Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1440/2022 04.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Suraxanı rayon məhkəməsinin 30.10.2019-cu il tarixli 2(010)-5309/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, 15 iyul 2010-cu il təvəllüdlü X4 və 01 dekabr 2011 -ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub iddiaçıya ödənilməsi. İddia tələbinin dəlliləri İddiaçı ilə Cavabdeh ilə 19 iyun 2010-cı il tarixdə rəsmi nikah qeydiyyatına girərək ailə qurmuş, birgə nikahından 15 iyul 2010-cu il təvəllüdlü X9 və 01 dekabr 2011-ci il təvəllüdlü X12 adlı iki uşağı anadan olmuşdur. İddiaçı cavabdehlə bir müddət mehriban yaşasa da sonradan ailədə baş vermiş narazılıqlar, xasiyyətlərinin uyğun gəlməməsi üzündən evdə tez-tez söz-söhbət olmuşdur və nikahları pozulmuşdur. O, cavabdehlə ayrıldıqdan sonra azyaşlı uşaqları iddiaçının himayəsində qalmış və uşaqların saxlanması üçün Suraxanı rayon məhkəməsinin 2(010)-5309/19 saylı 30.10.2019-cu il tarixli qətnaməsi ilə 15 iyul 2010-cu il təvəllüdlü X9 və 01 dekabr 2011-ci il təvəllüdlü X12 adlı uşaqlarının saxlanılması üşün hər uşağa görə 160 manat cəmi 320 manat aliment tutulması qət edilmişdir. Cavabdeh müəyyən olunmuş aliment məbləğindən başqa uşaqların saxlanılmasında heç bir maddi yardım göstərmir və onların problemləri ilə maraqlanmır. İddiaçı hər ay uşağın saxlanması üçün 700 manata qədər xərci çıxır ki, bu məbləği də o, təkbaşına ödəməkdə çətinlik çəkir. Bundan əlavə iddiaçı kommunal ödənişlər etmək, bir sıra əlavə xərcləri ödəmək məcburiyyətində qalmışdır. Cavabdeh isə nə əlavə xərclərin ödənilməsində ona köməklik göstərir, nə də ki, uşağın maddi rifahının yüksəldilməsi üçün tədbirlər görür. Uşağın normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları, məktəb ləvazimatları tələb olunur. Bütün bunları uşaqları üçün təşkil etmək təkbaşına iddiaçıya olduqca çətindir, hətta qeyrimümkündür. Lakin, cavabdeh uşağın normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında iddiaçıya hər hansı bir köməklik göstərmir. Halbuki, cavabdeh kifayət qədər gəlirə malikdir və əgər o, öz valideynlik borcunu öz üzərində hissə edərsə bu zaman uşaqlarının daha yaxşı saxlamaq üçün şərait yarada, daha yüksək məbləğdə aliment ödəyə bilər. Buna görə də uşaqların saxlanması üçün təyin edilmiş aliment məbləği artırılmalıdır. Suraxanı rayon məhkəməsinin 30.10.2019-cu il tarixli 2(010) 5309/ 2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq, 15 iyul 2010-cu il təvəllüdlü X4 və 01 dekabr 2011 -ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşağa görə 200 (iki yüz) manat.cəmi 400 manat sabit pul məbləğində alimentin Cavabdeh mənim xeyrimə aliment tutulmalıdır. İddiaçının izahatları İddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, hər ay əmək haqqı aldıqdan sonra uşaqlarını görməyə gedir. Onun aylıq əmək haqqı vergilər daxil olmaqla 693 manat təşkil edir. O, uşaqlarının saxlanılması üçün alimentdən əlavə də ödənişlər edir. İddiaçı da işləyir. O, iddiaçının ondan uşaqlarının saxlanılması üçün tələb etdiyi hər ay 193 manatın çox olduğunu bildirir və hər ay hər uşağı üçün 170 manat məbləğində aliment ödəməyə etiraz etmir və razıdır. İş materiallarına əlavə edilmiş; Suraxanı rayon məhkəməsinin 2(010)-5309/2019 saylı 30.10.2019-cu il tarixli qətnaməsindən görünür ki, 15.07.2010-cu il il təvəllüdlü X4 və 01.12.2011-ci il il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 30.09.2019-cu il tarixdən başlayaraq, hər ay hər uşağa görə 160 manat, ümumilikdə 320 manat sabit məbləğdə alimentin alınaraq X6 verilməsi qət edilmişdir. Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21.11.2012-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X9 15 iyul 2010-cu ildə anadan olmuş və valideynləri Cavabdeh və Yusifova Leyla Saqif qızıdır. Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21.11.2012-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X12 01 dekabr 2011-ci ildə anadan olmuş və valideynləri Cavabdeh və X7r. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 27.08.2021-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh ilə X10 arasında nikah 23.07.2021-ci il tarixdə pozulmuşdur. X11 31.01.2022-ci il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışından müəyyən olunur ki, İddiaçı və Cavabdeh (bundan sonra birlikdə - “Tərəflər” adlandırılacaq) 31.01.2022 tarixində, 1 l:00-dan 11:30 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilir. Lakin, Tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 17.2 Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34 Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:
8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.
19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 56.1 Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2 Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1 Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 233.4 Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı Suraxanı rayon məhkəməsinin 30.10.2019-cu il tarixli 2(010) 5309/ 2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq, 15 iyul 2010-cu il təvəllüdlü X4 və 01 dekabr 2011-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Sözügedən normadan irəli gələrək məhkəmə hesab edir ki, tərəflərin iki övladının olması və uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa 160 manat sabit pul məbləğində alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə alimentin miqdarının artırılmasını müəyyən edərkən, onun iddiaçının tələb etdiyi kimi hər ay hər uşaq üçün 193 manat məbləğində təyin edilməsini əsaslı hesab etmir. Belə ki, 193 manat sabit pul məbləğində alimenti ödəmək üçün cavabdehin kifayət qədər maddi imkanının olması iş materialları ilə sübut edilmir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı Suraxanı rayon məhkəməsinin 30.10.2019-cu il tarixli 2(010) 5309/ 2019 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən halların dəyişməsinə dair də hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir . Belə olan halda, məhkəmə tələb edilən məbləğdə alimentin tutulmasını qanuni və ədalətli hesab etmir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatına əsasən müəyyən edir ki, iki uşağının saxlanılması üçün hər ay hər uşağına 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment tutulmasına etirazının olmadığını bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün ağlabatan məbləğdir. Beləliklə, yuxarıda qeyd edilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda sözügedən Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır.
Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1 İddia qiyməti 1000 manatadək 30 manat dövlət rüsumu ödənilməlidir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda — iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-5309/2019 saylı 30.10.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin və Cavabdeh İddiaçı xeyrinə 15 iyul 2010-cu il təvəllüdlü X9 və 01 dekabr 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova