Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1446/2023 02.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı “nəfəsliklərin sökülməsi və həmin nəfəsliklərin yenidən açılaraq bərpa edilməsinə qoyulan maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. X3 ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, X3 ona məxsus olan ünvan 1 ünvanında yerləşən (evin şərti nömrəsi 340/2) fərdi yaşayış evinin İddiaçı satmışdır.
2. "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş layihədən görünür ki, ünvan 1 ünvanında yerləşən (evin şərti nömrəsi 340/2) fərdi yaşayış evinin hüquq subyekti X4r.
3. Fotoşəkillərdən və diskdən görünür ki, İddiaçı istifadəsində olan fərdi yaşayış evinin hamam və ayaqyolu tikililərinin təbii işıqla təmin edilməsi üçün quraşdırılmış 2 ədəd nəfəslik Cavabdeh1 tərəfindən sökülmüş, daşla hörülmüş və həmin daş iddiaçı tərəfindən dağıdıldıqdan sonra cavabdeh tərəfindən dəmirlə bağlanmışdır.
4. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 avqust 2023-cü il tarixli, 10/4064 №-li ekspert rəyində qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən (evin şərti nömrəsi 340/2) iddiaçının istifadəsində olan fərdi yaşayış evinin hamam və ayaqyolu tikililərinin təbii işıqla təmin edilməsi üçün quraşdırılmış 2 ədəd nəfəslik Tikinti Norma və Qaydaları 2.08.01.89-un 1.3-cü bəndinin tələbinə uyğundur. Hamam və ayaqyolu tikililərinin yaşayış otağı ilə mətbəxin orta hissəsində yerləşdiyi üçün quraşdırılmış 2 ədəd nəfəsliklərin başqa yerdən açılması mümkün deyil.
İşin faktiki halları
6. ünvan 1 ünvanında yerləşən (evin şərti nömrəsi 340/2) fərdi yaşayış evinin hamam və tualet sahələrində havalandırma üçün nəzərdə tutulan 2 ədəd nəfəsliyin cavabdehlər tərəfindən dəmirlə bağlanması və yenidən quraşdırılmasına maneçilik törətməsi işin mübahisəsiz hallarıdır.
İddia tələbi
7. İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı “nəfəsliklərin sökülməsi və həmin nəfəsliklərin yenidən açılaraq bərpa edilməsinə qoyulan maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən (evin şərti nömrəsi 340/2) ona məxsus fərdi evin hamam və tualet sahələrində havalandırma üçün nəzərdə tutulan və cavabdehlər Cavabdeh1 və onun qızı X2 tərəfindən bağlanılmış 2 ədəd nəfəsliyin onların hesabına sökülməsi və həmin nəfəsliklərin yenidən açılaraq şüşə və dəmir məhəcərlə bərpa edilməsinə cavabdehlər tərəfindən qoyulan süni maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları
8. Cavabdehlər Cavabdeh1 və X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
9. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, mübahisə predmeti olan nəfəsliklərin qarşı tərəfin hesabına sökülməsi və həmin nəfəsliklərin yenidən açılaraq bərpa edilməsinə qoyulan maneələrin aradan qaldırılmasını istəyir. Buna görə də qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
13. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları
Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
Məhkəmənin mövqeyi
14. Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
15. Belə ki, hazırda iddiaçı tərəf cavabdehlərin ona məxsus fərdi yaşayış evinin hamam və tualet sahələrində havalandırma üçün nəzərdə tutulan və cavabdehlər Cavabdeh1 və onun qızı X2 tərəfindən bağlanılmış 2 ədəd nəfəsliyin onların hesabına sökülməsi və həmin nəfəsliklərin yenidən açılaraq şüşə və dəmir məhəcərlə bərpa edilməsinə cavabdehlər tərəfindən qoyulan süni maneələrin aradan qaldırılmasını xahiş edir və iddia tələbini onunla əsaslandırır ki, o, özünə məxsus fərdi yaşayış evində mülkiyyət hüquqlarını həyata keçirə bilmir.
16. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırda yaşadığı evi alğı-satqı müqaviləsi əsasında almış, lakin həmin evə dair çıxarış almamışdır. Lakin işin faktiki hallarından göründüyü kimi iddiaçı hazırda həmin evə sahiblik və ondan istifadə edir. Mülki qanunvericiliyə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın. Göründüyü kimi iddiaçı alğısatqı müqaviləsində nəzərdə tutulmuş əsasla hazırki əmlakına sahiblik edir və bu səbəbdən həmin əmlak barəsində “gözlənti hüququ” olmaqla hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malikdir.
18. İş materiallarında olan fotoşəkillər və diskdən görünür ki, iddiaçının istifadəsində olan havalandırma üçün nəzərdə tutulmuş 2 ədəd nəfəslik cavabdehlər tərəfindən dəmir listlə bağlanmışdır. Halbuki, mülki iş üzrə təyin olunmuş ekspertizanın rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən (evin şərti nömrəsi 340/2) iddiaçının istifadəsində olan fərdi yaşayış evinin hamam və ayaqyolu tikililərinin təbii işıqla təmin edilməsi üçün quraşdırılmış 2 ədəd nəfəslik Tikinti Norma və Qaydaları 2.08.01.89-un 1.3-cü bəndinin tələbinə uyğundur. Hamam və ayaqyolu tikililərinin yaşayış otağı ilə mətbəxin orta hissəsində yerləşdiyi üçün quraşdırılmış 2 ədəd nəfəsliklərin başqa yerdən açılması mümkün deyil. Beləliklə aydın olur ki, iddiaçının istifadəsində olan fərdi yaşayış evinin hamam və ayaqyolu tikililərinin təbii işıqla təmin edilməsi üçün quraşdırılmış 2 ədəd nəfəslik Tikinti Norma və Qaydalarının tələblərinə uyğundur və həmin nəfəsliklərin başqa yerdən açılması mümkün deyil. Bu səbəbdən dəmir listlə bağlanmış həmin nəfəsliklər cavabdehlərin hesabına sökülməli və həmin nəfəsliklərin yenidən açılaraq şüşə və dəmir məhəcərlə bərpa edilməsinə cavabdehlər tərəfindən qoyulan süni maneələr aradan qaldırılmalıdır.
Məhkəmə xərcləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
20. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. İddia təmin edildiyi üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
22. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və X2 tərəfindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
23. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin dəlilləri işin halları ilə öz təsdiqini tapığından, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən (evin şərti nömrəsi 340/2) İddiaçı məxsus fərdi evin hamam və tualet sahələrində havalandırma üçün nəzərdə tutulan və cavabdehlər Cavabdeh1 və X2 tərəfindən bağlanılmış 2 ədəd nəfəslik onların hesabına sökülməli və həmin nəfəsliklərin yenidən açılaraq şüşə və dəmir məhəcərlə bərpa edilməsinə cavabdehlər tərəfindən qoyulan süni maneələr aradan qaldırılmalıdır.
24. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən (evin şərti nömrəsi 340/2) İddiaçı məxsus fərdi evin hamam və tualet sahələrində havalandırma üçün nəzərdə tutulan və cavabdehlər Cavabdeh1 və X2 tərəfindən bağlanılmış 2 ədəd nəfəslik onların hesabına sökülsün və həmin nəfəsliklərin yenidən açılaraq şüşə və dəmir məhəcərlə bərpa edilməsinə cavabdehlər Cavabdeh1 və X2 tərəfindən qoyulan süni maneələr aradan qaldırılsın. İddia təmin edildiyi üçün ödənilmiş ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və X2 tərəfindən müştərək qaydada tutularaq İddiaçı verilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və X2 tərəfindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.