Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1446/2021 28.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnür Firdovsi qızının katibliyi İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinə görə pul tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC Cavabdeh1 oğluna qarşı kredit müqaviləsinə görə pul tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi ilə müraciət edərək, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 dekabr 2018-ci il tarixli 79NPM saylı kredit müqaviləsinə əsasən 12861,21 manat əsas, 3277,2 manat faiz, 1256,97 cərimə borcu və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 xeyrinə tutulması, borc tələbi qeyd olunun kreditin təminatı kimi BOKT-a ipotekaya Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 5K saylı bağ evinə (0.0279 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, qeyd olunan daşınmaz əmlakın ilkin satış qiyməti müəyyən olunması, açıq hərracdan satılması və satıldıqdan 1 ay sonra boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, BOKT "xxxx"MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 dekabr 2018-ci il tarixli 79NPM saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 29% olmaqla 18150 (on səkkiz min bir yüz əlli) manat kredit verilmişdir. Verilən kreditin təminatı kimi isə Cavabdeh1 və Cavabdeh2 ilə 21 dekabr 2018-ci il tarixli 32 saylı İpoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən Cavabdeh2 özünə məxsus Bakı şəhəri, Sabunçu r-u, Vişnyovka bağ sahəsi, 5K saylı bağ evini (0.0279 ha torpaq sahəsi ilə birlikdə) bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və onun 25 yanvar 2021-ci il tarixə 12861,21 manat əsas, 3277,2 manat faiz, 1256,97 dəbbə pulu (cərimə) borcu yaranmışdır. Odur ki, iddia tələblərinin təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahtını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21 dekabr 2018-cu il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh1 oğluna kreditdən istifadəyə görə illik 29% borc faizləri ödəməsi şərtilə 36 ay müddətinə 18150 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 3.2.2-ci bəndi ilə borcalan, tam və vaxtında kredit iizrə hesablanmış faizləri və əsas borc məbləğini, həmçinin «Borcverən» tərəfindən hesablanmış penya və cərimələri ödəmək barədə öhdəlik götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən,kredit təminatı kimi 21 dekabr 2018-ci il tarixli 32 saylı İpoteka Müqaviləsində göstərilmiş girov (Girov) predmeti çıxış edir. İş materiallarında olan 21 dekabr 2018-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, tərəflər arasındakı 21 dekabr 2018-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmini kimi Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus olan, Bakı şəhəri, Sabunçu r-u,Vişnyovka bağ sahəsi, 5K saylı bağ evinə (0.0279 ha torpaq sahəsi ilə birlikdə) yüklü edilmişdir. Həmin müqavilənin 9-cu bəndinin müddəalarına əsasən Borcalan kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Həmin müqavilənin 2-ci bəndinə əsasən ipotekaya qoyulan əmlak 114000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, cavabdehə 21 dekabr 2018-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi təklif olunmuşdur. Cavabdehin vəsatəti əsasında keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 24 may 2021-ci il tarixli, 9/3073 saylı rəyi ilə müəyyən olunur ki, tərəflər arasında olan kredit müqaviləsinə görə Cavabdeh1 25.01.2021-ci il tarixə, əsas borcu 12861,11 manat, faiz borcu 3.277.20, cərimə borcu 700.50 manat təşkil edir. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh1un 21 dekabr 2018-cu il tarixli kredit müqaviləsi üzrə 25 yanvar 2021-il tarixinə əsas borcu 12861,21 manat, faiz üzrə borcu 3277,2 manat, cərimə borcu 1256,97 manat təşkil edir. Məhkəmə icraatında “X4 Mərkəzi” MMC tərəfindən keçirilmiş qiymətləndirmə ekspertizasının 04 iyun 2021-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Sabunçu r-u,Vişnyovka bağ sahəsi, 5K saylı bağ evin bazar dəyəri 110000 manat, likvid dəyəri isə 100000 manat manat təşkil edir. Qiymətləndirmənin dəyəri 150 manat təşkil edir. Beləliklə, işdə olan sübutlarla məhkəmə iclasında müəyyən olunmuş hallar ondan ibarətdir ki, 21 dekabr 2018-cu il tarixli kredit müqaviləsinə əsasın "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh1 oğluna kreditdən istifadəyə görə illik 29% borc faizləri ödəməsi şərtilə 36 ay müddətinə 18150 manat məbləğində kredit verilmiş və həmin tarixdə bağlanmış ipoteka müqaviləsi ilə 21 dekabr 2018-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmini kimi Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus olan, Bakı şəhəri, Sabunçu r-u,Vişnyovka bağ sahəsi, 5K saylı bağ ev ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 iddiaçı ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi nəticəsində müqavilə müddəti bitən tarixə , 1256,97 manat cərimə borcu yaranmışdır. Həmin əsaslara görə iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 21 dekabr 2018-cu il tarixli kredit müqaviləsi əsasında iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-dən kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nə qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Buna baxmayaraq o, öhdəliyini lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğu halda, cədvəl üzrə ödənişləri dayandırmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin kredit müqaviləsi üzrə əsas və faiz borclarının tələb edilməsi ilə iddia tələbi əsaslıdır. Bununla belə, dəbbə pulunun tutulmasına dair iddia tələbini məhkəmə qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə dəbbə pulu 20 manat məbləğinə qədər azaldılmalıdır. Beləliklə də, məhkəmə hesab edir ki, pul tələbinə dair iddia tələbi qismən təmin edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bur hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə ödənişin yönəldilməsi hüququnun yaraması anı kimi təsbit edilmişdir. Həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə ödənişin yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Qeyd olunan normalara əsaslanaraq məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi hissədə iddia tələbini əsaslı hesab edir. Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aşağıdakı nəticəyə gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Əgər tərəflər arasında razılaşma əldə olunmazsa, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Mülki mübahisə üzrə tələbin ipotekaya yönəldilməsi mübahisəsinə baxılarkən işə baxan məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini də gəldiyi nəticədə müəyyən etməli olması imperativ şəkildə göstərilmişdir. Göründüyü kimi ipoteka predmetinə yönəldilmə həyata keçirilməsi məsələsinə məhkəmə hüquqi qiymət verərkən ipoteka predmetinin ilkin satış qiymətini gəldiyi nəticədə göstərməlidir. Tərəflər ipoteka müqaviləsi bağladıqları zaman ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə razılığa gələrək ipotekanın predmetinin bazar qiymətini 114000 manat məbləğində qiymətləndirilməsinə etiraz etməmişlər. Bununla belə, məhkəmə araşdırılması zamanı məsələ ilə bağlı "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmə rəyinin nəticələrinə görə ipoteka predmetinin bazar dəyəri 110000 manat, likvid dəyəri isə 100000 manat təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Beləliklə də, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, qanunvericiliyin qeyd olunan norması baxımından ipoteka predmetlərinin ilkin satış qiyməti məhz likvid qiymətlə müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Cavabdeh1 tutulan borc məbləği ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu r-u, Vişnyovka bağ sahəsi, 5K saylı bağ evinə (0.0279 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməli və “X4” MMC tərəfindən verilmiş rəy nəzərə alınmaqla, ipoteka prdemetlnin ilkin satış qiyməti 100.000 manat məbləğində müəyyən edilməlidir. həmin əmlak satıldıqdan 1 ay sonra torpaq sahəsinin boşaldılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 24 may 2021-ci il tarixli bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iddianın qismən təmin edildiyinə görə həmin ekspertiza xərci cavabdehlərdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944SVVİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu : 142319, büdcə səviyyəsinin kodu:3 hesabına ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1dan "xxxx" Bank Olmayan Kredit Təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 21 dekabr 2018-cu il tarixli kredit müqaviləsi üzrə 12861,21 manat əsas kredit borcu, 3277,2 manat faiz borcu, 20 manat cərimə borcu, cəmi 16158.41 manat məbləğində borc, məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulsun. Tutma ilkin satış qiyməti 100000 (yüz min) manat müəyyən edilməklə ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu r-u,Vişnyovka bağ sahəsi, 5K saylı bağ evə (0.0279 ha torpaq sahəsi ilə birlikdə) yönəldilsin, açıq hərracda satılsın və satıldıqdan 1 ay sonra boşaldılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 alınaraq dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesaba keçirilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən bir ay müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-1446/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1446/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver