Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1449/2024 13.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 1/12 hissəsi şəhid övladı İddiaçı xüsusi mülkiyyətində olan Yeni qaydalarla: AZ 1089, ünvan 1 ünvanında yerləşən mənzildən İddiaçı sahiblik və istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh tərəfindən edilmiş maneələrə son qoyulması və həmin maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli, **********98- 05301- 093043 reyestr nömrəli çıxarışa əsasən Yeni qaydalarla : AZ 1089, ünvan 2 ünvanında yerləşən mənzilin 1/12 hissəsi xüsusi mülkiyyət hüququ üzrə övladı İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Həmin əmlakın müvafiq hissəsi övladının atası, X2 Qarabağ Müharibəsində şəhid olduqdan sonra miras əmlak kimi qəbul edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 2V-1681 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh, X16, X17, X12 və X18 da şəhid X5 qanun üzrə vərəsələri kimi tanınmışdırlar. Yeni qaydalarla : AZ 1089, ünvan 2 ünvanında yerləşən mənzildən övladı İddiaçı ilə birlikdə yaşamaq üçün istifadə etmək istəyini bir neçə dəfə cavabdehə bildirmişdir. Lakin müsbət bir nəticə əldə edə bilməmişdir. Qeyd edilən məsələ ilə bağlı sonuncu dəfə Cavabdeh ilə danışarkən ona təklif etmişdir ki, həmin mənzil ya övladı İddiaçı verilsin, ya da övladına çatan paya mütənasib dəyəri pul kompensasiyası olaraq ödənilsin ki, həmin vəsaitdən də övladının ehtiyacları üçün istifadə edə bilsin. Cavabdeh isə ona cavab olaraq bildirmişdir ki, həmin mənzildən heç kim istifadə edə bilməyəcək, çünki həmin ev yalnız ona məxsusdur, yalnız o istifadə edəcək. Onda olan məlumata görə, evin giriş qapısının açarı da Cavabdehdır. Müvafiq mənzilin övladının qanuni mənafeləri üçün tərəfindən faktiki olaraq istifadə edilməsi qeyri-mümkündür. Nəticə etibarilə, Yeni qaydalarla : AZ 1089, ünvan 2 ünvanında yerləşən mənzilə münasibətdə o övladının mülkiyyət hüquqlarını tam olaraq həyata keçirə bilmir ki, bu hal da, həmin mənzildən istifadə etməyinə yaradılmış maneələrlə birbaşa əlaqədardır. O həmin maneələrə son qoyulmasına bir neçə dəfə cəhd etsə də, məsələ öz həllini tapmamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli, **********98-05301- 093043 reyestr nömrəli çıxarışdan göründüyü kimi, AZ 1089, ünvan 2 ünvanında yerləşən mənzilə münasibətdə yalnız İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bu da o nəticəyə gəlməyə əsas verir ki, X5 digər vərəsələri Cavabdeh, X6, X8, X4 və X9 həmin mənzillə bağlı ümumiyyətlə, heç bir mülkiyyət hüququ mövcud deyildir. Həmin şəxslərin övladına münasibətdə AZ 1089, ünvan 2 ünvanında yerləşən mənzilə sahiblik və mənzildən istifadə hüququnun həyata keçirilməsi ilə bağlı, ümumiyyətlə, heç bir hərəkət və ya hərəkətsizlik etmək hüququ yoxdur. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil idia tələbini müdafiə edərək, bildirmişdir ki, iddia tələbini daha ətraflı iddia ərizələrində əsaslandırmışdır. Maneələr giriş qapısının açarının təqdim edilməməsindən ibarətdir. Cavabdehlə dəfələrlə danışıqlar aparılmışdır. Onunla danışarkən də mənzildən istifadə etdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Yeni qaydalarla : AZ 1089, ünvan 2 ünvanında yerləşən mənzili xüsusi mülkiyyət kimi 11/12 hissədə açıq saxlanılmaqla X5, 1/12 hissədə İddiaçı adına xx.xx.2022-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 598309 nömrəli, xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı (atası X15, anası Qanuni nümayəndə) xx.xx.2015-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 12 avqust 2015-ci il tarixdə 1116 sayla qeyd edilmişdir. Azərbaycan Respublikasının Mənzil X14 "xxxx" MMC-nin 15 mart 2024-cü il tarixli, 11-6- 8/2-337/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən istifadə ilə bağlı sorğuya aidiyyəti üzrə baxılmış, hazırda müvafiq mənzildə yaşayışın mövcud olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 1/A-16505 nömrəli arayışından görünür ki, mayor X15 xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən mayor X10 “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilir. Beyləqan rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1920-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 131913 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2020-ci il tarixdə Hərbi əməliyyat nəticəsində qəlpələrlə zədələnmələr səbəbindən döyüş meydanında şəhid olmuş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 857 nömrə ilə qeyd edilmişdir. Qubadlı rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş, AZ-İ seriyalı 000712 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X15 və X7 arasında 25 may 2004-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 104 nömrə ilə qeyd edilmişdir. Nijkah bağlandıqdan sonra arvada Alıyeva soyadı verilmişdir. xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsələri, Qubadlı rayonu, Qubadlı şəhəri ünvanında qeydiyyatda olan Cavabdeh, Qubadlı rayonu, Qubadlı şəhəri ünvanında qeydiyyatda olan X18 və onların hər biri miras əmlakdan 1/12 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2010-ci il tarixdə X10 verilmiş **********98-05301-093043 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 68.6 kv/m olan mənzildən ibarətdir. xx.xx.2024-cü il tarixli Mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 qalmış arvadı Qubadlı rayonu, Qubadlı şəhəri ünvanında qeydiyyatda olan Cavabdeh onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Cavabdeh mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2010-ci il tarixdə X10 verilmiş **********98-05301-093043 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 68.6 kv/m olan mənzildən ibarətdir. O cümlədən ölmüş ərin ümumi əmlakdan payı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Muğan küçəsi, ev 6, mənzil 1, Yeni qaydalarla: AZ 1089, ünvan 5 ünvanında yerləşən mənzilin ½ hissəsindən ibarətdir. 07 sentyabr 2020-ci il tarixli “mənzilin təhvil-təslim edilməsi və binaların idarə edilməsi” barədə aktdan görünür ki, Azərbaycan Respublikasının Mənzil X14 "xxxx" MMC tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi – Hava Limanı 12-ci km “22”, İnşaatçılar küçəsi ünvanında inşa olunan 1 nömrəli, ümumi sahəsi 68.6 kv metr olan, 3 otaqlı mənzil alqı-satqı müqaviləsinə uyğun olaraq, X10 təhvil verilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.... Maddə 153. Mülkiyyət hüququnun subyektləri 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir..... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: ...9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər... 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Hazırkı işdən görünür ki, iddiaçı şəhid övladı azyaşlı İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə İddiaçı xüsusi mülkiyyətində olan yeni qaydalarla: AZ 1089, ünvan 1 ünvanında yerləşən mənzildən İddiaçı sahiblik və istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh tərəfindən edilmiş maneələrə son qoyulması və həmin maneələrin aradan qaldırılmasını tələb etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzil Azərbaycan Respublikasının Mənzil X14 "xxxx" MMC tərəfindən alqı-satqı müqaviləsinə uyğun olaraq, iddiaçının məhrum atasına X10 təhvil verilmişdir. Mənzil onun xüsusi mülkiyyətində olduğundan və o, vəfat etdiyindən, vərəsəlik qaydasında müəyyən hissədə (1/12) iddiaçıya keçmişdir. Həmçinin, mənzil birgə nikah dövründə alındığından, mənzilin ½ hissəsi arvadına, hazırki iş üzrə cavabdehə məxsusdur. Həmin hüquqular iş materiallarında olan müvafiq çıxarış və mülkiyyət hüququ üzrə şəhadətnamə ilə təsdiqlənir. Belə olan halda, iş materialları ilə müəyyən edilir ki, iddiaçı və cavabdeh sözügedən mənzilə paylı mülkiyyətçidirlər. Öz ifadələrində cavabdeh bildirmişdir ki, mənzilin açarları ondadır, açarlar iddiaçı tərəfinə təqdim edilməmişdir. Bildiyimiz kimi, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əmlakın mülkiyyətçi kimi öz sahiblik və istifadə hüquqlarını həyata keçirilməsi üçün cavabdeh tərəfindən yaradılan manealərə son qoyulmalı və onlar aradan qaldırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1/12 hissəsi İddiaçı xüsusi mülkiyyətində olan yeni qaydalarla: AZ 1089, ünvan 1 ünvanında yerləşən mənzildə onun sahiblik və istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh tərəfindən edilmiş maneələrə son qoyulmalı və həmin maneələr aradan qaldırılmalıdır. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan qiymətləndirməyən iddia üzrə 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1/12 hissəsi İddiaçı xüsusi mülkiyyətində olan yeni qaydalarla: AZ 1089, ünvan 1 ünvanında yerləşən mənzildə onun sahiblik və istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh tərəfindən edilmiş maneələrə son qoyulması və həmin maneələrin aradan qaldırılması müəyyən edilsin. Ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-1449/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1449/2024
13.05.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver