Məhkəmə qərarları › İş №2(010)-1462/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1462/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1462/2021 07.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh 3800 ABŞ dolları məbləğində pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ilin yanvar ayında qızı X2 Cavabdeh ilə rəsmi nikaha daxil olmadan ailə qurmuşdur. Onlar Rusiya Federasiyasına köçərək 2018-ci ilə kimi orada yaşayıblar. Qızı orada cavabdeh ilə yaşadığı müddət ərzində cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək ondan borca pul istəyib. Ondan ayrı-ayrı vaxtlarda cəmi 3800 ABŞ dolları borc pul alıb. Lakin cavabdeh o vaxtdan bəri hər dəfə müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh onun qızı ilə ailəli olduğu vaxt kreditə ev və maşın aldığını, lakin krediti ödəməyə maddi imkanı çatmadığını bildirərək ondan 5000 ABŞ dolları pul istəmişdir. O isə bu pulu bir dəfəyə verməyə maddi imkanı olmadığını, ancaq hissə-hissə, hər ay 200-250 ABŞ dolları olmaqla ödəyə biləcəyini qeyd etmişdir. Sonra qızı onunla əlaqə saxlayaraq bankın cavabdehin maşınını əlindən aldığını bildirmişdir. O da bir dəfəyə 2000 ABŞ dollarına yaxın pul göndərmişdir. Bundan sonra bir müddət fasilə olmuş, sonra yenə aybaay 200-250 ABŞ dolları göndərməyə başlamışdır. Bundan əlavə, cavabdehin anası kreditə televizor almış, buna görə cavabdehin anasına iki dəfə 500 manat, beş dəfə 250 manat ödəmişdir. O, cavabdehə verdiyi bütün pulları banka manatla vermiş, bank tərəfindən pul dollara çevrilərək cavabdehin Rusiyadakı bank hesabına göndərilmişdir. Hələ pandemiyadan qabaq cavabdehdən pulunu tələb etməyə başlamış, banka borcu olduğunu, pula ehtiyacı olduğunu cavabdehə demişdir. Cavabdeh isə bildirmişdir ki, hazırda taksilər işləmir deyə pulu ödəyə bilmir, lakin qısa zamanda pulunu qaytaracaq. Cavabdeh və qızı 2018-ci ildən ayrılıb, lakin cavabdeh hələ də onun pulunu ödəməkdən yayınır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: “xxxx” ASC Suraxanı rayon filialı tərəfindən təsdiq edilmiş 19.04.2016-cı il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Aytən Cabbarlının hesabına 1989 dolları (39 ABŞ dolları komissiya haqqı) məbləğində pul köçürülmüşdür. “xxxx” ASC Suraxanı rayon filialı tərəfindən təsdiq edilmiş 12.10.2016-cı il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Aytən Cabbarlının hesabına 255 ABŞ dolları (5 ABŞ dolları komissiya haqqı) məbləğində pul köçürülmüşdür. “xxxx” ASC Suraxanı rayon filialı tərəfindən təsdiq edilmiş 03.11.2016-cı il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 300 ABŞ dolları (5.88 ABŞ dolları komissiya haqqı) məbləğində pul köçürülmüşdür. “xxxx” ASC Suraxanı rayon filialı tərəfindən təsdiq edilmiş 09.03.2017-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 202 ABŞ dolları (2 ABŞ dolları komissiya haqqı) məbləğində pul köçürülmüşdür. “xxxx” ASC Suraxanı rayon filialı tərəfindən təsdiq edilmiş 20.04.2017-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 202 ABŞ dolları (2 ABŞ dolları komissiya haqqı) məbləğində pul köçürülmüşdür. “xxxx” ASC Suraxanı rayon filialı tərəfindən təsdiq edilmiş 02.05.2017-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 234.32 ABŞ dolları (2.32 ABŞ dolları komissiya haqqı) məbləğində pul köçürülmüşdür. “xxxx” ASC Suraxanı rayon filialı tərəfindən təsdiq edilmiş 02.06.2017-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 151.50 ABŞ dolları (1.50 ABŞ dolları komissiya haqqı) məbləğində pul köçürülmüşdür. “xxxx” ASC Suraxanı rayon filialı tərəfindən təsdiq edilmiş 21.09.2017-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 252.50 ABŞ dolları (2.50 ABŞ dolları komissiya haqqı) məbləğində pul köçürülmüşdür. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh Rusiya Federasiyasındakı bank hesabına (komissiya haqları da nəzərə alınmaqla) 03.11.2016-cı il tarixdə 300 ABŞ dolları, 09.03.2017-ci il tarixdə 202 ABŞ dolları, 20.04.2017-ci il tarixdə 202 ABŞ dolları, 02.05.2017-ci il tarixdə 234.32 ABŞ dolları, 02.06.2017-ci il tarixdə 151.50 ABŞ dolları, 21.09.2017-ci il tarixdə 252.50 ABŞ dolları məbləğində pul köçürmüşdür. Bu köçürmə əməliyyatlarının hər biri “xxxx” ASC-nin Suraxanı rayon filialı tərəfindən həyata keçirilmiş, pulun bank tərəfindən qəbul edilərək Cavabdeh hesabına göndərilməsini təsdiq edən sənədlər iş materiallarına əlavə edilmişdir. Lakin Cavabdeh iddiaçıdan borc kimi aldığı bu pulları geri qaytarmamış, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, cavabdeh iddiaçıdan aldığı borcu qaytarmadığından iddiaçı bu pulu məhkəmə qaydasında cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə tələb edilən borcun məbləği ilə qismən razılaşır. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh bank hesabına 03.11.2016 - 21.09.2017-ci il tarixləri arasında cəmi 1342.32 ABŞ dolları (komissiya haqları ilə birlikdə) məbləğində pul köçürülmüşdür. Eyni zamanda, 27.09.2017-ci il tarixdə Cavabdeh İddiaçı tərəfindən hesabına köçürülmüş 250 ABŞ dolları məbləğində pulu imza edərək qəbul etməsini təsdiq edən sənəd də iş materiallarına əlavə edilmişdir. Belə olan halda iddiaçı cavabdehin hesabına birbaşa köçürdüyü pul məbləğlərini tələb etməkdə haqlı olmuşdur. Həmçinin, iddiaçı tərəfindən bu pulların köçürülməsi üçün müvafiq komissiya haqları ödənildiyindən iddiaçı cavabdehdən həmin komissiya haqlarını tələb etməkdə də haqlı olmuşdur. Beləliklə, iddia 1592.32 (1342.32+250) ABŞ dolları hissədə tam əsaslıdır. Bu hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə borc verilmiş 1592.32 ABŞ dollarının Azərbaycan manatına olan ekvivalenti 3000 manatdan az olduğundan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən yazılı borc müqaviləsi bağlanması zəruri olmamışdır. Lakin, iddia tələbindən görünür ki, iddiaçı tərəfindən cavabdehdən cəmi 3800 ABŞ dolları məbləğində pul tələb edilir. Məhkəməyə təqdim edilmiş 19.04.2016-cı il tarixli və 12.10.2016-cı il tarixli qəbzlərdən həqiqətən İddiaçı tərəfindən müvafiq olaraq 1989 ABŞ dolları və 255 ABŞ dolları məbləğində pul köçürmə əməliyyatı həyata keçirildiyi görünsə də bu pullar Cavabdeh deyil, X1 hesabına köçürülmüşdür. Aydındır ki, iddiaçı cəmi 2244 ABŞ dolları məbləğində olan bu pulu cavabdehdən o vaxt tələb edə bilərdi ki, bu pulu məhz cavabdehə vermiş olduğunu sübut etsin. Hazırkı halda isə bunun əksi müəyyən edilmiş, bu pulların X1 hesabına köçürüldüyü aşkar edilmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, həmin pullar X3 tərəfindən bütövlükdə Cavabdeh verilmiş olsa belə iddiaçı bu pulu cavabdehdən yox, pulu verdiyi şəxsdən tələb edə bilər. Bu halda isə həmin pulu cavabdehdən X3 tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Bundan başqa, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1592.32 ABŞ dolları (min beş yüz doxsan iki dollar otuz iki sent) məbləğində pul öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 12 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 18 manatı isə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1592.32 ABŞ dolları (min beş yüz doxsan iki dollar otuz iki sent) məbləğində pul öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 12 (on iki) manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 18 (on səkkiz) manatı İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar