Məhkəmə qərarları › İş №2(010)-1495/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1495/2021

24.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1495/2021 24.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı, cavabdeh Cavabdeh2MMC-nin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2MMC-yə və Cavabdeh1 qarşı “vurulmuş zərərin ödənilməsi tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “vurulmuş zərərin ödənilməsi tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən ona məxsus 2016-cı il buraxılışlı, “Hyundai Elantra minik” markalı **-FY-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş 11526.00 manat məbləğində maddi ziyanın, zərar qiymətləndirmə xidmət haqqı 100.00 manat, Evakuator xidmətinin haqqi 50.00 manat və 30.00 manat dövlət rüsümunun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 02 mart 2021-ci il tarixdə iddia həcminin artırılması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2MMC və Cavabdeh1 tərəfindən ona məxsus 2016-cı il buraxılışlı, “Hyundai Elantra minik” markalı **-FY-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş 11526.00 manat məbləğində maddi ziyanın, zərar qiymətləndirmə xidmət haqqı 100.00 manat, evakuator xidmətinin haqqi 50.00 manat və 30.00 manat dövlət rüsümunun müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, 26.01.2021-ci il tarixində ÖZÜNƏ MƏXSUS OLAN “Hyundai Elantra” markalı ** FY *** qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, İlqar Zülfüqarov küşəsində hərəkət etdiyi zaman Cavabdeh1 idərə etdiyi “Daewoo Nexia” markalı, **-PX-*** dövlət qeydiyyat nömrəli avtomobili ilə manevr qaydalarını pozmuş və nəticədə yol-nəqliyyat hadisəsi törədərək onun avtomobilinə maddi zərər vurmuşdur. Bu barədə Xətai RPİ-nin DYPŞ-nin inspektru tərəfindən, 26.01.2021-ci il tarixli inzibati protokol tərtib edilərək xəta törətmiş Cavabdeh1 60.00 AZN miqdarında cərimə edilmişdir. Cavabdeh1 avtomobilin icbari siğortası olmadan və avtomobili sürmək üçün heç bir icazəsi olmadan idarə etməsi TP 416135 saylı 27.01.2021-ci il qərarında öz əksini tapmışdır. Həmçinin qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsidə bağlanmamışdır. Belə olan halda isə Cavabdeh1 idarə etdiyi avtonəqliyyat vasitəsinin mülkiyyətçisi olan Cavabdeh2 MMC məsuliyyət daşımalıdır. Odur ki, iddia tələbinin yəni cavabdehlər Cavabdeh2MMC və Cavabdeh1 tərəfindən ona məxsus 2016cı il buraxılışlı, “Hyundai Elantra minik” markalı **-FY-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş 11526.00 manat məbləğində maddi ziyanın, zərar qiymətləndirmə xidmət haqqı 100.00 manat, evakuator xidmətinin haqqi 50.00 manat və 30.00 manat dövlət rüsümunun müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2MMC-nin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək bildirdi ki,04 iyul 2018-ci il tarixində X9 CAR-1235 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən CAR-1235 saylı “Daxili lizinq” müqaviləsi üzrə ğhdəlikləri qəbul etmiş və “Daewoo minik” markalı ** PX *** Dövlət qeydiyyat nişanlı avtomobil Rəşad Hüseynovun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. X2 xahişi əsasında lizinq obyektinin idarə olunması üçün X10 etibarnamə verilmiş və sonuncu verilmiş etibarnamənin müddəti 03 oktyabr 2020-ci il tarixində bitmişdir. Cavabdeh2MMC tərəfindən 05 oktyabr 2021-ci il tarixdə lizinq alan Hüseynov Rəşad Nəriman oğlu və avtomobili idarə edən Cavabdeh1 xəbərdarlıq məktubu göndərilərək avtomobilin idarə olunmasına dair verilmiş etibarnamənin müddətinin bitməsi və lizinq obyektindəən heç bir hüquqi əsas olmadan istifadə nəticəsində üçüncü şəxslərə dəymiş zərərə görə məsuliyyət daşıması barədə xəbərdar edilmişdir. Həmçinin 26 oktyabr 2020-ci il tarixdə lizinq alana sms xəbərdarlıq göndərilmişdir. “Daewoo minik” markalı ** PX *** Dövlət qeydiyyat nişanlı avtomobil 11 mart 2021-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin duracağına yerləşdirilmişdir. Tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəlik icra olunmadığından Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Odur ki, iddia tələbinin Cavabdeh2MMC-yə olan hissədə rədd olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehlər heç bir üzürlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh2 MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Xətai rayonu X19 Şöbəsinin 27 yanvar 2021-cı il tarixli inzibati xəta haqqında protokol və qərarın surətindən və nəqliyyat vasitələrinin zədələnməsi barədə 028123 saylı arayışdan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1-ci və 469.3-cü maddələri ilə təqsirli bilinmişdir ona görə ki, nəqliyyat vasitəsinin etibarnamə olmadan və qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsinin sahibi kimi sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlamadan idarə etdiyi “Daewoo minik” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobili ilə 26 yanvar 2021-ci il tarixdə, saat 12:30-da idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozaraq yolnəqliyyat hadisəsi törətmiş və “Hyundai Elantra” markalı 99 FY-323 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. “Hyundai Elantra minik” markalı **-FY-*** dövlət qeydiyyat nömrəli avtomobilin mülkiyyət hüququ ilə İddiaçı, “Daewoo minik” markalı ** PX *** dövlət qeyydiyat nişanlı avtomobil Cavabdeh2MMC -ya məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/3310 saylı 12.07.2021-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “Hyundai Avto Azərbaycan” tərəfindən tərəfindən tərtib olunmuş 27.01.2021-ci il tarixli AA041320 nömrəli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Hyundai Elantra minik” markalı **-FY-*** dövlət qeydiyyat nömrəli avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 11526.00 manat müəyyən edilir. Beləliklə, proses iştirakçılarının izahatlarından, eləcədə iş materiallarından müəyyən olunur ki, cavabdeh X12 idarə etdiyi “Daewoo”” markalı ** PX *** dövlət qeydiyat nişanlı avtomobilini idarə edərkən 26 yanvar 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçıya məxsus olan “Hyundai Elantra” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomaşınına maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətlərin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Sadalanan qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim etdiyi sübutlara və istinad olunan qanunvericilik müddəalarına əsasən vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı iddia qismən, yəni Cavabdeh1 münasibətdə qismən əsaslı hesab edilməlidir. Vurulmuş zərərin məbləğini müzakirə edən məhkəmə hesab edir ki, iddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş zərəri 11526 manat məbləğində qiymətləndirsə də, zərərin məhz həmin həcmdə olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu baxımdan iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, avtomobilə dəymiş ziyanın ekspert rəyi ilə müəyyən edilmiş mədləğdə işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli hesab edir və bu nəticəyə gəlir ki, hadisə ilə bağlı Cavabdeh1 iddiaçının xeyrinə 9605 manat və zərər qiymətləndirilməsi üçün çəkilən 80 manat xidmət haqqı tutulmalıdır. Bununla belə, iddiaçı tərəfindən “Evakuator xərcləri”ni təsdiq edən hər hansı sübut təqdim edilmədiyinə görə bu zərərə görə Cavabdeh1 qarşı iddia tələbini məhkəmə əsassız hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ekspert rəyini nəzərə alıb, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 9605 manat məbləğində dəymiş zərər və zərər qiymətləndirilməsi üçün çəkilən 80 manat xidmət haqqı alınaraq İddiaçı İzmayıloviçin xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin cavabdehlərin mülki məsuliyyətlərini araşdıraraq belə nəticəyə gəlir ki, yuxarəda qeyd olunan hüququ normaları ilə iddiaçı ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olsa da, zərərin əvəzinin Cavabdeh2 MMC-dən tutulması üçün heç bir əsası yoxdur. Belə ki, iş materialları ilə “Daewoo minik” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi “Azevocar MMC” olması müəyyən edilsə də, həmin cavabdeh (“Azevocar MMC”) tərəfindən məhkəmə araşdırması zamanı təqdim olunmuş 21 sentyabr 2017-ci il tarixli AL-1235 saylı X11 və 04.07.2018-ci il tarixli “Öhdəliklərin otürülməsi müqaviləsi”ndən görünür ki, həmin müqavilələr əsasında “Lizinq verən” (“Azevocar MMC”) tərəfindən “Lizinq alan” X6 lizinq obyekti olan “Daewoo” markalı ** PX *** dövlət qeydiyat nişanlı avtomobilini müvəqqəti sahibliyinə və istifadəsinə verilmiş, sonradan isə qeyd olunan razılaşma əsasında Lizinq alana aid bütün öhdəliklər X1. Cavabdeh “Azevocar MMC” tərəıfindən məhkəməyə təqdim edilmiş 26.09.2020-ci il tarixli etibarnamənin surəti ilə müəyyən olunur ki, "xxxx" MMC tərəfindən X9 arasında bağlanmış 27.09.2017-ci il tarixli “X11” əsasında lizinqə verilmiş “Daewoo” markalı ** PX *** dövlət qeyydiyat nişanlı avtomobili idarə etmək məqsədilə 02.10.2020-ci il tarixədək Cavabdeh1 etibarnamə əsasında verilmişdir. Cavabdehin məhkəməyə təqdim olunmuş bildiriş məktublarından görünür ki, Cavabdeh1 və yuxarıda qeyd olunan müqavilə əsasında “Lizinq alan”a lizinq obyektinə istifadə hüququ verən etibarnamənin alınması tələb olunmuşdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq bu nəticəyə gəlir ki, vurulmuş ziyana münasibətdə “Azevocar MMC”-nin təqsiri istisna edilir və belə olan halda, iddia yalnız cavabdeh X10 münasibətdə təmin edilə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən idiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə 100 manat ekspertiza xərcinin Cavabdeh1, aid edilməli və qeyd olunan xərclər tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944SVVİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu : 142319, büdcə səviyyəsinin kodu:3 hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 tərəfindən Yakubov Davı̇ d İzmaı̇ loviçə məxsus 2016-ci il buraxılışlı "Hyundai Elantra minik" markalı 99- FY- 323 qeydiyyat nömrəli avtomobilə dəymuş 9605 manat məbləğində maddi ziyanın, zərər qiymətləndirmə xidmət haqqı 80 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı Yakubov Davı̇ d İzmaı̇ lovı̇ çin xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 100 manat məbləğində pul vəsaiti Həsənov Elnur Aydın oğlundan alınaraq dövlət büdcəsinə (Az.MEM VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesaba keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar