Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1396/2021 06.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, İmanov Rəşadət Rəvayət oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Məmmədli Hikmət Fikrət oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun və faizlərin tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC-nin cavabdehlər Məmmədli Hikmət Fikrət oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun və faizlərin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Məmmədli Hikmət Fikrət oğlundan, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 4784,65 AZN əsas, 1287,56 AZN faiz borcu, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 572,3 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 6644,51 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Məmmədli Hikmət Fikrət oğlu xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 12700 (on iki min yeddi yüz) ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq xx xxxxxx 2014-cü il tarixli Cavabdeh2 və Cavabdeh3 ilə xx xxxxxx 2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx xxxxxx 2016-cu il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 7269,45 ABŞ dolları Mərkəzi Bankın xx.xx.2016-cı il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 12604,5 AZN təşkil edir, kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin edilir. 2020-ci il dekabrın 25-dək Məmmədli Hikmət Fikrət oğlunun banka xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 4784,65 AZN əsas, 1287,56 AZN faiz borcu, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 572,3 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 6644,51 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Beləliklə, İddiaçı ASC Məmmədli Hikmət Fikrət oğlundan, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 4784,65 AZN əsas, 1287,56 AZN faiz borcu, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 572,3 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 6644,51 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-in nü mayəndəsi X2 verdiyi izahatında iddia ərizəsini və ona əlavəsini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmənin yekun iclasına iştirak etməyən cavabdehlər Məmmədli Hikmət Fikrət oğlu, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olduğuna baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli 19-M-1-0-2048-14 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Məmmədli Hikmət Fikrət oğluna illik 28 faiz olmaqla, 24 ay müddətinə qaytarmaq şərti ilə 12700 (on iki min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuşdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 borclu Məmmədli Hikmət Fikrət oğlunun bank qarşısında xx.xx.2014-cü il tarixli 19-M-1-0-2048-14 saylı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh3 borclu Məmmədli Hikmət Fikrət oğlunun bank qarşısında xx.xx.2014-cü il tarixli 19-M-1-0-2048-14 saylı kredit müqaviləsi və xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əlavəsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli və kredit müqaviləsinin 1 saylı əlavəsi olan xx.xx.2014-cü il tarixli sənədindən görünür ki, Məmmədli Hikmət Fikrət oğlu tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 697,08 (altı yüz doxsan yeddi ABŞ dolları səkkiz sent) ABŞ dolları olmaqla xx.xx.2016-cı il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 19-M-1-0-2048-14 saylı Bank hesab, Kredit və zaminlik müqaviləsinə xx.xx.2016-cı il tarixli əlavə sazişə əsasən, Kreditin qalıq məbləği 7269,45 ABŞ dolları Mərkəzi Bankın xx.xx.2016-cı il tarixə olan məzənnəsi ilə konvertasiya edilməklə 12604,5 AZN təşkil edir, kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin edilir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Məmmədli Hikmət Fikrət oğlu xx xxxxxx 2016-cu il tarixli 19-M-1-0-2048-14 saylı kredit üzrə bank hesabı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə 4784,65 (dörd min yeddi yüz səksən dörd manat altmış beş qəpik) AZN əsas, 1287,56 (bir min iki yüz səksən yeddi manat əlli altı qəpik) AZN faiz borcu, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 572,3 (beş yüz yetmiş iki manat otuz qəpik) AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 6644,51 (altı min altı yüz qırx dörd manat əlli bir qəpik) AZN borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin Məmmədli Hikmət Fikrət oğluna, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Məmmədli Hikmət Fikrət oğlu, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsinin şərtlərini pozması, kredit və faiz borcunun ödənilməsi barədə xəbərdar edilmiş, ondan borcun ödənilməsi tələb edilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadına əsasən iddiaçı “xxxx Bank” İKB-in ASC-in cavabdeh Məmmədli Hikmət Fikrət oğluna və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər “xxxx” İKB ASC-yə geri qaytarılmışdır. Həmin qərardada əsasən iddiaçı “xxxx”İKB ASC-nin etibarnamə üzrə nümayəndəsi İsa Hacıyev daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası mülki hüquq qanunvericiliyinin müddəlaları baxımından İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunun qaytarılması ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələn gələn öhdəliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə araşdırması zamanı məlum oldu ki, cavabdeh Məmmədli Hikmət Fikrət oğlu ilə İddiaçı ASC arasında xx xxxxxx 2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh bankdan götürdüyü 12700 (on iki min yeddi yüz) ABŞ dollar krediti 24 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Borcun təminatı olaraq xx xxxxxx 2014-cü il tarixli Cavabdeh2 və Cavabdeh3 ilə xx xxxxxx 2016cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Məhkəmə kredit öhdəliyinin zaminliklə təmin edilməsi, bu səbəbdən cavabdehlərin iddiaçı qarşısında birgə məsuliyyət daşımasına da qiymət verib aşağıdakıları qeyd edir. Belə ki, işin hallarından göründüyü kimi Cavabdeh2 tərəfindən zamin qismində imzaladığı xx.xx.2014-cü il tarixli 19-M-1-0-2048-14 nömrəli Kredit və Zaminlik müqaviləsi üzrə öhdəliyin son icra müddəti xx.xx.2016-cı il müəyyən olunmuşdur. Cavabdeh3 tərəfinən imzaladığı xx.xx.2014-cü il tarixli 19-M-1-0-2048-14 nömrəli Kredit və Zaminlik müqaviləsinə xx.xx.2016-cı il tarixli əlavə sazişi üzrə son icra müdəti xx.xx.2018-ci il tarixi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (470.2.). Borclu zaminliklə təmin edilmişöhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (477.0.4.). Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən müddətin keçməsini istisna edən və ya çətinləşdirən müqavilə şərtləri müəyyən edə bilməzlər. Digər tərəfdən, Mülki Məcəllənin 419.2-ci maddəsinə müvafiq olaraq, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Məlum olduğu kimi ölkədə mövcud olan işgüzar adətlərə əsasən kiçik həcmli istehlak krediti və onların təminatı kimi imzalanan zaminlik müqavilələrinin nümunəvi formaları bir qayda olaraq banklar tərəfindən təklif olunur. Bu mənada, hazırkı zaminlik müqaviləsi üzrə zaminlik onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində qüvvədə olmuşdur. Hazırkı iş üzrə zaminliklə təmin edilmiş bir öhdəliyin icrası vaxtı isə xx.xx.2016-cı il tarixdə, digərinin isə xx.xx.2018ci il tarixdə başa çatmışdır. Lakin, iddiaçı 3 il ərzində (iddia ərizəsi məhkəməyə xx.xx.2021ci ildə daxil olmuşdur) zaminə qarşı iddia irəli sürmədiyindən, Cavabdeh2 və Cavabdeh3 zaminliyinə qanunun imperativ göstərişinə əsasən xitam verilmişdir. İddiaçı ASC-in nümayəndəsi məhkəməyə ilk olaraq müraciət etməsini xx xxxxxx 2019-cu il tarixini qeyd etsə də, Suraxanı Rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadına əsasən iddiaçı “xxxx” İKB ASC-n etibarnamə üzrə nümayəndəsinin ərizəsinə əsasən iddiaçı “xxxx Bank” İKB-in ASC-in cavabdeh Məmmədli Hikmət Fikrət oğluna və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər “xxxx” İKB ASC-yə geri qaytarılmış və bunda sonra iddia həmin tələblə yalnız xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Ona görə də iddiaçının həmin cavabdehə münasibətdə tələbi əsassızdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı ASC ilə cavabdeh Məmmədli Hikmət Fikrət oğlu ilə bağlanmış cavabdeh Məmmədli Hikmət Fikrət oğlundan xx.xx.2014-cu il tarixli 19-M-1-0-2048-14 nömrəli kredit müqaviləsinin xx.xx.2016-ci il tarixli əlavə sazişi üzrə xx.xx.2020-ci il tarixi üçün 4784,65 (dörd min yeddi yüz səksən dörd manat altmış beş qəpik) AZN əsas, 1287,56 (bir min iki yüz səksən yeddi manat əlli altı qəpik) AZN faiz borcu, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 572,3 (beş yüz yetmiş iki manat otuz qəpik) AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 6644,51 (altı min altı yüz qırx dörd manat əlli bir qəpik) AZN və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Məmmədli Hikmət Fikrət oğlundan xx.xx.2014-cu il tarixli 19-M-1-0-2048- 14 nömrəli kredit müqaviləsinin xx.xx.2016-ci il tarixli əlavə sazişi üzrə xx.xx.2020-ci il tarixi üçün 4784,65 (dörd min yeddi yüz səksən dörd manat altmış beş qəpik) AZN əsas, 1287,56 (bir min iki yüz səksən yeddi manat əlli altı qəpik) AZN faiz borcu, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 572,3 (beş yüz yetmiş iki manat otuz qəpik) AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 6644,51 (altı min altı yüz qırx dörd manat əlli bir qəpik) AZN məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulsun. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul tutularaq cavabdeh Məmmədli Hikmət Fikrət oğlundan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1396/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1396/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver