əsasən, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəyir. İş materiallarından görünür ki, Cavabdeh1nın Banka olan borcunu ödəməsi üçün ayın müvafiq günlərində ödəniş edilməsi üçün cədvəl tərtib edilmiş və xx xxxxxx 2019-cu il tarixli 009R********** №-li Kredit Razılaşması üzrə ödənişin son tarixi xx xxxxxx 2020-ci il müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı QSC tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1nın xx xxxxxx 2019-cu il tarixli 009R********** №-li Kredit Razılaşması üzrə xx xxxxxx 2020-ci il tarixinə Banka 719,89 manat məbləğində əsas borcu, 100,49 manat məbləğində faiz borcu və 177,87 manat məbləğində cərimə borcu olmaqla cəmi 998,25 manat məbləğində borcu vardır. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim etdiyi İddiaçı QSC tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1nın xx xxxxxx 2019-cu il tarixli 009R********** №-li Kredit Razılaşması üzrə xx xxxxxx 2020-ci il tarixinə Banka 719,89 manat məbləğində əsas borcu, 26,73 manat məbləğində faiz borcu və 65,74 manat məbləğində cərimə borcu olmaqla - cəmi 812,36 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarında olan “borcverən” İddiaçı QSC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 009S**********02 №-li Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2, kreditor Bank qarşısında xx xxxxxx 2019-cu il tarixli 09L**********81 №-li Uzun müddətli Kredit Müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsinə görə zamin qismində öhdəlik götürmüşdür. Həmin Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə də, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixli 09L**********81 №-li Uzun müddətli Kredit Müqaviləsi və xx xxxxxx 2019-cu il tarixli 009R********** №-li Kredit Razılaşması ilə, cavabdeh Cavabdeh2 xx xxxxxx 2019-cu il tarixli 009S**********02 №-li Zaminlik müqaviləsi ilə götürdükləri öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və İddiaçı QSC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə şərtlərinə uyğun ödəməmiş və bununla da, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişlər. İş materiallarından görünür ki, cavabdehlərə borcun vaxtında ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd olunur ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 719,89 manat məbləğində əsas borcun tutulması hissəsində iddia tələbi əsaslıdır və həmin hissədə iddia tam təmin olunmalıdır. Lakin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və X3 müştərək qaydada “100,49 manat məbləğində faiz borcunun tululması” hissəsində isə iddia qismən təmin edilməli və məhkəmə baxışı zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilən kredit borcunun müqavilə müddətinin sonuna, yəni xx xxx 2018-ci il tarixinə hesablandığı maliyyə arayışı və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarı nəzərə alınmaqla, cavabdehlərdən xx xxxxxx 2019-cu il tarixli 009R********** №-li Kredit Razılaşmasının sonunadək, yəni xx xxxxxx 2020-ci il tarixinədək hesablanmış cəmi 26,73 manat məbləğində faiz borcu tutulmalıdır. Çünki, iddia tələbində xx xxxxxx 2020-ci il tarixə hesablanmış “100,49 manat məbləğində faiz borcunun tutulması” tələb edilsə də, məhkəmə araşdırması zamanı iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi maliyyə arayışında xx xxxxxx 2019-cu il tarixli 009R********** №-li Kredit Razılaşmasının sonuna, yəni xx xxxxxx 2020-ci il tarixinə borc alan Cavabdeh1nnun xx xxxxxx 2019-cu il tarixli 009R********** №-li Kredit Razılaşması üzrə cəmi 26,73 manat məbləğində faiz borcu olduğu göstərilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın “177,87 manat məbləğində cərimənin tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla, cərimə məbləği azaldılaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 müştərək qaydada cəmi 10 (on) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, xx xxxxxx 2019-cu il tarixli 009R********** №-li Kredit Razılaşması üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 719,89 manat məbləğində əsas borc, 26,73 manat məbləğində faiz borcu və 10 (on) manat məbləğində cərimə olmaqla - cəmi 756,62 manat məbləğində borc tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Ona görə də, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 719,89 (yeddi yüz on doqquz manat 89 qəpik) manat məbləğində əsas borc, 26,73 (iyirmi altı manat 73 qəpik) manat məbləğində faiz borcu və 10 (on) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 786,62 (yeddi yüz səksən altı manat 62 qəpik) məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar