Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1464/2020 28.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı X3 Cavabdeh1 və digərlərinə qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı X5 (bundan sonrakı mətndə İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1005,14 ABŞ dolları əsas, 1623,45 ABŞ dolları faiz, 3077,41 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 148,54 ABŞ dolları borc, ümumilikdə 5854,54 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, xx.xx.2015-ci il tarixli, ********* ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 27%-lə 24 ay müddətinə 10000 ABŞ dolları kredit götürmüşdür. Müqavilə müddəti xx.xx.2017-ci il tarixdə bitsə də, lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixinədək cavabdehlərin ləğv prosesində olan İddiaçı ASC-yə müqavilənin bitmə tarixinə hesablanmış 1005,14 ABŞ dolları əsas, 1623,45 ABŞ dolları faiz, 3077,41 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 148,54 ABŞ dolları borc, ümumilikdə 5854,54 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Bütün bunlara baxmayaraq Cavabdeh1 dosyesində olan aktdan və cavabdehin etirafından görünür ki, borclu tərəfindən banka olan borc tamamilə bağlanmış, lakin borcun bağlanması ilə məlumatlar sistemə əlavə edilmədiyi üçün hazırki gündə cavabdehin banka borcunun olduğu görünür. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, bankdan 27%-lə 24 ay müddətinə 10000 ABŞ dolları kredit götürmüş və hazırda da götüdüyü krediti bağlamışdır. Belə ki, onun tərəfindən məhkəməyə təqdim edilmiş aktdan da göründüyü kimi borc tamamilə bağlanılıb və qeyd olunan akt İddiaçı ASC-nin Xəzər filialının müdiri Elçin Məmmədov tərəfindən təsdiq edilmişdir. Qeyd olunan aktın mövcudluğu həmçinin iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş aktın əslindən də görünür. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan Cavabdeh1 İddiaçı ASC ilə bağladığı xx.xx.2015-ci il tarixli, ********* ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 27%-lə 24 ay müddətinə 10000 ABŞ dolları kredit götürmüşdür. Cavabdeh2 və Cavabdeh3 qeyd olunan kredit müqaviləsi üzrə zamin qismində çıxış edirlər. xx.xx.2015-ci il tarixli kassa məxaric qəbzindən görünür ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən 10.000 ABŞ Dolları məbləğində pul verilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixinə 1005,14 ABŞ dolları əsas, 1623,45 ABŞ dolları faiz, 3077,41 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 148,54 ABŞ dolları borc, ümumilikdə 5854,54 ABŞ dolları məbləğində borcu vardır. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixinə 1005,14 ABŞ dolları əsas, 1737,75 ABŞ dolları faiz, 3191,71 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 170,38 ABŞ dolları borc, ümumilikdə 6105,98 ABŞ dolları məbləğində borcu vardır. xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh13 gün ərzində banka olan borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsi borc müqaviləsinin məzmununu müəyyən edir. Həmin normada qeyd edilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, borc müqaviləsi üzrə kreditorun əsas vəzifəsi pul vəsaiti üzərində mülkiyyət hüququnu borc alana vermək, hüququ isə həmin vəsaitin vaxtında qaytarılmasını, qaytarılma şərtləşdirilmiş vaxtda və qaydada həyata keçirilmədikdə, müqaviləyə vaxtından əvvəl xitam verilməsi və borcun birdəfəlik qaydada tam şəkildə qaytarılmasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Məhkəmə tərəfindən verilmiş şifahi sorğuya cavab olaraq iddiaçının nümayəndəsi tərəfindən Cavabdeh1 dosyesindən götürülmüş və “xxxxxxxxx” ASC Xəzər filialının müdiri Elçin Məmmədov, kredit mütəxəssisi Aslan Hacıbəyli və aparıcı satış məsləhətçisi Mədinə Əliyeva tərəfindən xx xxxxxx 2017-ci il tarixdə təsdiq edilmiş aktdan görünür ki, Cavabdeh1 tərəfindən 1278,30 AZN məbləğində vəsait 36-70039458-22 saylı cari hesab mədaxil edildi. Həmin vəsait 36-70039458-7 saylı “xxxxxxxxx” ASC qarşısında olan ********** saylı, xx/xx/2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun (əsas borc, hesablanmış faiz və cərimə) (mövcud olduğu halda) ilə birlikdə) 4835,49 USD məbləğində qalığının əsas məbləğinin 1254,53 USD Bank tərəfindən (1 USD=1,20 AZN) güzəşt edilməsi nəticəsində kreditin tam bağılanmasına yönəldildi. xx xxxxxxxx 2017-ci il tarixli razılaşmaya əsasən əsas borc qalığı (3398,59 USDx1,20=4078,30 AZN) tam ödənilib bağlandı. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş və müqavilədə nəzərdə tutulmuş kredit məbləğini cavabdehə vermişdir. Eyni zamanda, cavabdeh də öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmiş və borcunu tam olaraq bağlamış, bu səbəblə İddiaçı ASC tərəfindən Cavabdeh1 borcun tam olaraq ödənilməsini bildirən akt təqdim edilmişdir. Məhkəmə hesab edir ki, həm kreditor tərəfindən borclunun borcunun tam ödənilməsi barədə akt verildiyinə görə, həm də yuxarıda qeyd edilən maddi hüquq normasının tələbinə görə hazırkı iddia əsaslı sayıla bilməz. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olmadığından hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən borc məbləği tam olaraq ödənildiyi üçün iddia təmin olunmamalı, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı X3 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-1464/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1464/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver