Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1411/2021 09.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(010)-9129/2017 saylı qətnaməsi ilə xx xxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxxxxxx 2009-cu il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin artırılması, hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə (X2) rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikahlarından xx xxxx 2008-ci il təvəllüdlü X6 və xx xxxxxxxx 2009-cu il təvəllüdlü X7 adlı iki uşaqları anadan olmuşdur.Sonradan münasibətləri korlanmış, Suraxanı rayon məhkəməsinin 2(010)-1186/2014 saylı qətnaməsinə əsasən, nikahları pozulmuş və nikah pozulduqdan sonrahər iki övladı onun yanında saxlanılmış, onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün 103 manat olmaqla, cəmi 206 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Suraxanı rayon məhkəməsinin 2(010)-9129/2017 saylı qətnaməsinə əsasən, yetkinlik yaşına çatmamış uşaqlarının saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş sabit məbləğində alimentin miqdarı artırılmış və hər ay hər bir uşaq üçün 137 manat olmaqla, 274 manat alimentin cavabdehdən tutularaq, ona ödənilməsi qət edilmişdir. Uşaqları böyüdüyündən onun qayğıları da artır.Onların qidalanması, geyimi, istirahəti və s.pul tələb edir. Cavabdehin ödədiyi aliment isə həmin məsrəfləri tam qarşılaya bilmir. Bu səbəbdən alimentin məbləği artırılmalıdır. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, hal-hazırda Cavabdeh Suraxanı rayon məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi xx xxxx 2008-ci il təvəllüdlü X6 və xx xxxxxxxx 2009-cu il təvəllüdlü X7 adlı uşaqlarının saxlanılması üçün hər uşağa görə 137 manat olmaqla, cəmi 274 manat aliment tutulmuşdur. Eyni zamanda cavabdehdən aliment borcu üzrə maaşından tutulmalar aparılır. Lakin həmin aliment məbləğ uşaqların saxlanmasına kifayət etmir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, o, İddiaçı ilə ayrıldıqdan sonra xx xxxx 2008-ci il təvəllüdlü X6 və xx xxxxxxxx 2009-cu il təvəllüdlü X7 iddiaçının yanında qalmış və ondan məhkəmə qətnaməsinə əsasən uşağın saxlanılması üçün hər ay uşağa görə 137 manat məbləğində aliment tutulmuşdur. O, “xxxx” LTD-də mütəxəssis və onun əmək haqqısı 626,85 manatdır. Onun maaşından hər ay 274 manat aliment və eləcə də aliment borcu üzrə yüksək məbləğdə pul tutulur. Eyni zamanda iddiaçı 1.200 manat əmək haqqı alır. Odur ki, yuxarıda qeyd etdiklərinə əsasən İddiaçı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(010)-9129/2017 saylı qətnaməsi ilə xx xxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxxxxxx 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh, hər ay hər uşağa görə 137 manat olmaqla, ümumilikdə 274 manat sabit məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş “xxxx”Ltd tərəfindən tərtib edilmiş Arayışdan görünür ki, Cavabdeh xx xxxx 2017-ci ildən “xxxx”Ltd-də TƏhlükəsizlik Xidməti üzrə Mütəxəssis vəzifəsində işləyir.Müəssisədə əmək stajı 3 il 7 aydır. Vəzifə maaşı 626,85 manat təşkil edir. Əməkdaş növbəli iş rejimində işlədiyi üçün iş saatlarına görə aylıq gəliri dəyişir. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş cədvəldən görünür ki, cavabdehin əmək haqqısından aliment və eləcə də aliment borcu üzrə 2020-ci ilin oktyabr ayında cəmi 452,06 manat, 2020-ci ilin noyabr ayında cəmi 501,19 manat, 2020-ci ilin dekabr ayında cəmi 509,78 manat, 2021-ci ilin yanvar ayında cəmi 554,01 manat, 2021-ci ilin fevral ayında cəmi 467,56 manat tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» xx xxxx 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki , alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, alimentin artırılmasına dair iddia tələbi əsasız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətində hər-hansı yaxşılaşma olmasına dair işdə sübut yoxdur. Aliment təyin olunmasına dair məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən keçən müddət ərzində iddiaçı özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdeh tərəfin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Belə ki, istinad edilən Ailə Məcəlləsinin 112.1-ci maddəsinin məzmunundan görünür ki, həmin norma ilə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” barədə iddia tələbi təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-1411/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1411/2021
09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver