Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1419/2020 11.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimiRzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin x1 Fondunun nümayəndəsi x3, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 Səxavət oğlunun, Cavabdeh2 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin x1 Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 Səxavət oğluna, Cavabdeh2qarşı borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair mülki işə 11 iyun 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin x1 FonduCavabdeh1, Cavabdeh3 Səxavət oğluna, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi barədə iddia tələbi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 Səxavət oğlu və Cavabdeh2 İddiaçı x7 ilə aralarında bağlanmış 20.02.2015-ci il tarixli, 143 saylı kredit müqaviləsi üzrə 1425,32 (min dörd yüz iyirmi beş ABŞ dolları, 32 sent) ABŞ dolları əsas borc, 925,32 (doqquz yüz iyirmi beş ABŞ dolları, 32 sent) ABŞ dolları faiz borc, 1647,20 (min altı yüz qırx yeddi ABŞ dolları, 20 sent) ABŞ dolları cərimə borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Arərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 210,80 (iki yüz on ABŞ dolları, 80 sent) ABŞ dolları, cəmi 4208,64 (dörd min iki yüz səkkiz ABŞ dolları, altmış dörd sent) ABŞ dolları kredit borcunun müştərək qaydadada tutulması; Cavabdeh1 20.02.2015-ci il tarixli, 142 saylı kredit müqaviləsi üzrə 1179,81 (min yüz yetmiş doqquz ABŞ dolları, 81 sent) ABŞ dolları əsas, 765, 93 (yeddi yüz altmış beş ABŞ dolları, 93 sent) ABŞ dolları faiz, 1363,56 (min üç yüz altmış üç ABŞ dolları, 56 sent) ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 168,64 (yüz altmış səkkiz ABŞ dolları, 64 sent) ABŞ dolları məbləğində faiz (5%) cəmi 3477,94 (üç min dörd yüz yetmiş yeddi ABŞ dolları, 94 sent) ABŞ dolları məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan “Mercedes Benz E320” markalı, ağ rəngli, buraxılış ili 2001 -ci il olan, ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin x1 Fondunun nümayəndəsi x6 iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı x7 ilə Cavabdeh1 arasında bağlanmış 20.02.2015-ci il tarixli, 142 saylı kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 2800 (iki min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan “Mercedes Benz E320” markalı, ağ rəngli, buraxılış ili 2001-ci il olan, ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti kimi banka təqdim edimiş və bu barədə 20.02.2015-ci il tarixli, 142 saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh1 ilə İddiaçı ASC arasında 20.02.2015-ci i tarixli 143 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 5100 (beş min yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq digər borclular Cavabdeh3 Səxavət oğlu ilə və Cavabdeh2 ilə həmin tarixdə 143 və 143/1 saylı zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zaminər Cavabdeh3 Səxavət oğlu və Cavabdeh2 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti daşıyırlar. Cavabdehlər yuxarıda qeyd edilən kredit müqavilələri üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəni məhkəmədənkənar qaydada həll etmək məqsədilə Bank tərəfdən Cavabdeh1 borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.02.2015-ci il tarixli, 142 saylı kredit müqaviləsi üzrə 1179,81 (min yüz yetmiş doqquz ABŞ dolları, 81 sent) ABŞ dolları əsas, 765,93 (yeddi yüz altmış beş ABŞ dolları, 93 sent) ABŞ dolları faiz, 1363,56 (min üç yüz altmış üç ABŞ dolları, 56 sent) ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM- 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 168,64 (yüz altmış səkkiz ABŞ dolları, 64 sent) ABŞ dolları məbəğində faiz (5%) borcu, cəmi 3477,94 (üç min dörd yüz yetmiş yeddi ABŞ doları, 94 sent) ABŞ dolları, 20.02.2015-ci il tarixli, 143 saylı kredit müqaviləsi üzrə 1425,32 (min dörd yüz iyirmi beş ABŞ dolları, 32 sent) ABŞ dolları əsas borc, 925,32 (doqquz yüz iyirmi beş ABŞ dolları, 32 sent) ABŞ dolları faiz borc, 1647,20 (min altı yüz qırx yeddi ABŞ dolları 20 sent) ABŞ dolları cərimə borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 210,80 (iki yüz on ABŞ dolları, 80 sent) ABŞ dolları, cəmi 4208,64 (dörd min iki yüz səkkiz ABŞ dolları, 64 sent) ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448, 449-cu maddələrinə, borclu ilə bağlanmış kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borclu öhdəliklərini icra etmədikdə, lazımınca icra etmədikdə, borclunun Kreditor qarşısında məsuliyyəti yaranır. İddia tələbini əsaslı hesab edir, ona görə ki, tərəflər arasında bağlanmış 20.02.2015-ci il tarixli, 142 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 2800 (iki min səkkiz yüz) ABŞ dolları və 20.02.2015ci il tarixli 143 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 5100 (beş min yüz) ABŞ dolları məbləğində kredit vermişdir. 142 saylı İpoteka müqavilənin 2-ci maddəsinə əsasən, kreditin təminatı kimi “Mercedes Benz E320" markalı, ağ rəngli, buraxılış ili 2001-ci il olan, ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. 143 və 143/1 saylı zaminlik müqavlələrinin 2.1-ci bəndinə əsasən zaminlər Cavabdeh3 Səxavət oğlu ilə və Cavabdeh2 borclunun bank qarşısında öhdəliklərinin tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyət daşyırlar. Cavabdehlər öz müqavilə öhdəliklərini lazımınca icra etməmişdlər. Bununla əlaqədar, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin x1 Fondunun nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 Səxavət oğlu və Nəsirov Nəsib oğlundan 20.02.2015-ci il tarixli, 143 saylı kredit müqaviləsi üzrə 1425,32 (min yüz iyirmi beş ABŞ dolları, 32 sent) ABŞ dolları əsas borc, 925,32 (doqquz yüz iyirmi beş ABŞ dollan, 32 sent) ABŞ dolları faiz borc, 1647,20 (min altı yüz qırx yeddi ABŞ dolları, 20 sent) ABŞ dolları cərimə borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Arərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 210,80 (iki yüz on ABŞ dolları, 80 sent) ABŞ dolları, cəmi 4208,64 (dörd min iki yüz səkkiz ABŞ dolları, altmış dörd sent) ABŞ dolları kredit borcunun müştərək qaydadada tutulması; Cavabdeh1 20.02.2015-ci il tarixli, 142 saylı kredit müqaviləsi üzrə 1179,81 (min yüz yetmiş doqquz ABŞ dolları, 81 sent) ABŞ dolları əsas, 765, 93 (yeddi yüz altmış beş ABŞ dolları, 93 sent) ABŞ dolları faiz, 1363,56 (min üç yüz altmış üç ABŞ dolları, 56 sent) ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 168,64 (yüz altmış səkkiz ABŞ dolları, 64 sent) ABŞ dolları məbləğində faiz (5%) cəmi 3477,94 (üç min dörd yüz yetmiş yeddi ABŞ dolları, 94 sent) ABŞ dolları məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan “Mercedes Benz E320” markalı, ağ rəngli, buraxılış ili 2001-ci il olan, ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə krfayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaərizəsi icraata qəbul edilərək, qanunamüvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin x1 x2 Nəriman oğlu iddiasına uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianın qəbul etdiyini bidirərək, yaranmış borcun yalnız ona aid olduğunu, zaminlərə aid olmamasını bildirərək, iddianın təmin edilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 Səxavət oğlu iddiaya dair etiraz etməmiş, onun təmin edilməsinə dair razılıq bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddiaya dair etiraz etməmiş, onun təmin edilməsinə dair razılıq bildirmişdir. Məhkəmə iddianın təmin edilməsinə dair iddiaçının nümayəndəsinin izahatını, iddianın qəbul edilməsinə dair cavabdehin etirafedici izahatını, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Mülki işin materiallarına əlavə edilmiş 20.02.2015-ci il tarixli, 142 saylı kredit müqaviləsinə əsasən İddiaçı x7 ilə Cavabdeh1 arasında 20.02.2015-ci il tarixdə 142 saylı kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən cavabdehə Cavabdeh1 24 ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 2800 (iki min səkkiz yüz) ABŞ dolları kredit verilmişdir. Mülki işin materiallarına əlavə edilmiş 20.02.2015-ci il tarixli 143 saylı kredit müqaviləsinə əsasən İddiaçı x7 iləCavabdeh1 arasında 20.02.2015-ci il tarixli 143 saylı kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 5100 (beş min yüz) ABŞ dolları məbləğində kredit vermişdir. Mülki işin materiallarına əlavə edilmiş 20.02.2015-ci il tarixli 142 saylı ipoteka müqaviləsinə əsasən, 20.02.2015-ci il tarixli, 142 saylı kredit müqaviləsinin təminatı olaraq İddiaçı x7 ilə Cavabdeh1 iləarasında 20.02.2015-ci il tarixli, 142 saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh1 mülkiyyətində olan “Mersedes Benz E320” markalı, ağ rəngli, buraxılış ili 2001-ci il olan, ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti kimi banka təqdim edimişdir. 142 saylı ipoteka müqavilənin 2-ci maddəsində qeyd edilmişdir ki, kreditin təminatı kimi “Mercedes Benz E320" markalı, ağ rəngli, buraxılış ili 2001-ci il olan, ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Mülki işin materialarına əlavə edilmiş 143 və 143/1 saylı zaminlik müqavilələrinə əsasən, 20.02.2015-ci il tarixli 143 saylı kredit müqaviləsinin təminatı olaraq, İddiaçı x7 ilə Cavabdeh3 Səxavət oğlu və Cavabdeh2 arasında 20.02.2015-ci il tarixdə 143 və 143/1 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin 2.1-ci bəndinə əsasən zaminlər Cavabdeh3 Səxavət oğlu ilə və Cavabdeh2 borclunun bank qarşısında öhdəliklərinin tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyət daşıyırlar. Mülki işin materiallarına əlavə edilmiş 15 yanvar 2020-ci il tarixli maliyyə arayışa əsasən 1).20.02.2015-ci il tarixli, UGR**********7020001 saylı 142 saylı kredit müqaviləsi üzrə 1179,81 (min yüz yetmiş doqquz ABŞ dolları, 81 sent) ABŞ dolları əsas, 765,93 (yeddi yüz altmış beş ABŞ dolları, 93 sent) ABŞ dolları faiz, 1363,56 (min üç yüz altmış üç ABŞ dolları, 56 sent) ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM- 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 168,64 (yüz altmış səkkiz ABŞ dolları, 64 sent) ABŞ dolları məbəğində faiz (5%) borcu, cəmi 3477,94 (üç min dörd yüz yetmiş yeddi ABŞ doları, 94 sent) ABŞ dolları borc, 2) 20.02.2015-ci il tarixi, UGR**********7020002 saylı kredit müqaivləsi üzrə 10 yanvar 2020-ci iltarixinə 143 saylı kredit müqaviləsi üzrə 1425,32 (min dörd yüz iyirmi beş ABŞ dolları, 32 sent) ABŞ dolları əsas borc, 925,32 (doqquz yüz iyirmi beş ABŞ dolları, 32 sent) ABŞ dolları faiz borc, 1647,20 (min altı yüz qırx yeddi ABŞ dolları 20 sent) ABŞ dolları cərimə borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 210,80 (iki yüz on ABŞ dolları, 80 sent) ABŞ dolları, cəmi 4208,64 (dörd min iki yüz səkkiz ABŞ dolları, 64 sent) ABŞ dolları borcu yaranmışdır. Mülki işin materiallarında olan 20.02.2015-ci il tarixli, UGR**********7020001 saylı 142 saylı kredit müqaviləsinə əlavə olan kreditin ödənmə cədvəlinə əsasən, Cavabdeh1 İddiaçı x5 24 ay müddətində, illik 22 faiz şərti ilə, hər ay 145.26 ABŞ dolları ödəmək vəzifəsini öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan 20.02.2015-ci il tarixli, UGR**********7020002 saylı 143 saylı kredit müqaviləsinə əlavə olan kreditin ödənmə cədvəlinə əsasən, Cavabdeh1 İddiaçı x5 24 ay müddətində, illik 22 faiz şərti ilə, hər ay 264.58 ABŞ dolları ödəmək vəzifəsini öhdəsinə götürmüşdür. Mülki işin materiallarına əlavə edilmiş İddiaçı x4 Baş Dövlət x8 ünvanlanmış 18/********** saylı, 14 noyabr 2018-ci il tarixli məktubuna əsasən İddiaçı x7 BDYP-nə 20.02.2015-ci il tarixli, 142 saylı kredit müqaviləsinin müddəaəları borcalan Cavabdeh1 tərəfindən yerinə yetirmədiyindən ipoteka predmetinə tutmanın yönəldilməsi proseduru başlanması, girov qoyana tutmanın yönəldilməsi barədə bildiriş göndərilməsi məlumat verərək, həmin bildirişin qeydə alınmasına dair ərizənin dövdət qeydiyyatına alınması xahiş olunmuşdur. Mülki işin materiallarına əlavə edilmiş İddiaçı x4 Cavabdeh1 ünvanlanmış 10/111892 saylı, 08 noyabr 2018-ci il tarixli məktubuna əsasən İddiaçı x7 tərəfindən Cavabdeh1 tərəfindən 20.02.2015-ci il tarixli, 142 saylı kredit müqaviləsinin müddəaları yerinə yetirmədiyindən ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun başlanması, girov predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasımülki hüquq qanunvericiliyinin müddəlaları baxımından İddiaçı ASC ilə Cavabdeh1, arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunun qaytarılması ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələ gələn öhləliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasənzaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. «İpoteka» Haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34-cü maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Həmin qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295.1-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə tutma girov müqaviləsi üzrə girov qoyulmuş əmlaka yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasənpul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasənəgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı x7 ilə Cavabdeh1 arasında bağlanmış 20.02.2015-ci il tarixli, 142 saylı kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 2800 (iki min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan “Mercedes Benz E320” markalı, ağ rəngli, buraxılış ili 2001-ci il olan, ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti kimi banka təqdim edimiş və bu barədə 20.02.2015-ci il tarixli, 142 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bundan əlavə Cavabdeh1 ilə İddiaçı ASC arasında 20.02.2015-ci il tarix 143 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 5100 (beş yüz on beş) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq digər borclular Cavabdeh3 Səxavət oğlu ilə və Cavabdeh2 ilə həmin tarixdə 143 və 143/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zaminlər Cavabdeh3 Səxavət oğlu və Cavabdeh2 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti daşıyırlar. Cavabdehlər yuxarıda qeyd edilən kredit müqavilələri üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişlər. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.02.2015-ci il tarixli, 142 saylı kredit müqaviləsi üzrə 1179,81 (min yüz yetmiş doqquz ABŞ dolları, 81 sent) ABŞ dolları əsas, 765,93 (yeddi yüz altmış beş ABŞ dolları, 93 sent) ABŞ dolları faiz, 1363,56 (min üç yüz altmış üç ABŞ dolları, 56 sent) ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM- 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 168,64 (yüz altmış səkkiz ABŞ dolları, 64 sent) ABŞ dolları məbəğində faiz (5%) borcu, cəmi 3477,94 (üç min dörd yüz yetmiş yeddi ABŞ doları, 94 sent) ABŞ dolları, 20.02.2015-ci il tarixli, 143 saylı kredit müqaviləsi üzrə 1425,32 (min dörd yüz iyirmi beş ABŞ dolları, 32 sent) ABŞ dolları əsas borc, 925,32 (doqquz yüz iyirmi beş ABŞ dolları, 32 sent) ABŞ dolları faiz borc, 1647,20 (min altı yüz qırx yeddi ABŞ dolları 20 sent) ABŞ dolları cərimə borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 210,80 (iki yüz on ABŞ dolları, 80 sent) ABŞ dolları, cəmi 4208,64 (dörd min iki yüz səkkiz ABŞ dolları, 64 sent) ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə dəbbə pulunun ödənilməsi nəzərdə tutulmaqla, 20.02.2015-ci il tarixli, 143 saylı kredit müqaviləsinə əsasən 1647,20 ABŞ dolları, 20.02.2015-ci il tarixli 142 saylı kredit müqaviləsinə əsasən 1363,56 ABŞ dolları hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, əsas fəaliyyət istiqaməti şəxslərə kreditlərin verilməsindən ibarət olan bank fəaliyyətinin gəliri qeyd olunan kreditlərin təqdim edilməsi nəticəsində əldə olunan faizlərdən ibarətdir. Öhdəliyin icrasının pozulması hallarına görə nəzərdə tutulan cərimə (dəbbə pulu) bank fəaliyyətinin gəlir mənbəyi olmamaqla, ancaq öhdəliyin icrasının pozulmasına görə nəzərdə tutulmuş maliyyə sanksiyasıdır və onun məbləği tənasübsüz qaydada yüksək ola bilməz. Əks halda bu kredit münasibətlərinin mahiyyətinin özünə zidd olardı. Bu səbəbdən, məhkəmə iddiaçı tərəfindən cavabdehin əsas və faiz kredit borcuna tənasübsüz olaraq 20.02.2015-ci il tarixli, 142 saylı kredit müqaviləsinə əsasən hesablanmış 1363,56 ABŞ dolları, 20.02.2015-ci il tarixli 143 saylı kredit müqaviləsinə əsasən hesablanmış 1647,20 ABŞ dolları məbləğində dəbbə pulunun məbləğini azaldaraq, 20.02.2015-ci il tarixli, 142 saylı kredit müqaviləsinə əsasən hesablanmış 100 ABŞ dolları, 20.02.2015-ci il tarixli 143 saylı kredit müqaviləsinə əsasən hesablanmış 160 ABŞ dolları məbləğində müəyyən edir. Məhkəmə bu nəticəyə gələrkən aşağıdakıları da nəzərə almışdır. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. "AR Mülki Məcəlləsinin bəzi müddəalarının şərh olunmasına dair" AR Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, "MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərın (bundan sonra – «maliyyə sanksiyası») hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Bununla bağlı nəzərə alınmalıdır ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Yuxarıda göstərilən prinsipi hazırkı işə tətbiqi baxımından oxşar məsələlərin həlli zamanı bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1, Cavabdeh3 Səxavət oğlundan, Cavabdeh2 iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin x1 Fondunun xeyrinə 20.02.2015-ci il tarixi, UGR**********7020002 saylı kredit müqaivləsi üzrə 10 yanvar 2020-ci iltarixinə 143 saylı kredit müqaviləsi üzrə 1425,32 (min dörd yüz iyirmi beş ABŞ dolları, 32 sent) ABŞ dolları əsas borc, 925,32 (doqquz yüz iyirmi beş ABŞ dolları, 32 sent) ABŞ dolları faiz borc, 160 (yüz altmış) ABŞ dolları cərimə borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 210,80 (iki yüz on ABŞ dolları, 80 sent) ABŞ dolları, cəmi 2721, 44 ( iki min yeddi yüz iyirmi bir ABŞ dolları qırx dörd sent) ABŞ dolları borcu; Cavabdeh1 20.02.2015-ci il tarixli, UGR**********7020001 saylı 142 saylı kredit müqaviləsi üzrə 1179,81 (min yüz yetmiş doqquz ABŞ dolları, 81 sent) ABŞ dolları əsas, 765,93 (yeddi yüz altmış beş ABŞ dolları, 93 sent) ABŞ dolları faiz, 100 ( bir yüz) ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM- 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 168,64 (yüz altmış səkkiz ABŞ dolları, 64 sent) ABŞ dolları məbəğində faiz (5%) borcu, cəmi 2214,38 (iki min iki yüz on dörd ABŞ dolları) ABŞ dolları borc həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manat rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi, tutmanın ipoteka predmeti olan “Mercedes Benz E320” markalı, ağ rəngli, buraxılış ili 2001 -ci il olan, ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğin Cavabdeh1 Məhəməd oğlundan tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. . AzərbaycanRespublikasıMPM-nin119.1-cimaddəsinəəsasən,məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən cavabdehlərdən 27 (iyirmi yeddi) manat məbləğindədövlət rüsumututularaqdövlətbüdcəsininxeyrinəödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh3 Səxavət oğlundan və Cavabdeh2 müştərək qaydada ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla20.02.2015-ci il tarixi, UGR**********7020002 saylı kredit müqaviləsi üzrə 10 yanvar 2020-ci iltarixinə 143 saylı kredit müqaviləsi üzrə 1425,32 (min dörd yüz iyirmi beş ABŞ dolları, 32 sent) ABŞ dolları əsas borc, 925,32 (doqquz yüz iyirmi beş ABŞ dolları, 32 sent) ABŞ dolları faiz borc, 160 (yüz altmış ABŞ dolları) ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 210,80 (iki yüz on ABŞ dolları, 80 sent) ABŞ dolları, cəmi 2721,44 (iki min yeddi yüz qırx dörd ABŞ dolları, qırx dörd sent) ABŞ dolları məbləğində olan borc Ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilsin. Cavabdeh1 ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla20.02.2015-ciiltarixli, UGR**********7020001 saylı 142 saylı kredit müqaviləsi üzrə 1179,81 (min yüz yetmiş doqquz ABŞ dolları, 81 sent) ABŞ dolları əsas, 765,93 (yeddi yüz altmış beş ABŞ dolları, 93 sent) ABŞ dolları faiz, 100(bir yüz ABŞ dolları) ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM- 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 168,64 (yüz altmış səkkiz ABŞ dolları, 64 sent) ABŞ dolları məbəğində faiz (5%) borcu, cəmi 2214,38 (iki min iki yüz on dörd ABŞ dolları, otuz səkkiz sent) ABŞ dolları məbləğində olan borcLəğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 27 manat rüsumu Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilsin. Tutmanın ipoteka predmeti olan “Mercedes Benz E320” markalı, ağ rəngli, buraxılış ili 2001 -ci il olan, ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin. İpoteka predmeti olan “Mercedes Benz E320” markalı, ağ rəngli, buraxılış ili 2001 ci il olan, ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərrac yolu ilə satılsın. Satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1419/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1419/2020
11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver