Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-149/2022 13.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2014-cü il 26 noyabr tarixli kredit müqaviləsi üzrə banka 46.682,21 ABŞ dolları əsas, 61.224,93 ABŞ dolları faiz və 51,51 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 107.958,65 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində yerləşən, 5 otaqlı, 98.11 kv.m ümumi, 60,26 kv.m yaşayış, 37.85 kv.m yardımçı sahədən ibarət 54 saylı ev 54 saylı mənzilinə yönəldilməsi, həmin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində yerləşən, 5 otaqlı, 98.11 kv.m ümumi, 60,26 kv.m yaşayış, 37.85 kv.m yardımçı sahədən ibarət 54 saylı ev 54 saylı mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi və Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində yerləşən, 5 otaqlı, 98.11 kv.m ümumi, 60,26 kv.m yaşayış, 37.85 kv.m yardımçı sahədən ibarət 54 saylı ev 54 saylı mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində yerləşən, 5 otaqlı, 98.11 kv.m ümumi, 60,26 kv.m yaşayış, 37.85 kv.m yardımçı sahədən ibarət 54 saylı ev 54 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi və Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 26 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələblərini onunla əsaslandırmışdır ki, 2014cü il 26 noyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “2 saylı” filialından illik 25%-lə 60 ay müddətinə 56.000 ABŞ dollar məbləğində kredit götürmüşdür. 10 iyun 2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 26 iyul 2022-ci il tarixədək müəyyən edilir. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən, 5 otaqlı, 98.11 kv.m ümumi, 60.26 kv.m yaşayış, 37.85 kv.m yardımçı sahədən ibarət 54 saylı evin 54 saylı mənzilini 2014-cü il 26 noyabr tarixli alqı-satqı və ipoteka müqaviləsilə yüklü edilmişdir. Alqı-satqı və ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmış, 2014-cü il 26 noyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edilmiş, 2021-ci il iyunun 11-dək Cavabdeh1 2014-cü il 26 noyabr tarixli kredit müqaviləsi üzrə banka 46.682,21 ABŞ dolları əsas, 61.224,93 ABŞ dolları faiz və 51,51 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 107.958,65 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Odur ki, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2014-cü il 26 noyabr tarixli kredit müqavilə üzrə banka 46.682,21 ABŞ dolları əsas, 61.224,93 ABŞ dolları faiz və 51,51 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 107.958,65 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində yerləşən, 5 otaqlı, 98.11 kv.m ümumi, 60,26 kv.m yaşayış, 37.85 kv.m yardımçı sahədən ibarət 54 saylı ev 54 saylı mənzilinə yönəldilməsi, həmin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində yerləşən, 5 otaqlı, 98.11 kv.m ümumi, 60,26 kv.m yaşayış, 37.85 kv.m yardımçı sahədən ibarət 54 saylı ev 54 saylı mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi və Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində yerləşən, 5 otaqlı, 98.11 kv.m ümumi, 60,26 kv.m yaşayış, 37.85 kv.m yardımçı sahədən ibarət 54 saylı ev 54 saylı mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində yerləşən, 5 otaqlı, 98.11 kv.m ümumi, 60,26 kv.m yaşayış, 37.85 kv.m yardımçı sahədən ibarət 54 saylı ev 54 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi və Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 26 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 13 aprel 2022-ci il tarixli məhkəmə iclasında İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən verilmiş iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 26 noyabr 2014-cü il tarixli kredit nüqaviləsi üzrə 46682.21 ABŞ dolları əsas borc, 70235.26 ABŞ dolları faiz borcu, 329.61 ABŞ dolları cərimə borcu, ümumilikdə cəmi 117247.08 329.61 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 90 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən, 5 otaqlı, 98.11 kv.m ümumi, 60.26 kv.m yaşayış, 37.85 kv.m yardımçı sahədən ibarət 54 saylı evin 54 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən, 5 otaqlı, 98.11 kv.m ümumi, 60.26 kv.m yaşayış, 37.85 kv.m yardımçı sahədən ibarət 54 saylı evin 54 saylı mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən, 5 otaqlı, 98.11 kv.m ümumi, 60.26 kv.m yaşayış, 37.85 kv.m yardımçı sahədən ibarət 54 saylı evin 54 saylı mənzilinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən, 5 otaqlı, 98.11 kv.m ümumi, 60.26 kv.m yaşayış, 37.85 kv.m yardımçı sahədən ibarət 54 saylı evin 54 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi və Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 26 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızından, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 26 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 46682.21 ABŞ dolları əsas borc, 72600.49 ABŞ dolları faiz borcu, 502.99 ABŞ dolları cərimə borcu, ümumilikdə cəmi 119785.69 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsmunun və 90 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən, 5 otaqlı, 98.11 kv.m ümumi, 60.26 kv.m yaşayış, 37.85 kv.m yardımçı sahədən ibarət 54 saylı evin 54 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən, 5 otaqlı, 98.11 kv.m ümumi, 60.26 kv.m yaşayış, 37.85 kv.m yardımçı sahədən ibarət 54 saylı evin 54 saylı mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən, 5 otaqlı, 98.11 kv.m ümumi, 60.26 kv.m yaşayış, 37.85 kv.m yardımçı sahədən ibarət 54 saylı evin 54 saylı mənzilinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən, 5 otaqlı, 98.11 kv.m ümumi, 60.26 kv.m yaşayış, 37.85 kv.m yardımçı sahədən ibarət 54 saylı evin 54 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi və Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 26 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materallarında olan: İş materiallarında olan 26 noyabr 2014-cü tarixli 2-G-1-0-925-14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “2 saylı” filialından illik 25%-lə 60 ay müddətinə 56.000 ABŞ dollar məbləğində kredit götürmüş, 10 iyun 2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 26 iyul 2022-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan 26 noyabr 2014-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən, 5 otaqlı, 98.11 kv.m ümumi, 60.26 kv.m yaşayış, 37.85 kv.m yardımçı sahədən ibarət 54 saylı evin 54 saylı mənzilini 2014-cü il 26 noyabr tarixli alqı-satqı və ipoteka müqaviləsilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya 26 noyabr 2014-cü tarixli 2-G-1-0-925-14 saylı kredit müqaviləsi üzrə cavabdehin 46682.21 ABŞ dolları əsas borc, 72600.49 ABŞ dolları faiz borcu, 502.99 ABŞ dolları cərimə borcu, ümumilikdə cəmi 119785.69 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 2253 №-li reyestr kitabının 209615 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 54, 54 saylı mənzilinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" İKB ASC/2 saylı filialının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan 20 oktyabr 2021-ci il tarixli 337/E saylı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş qiymətləndirmə ekspert rəyinə əsasən, Bakı şəhəri, Yeni Günəşli, AB yaşayış sahəsi, mən 54 ünvanında olan 5 otaqlı, 98.11 v.m ümumi, 60.26 kv.m əsas, 37.85 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar dəyərinə uyğun likvid qiymətinin dəyəri 150.108=150.000 (yüz əlli min) AZN müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 22 fevral 2022-ci il tarixli 9/7124 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2-G-1-0-925-14 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu əsas borc üzrə 47154,74 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları müəyyən olunur. Bundan başqa bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən sonra kredit ödənişləri bank tərəfindən əsas borc məbləğindən silinmişdir. Bank tərəfindən faiz hesabından çıxarış təqdim edilməmişdir. Yəni ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə bankın təqdim etdiyi çıxarış məlumatlarına əsasən xx.xx.2016-cı il tarixdən sonra bank tərəfindən müqavilə üzrə faiz hesablanması müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 31 may 2022-ci il tarixli 9/3748 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2-G-1-0-925-14 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu əsas borc üzrə 47154,74 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları müəyyən olunur. Bundan başqa bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən sonra kredit ödənişləri bank tərəfindən əsas borc məbləğindən silinmişdir. Bank tərəfindən faiz hesabından çıxarış təqdim edilməmişdir. Yəni ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə bankın təqdim etdiyi çıxarış məlumatlarına əsasən xx.xx.2016-cı il tarixdən sonra bank tərəfindən müqavilə üzrə faiz hesablanması müəyyən edilir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2021ci il tarixli bildirişə əsasən, borclu kredit müqaviləsi borc öhdəliyini icra etmir. Bununla da ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi üçün notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət edəcəyi haqda bu bildirişi göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlanılması haqda xəbərdarlıq edilmişdir. İş materiallarında olan 69 saylı Mənzil-Kommunal İstismar Birliyi tərəfindən Cavabdeh2 Qədir qızına verilmiş xx.xx.2014-cü il tarixli arayışa əsasən, Cavabdeh2 Qədir qızı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 54, 54 saylı mənzildə yaşayır. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 daimi qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 54, 54 saylı mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdeh1 26 noyabr 2014-cü tarixli 2-G-1-0-925-14 saylı kredit müqaviləsinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyə əməl etməmiş, beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 26 noyabr 2014-cü tarixli 2-G-1-0-925-14 saylı kredit müqaviləsi ləğv edilməlidir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası mülki hüquq qanunvericiliyinin müddəlaları baxımından İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunun qaytarılması ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələn gələn öhləliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-cü maddəsi ilə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 2014-cü il 26 noyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “2 saylı” filialından illik 25%-lə 60 ay müddətinə 56.000 ABŞ dollar məbləğində kredit götürmüşdür. 10 iyun 2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 26 iyul 2022-ci il tarixədək müəyyən edilir. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən, 5 otaqlı, 98.11 kv.m ümumi, 60.26 kv.m yaşayış, 37.85 kv.m yardımçı sahədən ibarət 54 saylı evin 54 saylı mənzilini 2014-cü il 26 noyabr tarixli alqı-satqı və ipoteka müqaviləsilə yüklü edilmişdir. Alqı-satqı və ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmış, 2014-cü il 26 noyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. İddiaçı cavabdehin İddiaçı ASC-yə 2021-ci il iyunun 20-dək 2014-cü il 26 noyabr tarixli kredit müqaviləsi üzrə banka 46682.21 ABŞ dolları əsas borc, 72600.49 ABŞ dolları faiz borcu, 502.99 ABŞ dolları cərimə borcu, ümumilikdə cəmi 119785.69 ABŞ dolları borcu borcun olduğunu iddia edir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası mülki-prosessual qanunvericiliyinin müddəalarına uyğun olaraq, hərtərəfli və düzgün aparılmış, əldə edilmiş ekspertin rəyi təkrar mübahisələndirilsə də, yenidən təkrar ekspertizanın keçirilməsi artıq mülki işin həddindən artıq uzun müdət ərzində baxılmasına və nəticədə sürüdrməçiliyə və cavabdehlərin prosessual hüquqlarının pozulmasına səbəb ola bilər. Bununla əlaqədar məhkəmə hsab edir ki, ekspert rəyi özü özlüyündə obyektiv olaraq işin faktiki hallarının müəyyən edilməsi üçün zəruri olan mötəbər sübutlara aid edilməlidir. Həmin ekspert rəyinə əsasən Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2-G-1-0-925-14 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu əsas borc üzrə 47154,74 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları təşkil edir. Qeyd olunmalıdır Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bununla əlaqədar məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən 26 noyabr 2014-cü tarixli 2-G-1-0-925-14 saylı kredit müqaviləsi üzrə əsas borcun məbləği 47154,74 ABŞ dolları məbləğində müəyyən edilsə də, məhkəmə mülki-prosessual qanunvericiliyinin müddəalarını nəzərə almaqla, iddia tələbindən kənara çıxmamaq şərtilə, mübahisə predmeti olan müqavilələri üzrə cavabdehin əsas borcunu iddia tələbində göstərildiyi kimi, o cümlədən 26 noyabr 2014-cü tarixli 2-G-1-0-925-14 saylı kredit müqaviləsi əsas borcunun məbləğini 46682,21 dolları məbləğində müəyyən edir. Kredit müqaviləsi və razılaşmalar üzrə fazlərin tutulması hissəsinə münasibətdə Cavabdehdən öhdəliklərin icrası qaydasında faiz məbləği, gecikdirmə müddətləri nəzərə alınmaqla müəyyən edilmiş faizlərin hesablanması üçün əsas kimi götürülmüş 31 may 2022-ci il tarixli məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən müəyyən edilmiş müvafiq olaraq 26 noyabr 2014-cü tarixli 2-G-1-0-925-14 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 46682,21 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları məbləği həddində tutulmalıdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə görə ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə görə İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 33-cü maddəsinə görə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşma çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. 20 oktyabr 2021-ci il tarixli 337/E saylı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş qiymətləndirmə ekspert rəyinə əsasən, Bakı şəhəri, Yeni Günəşli, AB yaşayış sahəsi, mən 54 ünvanında olan 5 otaqlı, 98.11 v.m ümumi, 60.26 kv.m əsas, 37.85 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin azar dəyərinə uyğun likvid qiymətinin dəyəri 150.108=150.000 (yüz əlli min) AZN müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ipoteka predmeti olan Cavabdeh1 məxsus olan, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 5 otaqlı mənzilin ilkin satış qiyməti onun 150.000 (bir yüz əlli min) manat məbləğində olan likvid dəyəri ilə müəyyən edilməlidir. Bundan əlavə 26 noyabr 2014-cü tarixli 2-G-1-0-925-14 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehdən 502,99 dolları hesablanmış dəbbə pulunu tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə 26 noyabr 2014-cü tarixli 2-G-1-0-925-14 saylı kredit müqaviləsinə əsasən üzrə hesablanmış 46682,21 ABŞ Dolları məbləğində əsas borca tənasübsüz olaraq 502,99 ABŞ Dolları məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, əsas fəaliyyət istiqaməti şəxslərə kreditlərin verilməsindən ibarət olan bank fəaliyyətinin gəliri qeyd olunan kreditlərin təqdim edilməsi nəticəsində əldə olunan faizlərdən ibarətdir. Öhdəliyin icrasının pozulması hallarına görə nəzərdə tutulan cərimə (dəbbə pulu) bank fəaliyyətinin gəlir mənbəyi olmamaqla, ancaq öhdəliyin icrasının pozulmasına görə nəzərdə tutulmuş maliyyə sanksiyasıdır və onun məbləği tənasübsüz qaydada yüksək ola bilməz. Əks halda bu kredit münasibətlərinin mahiyyətinin özünə zidd olardı. Bu səbəbdən, məhkəmə iddiaçı tərəfindən 26 noyabr 2014-cü tarixli 2-G-1-0-925-14 saylı kredit müqaviləsinə əsasən cavabdehin əsas və faiz kredit borcuna tənasübsüz olaraq hesablanmış 502,99 ABŞ dolları dəbbə pulunun məbləğini azaldaraq, müvafiq olaraq 200 ABŞ dolları məbləğində müəyyən edir. Məhkəmə bu nəticəyə gələrkən aşağıdakıları da nəzərə almışdır. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. "AR Mülki Məcəlləsinin bəzi müddəalarının şərh olunmasına dair" AR Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, "MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərın (bundan sonra – «maliyyə sanksiyası») hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Bununla bağlı nəzərə alınmalıdır ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Yuxarıda göstərilən prinsipi hazırkı işə tətbiqi baxımından oxşar məsələlərin həlli zamanı bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Mənzildə yaşayanların – Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 mənzilə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılması tələbinə gəldikdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 məxsus olan, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 5 otaqlı mənzilinə yönəldiyi və mənzil açıq hərracdan satıldığı halda, yalnız mənzili əldə edən və buna subyektiv hüququ olan yeni mülkiyyətçi hal-hazırda mənzildə yaşayanların istifadə hüquqlarına xitam verilib-verilməməsi məsələsini həll edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdəəmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.. Bu Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Bu Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi mənzilin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən mənzilin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, hal-hazırda İddiaçı ASC-in ipoteka predmeti olan Cavabdeh1 məxsus olan, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 5 otaqlı mənzilinə dair hər hansı hüquq əldə etmədiyindən subyektiv hüququnun olmadığına görə, iddianın bu hissədə təmin olunması əsassız hesab olunur. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 noyabr 2014-cü tarixli 2-G-1-0-925-14 saylı müqavilə ləğv edilməli, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 26 noyabr 2014-cü tarixli 2-G-1-0- 925-14 saylı kredit müqaviləsinə əsasən 46682,21 (qırx altı min altı yüz səksən iki ABŞ dolları iyirmi bir sent) ABŞ dolları əsas borc, 0,00 (sıfır) ABŞ dolları faiz borcu, 200 (iki yüz) ABŞ dolları dəbbə pulu, cəmi 46732,21 (qırx altı min yeddi yüz iki ABŞ dolları iyirmi bir sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 41 manat dövlət rüsumu tutulmalı; tələb Cavabdeh1 məxsus olan, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 5 otaqlı mənzilinə yönəldilməli, həmin mənzilin açıq hərracdan satılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 150000 (bir yüz əlli min) manat likvid dəyəri ilə müəyyən edilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 tutulmalı; Cavabdeh1 məxsus olan, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 5 otaqlı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra mənzil boşaldılmalı və hərracın nəticələri üzrə alıcıya təhvil verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə keçirilmiş 22 fevral 2022-ci il tarixli və 31 may 2022-ci il tarixli məhkəmə-muhasibatlıq ekspertizalarının keçirilməsinə görə 100 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutulmalıdır. İddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 41 manat dövlət rüsumu Cavabdeh1 tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 noyabr 2014-cü tarixli 2-G-1-0-925-14 saylı müqavilə ləğv edilsin. Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 26 noyabr 2014-cü tarixli 2- G-1-0-925-14 saylı kredit müqaviləsinə əsasən 46682,21 (qırx altı min altı yüz səksən iki ABŞ dolları iyirmi bir sent) ABŞ dolları əsas borc, 0,00 (sıfır) ABŞ dolları faiz borcu, 200 (iki yüz) ABŞ dolları dəbbə pulu, cəmi 46882,21 (qırx altı min səkkiz yüz səksən iki ABŞ dolları iyirmi bir sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 41 manat dövlət rüsumu Cavabdeh1 tutulsun. Tələb Cavabdeh1 məxsus olan, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 5 otaqlı mənzilinə yönəldilsin. Həmin mənzil açıq hərracdan satılsın. İpoteka predmetinin ilkin satış qiyməti 150000 (bir yüz əlli min) manat likvid dəyəri ilə müəyyən edilsin. Cavabdeh1 məxsus olan, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 5 otaqlı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra mənzil boşaldılmalı və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. İddia qalan hissədə rədd edilsin. 22 fevral 2022-ci il tarixli və 31 may 2022-ci il tarixli məhkəmə-muhasibatlıq ekspertizalarının keçirilməsinə görə 100 manat İddiaçıAçıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34STRE******************** hesabına ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-149/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-149/2022
13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver